Mirəsgər Muradlı Ölümdən sonrakı şİzofrenİya



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix29.12.2021
ölçüsü0,7 Mb.
#49003
1   2   3   4
Mirəsgər Muradlı-Ölümdən Sonrakı Şizofreniya

 Vaqif YUSİFLİ, 
filologiya elmləri doktor
u.


9
I
Başlanğıc
G
A
sfalt yolda, səkinin qırağı ilə addımlayırdı o. Payızın 
saxta günəş işıqları, asfaltın üzərində, o məğrur ye-
rişi ilə diqqətləri üzərinə çəkən o qızın kölgəsini əks etdirir-
di. Qəhvəyi rəngli, ayaqlarına qədər uzanan dəri paltosunu 
geyinməmiş,  sadəcə  çiyinlərinə  atmışdı.  Maşınlar  yanın-
dan sürətlə, santimetrlik məsafədən keçir, mən onun yerinə 
uzaqdan  qorxur,  o  isə  reaksiya  belə  vermirdi.  Yanından 
sürətlə keçən maşınların yaratdığı külək, qara rəngli, uzun 
və parıltılı saçlarını havalandırırdı. Elə hey, başı dik, qərarlı 
addımlarla yoluna davam edirdi o. Kimsən axı sən? Ürəkmi 
yemisən, ay qız? Yoxsa tam tərsinə ürək yanğısımı çəkirsən, 
ondandımı bu cəsarət? 
Bir dikdaban geyinmişdi ki, görməliydiniz onu. Bir qadı-
na bu qədərmi yaraşar, axı, bir dikdaban? Əslində, boyu heç 
də qısa deyildi. niyə geyinmişdi onu, anlam verə bilmədim. 
Qısaboy qadınların əksəriyyətində, boy kompleksi olduğun-


10
dan, dikdaban geyinməyə daha çox üstünlük verərlər. Bunu 
anlayıram,  hətta,  normal  qəbul  edirəm.  amma,  həyatım 
boyunca, uca boyu olan qadınların dikdaban geyinməsini 
anlaya bilməmişəm. Bəlkə də aranızda bunu anlayanlar var, 
amma,  nə  yalan  deyim,  mən  anlaya  bilmirəm. Tanıdığım 
bütün qadınlar, onu ayaqlarından çıxardıqları an ayaqları-
nın  ağrımasından  və  əzilməsindən  gileylənib  hər  zaman. 
amma,  buna  baxmayaraq,  onu  geyinməkdən  əsla  imtina 
etmirlər. 
Bir qadının geyindiyi dikdaban ancaq bu qədər xoş gələ 
bilərdi insana. Hər “tak” səsində elə bil, ayaqlarının altın-
da  ümidlərini  puç  etmiş,  xəyallarını  əlindən  almış  insan-
ları  əzirdi  qəddarcasına.  Sanki  arxasında  milyonlarca  pa-
ram-parça olmuş arzularını qoyub gəlirdi bu qız. Getdikcə 
daha  da  yaxınlaşır  mənə  doğru.  artıq,  daha  dəqiq  görə 
bilirəm üzünü. Bir gözləri var ki, anlatmağa ömür yetməz. 
Dəniz mavisi rəngində gözləri, özündə çox şeyi əks etdi-
rir. Gözlərindəki dərin hüznü, məğrurluğu və bir balaca göz 
yaşarmasını anlamamaq mümkün deyil. Gördüyüm andan 
bəri nə etdiyimi, hara getdiyimi unutmuş, yerimdəcə donub 
qalmışam.  Onun  addımlarının  istiqamətində  dayanmışam 
həm də. 
Mənə  çatdığında,  üzümə  belə  baxmadan,  istiqamətini 
bir  az  dəyişərək  yanımdan  keçib,  addımlamağa  davam 
edir. Getdikcə uzaqlaşır məndən. O uzaqlaşdıqca, mən hər 
addımında daha çox heyran oluram ona. Yanımdan keçib 
gedişini, yerimdəcə dayanıb  izləyirəm. Beynim arxasınca 
get, deyir, amma ayaqlarım, sanki yerə mıxlanıb. Və budur, 
artıq gözdən itdi. 


11
Bir  daha  heç  kimi  sevməyəcəyim  barədə,  özümə  söz 
verməyimə rəğmən, ilk baxışdan aşiq oldum bu qıza. İşin 
gülünc  tərəfi  isə,  mən,  “ilk  baxışdan  aşiq  olmaq”  sözünə 
əsla  inanmayan  biri  idim.  Hətta,  o  sözü  işlədən  insanları 
içimdə məsxərəyə qoyar, onlara hər zaman gülərdim. Bəlkə 
də aranızda mənim kimiləri çox var. İndi mən nə edəcəm? 
Hardan tapacam o qızı? Bir daha görə biləcəmmi onu? 
Təxminən, beş-on dəqiqə idi ki, olduğum yerdə dayan-
mışdım. Havada günəş olsa da, payızın dondurucu küləyi 
üzümü kəsmiş, əllərimi dondurmuşdu. Bir anda, üşümə his-
si ilə irkilərək, özümə gəlirəm. uşaqlıq dostum olan anarın 
evinə  gedirdim  mən.  Soyuqdan  buz  bağlamış  əllərimi 
gödəkcəmin ciblərinə qoyub, yoluma davam edirəm. anarın 
evinə gedərkən, yol boyu o qızla bir daha qarşılaşma ehti-
malımı düşünürəm...
***
“Salam, qardaşım, xoş gəlmisən”. 
“Salam, anar. Zəhmət olmasa, isti bir qəhvə hazırlaya 
bilərsən? İliklərimə qədər donmuşam”, deyib içəri keçirəm. 
Qonaq otağına keçib, soyuqdan və yorğunluqdan keyləşmiş 
olan bədənimi yemək stolunun yanındakı divana atıram. 
anar mətbəxdən səslənir: “Yenə başına nə bəla açmısan, 
Raul?” 
Cavab vermirəm. Bir az sonra, əlində iki köhnə qəhvə 
fincanı  ilə  yanıma  gəlir.  Fincanları  stolun  üstünə  qoyur. 
Divana uzatdığım ayaqlarımı sanki, bir döşəkcəni götürür-
müş kimi qaldırıb bir az qırağa çəkərək yanımda oturur. “O 
qızı tapmalıyam. necə olur-olsun tapmalıyam!” 


12
anar gülərək: “axşam olmadan sərxoş olmusan artıq? 
nə qız? Qalx ayağa, qəhvəni iç”. 
“O qız! Bayaq şəhərdə qarşılaşdıq. Yanımdan elə ke-
çib getdi ki, elə bil, mənim də bir parçamı özü ilə söküb 
apardı”. 
“Kimdir ki o? Harda yaşadığını bilmirsən?” 
“Ünvanını bilsəydim, indi orda olardım da, sənin bu xa-
rabanda yox!” 
İkimiz də susduq. anar, mənim hər çətinə düşdüyümdə, 
hər canım sıxıldığında, ilk yanına qaçdığım adam olub hər 
zaman. Məktəb illərində ikən, mənə görə çox başı ağrıyıb. 
Mən o vaxtlar bir az davakar biri olduğumdan, o da mənə 
görə çox davalara qoşulub. Çox döyüb, çox döyülmüşük bir 
yerdə. Bir il bundan əvvələ qədər, eyni məhəllədə qalırdıq 
həm də onunla. anar magistr təhsili almaq üçün Macarıstana 
getdikdən sonra ailəsi də köçüb getmişdi bizim qəsəbədən. 
anar, bu dünyada məni həqiqətən də anlayan tək-tük adam-
lardan biridir. Məhz buna görə də, dərdim olduğunda ilk, 
onun yanına qaçmışam hər zaman. İnsanın dərdi olanda, ya 
yanında sevdiyi qadının çiyinləri olacaq, başını o çiyindəki 
çuxurlara göməcəksən, ya da anar kimi bir dostu olacaq. 
amma, dost deyirəm ha sizə. İşi düşəndən-düşənə yada sa-
lan yox, altınızdakı dəmir parçası maşına, cibinizdəki pula 
görə yox, sizi, sırf siz olduğunuza görə sevən dost. Əslində 
adamın belə bir dostu olduğunda, müəyyən bir yerə qədər, 
sevgiliyə də gərək duymur. Onsuz da indiki zamanda insan-
ların bir çoxu əsl sevginin, sevməyin nə demək olduğunu 
belə  bilmir,  vallah. Sırf  sevişmək  üçün  sevgili olunan  bu 
zamanda yalnızlığınızla qürur duyun, məncə. 


13
***
Sağollaşıb  çıxıram  evdən,  qaldığım  evdən  bir  az  ara-
lıda  dənizin  sahilinə  gedirəm.  Dənizin  hər  zaman  insanı 
sakitləşdirə biləcəyini düşünənlərdənəm mən də. Bu sahildə 
çox xatirələrim var mənim. Demək olar ki, bütün şeirlərimi 
bu sahildə ikən yazmışam. 
Sahildəki qayaların birinə oturub, cibimdəki “Winston” 
siqaretindən  bir  dal  yandırıb  dodaqlarımın  arasına  qoyu-
ram.  Sahilə  vuran  ləpələr,  sakitləşdirmək  yerinə  bu  dəfə 
çox narahat edir məni. Dənizin mavi suları o qızın gözlərini 
xatırladır  mənə.  ah,  o  gözlər!  O  gözlərin  içinə  baxa-
raq paketin içindəki 20 siqareti də ard-arda çəkə bilərəm. 
Gözləri  indiyə  qədər  gördüyüm  ən  gözəl  mənzərələrə 
meydan  oxuyar  o  qızın.  uşaqlıqdan  bəri  insanların  xari-
ci  görünüşünə  çox  da  önəm  verən  tiplərdən  olmamışam, 
amma  gözlərinə  hər  zaman  fikir  vermişəm.  Gözlərə  qar-
şı  incə  bir  həssaslığım  var.  İnsanları  gözlərindən  oxuma-
ğı, yaxşı bacardığımı düşünürəm. Bəlkə də səbəbi bundan 
qaynaqlanır. Düzdü, illərlə gözünün içinə baxıb, heç tanıya 
bilmədiklərim  də  oldu  bəzən.  Bir  onu  bilirəm  ki,  o  qızın 
gözləri  indiyə  qədər  gördüyüm  ən  mükəmməl  gözlər  idi. 
Onu sadəcə iki dəqiqə otuz yeddi saniyə görmüşdüm. Kaş 
ki, bir daha görə biləydim, deyə düşünmədən edə bilmirəm. 
Çox  şey  istəmirəm,  sadəcə  iki  dəqiqə  otuz  yeddi  saniyə 
daha…
***
“Salam, Fariz dayı. Zəhmət olmasa, bir paçka winston ver”. 
“Salam  Raul.  Sən  hələ  də  tərgitmədin  bu  zəhrimarı? 
Bildiyim qədəri ilə, əsgərlikdə ikən başlamısan bu zəhəri 


14
çəkməyə. Tərgit, Raul, gec olmadan tərgit getsin. Mənim 
arvadım da, üstümdən siqaret iyi gəldiyini görəndə hər dəfə 
deyinərdi. Hə, bu arada bilmirəm qulağına çatıb, yoxsa yox, 
dünən boşandıq biz”. 
Ürəyimdə, ay Fariz dayı, bundan mənə nə, deyir, amma 
yalandan keçişdirmək üçün “Hər şeyin xeyirlisi... Sağlıq ol-
sun”, deyirəm. Siqaretin pulunu ödəyib, dükandan çıxıram. 
Fariz dayı əslində yaxşı adamdır, sadəcə məndən fərqli ola-
raq, uzun-uzun danışmağı çox sevir. Yoldaşından boşanıb, 
heyf. İnsan birini sevə, nə çətinliklərin öhdəsindən gələrək 
ailə qura, illərlə bərabər yaşaya və sonda isə ayrıla. Onları 
ayıran şey, əgər ölüm deyilsə, bu çox hüznlüdür, əslində. 
Kişi üçün hər nə qədər ağır olsa da, qadın üçün on misli, 
yüz misli ağırdır hətta. Kişi boşandıqdan sonra, əgər baxma-
lı, böyütməli olduğu uşağı yoxdursa, rahatdır, əslində. Tək 
problemi evdə qadının gördüyü işləri artıq, o görməlidir. 
Bəs qadın? O isə, – bundan sonra nə olacaq? El-aləm 
nə  deyəcək  mənə?  İnsanlar  mənim  haqqımda  nələr  da-
nışacaq?  –  deyə  düşünər.  Yaşadığımız  bu  ölkədə,  bizim 
mentalitetimizdə  qadın-kişi  bərabərliyindən  söhbət  belə 
edilə bilməz. Çünki, elə bir şey yoxdur. Məhəllədə kişilərin 
Fariz dayı haqqında deyəcəkləri tək şey “Fariz kişi boşa-
nıb-e, xəbəriniz var?” – olar. Bəs yoldaşı haqqında? Onun 
haqqında  nələr  deyərlər  məhəllədə?  Hələ  də  içlərində  bir 
nəfər qeybətcili varsa, gerisini siz düşünün. İki günə qal-
maz, bu ölkədə fahişə damğası vurarlar o qadına. Əgər qa-
dın da bir az dilsiz-ağızsızdırsa, elə bir vəziyyət yaradarlar 
ki, bir sabah açıldığında, o qadın bütün bunlardan bezmiş 
və intihar etmiş olar artıq. 


15
Bəs o insanlar? Yenə də susmazlar. Bu dəfə də ölünün 
arxasınca, “kim bilir nə pozğunluq edib ki, axırda çarəsiz 
qalıb öldürüb özünü. Yaxşı oldu elə ona!” – deyərlər. Siz, 
siz olun – əsla bir mövzunun əslini bilmədən, ağızdan-ağıza 
dolanan bir sözə nə inanıb etimad edin, nə də bir başqasının 
eşitməyinə vəsilə olun...
***
Bir  siqaret  daha  alışdı  barmaqlarımın  arasında.  İri  ad-
dımlarla evimə doğru gedirəm. Bilirsiz, əslində hər kəsin 
siqareti  fərqli  yanar.  Əslində,  atəşlə  yandırmaq  istədiyi 
siqaret deyildir insanın. acılarını yandırmaq istəyər insan. 
Bütün  dərdlərini  yandırmaq,  kül  etmək  istəyər.  Siqaretin 
külünü  hər  vurub  atdığında,  sanki  acısı  azalırmış  kimi 
hiss  edər.  Siqaretinin  dumanını  sevər  kimi,  dumanında-
kı  xəyalları  sevər,  özünü  öldürsə  belə,  gerçəkləşməyəcək 
olan  xəyallarını.  Kimisi  də  sadəcə  vərdiş  etmişdir,  o  iki 
barmağı arasında tüstüləyən bir şeyin olmasına. O iki bar-
mağının arasında boşluq hiss etdiyində canı sıxılar. Siqaret 
çəkməklə,  içki  içməklə  dərdlər  bitmir  deyənləri  eşidirəm 
aranızda.  Düzdü  dostum,  heç  nə  bitmir.  Sadəcə  bir  növ 
anesteziyadır... 
Evə çatar-çatmaz ilk işim duş almaq, isti suyun altında 
anlamsızcasına dəqiqələrcə durmaq oldu. İsti suyun dam-
laları  bədənimə  təmas  etdikcə,  az  əvvəl  küçədə  donmuş 
olan bədən hüceyrələrimin canlandığını, beynimdəki ölmüş 
neyronların yenidən dirildiyini hiss edirəm. Sanki su, mənə 
yeni  bir  həyat  bəxş  edir.  Duşdan  çıxıb,  hamam  xalatımı 
geyinirəm. Evimdəki o iki nəfərlik olmasına baxmayaraq, 
hər zaman tək yatdığım yatağıma uzanıram. Mobil telefo-


16
numda  “Sarı  gəlin”  mahnısını  qoşub,  telefonu  yatağımın 
başındakı  Sovet  dönəmindən  qalma  çəkməcənin  üzərinə 
qoyuram. Bir söz var, “Elə bil içimdə kəpənəklər uçuşur” 
deyə. Hə! Bax, tam da o hissi yaşayıram. 
Hər  zamankı  kimi  üzü  üstə  yatağa  uzanıb  gözlərimi 
yumduğumda,  bu  dəfə  onun  gözləri  açılır  xəyallarımda. 
Onu təkrar görə bilməyi çox istəyir, bir yandan da belə bir 
şeyə ehtimal belə verə bilmirəm. Bu Bakı yenidən qarşı-
laşdırarmı bizi? Məncə yox. Bu şəhər çox insafsızdır. “Ey 
Bakı!  Səndən  böyük  allah  var”  deyirəm  öz-özümə.  Bir 
yandan da özümə əsəbiləşirəm. axmaq Raul! niyə arxasın-
ca getmədin o qızın? Ən azından bir rədd edilmiş olsaydın, 
indi belə olmazdın. Həqiqətən, rədd edilmiş olsaydın, vaz 
keçərmiydin ondan? Yox,  Raul,  yox,  özünü  aldatma. Vaz 
keçməzdin...
***
Oyandığımda saatın əqrəbi 18:45-i göstərirdi. Lakin, pa-
yız ayları olduğundan hava artıq qaranlıq idi. Küləkli hava 
ağacın  budaqlarını  evin  eyvanına  çırpırdı. aynanın  qarşı-
sında  durmuş,  öz-özümə  danışıram.  Əgər  bir  daha  o  qız-
la bu şəhərdə qarşılaşsam, ona deyəcəklərimi düşünürəm. 
Eynilə məktəbli uşağın ayna qarşısında şeir əzbərləyib, öz-
özünə  danışdığı  vəziyyətdəyəm.  Sonra  bir  anda  aynadakı 
əksimə baxıb: “ah Raul, axmaq Raul! Biz tərgitməmişdik 
bəs  aşiq  olmaq,  inanmaq,  güvənmək  kimi  şeyləri?  Yenə 
canın çox yanacaq...” deyirəm. Divanın üstünə səliqəsizcə 
tulladığım  paltarlarımı  tələsik  geyinib,  evdən  çıxıram. 
Pilləkənləri  iki-iki  düşürəm.  Binadan  çıxar-çıxmaz,  bir 
siqaret qoyuram dodağıma. Mən macal tapıb yandırmadan, 


17
sol tərəfimdən bir əl, alışqanı yandırıb mənə uzadır. Kim 
olduğuna  fikir  vermədən,  siqaretimi  yandırıb,  ilk  tüstünü 
ciyərlərimdə  hiss  edirəm.  Xəfif  xırıltılı  səsiylə  gülərək: 
“Hansı  cəhənnəmdəsən,  Raul?  Əsgərlikdən  gəldiyindən 
bəri üzünü görən cənnətlikdi”. 
Səsin sahibi Elçin idi. Eyni məktəbdə oxumuşuq onun-
la. Məktəb illərindən bəri, heç sevməzdim bu adamı. Bəlkə 
də özlüyündə yaxşı bir adamdı, amma, mənə heç səmimi 
gəlmir onun hərəkətləri. 
“Başım qarışıqdı bu aralar. Bir az problemlərim var. Ona 
görə qəsəbədə çox vaxt keçirə bilmirəm”. 
“Hara  gedirsən  indi?  Vaxtın  varsa  oturardıq,  bir  çay 
içərdik heç deyilsə. Həm sənə deyəcəklərim var”. 
“Başqa vaxt, Elçin. Tələsirəm. Deyəcəklərin vacibdir?” 
“Mənə  görə  yox,  amma,  sənə  görə  bəlkə  də  vacibdir. 
nərgiz haqqındadır deyəcəklərim”. 
“Elə  isə,  boş  ver.  Ölülərin  arxasınca  danışılmaz.  Mən 
tələsirəm”. 
“Yaxşı, hələlik, görüşərik başqa vaxt. Yenə də bilmiş ol, 
nərgizə elçi gəliblər. Söz kəsilib bu gün”. 
“Hələlik”  –  deyib,  sürətli  addımlarla  uzaqlaşıram 
məhəllədən. Hətta, bu qəsəbədən uzaqlaşmaq istəyirəm. Bu 
qəsəbədə heç xoş xatirələrim yoxdur mənim...


18
II
Keçmişdən indiyə doğru...
G
N
ərgiz  mənim  ilk  sevdamdır.  Sevgiyə  tövbə  etmə-
yimin,  insanlara  güvənməməyimin  səbəbidir  o. 
Ona olan sevgim düz birinci sinifdən başlayırdı. Bilirəm, 
indi  hər  birinizin  ağlına  uşaqlıq  eşqiniz  gəldi,  amma,  bi-
zimkisi  bir  az  fərqli  idi. anası, aynişan  müəllimə,  bizim 
oxuduğumuz məktəbdə ibtidai sinif müəlliməsi idi. Birinci 
sinifdə ikən, bütün uşaqlar qorxardı ondan. nə yalan deyim, 
elə mən özüm də həmçinin. Mən nərgizi ilk gördüyümdə, 
hələ  birinci  sinfə  başlamamışdı  belə.  O  vaxtlar,  ana-
sı  aynişan  müəllimənin  yanında,  məktəbə  gəlib-gedərdi 
sadəcə. Onuncu sinfi bitirənə qədər, nə mən ona yaxınlaşıb 
sevgimdən bir kəlmə söz dedim, nə də o məni tanıdı bu illər 
ərzində. 
On  birinci  sinfin  əvvəlləri  idi.  Günlərdən  yeddi  no-
yabr. Bütün cəsarətimi toplayaraq, sinif otaqlarının önünə 
getdim. Onu gördüyümdə qarşısına çıxaraq, ona olan bü-


19
tün  hisslərimi  ən  başından  bəri  danışdım.  Ondan,  mənə 
bir  şans  verməsini  istədim.  nərgiz,  ona  qarşı  olan,  on  il-
lik  sevgimdən  təsirlənmiş  olmalı  idi  ki,  bir  şans  verərək 
məni  tanımaq  istədi  o  da.  On  illik  xəyallarım  nəhayət  ki 
gerçəkləşirdi. Hər şey yuxu kimi gəlirdi mənə. axı necə ola 
bilərdi bu? Əgər, hər şey bu qədər sadə idisə, mən on il niyə 
susdum? niyə həsrət çəkdim uzaqdan? Öz-özümə “Həyat 
mənim də üzümə gülərmiş” – dedim. Sən demə, həyatımın 
bu hissəsi bir növ fırtına öncəsi səssizlik imiş. Çox gözəl 
bir cütlük olmuşduq onunla. Həm xarici görkəmcə, həm də 
xasiyyətcə  çox  uyuşurduq  bir-birimizə.  Daha  doğrusu,  o 
vaxtlar mən elə zənn edirdim. 
amma, oxuduğumuz məktəbdə hər kəsi qısqandıran bir 
münasibətimiz  var  idi.  Məktəb  xaricində  isə,  demək  olar 
məcbur qalmadıqca görüşmürdük. Qəsəbədə onsuz da hər 
kəs  bir-birini  tanıyır,  bir  yandan  da  nərgiz  tanınmış  bir 
müəllimənin qızı idi. aynişan müəllimə münasibətimizdən 
xəbər  tutduqda,  ola  biləcəkləri  ikimiz  də  yaxşı  bilirdik. 
Ona  görə,  bir-birimizi  beş  dəqiqəlik  də  olsa  görə  bilmək 
üçün, az qalırdı ki, yeri yarıb, içinə girək. Qəsəbə daxilində 
görüşə bilmir, məktəbdə də bir-birimizə məsafəli davranır-
dıq. Qəsəbədən kənara çıxmağa isə nərgizin icazəsi yox idi. 
artıq, iki ay idi ki, sevgili idik, amma, toplam iki saat belə 
bərabər vaxt keçirə bilməmişdik. İçimdəki həsrətin verdiyi 
sıxıntı  məni  get-gedə  tamam  əsəbi  bir  insana  çevirmişdi. 
Günün iyirmi dörd saatı nərgizdən ibarət idi mənim üçün. 
Səhər oyandığımdan axşam yatana kimi görəsən, “nərgiz 
indi haradadır? Yanında kim var? Mən ona bu qədər həsrət 
ikən, kim israf edir onu baxışlarıyla?” deyə düşünürdüm. 


20
Onu da qeyd edim ki, mən, çox qısqanc bir adamam. Bəzi 
insanlar, qısqanclığı güvən əskikliyi kimi görər, amma, heç 
də elə deyil. Qadınım dediyini qısqanacaqsan əlbət. Qadının 
qoxusunu  qısqanacaqsan,  adam!  Sevdiyinin,  səni  sərxoş 
edən,  ciyərlərinə  dolduqda  içində  xoşbəxtlik  hormonları 
istehsal edən qoxusunu. Gülüşlərini səndən başqasına sərf 
etməsini qısqanacaqsan. Bəzən sevgi dolu baxan gözlərini, 
bəzən  şərbətdən  belə  şirin  gələn  sözlərini  qısqanacaqsan. 
Yox,  əgər  sevdiyini  qısqanmır,  mən  ona  güvənirəm,  qı-
sqanmaq boş bir şeydi və s. kimi boş sözlər deyirsənsə, ya 
ürəkdən  sevmirsən,  ya  da  sadəcə  olaraq,  adam  deyilsən. 
O  günlərdə,  əsəblərim  bir  az  pozulduğuna  görə,  tez-tez, 
dava edirdim məktəbdə. nərgizə uzaqdan belə baxan biri-
ni  gördükdə  əsəblərimə  hakim  ola  bilmir,  olanlar  olurdu. 
Məktəb direktoru məndən dəfələrlə atama şikayət etmişdi. 
artıq, məktəbdən də qovulmaq üzrə idim. 
Bir gün dərs sonrası, yenicə evə çatmışdım ki, nərgizdən 
gələn bir səsli mesajla hər şey daha da gərginləşməyə başla-
dı. anasının hər şeyi öyrəndiyini, onu məktəbdən çıxardığı-
nı və məndən ayrılmalı olduğunu demişdi mesajında. Həmin 
gün nə edəcəyimi bilməz halda, bütün gecəni səhərə qədər 
düşünmüşdüm. Cəsarətimi toplayıb, aynişan müəllimə ilə 
danışmağa  hazırlaşırdım.  Səhər  açıldığında  hər  zaman-
kından daha tez hazırlaşıb, məktəbə getmişdim. Məktəbin 
həyətində durub, hər gün etdiyim kimi, nərgizin anası ilə 
birlikdə gəlməsini gözləyirdim. Bir xeyli gözlədikdən son-
ra  aynişan  müəllimə  məktəbin  həyətinə  daxil  olmuşdu. 
amma, bu dəfə yanında nərgiz yox idi. Məktəbdə dünən 


21
nələr olub bitdiyini öyrəndiyimdə, əlimdə olsa, o məktəbi 
bir kibritin qabında yandırardım. 
Müəllimlərdən  biri,  bizi  bir  yerdə  olarkən  görüb  və 
bunu nərgizin anasına deyib. aynişan müəllimə də nərgizi 
müəllimlər  otağına  çağırıb.  Elə  oradaca,  o  qədər  insa-
nın  gözünün  önündə,  nərgizə  bir  şillə  vuraraq,  onu  dan-
layıb.  Sonra  isə,  nərgizə  ev  həbsi  verib.  Hətta  mənimlə 
əlaqəsini kəsmək üçün mobil telefonunu belə əlindən alıb. 
Eşitdiklərimin səbəb olduğu öfkənin də verdiyi cəsarətlə, 
aynişan  müəllimə  ilə  danışmaq  üçün  dərs  keçdiyi  sinfə 
getdim.  Bir-iki  dərin  nəfəs  alıb,  özümü  sakitləşdirməyə 
çalışdım. Sinfin köhnəlmiş taxta qapısını döyüb, içəri gir-
dim.  “Salam, aynişan  müəllimə,  beş  dəqiqə  vaxtınızı  ala 
bilərəm?” 
“Salam, Raul, elə mən də səninlə danışmaq istəyirdim. 
İçəri  keç”.  Sonra  dərs  dediyi  birinci  sinif  uşaqlarına 
dönərək, mənimlə danışdığı incə səs tonuna nisbətən daha 
sərt bir şəkildə: “Ev üçün verdiyim tapşırığı həll edin, bir 
azdan bir-bir yoxlayacam dəftərləri!”
“aynişan müəllimə, mən...” 
“Raul, qulaq as mənə, oğlum. Hər şeydən xəbərim var. 
nərgiz  mənim  gözümün  ağı-qarası  tək  övladımdır.  Mən 
onu bu yaşa kimi atasız böyütmüşəm. Ona həm ana, həm də 
ata olmuşam. Mənim üçün hər şeydən əvvəl, onun təhsil al-
ması, oxuyub, yaxşı bir ixtisasa yiyələnməsidir. Evlənmək 
vaxtı çatdığında isə, özünü və ailəsini çox yaxından tanı-
dığım,  rəfiqəmin  oğluna  verəcəm  mən  nərgizi.  Hansı  ki, 
uşaqlığından bəri, nərgizə talibdir o ailə”. 
“Müəllimə, axı biz...” 


22
“Sözümü  kəsmə,  Raul!  Siz  deyə  bir  şey  yoxdur,  heç 
vaxt da olmayacaq! Mən nə desəm, nərgiz də onu edəcək. 
Məktəbdən də çıxardıram onu, nə vaxt ağlını başına yığar, 
səni beynindən çıxarar, onda təhsilinə başqa yerdə davam 
edər. Sən də cavansan hələ, nərgizdən də gözəl qızlar çıxa-
caq qabağına. Çox çəkməz unudarsan nərgizi, başqa birini 
sevərsən”. 
“nərgiz  istəmədiyi  müddətcə  onu  başqa  birinə  vermə-
yinizə icazə vermərəm, lazım gəlsə o gözünüzün ağı-qarası 
dediyiniz qızınızı gözünüzün önündə qaçıraram. Qaldı ki, 
digər sözünüzə, düzdür, nərgiz gözəl qızdır. amma, mən, 
onu  gözəlliyinə  görə  sevmirəm.  Gözəlliyə  önəm  verənlər 
beyni ilə sevənlərdir. Ürəyi ilə, ruhu ilə sevən insan, xarici 
görünüşə çox da önəm verməz”.
Sözümü bitirər-bitirməz, cavab verməsini belə gözləmə-
dən  arxamı  döndərib,  qapıdan  çıxıb  getdim.  Dediklərim 
onu bir az da öfkələndirmiş olmalıydı ki, çıxarkən arxamca 
“Raul, bura gəl!” deyə qışqırdı. amma arxama belə bax-
madan, əsəbdən bulud kimi dolmuş gözlərimi ovuşduraraq, 
sürətli addımlarla məktəbdən çıxdım...
***
Yaşadığım məhəlləyə təzəcə çatırdım ki, arxadan boğuq, 
xırıltılı bir səs tonu ilə biri “Raul, ay Raul!” deyə bağırdı. 
Dönüb arxaya baxdığımda, qarşımda iri addımlarla mənə 
yetişməyə çalışan Elçin var idi. “Salam, qardaş, necəsən? 
Vəziyyət necədir? Çinarə danışdı mənə hər şeyi, sənin üçün 
çox pis oldum, vallah”. 
Üzündəki ifadə dedikləri ilə təzad yaradırdı. Elçin həmişə 
belə səmimiyyətsiz biri olub onsuz da. Sevdiyi qız Çinarə, 


23
nərgizin sinif yoldaşı, eyni zamanda yaxın rəfiqəsi idi. Ona 
görə də Elçinlə yaxın əlaqədə olmaq məcburiyyətində idim. 
İkimizdə  bu  əlaqədən  məmnun  deyildik  çox  güman  ki, 
amma, orası da var ki, bir-birimizə lazım olduqda faydamız 
dəyirdi.  “Salam,  Elçin. Vəziyyət  elə  bildiyin  kimidir.  Bir 
az əvvəl, aynişan müəllimə ilə də nərgizə görə mübahisə 
eləmişik. Əsəblərim çox gərgindir. Sən necəsən?” 
Sanki ağzında turş bir şey yeyirmiş kimi üzünü turşutdu 
Elçin. “Əşşi, mənəm də, standart. Məni boş ver”. – deyərək 
dodaqları arasına bir siqaret qoyub yandırdı. Sonra əlindəki 
paçkanı  mənə  tərəf  uzadaraq:  “Götür  bir  dənə  yandır, 
əsəblərə birə-bir dərmandır”. 
“Sağ ol, Elçin, amma bu vaxta qədər o zəhərə əlimi də 
vurmamışam,  bundan  sonra  da  bir  əsəbin  badına  getmək 
istəmirəm.” 
“Sən bilərsən. nəysə, mən gedim, tələsirəm. Görmüşkən 
vəziyyətini soruşmaq istəmişdim sadəcə”. 
“Diqqətinə görə sağ ol, hələlik.” 
...O gün yataq otağıma girdikdən sonra, sabaha qədər bir 
daha otaqdan çıxmamışdım. anam yemək yeməyim üçün 
bir  neçə  dəfə  təkidlə  çağırsa  da,  mən  qaranlıq  otağımda 
tavana  baxıb,  musiqiyə  qulaq  asmağı  seçmişdim. axşam 
atam  işdən  evə  gəldiyində  anamın  “Raulla  danış,  gör  nə 
olub  ona,  mən  nə  qədər  elədimsə,  mənə  heç  nə  demədi. 
Bu  gün  gəldiyindən  bəri  otağından  çıxmayıb,  yemək  də 
yeməyib. Son vaxtlar çox qəribə aparır özünü. Bəlkə sənə 
danışar nə sıxıntısı olduğunu”, sözlərini eşitdim. ardından 
atamın ayaq səslərinin yataq otağıma doğru yaxınlaşdığını 
hiss etdim. Danışmağa nə halım, nə də istəyim var idi. Ona 


24
görə də cəld üzü üstə yatağıma uzanaraq, özümü yatmışlığa 
vurdum. Əvvəlcə otağın qapısı döyüldü. Sonra qapı açıldı 
və “Raul, yatmısan?” deyə səsləndi atam. Bir neçə saniyə 
sonra yatdığıma inanıb, qapını bağlayaraq uzaqlaşdı. 
aradan üç saat keçmiş və artıq gecə olmuşdu. nə qədər 
istəsəm  də  yata  bilmirdim.  Düşündüklərim  yuxumu  qa-
çırırdı.  Otağın  içində  öz-özümə  danışaraq,  dönüb  durur-
dum.  Gözümün  önünə  aynişan  müəllimənin  nərgizi  öz 
rəfiqəsinin oğluna vermə ehtimalı gəlirdi. O düşüncələrin 
verdiyi  anlıq  bir  öfkə  ilə  yumruğumu  otağımdakı  şifone-
rin güzgüsünə vurdum. atam və anam səsi eşitmiş olma-
lıydılar  ki,  yataq  otaqlarından  qaçaraq  yanıma  gəldilər. 
Əlim  tamamilə  al  qana  bürünmüşdü.  Zərbədən  qırılmış 
olan şüşənin qırıqları, xırda-xırda əlimə batmışdı. anam bir 
üzümə, bir də əlimə diqqətlə baxdıqdan sonra digər otağa 
gedib, bir bez parçası ilə geri döndü. Əlindəki bez ilə sərt 
bir şəkildə əlimi sarıyaraq “ay bala, dəli olmusan sən? Bu 
nə işdi axı sən açırsan başımıza?” dedi. 
Cavab  verməyib,  susdum.  atam,  “Get  maşında  otur, 
mən  indi  gəlirəm”,  deyib,  yataq  otağına  geri  döndü. 
Hazırlaşıb,  çıxdım  evdən.  Küçəyə  çıxıb,  maşını  işə  sal-
dıqdan sonra, arxa oturacağa keçib uzandım. Bir az sonra 
atam gəldi. Xəstəxanaya gedənə qədər heç nə danışmadıq. 
Xəstəxanada  əlimə  tibbi  yardım  göstərildi.  Əlim  sarğıya 
alındı.  Orada  işimiz  bitdikdən  sonra,  həmin  qaydada  heç 
danışmadan evə qayıtdıq. Otağıma geri döndüyümdə atam 
arxamca səslənərək: – Yat dincəl, səhər ilk iş psixoloq yanı-
na gedəcəyik bir yerdə, – dedi. 
“Mən dəli deyiləm, psixoloqa da ehtiyacım yoxdur”. 


25
“ağıllı olduğuna min şahid lazımdı, amma, psixoloq ya-
nına da dəlilər getmir onsuz. Bu vaxta qədər səsimi çıxar-
madım,  amma,  bundan  sonra  mənim  dediklərim  olacaq!” 
– atam üzünü çevirib yataq otağına döndü. artıq məcbur 
idim, nə də olsa, gözlədiyimdən də artıq səbr göstərmişdi bu 
vaxta kimi. Psixoloqa getməkdən başqa çarəm qalmamış-
dı. İlk başda bu işə könülsüz idim. Psixoloqa getməyimin 
həyatımın dönüş nöqtəsi olacağı heç ağlıma belə gəlməzdi. 
Psixoloqum Lamiyə xanım cavan bir qız idi. Gülərüz, 
insana rahatlıq bəxş edən bir siması var idi adətən. Sözün 
düzü, həm problemlərimi ona danışmağa utanır, həm də bu 
psixoloq yanına getmək məsələsini özümə sığışdıra bilmir-
dim sanki. Ona görə də ilk iki seansda öz həyatımla bağ-
lı önəmli heç bir şey danışmamış, verdiyi bütün sualları-
nı qısa cavablarla keçişdirmişdim sadəcə. O da bu barədə 
çox üstümə gəlmir, zamanla hər şeyi özümün danışmağı-
mı  gözləyirdi.  Danışacağımın  bütün  həyatımı  dəyişəcəyi, 
ağlıma  belə  gəlməzdi.  Dördüncü  seansdan  etibarən,  artıq 
ona  öyrəşmiş,  danışdığımız  hər  şeyin  aramızda  qalacağı-
na  inanmaq  qənaətinə  gəlmişdim.  Beləliklə,  həyatımdakı 
bütün  olub-bitənləri  ona  danışmışdım.  Lamiyə  xanım, 
mənimlə dost olmuş, bu çıxılmaz vəziyyətimə çarə tapmaq 
üçün, məndən çox düşünməyə başlamışdı. artıq seanslar-
dan  xaricdə  görüşür,  zəngləşir,  olub-bitənləri  danışır  və 
məsləhətləşirdik. 
aradan bir neçə həftə keçmişdi, amma nərgizlə nə danışa 
bilmişdim, nə də üzünü görə. Bir axşam Lamiyə xanımdan 
zəng gəldi. “Salam, Raul. Bu vaxtı narahat edirəm, amma, 
yaxşı bir fikir gəldi ağlıma. Səninlə bölüşmək istədim”. 


26
“Salam Lamiyə xanım. Buyurun, sizi dinləyirəm”.
“neçə dəfə deyəcəm sənə, “xanım” sözünü yığışdır. Biz 
səninlə dostuq. atan haqlı olaraq, sənin nə problemin oldu-
ğunu öyrənmək üçün çox sıxışdırır məni. Hələ ki, qanuni 
haqqından bəhs edərək, keçişdirməyi bacarmışam. amma, 
yaxşı  bir  fikrim  var.  Sabahkı  seansda  sənin  yerinə  atanla 
görüşmək istəyirəm. Mən onun anlayacağı şəkildə hər şeyi 
izah edib, səni nərgizinə qovuşduracağıma söz verirəm”. 
“Sən atamı tanımırsan, Lamiyə, boş yerə özünü yorma. 
atam çox inahatkeş və sərt bir adamdır. Mən məktəbi biti-
rib, ali təhsil alıb və onun istədiyi kimi, yaxşı bir işə sahib 
olmadan,  bu  işə  yanaşmaz  belə.  O  da, aynişan  müəllimə 
kimi qarşı çıxacaq bu işə”. 
“Raul,  sən  məni  dinlə.  Bu  mənim  işimdi.  Mən  özümə 
güvənirəm. Ən azından şansımızı sınamış olarıq”. 
“Yaxşı, sənin dediyin kimi olsun”. 
“atanla özüm əlaqə saxlayacam, sən bu danışığımızdan, 
heç kimə bəhs eləmə. İndi artıq dərmanlarını at və yatmağa 
çalış. Gecən xeyrə qalsın”. 
“Xeyrə qarşı”. 
Lamiyə əsəblərimə görə, mənə bir-iki dərman məsləhət 
görmüşdü ilk seansda. Dərmanın normal qəbulu gün ərzində 
bir  dəfə  olmaqla,  dərmanın  dörddə  bir  hissəsini  qəbul 
etmək  idi.  Mən  isə  iki-iki  atırdım  o  dərmanı.  Bilmirəm, 
artıq nə dərəcədə düzgün idi bu, amma, başqa cür təsirini 
hiss  etmirdim.  Lamiyənin  dediklərinin  vermiş  olduğu  ra-
hatlama ilə, həmin gecə rahat yatdım, nəhayət ki. Yuxudan 
oyandığımda, artıq günorta idi. Əl-üzümü yuduqdan sonra, 
gözlərimi ovuşduraraq, mətbəxə keçdim. uzun müddətdir 


27
bu qədər kəsintisiz yatmırdım. Ona görə də bədənim uyuş-
muşdu bir az. 
Günəş işıqları pəncərədən içəri düşərək, otaqdakı yemək 
masasını işıqlandırırdı. anam hər zamankı kimi, ev işləri 
görürdü. Mən otağa girəndə, mənə tərəf dönüb gülümsədi: 
“Günortan xeyir, tənbəl, yemək hazırdır. Otur yeməyini ye, 
çay da beş dəqiqəyə dəmlənir”. 
“Günortan xeyir, anacan, əllərin dərd görməsin”, – deyib 
stolun arxasında əyləşdim. 
“Hə, bu arada atan zəng eləmişdi. Raula de, axşam vax-
tında evdə olsun, onunla danışacağım var” – dedi. 
ağzımdakı  loxma  boğazımda  qaldı  bir  anda.  Çox 
həyəcanlandım. ağlıma bir anda Lamiyəylə olan dünənki 
danışığımız və nələr olub-bitdiyinin ehtimalları gəldi. Bir 
az daha səbr edə bilməyib, masadan qalxaraq cəld otağıma 
getdim. Ətrafa göz gəzdirərək telefonumu hara qoyduğu-
mu xatırlamağa çalışdım. Gecə ən son yatmamışdan əvvəl 
telefonu səssizə qoymuşdum. Bir az axtardıqdan sonra ya-
tağımda, balışımın altında tapdım telefonu. Üç saat əvvəl, 
Lamiyədən  iki  zəng  və  ardıyca  da  bir  mesaj  gəlmişdi. 
Mesajda “Salam, Raul. Mesajı oxuyan kimi tez mənə zəng 
elə”, – yazılmışdı. 
Həyəcanla Lamiyəyə zəng vurdum. Üçüncü çağırışdan 
sonra, telefonu açdı. Səs tonundan sevincli olduğu sezilirdi. 
Səsi titrəyərək: “Bacardıq, Raul! Xoşbəxt olun. Gələcəkdə 
qızınız olsa, adını Lamiyə qoyacaqsan ha! Yoxsa məndən 
incimə day”. 
“Lamiyə, nə danışırsan sən? Xoşbəxt olun nədi? Qızınız 
olsa nədi?” 


28
“Yaxşı, yaxşı sakitləş... Hər şeyi danışacam indi. Hətta 
istəyirsən şəhərdə görüşək, üz-üzə danışaq”. 
“aha, olar, yaxşı olar hətta. İndi çıxıram evdən. Harda 
görüşək?” 
“Bir  saat  sonra  İçərişəhərdə,  Qız  qalasının  yanında. 
Sənin üçün uyğundur?” 
“aya uçaq, orda görüşək desən, o belə uyğundur... Bir 
saat sonra ordayam. Hələlik”.
Tezbazar hazırlaşıb, mətbəxə geri döndüm. Yeməyimdən 
ayaqüstü bir-iki loxma yeyib, mən telefonla danışarkən sü-
zülmüş və artıq soyumuş çayımdan da bir qurtum içdim. 
Harasa tələsdiyimi görən anam qaşlarını çataraq: “axşam 
vaxtında evdə ol ha!” – dedi. Gülümsəyərək yanına gedib 
üzündən öpdüm. 
“narahat  olma  ana,  vaxtında  evdə  olacam”,  –  deyib 
evdən  çıxdım.  Yaşadığımız  mənzilə  ən  yaxın  olan  daya-
nacağa gedib, oradan taksi ilə İçərişəhərə getdim. Qız qa-
lasının  yanına  çatanda  bir  saatın  tamam  olmasına  artıq, 
beş  dəqiqə  qalırdı.  Bir-iki  dəqiqə  sonra,  bir  az  irəlidən 
Lamiyənin də mənə tərəf iri addımlarla gəldiyi gördüm. O 
da, mənim kimi görüş yerinə gecikməyi sevmirdi. Dediyi 
vaxtda gəlib çatmışdı. Hər zamankı kimi gözləri qamaşdıran 
saf gözəlliyi ilə diqqət çəkirdi. Sevincdən yaşıl, zümrüdtək 
parlayan gözlərini gözlərimə dikərək: “necəsən, Məcnun? 
Çox gözlətmədim ki səni?” – deyərək gülümsədi. 
“Yox, mən də indi gəlmişəm. Danış görək, nə baş verir? 
Həyəcandan ürəyim duracaq indicə”. 
“Tələsmə,  Raul,  Hər  şeyi  danışacam.  amma,  əvvəlcə 
bura yaxın, şəhərin səs-küyündən uzaq, bildiyim gözəl bir 


29
restoran var, gedək ora. Həm rahat söhbət edərik, həm də 
bir şeylər içmiş olarıq”. 
“Yaxşı, vaxt itirmədən gedək onda”. 
Çox səbrsiz bir adam olsam da restorana gedənə qədər 
bu barədə söhbət açmadım bir daha. Restoran dediyi kimi 
gözəl idi həqiqətən də. Həm şəhərin mərkəzində olub, həm 
də şəhərin səs-küyündən uzaq bir məkan idi. Qapıdan girər-
girməz, içəridəki dekorasiya diqqət cəlb edirdi. ağaclardan 
hazırlanmış  qədim  dövrə  aid  əl  işləri,  toxunma  xalçalar, 
gildən düzəldilmiş qablar insana xoş əhval-ruhiyyə verir-
di. Masalardan birinə əyləşib, sifarişimizi verdikdən sonra, 
söhbətimizə qaldığımız yerdən davam etdik. 
“Lamiyə, həyəcandan ölməyimi istəmirsənsə danışmağa 
başla artıq.”
Lamiyə incə bir qəhqəhə ataraq güldü: “Sənə demişdim 
axı, mən özümə güvənirəm. Bu mənim işimdir. atanla da-
nışdıq  bu  gün.  Sənin  mənə  lap  başından,  birinci  sinifdən 
indiyədək olub bitəni danışdığın kimi, eynilə mən də atana 
danışdım”. 
Qaşlarımı çatıb, gözlərimlə “davam elə” deyirmiş kimi 
üzünə baxdım. 
“Dur, dur. Qaşlarını çatma hələ. atan sənin düşündüyün 
qədər sərt, qəddar bir adam deyil. atanın tək istədiyi sadəcə 
sənin  oxuyub  savadlı  bir  adam  olmağındır. atana  elçilik 
edib,  nərgizlə  səni  sözləndirməyi,  gələcəkdə  də  ailələrin 
uyğun gördüyü vaxtda evləndirməyi məsləhət gördüm. İlk 
başda qətiyyətlə qarşı çıxdı bu işə. amma onu razı salmağı 
bacardım”. 
“atamı? nərgizə elçilik eləməyə? Həm də belə tez?” 


30
Yenidən çox zərif bir qəhqəhə atdı Lamiyə. “Hə, atanı 
buna razı saldım. axşam özü səninlə bu barədə danışacaq”. 
“İlahi bütün bunlar yuxudur? Hələ də dediklərinə inana 
bilmirəm. Bunu necə bacardın bəs?” 
“atan  səni  çox  istəyir,  Raul.  Dediyim  kimi,  onun  tək 
dərdi sənin ali məktəb oxumağın, özünə yaxşı bir gələcək 
qurmağındır. O da, sözsüz ki, sənin xoşbəxtliyini istəyir bir 
ata kimi. Ona bir psixoloq olaraq sənin vəziyyətini danış-
dım. Raul nərgizə qovuşmazsa nəinki ali məktəb, heç orta 
məktəbi belə, bitirmək kimi bir həvəsi olmadığını izah et-
dim ona. atan da məcbur qalıb, qəbul etdi”. 
“Lamiyə,  mən  sənin  borcundan  necə  çıxacam?  Sən 
həqiqə tən  də  əsl  dostsan.  Mən...  mən  nə  deyəcəyimi  bil-
mirəm”. 
Sevincdən özümü itirmişdim. Əlim titrəyir, danışarkən 
kəkələyirdim həyəcandan. Lamiyə qarşımda oturduğu stul-
dan  qalxaraq  yanıma  gəldi.  Çox  səmimi  bir  təbəssümlə: 
“Sakitləş,  Raul,  borcunu  necə  ödəyəcəyini  telefonda 
danışarkən demişdim sənə. Gələcəkdə qızınız olsa, mənim 
adımı  qoyarsınız.  Hə,  bir  də  nikah  şahidin  mən  olacam, 
əlbəttə.”
Sözlərini bitirib boynuma sarıldı. “Yaxşı ki səni tanımı-
şam, gözəl qəlbli insan, yaxşı ki varsan və mənim dostum-
san”. 
“Sən də, Raul. Sən də yaxşı ki mənim dostumsan. amma, 
bir məsələni də deyim ki, atanın bəzi şərtləri var”. 
“nə şərti var ki atamın?” 
“Mən  sənin  adından  atana  söz  vermişəm  ki,  sən  uni-
versiteti  qazanacaqsan.  Oxuyub,  savadlı  bir  adam  ola-


31
caqsan. Sadəcə nərgizin eşqinə düşüb, hədəflərindən vaz 
keçməyəcəksən və yalnızca ailənin uyğun gördüyü vaxtda 
evlənəcəksiniz”. 
“Yaxşı. Mən də sənə söz verirəm ki, hər şey dediyin kimi 
olacaq. Təki, ailəsi nərgizi mənə verməyə razı olsun, mən 
onunla evlənmək üçün ömrümün sonunadək gözləməyə ha-
zıram”. 
“Sən narahat olma. Birinci qadın tərəfi olaraq, anangil 
gedəcək elçiliyə. Mən özüm də orda olacam. nərgizin ana-
sını razı salmaq üçün, əlimdən gələni edəcəm...” 
***
Lamiyənin  dediklərindən  sonra,  sevincimin  həddi-
hüdudu yox idi. Həm çox sevincli, həm də həyəcanlı idim. 
Sanki özümü, həyatdakı bütün məqsədlərimə çatmış kimi 
hiss edirdim. Buna görə də, çox xoşbəxt idim. Hələ orta-
da əl ilə tutular heç bir şey yox idi, amma, mən artıq çox 
böyük xəyallar qururdum özlüyümdə. nəhayət ki, nərgizlə 
evlənəcəkdik. Bir neçə ildən sonra olsa belə, günün birində 
evlənəcəkdik. İkimiz, bir ailənin təməlini qoyacaqdıq. İki 
uşağımız  olacaq  idi.  adlarını  belə  düşünmüşdüm  artıq. 
Oğlumuzun adını Yusif, qızımızın adını isə Lamiyə qoya-
caqdıq. nərgiz uşaqlarımıza yaxşı bir ana, mən də ideal bir 
ata olacaqdım. Yetkinlik yaşına çatdıqlarında, onlara başı-
mıza gələnləri, necə tanış olub və necə evləndiyimizi da-
nışacaqdıq bir yerdə. Sevməyin, sevilməyin gözəlliklərini 
danışacaqdıq onlara... 
Məndən  sizə  məsləhət,  xəyal  qurmaq  da  pul  ilə  deyil 
ki, deyə düşünüb çox da böyük xəyallar qurmayın. Əmin 
olun, pul ilə olmasa belə, yıxıldığı an ödəyərsiniz qurdu-


32
ğunuz o bütün xəyalların bədəlini. Evə gəldiyimdən bəri, 
zamanın necə keçdiyinin fərqinə varmamışdım. Demək ki, 
insan xoşbəxt olduğunda zaman qavramının onun üçün bir 
əhəmiyyəti  qalmırmış,  bunu  da  öyrənmiş  oldum.  axşam 
düşdüyündə şam yeməyi üçün, masa arxasında toplanmış-
dıq. Yeməyi bitirənə qədər demək olar ki, heç kim ağzını 
açıb  tək  bir  kəlmə  belə  etmədi. Yeməkdən  sonra,  atamın 
bədən  dilindən,  söhbətə  başlamaq  istədiyini,  amma  necə 
başlayacağını bilmədiyini hiss etdim. Ona görə də, söhbəti 
özüm açmaq istədim. 
“ata, bu gün anam mənə axşam vaxtında evdə olmağı-
mı, sənin mənimlə danışmaq istədiyini demişdi.”
atam öskürərək boğazını təmizlədi və əllərini bir-birinə 
birləşdirərək  masanın  üzərinə  qoydu.  Masanın  üstünü 
səliqəyə  salan  anama  dönərək:  “Qoy  qalsın.  Sən  də  otur, 
söhbətimizi edək”, – dedi. anam gülümsəyərək üzümə bax-
dı, daha sonra o da masanın arxasında əyləşdi. “Hə, Raul, 
səninlə danışacağımız var. anan da, mən də səni nə qədər 
çox istəyirik – bunu yəqin ki bilirsən. Sən bizim tək övladı-
mız, tək sevincimizsən”. 
“Əlbəttə, ata, bilirəm. Mən də sizi çox istəyirəm.” 
“Sağ  ol,  oğlum,  amma,  sözümü  kəsmədən  axıradək 
dinlə.  Raul,  biz  səni  bu  yaşına  qədər,  bir  istədiyini  iki 
etmədən,  əzizləyərək  böyütmüşük.  Bu  gün  isə,  bizim  də 
valideynlərin olaraq, səndən öz istəklərimiz var. Hər bir va-
lideyn kimi biz də sənin universitet oxuyub, ali təhsil alma-
ğını və gözəl bir ixtisasa yiyələnməyini istəyirik. İndi bizim 
sənə baxdığımız kimi, gərək, biz yaşlandığımız zaman sən 
də bizə baxasan. Hətta, demək olar, artıq yaşlanmışıq. Təbii 


33
ki, biz sənin sevib-sevilməyini, ailə qurmağını da istəyirik. 
Hansı valideyn övladının xoşbəxt gününü, ailə qurmasını 
görmək istəməz ki? amma, bunun üçün hələ ki tezdir”. 
“atacan, axı mən...” 
“Sözümü kəsmədən axıra kimi dinlə, Raul. Bunun üçün 
hələ tezdir. Sadəcə, yaranan vəziyyətdən dolayı, həm sən 
sevdiyin qızı itirməyəsən, həm də təhsilinə davam edəsən 
deyə,  nərgizə  elçi  gedəcəyik.  Mən  qızın  ailəsi  haqqında 
maraqlanmışam, pis bir ailə deyil. Qismət olarsa indi söz 
kəsərik, sən universiteti bitirib əsgər gedəndə də nişanınız 
olar. Əsgərlikdən gələndən sonra isə, toy edərik, inşallah. 
anan bir az sonra zəng vurub, nərgizin anası ilə danışacaq. 
Elçi getmək üçün uyğun bir gün istəyəcək. Sən isə, bizim 
istəklərimizi yerinə yetirəcəyinlə bağlı, mənə kişi kimi söz 
verəcəksən”. 
“Söz, ata. Kişi sözü. Hər şey çox yaxşı olacaq”. 
“Raul, son bir sözüm daha var. nərgizə olan hisslərindən 
əminsən, oğlum?” 
“Əlbəttə, ata, əminəm. Bundan heç şübhəniz olmasın.” 
nərgizə  olan  hisslərimə  zərrə  qədər  belə  şübhəm  yox 
idi.  nərgiz  mənim  ilk  sevdam,  ilk  tutqum  idi.  Ömrümün 
yarıdan  çoxu,  bütün  uşaqlığım  onu  sevməklə  keçmişdi 
mənim. Masada söhbət bitdikdən sonra, anam ayağa qalxıb: 
“Xeyirlisi oğlum, qismət allahdan”, deyərək mobil telefo-
nunu əlinə aldı. aynişan müəllimə ilə rahat danışa bilmək 
üçün digər otağa keçdi. Elçiliyə getmək üçün xəbər verib, 
uyğun bir gün istəyəcəkdi. Düşüncəsi belə ürək ritmimin 
dəyişməyinə yetirdi. anam telefon danışığını bitirənə qədər, 
masa arxasında həyəcanla oturub gözlədik. Tam otuz səkkiz 


34
dəqiqə telefonla danışmışdılar. Otuz səkkiz dəqiqənin so-
nunda anam əlində telefon, üzüntülü bir ifadə ilə yanımıza 
gəldi. Bayaqkı əhvalından əsər-əlamət görsənmirdi üzündə. 
atam ayağa qalxıb, anama tərəf dönərək:
“Əzizim, nə olub sənə? nərgizin anası tərs bir söz dedi?”, 
– deyə soruşdu. 
“Yox.  Tərs  bir  söz  demədi.  Əksinə,  çox  xoş  danışdı 
mənimlə.  Hətta  qızına  elçi  düşdüyümüzə  görə  minnət-
darlığını bildirdi. amma, nərgizi öz rəfiqəsinin oğluna ərə 
verəcəyinə dair söz verdiyini dedi, buna görə də üzrlü say-
mağımızı istədi.” 
“nə etmək olar? Bəlkə də xeyirlisi belədir.” 
anamın dediklərindən sonra yerimdəcə donub qalmış-
dım. Gözlədiyimdən də yaxşı gedərkən, bir anda bitmişdi 
sanki  hər  şey. arzularıma  çatmağa  bu  qədər  yaxın  ikən, 
hər şeyin başlamadan bitməsi ağlasığmaz idi. Heç bir söz 
demədən ayağa qalxdım. Tezbazar əynimi geyinib, özümü 
küçəyə atdım. Payızın hələ əvvəlləri olsa da, axşamlar hava 
soyuq olurdu. Əllərimi paltonun ciblərinə salaraq, addımla-
mağa başladım. Hara getdiyimi özüm də bilmirdim. Elə bu 
vaxt Lamiyədən zəng gəldi. 
“axşamın xeyir, Raul, necədi vəziyyət, elçiliyə hazırla-
şaq?” 
“axşamın xeyir. Hər şey bitdi, Lamiyə. Bağladılar bizim 
kitabımızı.” 
“necə yəni? Kim bağladı sizin kitabınızı?” 
“Boş ver, sonra danışarıq. Bir az tək qalmağa ehtiyacım var. 
“Hardasan sən? Dur gəl bizə, oturub danışaq. unutma, 
Raul, bu həyatda ölümdən başqa hər şeyin bir çarəsi var.” 


35
“Bir az tək qalmaq istəyirəm. Məni bu günlük üzrlü say.” 
“Mən  tək  qalmağını  istəmirəm.  Evə  gələndə,  sənin 
sevdiyin cipsidən almışam. Gəl söhbət edək, həm də film 
izləyərik bir yerdə. Çox xahiş edirəm, mənim xətrimə gəl.” 
“Yaxşı, Lamiyə. Yarım saata orda olaram.” 
“Gözləyirəm ha. Hələlik.” 
Danışıb  qurtardıqdan  sonra,  taksi  tapmaq  üçün  daya-
nacağa  doğru  getdim. Yolüstü  bir  marketə  girib  bir  ədəd 
siqaret və alışqan aldım. İlk dəfə idi ki, siqaret çəkəcəkdim 
o gecə. Dərdimin dərmanını siqaretdə tapmağı düşünmüş-
düm nədənsə. Siqareti əlimə alıb yandırmaq istəyirdim ki, 
Lamiyənin  “Bu  həyatda  ölümdən  başqa  hər  şeyin  çarəsi 
var” – sözləri bir anda qulağımda səsləndi. Bir yandan da, 
bu  yaşıma  kimi  təmiz  saxladığım  ciyərlərimi  kirlətməyə 
könlüm əl vermirdi. Siqareti qırıb yerə atdım. 
Yoluma davam edib, dayanacağa gəldim. Taksinin biri 
ilə  qiymətdə  razılaşdıqdan  sonra,  Lamiyənin  evinə  doğru 
yola  düşdüm.  Lamiyə  ata  və  anasını  hələ  uşaq  ikən  itir-
mişdi. nənəsi və babası ilə birgə böyümüş, təhsilini bitirib 
psixoloq olduqdan sonra, ayrı evə çıxmışdı. Onun işi hər 
kəsin dərdini dinləmək idi, amma, əslində onun özünə də 
bir psixoloq lazım idi. Bu psixoloq da mən olmuşdum. O da 
heç kimə danışmadığı dərdlərini bir tək mənimlə bölüşür-
dü. Buna görə də, ikimiz çox yaxşı dost olmuşduq. Evlərinə 
çatdığımda hər zamankı kimi, insana rahatlıq bəxş edən xoş 
təbəssümü ilə qapını açdı. 
“Gəl, vəfasız, keç içəri. Məcbur eləməsək heç gəl məyə-
cəksən dostunun evinə. Hətta, bu ilk gəlişindi hələ indiyə 
kimi” 


36
“Lamiyə, əslində heç danışmağa belə heyim yoxdur, val-
lah. O dərəcə yorğunam. Sadəcə, sənin xətrinə gəldim.” 
“Gəl, gəl. Sənin yorğunluğun fiziki deyil, psixolojidir. 
Onun da çarəsinə baxarıq indi.”
ayaqqabılarımı  yenicə  çıxarırdım  ki,  telefonuma  zəng 
gəldi.  nömrə  rəhbərdə  qeydli  deyildi.  İki-üç  çağırışdan 
sonra telefonu açdım. “Raul, hardasan? nərgiz... nərgiz” 
Telefondakı  ağlayaraq  danışan  səsi  tanıyırdım  mən. 
Səsin sahibi aynişan müəllimə idi. Bir anlıq dünyam qaraldı 
sanki. ağlıma bu zəngin səbəbinin ən pis ehtimalları gəldi. 
nərgiz, ah nərgiz. Yalvarıram, mənə bunu etmiş olma. 
“aynişan müəllimə, nərgizə nəsə olub?” 
“Marketə  getmişdim.  Evə  döndüyümdə  nərgizə  səs-
lən dim.  Cavab  vermədi.  Əvvəl  yatmış  olduğunu  düşün-
düm. Otağına girdim, yatağında uzanmışdı paltarla. Üstü-
nü  örtmək  üçün  yanına  getdim.  Gördüm  ki,  nərgiz...” 
Cümləsini bitirmədən, yenidən ağlamağa başladı. 
“nərgizə nə olub axı?” deyə qışqırdım istəmədən. “Evdə 
nə qədər dərman varsa, hamısını bir-birinə qatıb. İntihar edib 
nərgiz. Mənim balam canına qıymaq istəyib. Xəstəxanaya 
bir az da gec çatdırsam, bəlkə də indi...” 
Dərindən  bir  oh  çəkdim.  nərgiz  həyatdadır.  Təsirinə 
düş düyüm  şokdan  birdən-birə  ayıldım.  “Hardasız  indi? 
Olduğunuz  yerin  ünvanın  mənə  mesajla  göndərin.  Ora 
gəlirəm.” 
“Yaxşı, Raul, gəl oğlum, gözləyirəm.” 
Çıxardığım ayaqqabının bir tayını təkrar ayağıma geyin-
dim: “Lamiyə, mən getməliyəm. nərgiz xəstəxanadadır.”


37
“Danışığından  başa  düşdüm  məsələni.  Bu  vaxtı  tək 
getmə.  Piyada  getmək  çətin  olar  sənin  üçün.  Beş  dəqiqə 
gözlə, mən də əynimi dəyişim. Maşınla gedərik bir yerdə.”
“Yaxşı, Lamiyə, amma tez ol, xahiş edirəm. nərgiz nə 
vəziyyətdədir bilmirəm heç.” 
“narahat olma. Əsas odu yaşayır və xəstəxanadadır. Ma-
şının açarın götür, aşağı düş. Beş dəqiqəyə gəlirəm mən də.” 
Məhəlləyə  çıxıb  maşını  işə  saldım.  Lamiyəni  gözlə-
yərkən, aynişan müəllimə ilə olan telefon danışığımız gəldi 
ağlıma. nərgiz ölmüş olsaydı, mən onsuz nə edərdim, deyə 
düşündüm bir anlıq. Yəqin ki, buna dözə bilməzdim... Bir 
az sonra Lamiyə gəldi. Telefonda aynişan müəllimənin at-
dığı adresə baxıb, yola düşdük...
***
Xəstəxanaya  çatdığımızda,  ilk  növbədə  qeydiyyat 
böl mə sinə  yaxınlaşıb  nərgiz  haqqında  məlumat  aldım. 
Gəti rildiyində  ağır  vəziyyətdə  olduğunu,  bir  az  da  gec 
gətirilsəymiş,  hətta  ölə  biləcəyini  dedilər.  Həkimlərin 
dediyinə  görə,  lazımi  müdaxilələrin  edildiyini  və  hal-ha-
zırda vəziyyətinin yaxşı olduğunu öyrəndim. Elə bu vaxt 
aynişan  müəllimə  ilə  rastlaşdıq.  “Salam,  Raul,  nərgizin 
otağı üçüncü mərtəbədədir, reanimasiya şöbəsində. Sistemi 
bitdikdən sonra, bir azdan adi otağa keçirəcəklər.” 
“Salam, müəllimə. Qeydiyyat şöbəsindən maraqlandım. 
Şükür ki, nərgizə heç nə olmayıb. nərgizə bir şey olsa, nə 
edərdim, düşünmək belə istəmirəm.” 
“Bu gün müşahidə altında qalacaq. Sabah səhər evə apa-
ra bilərsiniz, dedi həkim... Bu arada unutdum soruşam, ya-
nındakı xanım qohumundu?” 


38
“İcazə  verin,  sizi  tanış  eləyim. Yanımdakı  xanım  həm 
mənim  psixoloqum,  həm  də  yaxın  dostum  Lamiyədir. 
Lamiyə, sən isə aynişan müəlliməni şifahi olaraq tanıyır-
san onsuz da.” 
Lamiyə cana yaxın, səmimi bir şəkildə gülümsəyərək, əl 
uzadıb görüşdü. 
“Şad oldum, aynişan xanım” 
“Mən də şad oldum, qızım.” 
“Sizinlə bir az qadın-qadına söhbət edə bilərik?” 
“Əlbəttə, qızım. Xəstəxananın mətbəxinə gedirdim mən 
də çay içmək üçün. Buyur gəl, söhbətimizi orda edək.” 
Lamiyə mənə tərəf dönərək: “Raul, bizi bir az üzrlü say, 
sən gözləmə zalına keç, biz də aynişan müəllimə ilə bir az 
söhbət edib, gəlirik.” 
“Yaxşı Lamiyə, işinizdə olun. Mən buralardayam.”
 Təkrar qeydiyyat şöbəsinə qayıdıb, nərgizin həkimi ilə 
danışmaq istədiyimi dedim. Şöbədə oturan qız, həkimin ota-
ğına zəng vurub, həkimə onunla danışmaq istəyən xəstənin 
yaxını olduğumu deyərək telefonu mənə uzatdı. 
“Salam, həkim. Mən Rzayeva nərgizin yaxınıyam.” 
“Salam. Buyurun, eşidirəm sizi.” 
“nərgizin  vəziyyəti  ilə  bağlı  məlumatı  qeydiyyatdan 
öyrəndim. amma, bir şeyi bilmək istəyirəm. nərgiz nə vaxt 
özünə gələcək? nə vaxt görə bilərik onu?” 
“Təxmini bir saata özünə gəlmiş və otağına köçmüş olar. 
Bir saat sonra görə bilərsiz xəstəni” 
“Oldu, həkim. Hər şeyə görə çox sağ olun.” 
“Siz sağ olun, xoşdur.” 
nərgizi tez görə bilmək üçün can atırdım. uzun müddət 
idi görmür, hətta səsini belə eşitmirdim. Həm də bu hadisədən 


39
sonra, nərgiz üçün çox narahat idim. Telefonumun zəngi ilə 
daldığım xəyaldan ayıldım bir anda. Zəng vuran anam idi. 
“Oğlum,  axşamın  xeyir.  Hardasan  sən?  niyə  evə 
gəlmirsən? Saatdan xəbərin var?” 
Gecə saat üçün yarısı idi artıq. 
“axşamın xeyir, ana. nərgiz intihara cəhd edib. Lamiyə 
ilə birlikdə xəstəxanadayıq.” 
“nə  intihar,  ay  bala?  necədir  nərgiz?  Hansı  xəstəxa-
nadasız, biz də gələk atanla bərabər.” 
“narahat olma. Yaxşıdır indi. Bir azdan yanına buraxa-
caqlar. Sizin gəlməyinizə ehtiyac yoxdur. Burdan çıxandan 
sonra evə gələcəm.” 
“Yaxşı, oğlum, allah köməyiniz olsun. Evə gələndə da-
nışarıq. Hələlik.”
aradan yarım saat keçmişdi artıq. Gözləmə zalında otur-
duğum,  o  rahat  divanda  sanki  tikanlar  batırdı  bədənimə. 
Özümü  çox  narahat,  tədirgin  hiss  edirdim.  Bir  az  sonra 
Lamiyənin  mənə  tərəf  gəldiyini  gördüm.  Gəlib  yanıma 
oturdu. 
“Raul,  səninlə  danışacaqlarım  var.  aynişan  müəllimə 
ilə ətraflı söhbət elədik. O da sizi ayıraraq səhv elədiyini 
anlayıb  artıq.  Səni  bura  çağırmağının  səbəbi  də  o  səhvi 
düzəltməkdir.  İndi  səninlə  birlikdə  yanına  gedəcəyik. 
Oturub söhbət edəcəyik bərabər. Bilirəm, bu intihara görə 
onu günahlandırırsan. Haqlısan da əslində, amma bax, xahiş 
edirəm, tərs bir şey danışma. Olan olub artıq, hər şey geridə 
qaldı. Hər işdə bir xeyir var, sözünü boş yerə deməyiblər. 
Bu  vəsilə  ilə aynişan  müəllimə  də  səhvini  anlamış  oldu. 
Bundan sonra, artıq xoş günlər gözləyir sizi.” 


40
“İnşallah,  Lamiyə,  ümidvaram  bundan  sonra  hər  şey 
yaxşı olar. Çünki, ikimizdə çox yorulduq artıq.”
Lamiyə əlini əlimin üstünə qoyaraq: “Üzün gülsün ar-
tıq. Hər şey çox yaxşı olacaq, əmin ol. Qalx ayağa, gedək. 
Qaynanan  bizi  gözləyir”,  –  dedi.  Mətbəxə  getdiyimizdə 
aynişan müəllimə əlində üç fincan çay ilə, çantasını qoy-
duğu masaya doğru gedirdi. Bizi gördükdə “Buyurun gəlin, 
çayları soyutmayın”, – deyərək əyləşdi. Lamiyəylə bərabər 
gedib, masa arxasında öz yerimizi aldıq. Bir neçə dəqiqə 
sonra aynişan müəllimə söhbətə başladı. 
“Raul, bilirəm, səni də, nərgizi də çox incitdim indiyənə 
kimi. amma, mənim bir ana kimi istədiyim tək şey, sadəcə 
qızımın yaxşılığı idi. Daha əvvəl də demişdim sənə, mən 
onu atasız böyütmüşəm. nə çətinliklərlə bu yaşa çatdırmı-
şam, ona bir allah şahiddir. Onun məktəbi bitirib, savad-
lı bir insan olmasını istəyirəm. Evlilik isə ikinci plandadır 
mənim üçün. Onu da, nərgiz hələ uşaq ikən, öz tanışıma 
söz  vermişdim.  Sözümdən  də  əsla  dönəcək  biri  deyiləm 
mən. amma, bu gün...” 
Sanki, sözləri bir anda boğazında düyünləndi. Gözlərinin 
dolduğunu  görən  Lamiyə  masadan  bir  salfet  götürərək, 
aynişan müəlliməyə uzatdı. Salfeti alıb, əvvəl göz qapaq-
larının  altını  sildikdən  sonra,  salfeti  yumruğunda  sıxıb, 
sözlərinə davam elədi. 
“amma  bu  gün,  o  gözümün  ağı-qarası  tək  qızımı, 
nərgizimi  gəlib  yataqda  o  vəziyyətdə  gördükdə  dünyam 
başıma  yıxıldı.  Hələ  də  düşünə  bilmirəm,  evə  bir  az  gec 
getmiş olsam, qızım indi həyatda olmayacaqdı. Həyat yol-
daşım, nərgiz doğulduqdan qısa müddət sonra vəfat etmiş-


41
di. Onun vəfatından sonra, həyata nərgiz ilə tutundum mən. 
Tək yaşamaq səbəbim, qızım oldu. İnşallah bundan sonra 
ikiniz bərabər mənim yaşam sevincim olacaqsınız. nərgiz 
madam ki, səni bu qədər çox sevir, bundan sonra o mənim 
gözümdürsə, sən mənim gözümün nuru olacaqsan, Raul”. 
“aynişan müəllimə, əmin olun, nərgiz mənim həyatımda 
da,  ən  az  sizinkində  olduğu  qədər  dəyərli  biridir.  Mən 
nərgizi  həqiqətən,  çox  sevirəm.  Xatırlayırsız,  bundan  on 
il  əvvəl,  məktəbdə  rəfiqəniz  aygün  müəllimənin  sinfinə 
gəlib-gedirdiz  bəzən. Yanınızda  da  nərgiz  olurdu  hər  za-
man. O vaxtlar, nərgiz hələ məktəbə başlamamışdı. Sadəcə 
siz özünüzlə aparıb-gətirirdiniz. Mənim nərgizə olan sev-
gim, düz o vaxtlardan başlayıb. Mənim valideynlərim də, 
ilk  başlarda  eynilə  sizin  kimi,  bu  uşaqlıq  sevgisidir,  za-
manla  gəlib-keçər,  deyə  düşünürdülər. amma,  gəldiyimiz 
nöqtəni indi hər birimiz görürük.” 
“Raul, evdəkilərlə danış bu gün. Bax gör, əgər hələ də 
nərgizi  gəlinləri  olaraq  istəyirlərsə,  nərgiz  xəstəxanadan 
çıxdıqdan sonra, elçilik üçün gələ bilərlər.” 
Lamiyə söhbətə daxil olaraq: “Sözünüzü kəsirəm, amma, 
vaxtdır artıq. nərgiz çoxdan palatasına köçmüş olmalıdır. 
Gəlin bir yerdə gedək, həm nərgizi görək, həm də bunları 
ona da deyək ki, qoy, o da sevinsin bir az. unutmayın ki, o 
hələ də intiharın psixologiyasındadır.” 
İkimiz  də  başımızı  sallayaraq  Lamiyənin  dediklərini 
təsdiqlədik.  ayağa  qalxıb,  otağın  yerini  öyrənmək  üçün 
xəstəxananın  qeydiyyat  şöbəsinə  doğru  getdik.  aynişan 
müəllimə  qeydiyyat  şöbəsindən  nərgizin  otaq  nömrəsini 
öyrəndikdən sonra, bizə tərəf dönüb, dedi: 


42
“nərgiz  dördüncü  mərtəbədədir,  dörd  yüz  altı  nömrəli 
palatada. amma, xəstənin yanına iki nəfərdən artıq adama 
icazə vermirlər, Raul. necə edək indi?” 
“Siz Lamiyəylə bərabər ikiniz girin. Mən yaxınlarda bir 
yerdə, açıq gül mağazası tapsam, nərgiz üçün gül almaq 
istəyirəm. Xəstəxanaya döndüyümdə, Lamiyəyə zəng vura-
ram, o aşağı düşər, mən də onun yerinə qalxaram.” 
“Yaxşı, oğlum. necə istəyirsən.”
Lamiyəylə  bərabər  nərgizin  otağına  doğru  getdilər. 
Mən də xəstəxanadan çıxıb, gül mağazası axtarmağa get-
dim.  Xəstəxananın  olduğu  yerdən  bir  az  aralıda  açıq  bir 
gül mağazası var idi. nərgizin ən sevdiyi gül olan qırmızı 
qızılgül almışdım bir ədəd. Qızılgül... Bütün güllərin şahı 
sayılan bu gül on doqquzuncu əsrdən bəri sevgi-məhəbbət 
simvolu sayılır. Bizim də sevgimizin gülü məhz elə bu gül 
idi. Deyilənlərə görə, qızılgül yer kürəsində iyirmi beş mil-
yon ildir ki, mövcuddur. Ətri dini ətir sayılıb, məbədlərin 
bəzədilməsində  istifadə  edilirmiş.  Qızılgül  haqqında 
əfsanələr,  rəvayətlər  saysız-hesabsızdır.  amma,  bizim 
gözümüzdə onu daha dəyərli edən şey, o gülə “sevgimizin 
gülü” adını verməyimiz idi. 
Gülü  aldıqdan  sonra,  həyəcanla  xəstəxanaya  geri  dön-
düm. Bu dəfə, həqiqətən də qovuşurduq artıq. Pis günlər 
nəhayət  ki,  geridə  qalacaqdı.  Xəstəxanaya  çatar-çatmaz, 
Lamiyəyə zəng vurub, gəldiyimi xəbər verdim. Bir az sonra 
Lamiyə aşağı düşərək yanıma gəldi. 
“Raul, üzrlü say, amma, səbr edə bilmədik. nərgizi üz-
gün görüb dayana bilmədik, hər şeyi danışdıq ona.” 


43
“Yaxşı eləmisiz. Canınız sağ olsun. Mən gedim nərgizin 
yanına, evə dönərkən ətraflı söhbət edərik.”
 “Yaxşı, get. Mən burda gözləyirəm. Hə, bu arada gül 
çox gözəldi”. 
Təbəssüm edib, nərgizin otağına doğru qalxdım. Həyə-
candan ürəyim sanki ağzımda döyünürdü. Otağa girdiyimdə 
nərgiz əlində güzgü tutmuş, özünə baxır, aynişan müəllimə 
də onun saçlarını darayırdı. O an, “ah bu qadınlar, necə də 
qəribədir”, – dedim öz-özümə. Bir neçə saat bundan əvvəl, 
intihara cəhd edən qız, indi gözəl görsənmək üçün saçla-
rını  düzəldir.  nərgiz  məni  görən  kimi,  həyəcanla  “Raul, 
eşitdiklərim doğrudur?” – deyə soruşdu. aynişan müəllimə 
bizə baxaraq, xoş bir təbəssüm etdi: 
“Mən Lamiyənin yanına düşüm, qız aşağıda tək qalıb.” – 
deyərək, çölə çıxdı. Əslində, Lamiyə bəhanə idi. Yanında ra-
hat olmayacağımızı bildiyi üçün, bizi tək qoymaq istəmişdi. 
Otaqdakı  xəstə  yaxınları  üçün  qoyulmuş  stullardan  birini 
çəkərək, nərgizin yanına oturdum. Əlimdəki qızılgülü yas-
tığının yanına qoyub, əlini tutdum. 
“Qovuşduq artıq, bütün pis günlər geridə qaldı, nərgiz” 
“Hələ də inana bilmirəm. Mən ümidimi itirdiyim üçün, 
intihar  etmək  istədim.  Özümə  gəldiyimdə  isə,  bu  xəbəri 
eşitdim”. 
“Çox qorxutdun məni. Sən ölsən, mən sənsiz nə edərdim, 
deyə düşünmədinmi heç?” 
“Raul,  sənə  qovuşmadıqdan  sonra  yaşamağın  heç  bir 
mənası yox idi mənim üçün. Ona görə də ölmək...” 
“Yaxşı,  dayan.  Ölüm  sözünü  unudaq,  bu  mövzunu  da 
bağlayaq. Əsas odur ki, qovuşduq. Sən sabah burdan çıx, bir 


44
az özünə gəl. O biri gün səni istəməyə gələcəyik. Bundan 
sonra hər şey çox gözəl olacaq.” 
“Çox həyəcanlıyam, Raul. İnşallah hər şey yaxşı olar”. 
“Hər  şey  çox  yaxşı  olacaq,  söz  verirəm  sənə.  İndi  yat 
dincəl  bir  az.  Görüşün  də  vaxtı  bitir,  mən  artıq  gedim, 
elçilikdə  görüşərik”,  deyib,  əyilərək  alnından  öpdüm. 
nərgizlə sağollaşıb, Lamiyəgilin yanına düşdüm. Sanki bir-
birini uzun müddətdir tanıyırlarmış kimi, xoş bir söhbətə 
qarışmışdı başları. 
“allah həmişə mehriban eləsin”, – deyərək güldüm.
 “Sevdiyinə qovuşmusan, kefin düzəlib ha, deyəsən. Sən 
zarafat da edə bilirmişsən, Raul?” – deyə, gülməyə başladı 
Lamiyə. aynişan müəllimə də bizə baxıb güldü. Lamiyə: 
“İstəyirsən  gedək  artıq,  bir  azdan  səhər  açılacaq.  Səni 
evə ötürüm, sonra mən də evə gedim.” 
“Lamiyə, hər şeyə görə çox sağ ol. Sənə kifayət qədər 
əziyyət  verdim  onsuz  da.  Mən  özüm  burdan  taksi  ilə 
gedərəm. Sən get evə, dincəl bir az. Səhər işə getməlisən.” 
“Əvvəla,  əziyyəti-zadı  yoxdur,  sən  sevdiyinin  yanına 
gəlmisənsə, mən də gəlinimin yanına gəlmişəm. Gəl gedək, 
mən  apararam  səni.  Heç  elə  şey  olar,  təzə  bəyi  taksi  ilə 
göndərək?” – deyib çox zərif bir şəkildə yenidən güldü. 
“Yaxşı  onda,  biz  gedək  artıq.  aynişan  müəllimə  də 
nərgizin  yanına  qayıtsın,  nərgiz  otaqda  təkdir... aynişan 
müəllimə, siz də hər şeyə görə çox sağ olun. Bir daha sizə 
söz verirəm ki, hər şey çox gözəl olacaq.” 
“Bundan heç şübhəm yoxdur, oğlum, arxayın ol.”
aynişan müəllimə bizi xəstəxananın giriş qapısına qədər 
ötürüb, yolçu etdikdən sonra, nərgizin yanına getmək üçün 


45
geri döndü. Lamiyə ilə bərabər maşına oturub, yola düşdük. 
Yolda söhbəti ilk başladan Lamiyə oldu. “Görürsən, Raul, 
əgər allah birini sənin qismətinə yazıbsa, əlbət-axır yolla-
rınız qovuşar, yox, əgər qismətində yoxdursa, bütün dünya 
da sənə kömək etsə, yenə də bütün çarələr çarəsiz qalar.” 
“Lap şair kimi danışdın ha, sən də. amma, haqlısan. Hər 
şey üçün bir daha çox sağ ol.” 
“Şair  kimi  danışmağım  normaldır.  nə  də  olsa,  bir  ya-
zarla  dostluq  edirəm.  Dəyməz,  Raul,  mən  bütün  bunları 
həqiqətən  də  içimdən  gəldiyi  üçün  edirəm.  unutma,  sən 
mənim dostumsan. Dost yalnız xoş günlərdə yanında olmaq 
üçün deyil.” 
“Sən həqiqətən, əsl dostsan...” 
Lamiyə məni evə qədər apardıqdan sonra, o da öz evinə 
getdi. Bir neçə saatdan sonra, artıq işdə olmalıydı. Evə çat-
dığımda  pəncərədən  işıqların  sönülü  olduğunu  görüb  hər 
kəsin yatdığını düşündüm. Evdəkilər oyanmasın deyə qa-
pını  açarla  açıb,  səssiz-səssiz  içəri  girdim.  Dəhlizdən  ke-
çib,  otağıma  doğru  getdiyimdə  anamı  mətbəxdə  oturmuş 
çay  içərkən  gördüm.  Məni  görüb  “Raul,  gəldin,  oğlum? 
nərgizin vəziyyəti necədir?” – deyə həyəcanlı bir səs tonu 
ilə soruşdu. 
“Salam  ana.  narahat  olma,  nərgiz  yaxşıdır.  Hətta,  bir 
yaxşı xəbərim daha var sənə. Sən niyə yatmamısan bu vax-
ta kimi?” 
“niyə olacaq oğlum, fikirdən yata bilmədim. Səni göz-
lədim mən də. Xeyir olsun inşallah, nə yaxşı xəbərdir elə?” 
ah,  canım  anam  mənim.  Qayğıkeş  anam.  Boşuna 
deməyiblər ki, ağlasa anan ağlar, gerisi yalan ağlar...


46
“aynişan müəllimə bugünkü hadisədən sonra, artıq bizi 
ayırmağın  doğru  bir  fikir  olmadığı  qənaətinə  gəlib. Yəni 
səhvini anlayıb. Oturub, uzun-uzun söhbət elədik. Lamiyə 
də bizimlə bərabər idi. aynişan müəllimə dedi ki, ailən hələ 
də  nərgizi  gəlini  olaraq  görmək  istəyirsə,  xəstəxanadan 
çıxdıqdan sonra, elçilik üçün buyurub gələ bilərlər.” 
“Sənin adına çox sevindim, oğlum. Xeyirlisi ilə səhər ol-
sun, bu barədə atanla danışıb məsləhətləşərik. allahın izni 
ilə, uyğun bir zaman təyin edib, elçiliyimizi edərik.” 
anam oturduğu masadan ayağa qalxdı. Üzümdən öpüb, 
boynuma sarıldıqdan sonra, “Oğlum, get yat artıq, sən də 
yorğunsan. unutma, sabah məktəbin də var”, – dedi. 
“Yaxşı,  anacan,  narahat  olma.  Gedib  yatıram  indi”, 
–  deyib,  yataq  otağıma  getdim.  Sabahısı  gün  məktəbə 
getdiyimdə, hər zamankından fərqli olaraq, gülərüz, mehri-
ban və şən bir Raul olmuşdum. Bütün dərs boyunca, yalnız-
ca nərgizlə gələcəyimizə dair planlar qurub, elçilik haqqın-
da  düşünürdüm.  Bu  düşüncələr  belə,  xoşbəxt  olmağıma 
artıqlaması  ilə  kifayət  edirdi.  Dərsdən  qayıtdıqdan  sonra, 
günün geri qalanını telefonda nərgizlə danışaraq keçirtdim. 
İkimiz  də  telefonda  rahat-rahat  danışmağa  uzun  zamandı 
həsrət idik. Hər ikimizin evində də elçiliyə hazırlıq işləri 
gedirdi. Bir-birimizə evlərimizdə gedən elçilik hazırlığın-
dan danışır, bir yandan da gələcəklə bağlı planlar qururduq. 
Otağımın qapısı döyüldü və anam içəri girdi. 
“Oğlum, nərgiz qızıma de, sabah səhər hazırlaşsın, ge-
dib onu evdən götürək. axşama söz üçün üzükləri alaq.”
Zarafata salaraq: “İndidən üzükləri almaq üçün tez de-
yil? Bəlkə heç vermədilər qızı”, – dedim. 


47
“O dediyin əvvəllər idi, Raul. Həm də zarafat bir yana, 
mən aynişan müəllimə ilə danışmışam. nərgiz ağır travma 
keçirib. İşi çox uzadıb, onu da yormamaq üçün elə sabah hə 
cavabından sonra üzükləri taxmaq yaxşı olar. Sən nərgizə 
de, sabah səhər hazır olsun.” 
“Yaxşı anacan, deyərəm indi. narahat olma.”
“Özünüz də yatın dincəlin, sabah işimiz çoxdu.”
anam qapını bağlayıb, otaqdan çölə çıxdı. nərgiz tele-
fonda məni gözləyirdi. “nərgiz, sabah səhər üzük...”
“Eşidirdim  danışdıqlarınızı.  Həm  də  ki,  xəbərim  var. 
anam bayaq demişdi mənə.” 
“Lap  yaxşı.  Elçilikdən  qabaq,  görüşmüş  olarıq  bu 
vəsiləylə.” 
“Sabah üzük almağa gedəndə kimlər olacaq yanımızda?” 
“Bizdən anamla mən olacayıq. Sən də kimi istəyirsənsə, 
özünlə gətirərsən.” 
“Çinarəylə  danışaram  bir  azdan.  Mən  də  onunla  bir 
yerdə gələrəm.”
Üzük almaq məsələsi, məni daha da həyəcanlandırmışdı. 
Gecə yarısına qədər telefonda danışıb, planlar qurduq. nə 
vaxt yatıb qaldığımı xatırlamırdım belə. Sabah olduğunda, 
anam otağıma gəlib oyatmışdı məni. “Raul, saat on tamam-
dır.  Mən  oyatmasam  günortaya  kimi  yatacaqsan.  Elə  bil 
heç sənin elçiliyin deyil bu gün. Dur hazırlaş, görüləsi işlər 
çoxdur.” 
“Sabahın xeyir, ana. Sən yeməyimi hazırla, gəlirəm indi. 
Yemək yeyim, gedək nərgizi götürək.” 
“Yaxşı, bir az tez ol. Mən otaqdan çıxan kimi təzədən 
yatma.” 


48
Yatağımdan  qalxmadan,  yatağın  yanındakı  çəkməcəyə 
uzanıb,  telefonumu  götürdüm.  Saat  10:05  idi. anam  hər 
səhər məni oyadanda, otaqdan çıxar-çıxmaz, təkrar yatma-
ğa davam edərdim. amma, bu dəfə həyəcandan təkrar yata 
bilməzdim,  sözsüz  ki.  ayağa  qalxıb  əynimi  geyindikdən 
sonra, əl-üzümü yuyub, mətbəxə keçdim. atam dəhlizdən 
mənə səsləndi: 
“Raul,  piyada  getməyin  üzük  almağa.  Maşının  açarın 
evdə  qoyuram,  maşınla  gedərsiz.  Mən  bu  günlük  piyada 
yola verərəm işlərimi.” 
“Çox sağ ol, ata. Məni də elə piyada getməyin fikri gö-
türmüşdü bayaqdan. Sən hara gedirsən bəs?” 
“Bir-iki saatlıq işim var çöldə. Siz gedin işinizi həll edib, 
qayıdın.” 
“Yaxşı, ata, xəbərləşərik.”
Səhər yeməyini yedikdən sonra, anamla bərabər hazır-
laşıb, çıxdıq evdən. Yolda anam “nərgizə xəbər vermisən 
evdən çıxdığımızı?” – deyə soruşdu. 
“narahat olma, hazırdır o. İndi zəng vuracam, düşəcək 
aşağı.” 
Məhəllələrinə  çatdıqda  maşını  binanın  qarşısında  sax-
layıb, nərgizə zəng vurdum. Bir az sonra nərgiz, rəfiqəsi 
Çinarə ilə birlikdə yanımıza gəldilər. Maşından düşüb, sa-
lamlaşdıqdan sonra, arxa qapını açıb, “Buyurun, xanımlar, 
əyləşin gedək. İşimiz çoxdur”, – deyə gülümsədim. 
Çinarə, gülərək “Çox şanslısan, nərgiz. İncə ruhlu bir 
adamla ailə quracaqsan”, – dedi və keçib arxa oturacaqda 
əyləşdilər. 
Başımı  yuxarı  qaldırdığımda  aynişan  müəlliməni  ev-
lərinin  balkonundan  bu  mənzərəyə  baxarkən  gördüm.  O 


49
da çox sevincli görsənirdi. Başımız ilə bir-birimizə salam 
verdikdən sonra, mən də maşına əyləşdim: “Yaxşı xanım-
lar, indi deyin görək hara gedirik? Üzükləri hardan alaca-
yıq, bir planınız var?” 
anam: “Raul, sən sür gedək şəhərə. Üzük tapılar”.
anamın  dediyi  kimi  də  elədik.  Şəhərə  gedib  bir  xey-
li  yer  gəzdikdən  sonra,  nəhayət  dükanlardan  birində 
istədiyimiz  kimi  üzüklər  tapdıq.  Bəyəndiyimiz  üzüklərin 
qiyməti baha olduğundan, nərgiz ilk başda istəmədi. anam 
vəziyyəti  başa  düşüb,  dedi:  “Bu  sizin  bəxt  üzüklərinizdi. 
Ömürdə  bircə  dəfə  olan  bir  şeydir.  Baha  olmasının  ziya-
nı yoxdur. Həm bayaqdan neçə dənə dükan gəzdik, bircə 
bunu bəyəndiniz ikiniz də. Hələ görüləsi çox iş var, əgər 
həqiqətən bəyəndinizsə götürək bunları.”
nərgizlə  bir-birimizə  baxıb,  gözlərimizlə  sanki  bəyən-
diyimizi  təsdiqlədik.  Üzükləri  aldıqdan  sonra  qəsəbəyə 
geri  döndük.  nərgiz  bəzənmək  üçün  gözəllik  salonuna 
gedəcəkdi. Ona  görə  əvvəlcə nərgizlə Çinarəni yaşadığı-
mız qəsəbədə gözəllik salonlarının birinə qoyub, ardından 
da  anamı  evə  apardım. anam  maşından  düşərkən  “Raul, 
sən hara gedirsən bəs?” – deyə soruşdu. 
“Mən  bərbərə  gedirəm.  Saçımı  düzəltdirim,  sonra  evə 
gələcəm.” 
“Yaxşı Raul, amma, gec qalma. Üç saat sonra nərgizgildə 
olmalıyıq.” 
“Yaxşı. Siz hazırlaşın, mən də evə gəlib, tezbazar əynimi 
dəyişərəm çıxarıq.” 
“Bəs Lamiyə? Bura gəlib, bizimlə bir gedəcək?” 
“Yox, ona adresi vermişəm. Özü vaxtında orda olacaq.” 


50
“Yaxşı, çox gecikmə sən də. Vaxtlı-vaxtında gedək ki, 
ayıb olmasın.” 
“narahat olma, vaxtında gələcəm. Yaxşı, sözə tutma day 
məni. Qoy gedim işimi həll edim, gəlim tez.” 
Vaxt yaxınlaşdıqca həyəcandan ürəyimin döyüntüsü də 
getdikcə artırdı. Hələ elçilikdə belə həyəcanlıyamsa, toyda 
yəqin  ki,  həyəcandan  ölərəm,  deyə  düşündüm  öz-özümə. 
Saçımı düzəltdirmək üçün getdiyim bərbər, elə yaşadığım 
qəsəbədə idi. İllərdi həmişə onun yanına gedirdim. Bu dəfə 
də,  başqa  birinin  yanına  getmək  istəmədim.  Bərbər  Şaiq 
həm xoşdilli, gülərüz bir adam, həm də işinin ustası idi. Hər 
kəs, onu saç memarı adlandırırdı. Yanına çatan kimi “Xoş 
gəlmisən, Raul. neçə gündü gözüm səni axtarır”, – dedi. 
“Xoş gününə gələk, qardaş. Xeyr olsun?”
“Qulağıma  söz-söhbət  çatıb  yenə.  Eşitdim,  məktəbdə 
qırğın-dava edirsən istədiyin qıza görə.”
“Qulağına çatmasa təəccüblənərdim, onsuz da. Bir az-
dan, istədiyim qıza elçi gedəcəyik inşallah.” 
“Xeyirli olsun, qardaşım. allah xoşbəxt eləsin. Gəl otur 
onda sənin üçün bəy saçı düzəldək, – deyib, gülümsəyərək 
əli ilə dəri oturacağı işarə elədi:  – Hə, Raul, danış görək. 
Həyəcanlısan?” 
“Verdiyin suala bax da, əlbəttə ki həyəcanlıyam. Sənin 
də başına gəlsin, görərsən onda.” 
“Mən  səndən  altı  yaş  böyüyəm.  Əslində,  elə  birinci 
mənim başıma gəlməli idi. amma, sən qabağa düşdün.”
“Onsuz  da  hələ  qabaqda  universitet,  sonra  ardıyca 
əsgərlik var. Mənim evlənməyimə ən az beş il var. O vaxta 
kimi sən çoxdan evlənərsən.” 


51
“Hə, yaxşı yadıma düşdü. Hazırlaşırsanmı, heç olmasa, 
universitet üçün?” 
“Hazırlaşacam. Bu iş həll olsun, daha ciddi düşəcəm o 
məsələnin üstünə.” 
“uğurlar sənə. Sən inahatkeş və istədiyini əldə edən bir 
adamsan. İstəsən onu da bacararsan. Bu arada hazırsan, təzə 
bəy.” 
“Şaiq, əlinə sağlıq, qardaş. Bəy saçının qiyməti fərqlidir 
səndə də?” 
“a  kişi,  nə  bəy  saçı,  dur  çıx  çölə.  İmkan  ver  işimi-
zi görək. Səndən pul alası deyiləm xeyir işində”, – deyib 
gülməyə başladı. 
“Çox sağ ol, Şaiq. Elə isə, gedim onda mən yavaş-yavaş. 
Özünə yaxşı bax.” 
“Dayan, a kişi, dayan. Pul almayacam dedim, heç olma-
sa, bir sağ əlini başıma çək də. Mənim də bəxtim açılsın”... 
Bərbərdən çıxdıqdan sonra, evə doğru yola düşdüm. Yol 
boyu, bu olub-bitənləri Şaiqə kim danışıb görəsən? – deyə 
düşünürdüm. Bu bərbərlərin də haqqında məlumatı olmadı-
ğı bir nəfər belə olmur qəsəbədə. Kişilərdə kişi salonu, qa-
dınlarda isə qadın salonu. Bax, bu iki yer bütün qəsəbənin 
qeybəti olunan məntəqələrdir. Danışmağa söhbət tapmırlar-
mış kimi, qəsəbədə yaşayan kim varsa – azyaşlıdan qoca-
sına kimi – bir-bir hamısının qeybətini edirlər. Filankəsin 
qızın filan oğlanla bərabər görüblər, Mehdinin ortancıl oğlu 
siqaret çəkirmiş sən demə, Fariz yoldaşından boşandı keçən 
gün, Cavidin qızı universiteti qazana bilmədi, xəbərin var? 
və s. İndi də Raul, nərgizə görə qırğın-dava edirmiş söhbəti. 
axı bütün bu olanlardan sizə nə? nəysə əşi, mən bu insan-


52
ları həyatım boyunca anlaya bilməyəcəm belə getsə. axı bir 
insanın nəyinə gərək olsun ki, öz doğması olmayan, kənar 
şəxslərin şəxsi həyatı? Görünür, ya bu insanlarda bir prob-
lem var, ya da ki məndə... 
Telefonuma gələn zəng ilə düşüncələrdən ayıldım. Zəng 
vuran anam idi. “Raul, hardasan, oğlum?” 
“Bərbərdən indi çıxdım. Evə gəlirəm” 
“Bayaq  demək  yadımdan  çıxdı,  bir  buket  qəşəng  gül 
alaydın gərək. Elçiliyə gül ilə şirniyyat aparmaq adətdəndir. 
Şirniyyatı atan alıb. Sən də gələndə gül al.”
“Bunu  yadıma  vaxtında  salsaz,  olmazdı?  Bir  saata 
nərgizgildə olmalıyıq artıq.” 
“Bizim də yadımızdan çıxmışdı, oğlum. Yaxşı, uzatma 
daha, get tezbazar yolüstü al.” 
“Yaxşı, ana, alaram. Siz mən gələnə hazır olun.”
Yaxınlarda bir-iki məhəllə uzaqda bildiyim bir gül dü-
kanı var idi. Ora gedib, nərgiz üçün yeddi ədəd qızıl gül 
seçib, buket bağlatdırdım. Yeddi mənim həm ən sevdiyim, 
həm  də  mənə  uğurlu  gələn  bir  rəqəmdir.  Evə  çatdığımda 
anam və atam artıq hazır idilər. Hazırlaşmış, oturub məni 
gözləyirdilər. əynimi dəyişmək üçün tez otağıma keçdim. 
Qara  kostyum  dəstim  ütülənmiş,  otağımın  qapı  qulpuna 
asılmışdı. Tam bu andan etibarən içimi böyük bir həyəcan 
sardı. Bu vaxta kimi olan təmkinli, olğun davranışlı adam 
getmiş, onun yerinə uşaq kimi sevincək olan biri gəlmişdi. 
Kostyumu  geyindikdən  sonra,  otağımda  parıltısı  ilə  göz 
qamaşdıran  klassik  ayaqqabılarımı  da  geyinib,  güzgünün 
qarşısına keçdim. Öz-özümə “göz qamaşdırırsan ha, Raul” 
deyib  gülümsəməyə  başladım.  nərgiz  görəsən  nə  edir? 


53
Mən bu qədər həyəcanlıyamsa, onun həyəcanını təsəvvür 
belə edə bilmirəm heç. İnşallah bir gün, bu güzgünün qaba-
ğında bəy kostyumumu geyinərək duracam. Tam şirin-şirin 
xəyallara dalırdım ki, anamın “Raul, tez ol bala, vaxt azdı. 
İyirmi dəqiqədir, hazırlana bilmədin sən hələ?” – sözləriylə 
gecikdiyimizi xatırladım. 
“Hazıram, anacan. Çıxa bilərik artıq.” 
anam dolmuş gözləri ilə məni süzərək: “Raul, xoşbəxt 
olun, oğlum, canım mənim”, – deyib, hər iki üzümdən öpdü. 
“Yaxşı, ana, kövrəltmə day məni. Xeyr işə gedirik, şükür 
allaha. Sənin niyə gözün dolub?” 
“Bir gün valideyn olub, övladının xeyir işin görəndə an-
layarsan məni. nəysə, gəl gedək daha. Dediyimiz vaxtda 
gedib çataq.”
Hazırlaşıb,  tezbazar  evdən  çıxdıq.  nərgizgil  bizdən 
iki-üç  məhəllə  aralı,  oxuduğumuz  məktəbə  yaxın  qalırdı. 
Təxminən,  beş  dəqiqə  sonra  çatmışdıq  artıq  məhəlləyə. 
Lamiyənin maşını, məhəlləyə girən kimi, gözümə sataşdı. 
Lamiyə bizdən qabaq gəlmiş, maşında oturub gözləyirdi. O 
da bizim gəldiyimizi gördü, maşından enib yanımıza gəldi: 
“Salam,  Əli  dayı.  Salam,  Sevda  xala,  necəsiniz?  allah 
xoşbəxt eləsin. Sevgiləri əbədi olsun, inşallah.”
“Salam, qızım. Yaxşı olasan. Şükür allaha yaxşıyıq biz 
də. Tez zamanda, səndən görək, inşallah”, – deyə qarşılıq 
verdi anamgil. Söhbətlərin kəsərək: “Görüşməyiniz bitdisə 
əgər, bəlkə artıq yuxarı qalxaq?” – dedim. Hamı bir ağızdan 
gülməyə başladı. 
atam əlini «gedək» mənasında qabağa uzadaraq: “Bəyi-
miz tələsir bir az, gəlin qalxaq”, – dedi. Qapını nərgizin 


54
anası  açmışdı  bizə.  aynişan  müəllimə,  gülər  üzlə  xoş 
gəldin edib, içəri buyur etdi. nərgiz hər zamankı kimi çox 
gözəl  görsənirdi.  Gözlərimi  onun  ala  rəngli  gözlərindən 
çəkə  bilmirdim.  Mənə  başı  ilə  salam  verdikdən  sonra, 
valideynlərimlə  salamlaşıb,  öz  otağına  keçdi.  Qonaq  ota-
ğına  keçib,  oturduqdan  sonra,  təxminən  bir  saat  idi  ki, 
böyüklər hal-əhval tutur, öz aralarında danışırdılar. 
Mən isə bir yandan nərgizi görmək istəyir, bir yandan 
da  valideynlərimin  əsas  mövzuya  keçib  elçilik  etməsini, 
nərgizi  istəməklərini  gözləyirdim  həyəcanla.  Yanımda 
oturan  Lamiyəyə  gileylənir,  o  da  məni  sakitləşdirməyə 
çalışırdı. anam  ara-sıra  üzümə  baxır,  bu  düşündüklərimi 
gözlərimdən oxuyurmuşcasına gülümsəyirdi. Bir ara, ata-
mın qulağına pıçıltı ilə bir şeylər dedi. Çox güman ki, o, 
gözlədiyim cümlə idi. 
“artıq əsas mövzuya keçək, – atam oturduğu rahat di-
vanda, bir az doğrulub, boğazını təmizləyərək, sözə başladı. 
– Həə, aynişan xanım, sizin də izninizlə əsas mövzumuza 
gələk”. 
aynişan  müəllimə  gülümsəyərək,  “Buyurun”,  dedi  sa-
dəcə. 
“Gəlişimizin  səbəbi  məlumdur.  Çox  istəyərdik  ki,  bu 
elçiliyi elimizin adət-ənənəsi ilə və vaxtı gəldiyində edək. 
amma, məlum vəziyyət belə olmasını tələb etdi. Əlbət, hər 
işdə  bir  xeyir  vardır.  Bəlkə  də allah  belə  məsləhət  bilib. 
Bu gözəl balalar bir-birini sevib, könül veriblər. Bizə düşən 
də valideyn olaraq, onlara bu yolda dəstək olmaq, ailə qur-
maqlarına  və  gözəl  bir  ailə  olmalarına  kömək  etməkdir. 
Həə,  necə  deyərlər,  bir  qız  bir  oğlanındır.  allahın  əmri, 


55
Peyğəmbərin  qanunu  ilə  nərgiz  qızımızı  Raul  oğlumuza 
istəyirik.” 
aynişan müəllimə zərif bir şəkildə, sevincdən yaşarmış 
gözlərini ovuşdurdu: “İki gün bundan əvvəl, nərgizi, gö-
zümün ağı-qarası tək övladımı, itirəcəyimi zənn etmişdim. 
Şükürlər olsun ki, allah onu mənə yenidən bağışladı. Bu 
gün isə, bir oğlan övladı daha qazanıram. Eynilə sizin də 
dediyiniz  kimi,  görünür  xeyirlisi  belə  imiş.  Bizə  “allah 
xoşbəxt eləsin” deməkdən başqa, heç bir söz düşməz artıq.”
Hamı  bir  ağızdan  xeyir-dua  verməyə  başladı:  “allah 
xoşbəxt eləsin, yarıyanlardan olsunlar.” aynişan müəllimə 
nərgizə  səslənərək,  “qızım,  şirinçayları  gətir”  dedi. 
Lamiyə  ayağa  qalxıb  “Mən  də  nərgizə  kömək  edim.  O 
indi həyə canlıdır”, – deyərək nərgizin yanına getdi. anam 
“Şirinçayımızı  içəndən  sonra,  istəyirik  uşaqlara  bu  gün 
söz  üzüklərin  taxaq.  Sonra  isə,  oturub  uşaqların  gələcəyi 
haqqında  bir  az  söhbət  edək”,  –  dedi. aynişan  müəllimə 
gülümsəyərək başı ilə razılıq əlamətini bildirdi. 
Bir  az  sonra  Lamiyə  və  nərgiz  əlində  şirin  çaylar  ilə 
yanımıza  gəldilər.  Birinci  mənim  valideynlərimə,  son-
ra  öz  anasına,  Lamiyəyə  və  ən  son  mənə  çayları  verib, 
otaqdan çıxmaq istəyirdi ki, “Getmə qızım, otur sən də – 
deyə  səsləndi  atam. aynişan  müəlliməyə  doğru  dönərək, 
– icazənizlə nərgiz də qalsın. nə də olsa, onların gələcəyi 
haqqında  danışacayıq”. aynişan  müəllimə  nərgizə  əli  ilə 
otur deyə, işarə elədi. 
Çaylarımızı  içdikdən  sonra,  növbə  üzükləri  taxmağa 
gəldi. Hamı ayağa qalxaraq, nərgizlə mənim başımıza top-
landı. Lamiyə qırmızı lent taxılmış üzükləri barmağımıza 


56
taxdı.  “allah  xoşbəxt  eləsin,  əzizlərim.  allah  toyunuzu 
görməyi  qismət  eləsin.  Bir  ömür  sevib-sevilənlərdən  ola-
sız,  inşallah”  deyib,  əlində  tutduğu  qayçı  ilə  lenti  kəsdi. 
Hamı bir daha təbrik edib, xeyir-dualarını verdikdən son-
ra əyləşib, qaldığımız yerdən söhbətə davam etdik. atam: 
“Həə, izninizlə indi, ikinci əsas məsələyə keçək, – deyib, 
söhbətə başladı. – Raul on bir, nərgiz isə onuncu sinifdədir. 
Sözün açığı, mən belə düşünürəm ki, Raul universitetin dör-
düncü, yəni son ilində olan vaxtı nişan edərik. Sonra Raul 
hərbi xidmətə gedib gələr, eyni zamanda nərgiz də univer-
siteti bitirmiş olar. Əsgərlikdən gələndən sonra isə şanımıza 
layiq gözəl bir toy edərik. Mənim bu haqda düşüncəm bu-
dur. Siz necə düşünürsünüz, aynişan xanım?” 
“Məncə də sizin dediyiniz kimi uyğundur. Tələsən bir 
yerimiz yoxdur nədə olsa. Xeyirlisi allahdan.” 
Əsas məsələlər haqqında danışıb, qərarımızı verdikdən 
sonra,  təxmini  bir-iki  saat  daha  oturub,  gecəni  sonlandır-
dıq. Təbii ki, gecəni sonlandırmaq nərgizlə mənə aid de-
yildi.  Bizim  üçün  tam  tərsinə,  gecə  uzun  çəkəcəkdi  bəlli 
ki.  Çünki  ikimiz  də  telefonlara  sarılıb  səhərə  qədər  bir-
birimizlə danışmağın planlarını qururduq artıq. Lamiyəyə 
minnətdarlığımı  bildirib,  hər  şey  üçün  bir  daha  təşəkkür 
etdikdən sonra, onu maşınına qədər yolçu edib, biz də evə 
doğru yol aldıq. Evə çatar-çatmaz, ilk işim ayaqqabılarımı 
çıxarıb, otağıma keçmək oldu. Əynimdəki kostyumu belə 
dəyişəcək səbrim yox idi. Ona görə də elə kostyumla yata-
ğıma uzandım. 
O gecə sübhə qədər telefonla danışdıq. İkimiz də özü-
müzlə qürur duyurduq. Bu yaşda gerçək sevgini tapdığımı-


57
zı və sözlənərək bu sevgini bərkitdiyimizi düşünürdük. nə 
də olsa, bu yaşda hər kəs ailəsini buna razı sala bilməzdi. 
Tam anlamı ilə bir çılğınlıq idi bu. Sabahısı gün, bazar günü 
idi. Görüşmək üçün öz aramızda planlar qururduq. Bundan 
sonra  görüşəndə,  qəsəbədəki  güvənlik  kamerası  rolu  oy-
nayan o insanlardan özümüzü gizlətməyə ehtiyac yox idi. 
aynişan  müəllimənin  qorxusundan  gizli-gizli  görüşdüyü-
müz günlər, artıq geridə qalmışdı. 
Səhər tezdən hazırlaşıb evdən çıxdım. nərgizi evlərindən 
götürüb, gəzməyə gedəcəkdik. Evlərinə çatdığımda qapını 
nərgiz açdı. Üzgün olduğu, ala rəngli gözlərindən çox rahat 
sezilirdi. “nəsə olub, nərgiz?” 
“Gəl içəri, Raul, anam da səni gözləyirdi elə.” 
Görüş üçün icazə ala bilmədiyini anlamışdım. ayaqqa-
bılarımı çıxararaq, içəri otaqda olan aynişan müəllimənin 
də eşitməsi üçün bir az yüksək səslə: 
“Görünür  icazə  ala  bilməmisən  görüş  üçün.  narahat 
olma,  mən  icazə  alaram.  Mən  aynişan  müəlliməni  çox 
istədiyim qədər, o da məni çox istəyir. O mənim xətrimə 
dəyməz”, dedim. 
İçəri keçdiyimizdə aynişan müəllimə gülərək “ah, Raul, 
ah, belə şirinliklər edə-edə həqiqətən də özünü çox istədə-
cəksən zamanla. Buna əminəm.” 
Bir  az  zarafatyana  bir  şəkildə  “necə  bəyəm?  İndi  çox 
istəmirsiz ki, məni?” deyə soruşdum. 
“İndi  də  çox  istəyirəm,  amma,  sözümə  qulaq  assan, 
zamanla  lap  çox  istəyəcəm.  Keçin  oturun  ikiniz  də,  sizə 
deyəcəklərim  var”,  deyə  əlavə  etdi  aynişan  müəllimə. 
nərgizlə bir-birimizə sual dolu baxışlarla baxaraq, oturduq. 


58
“Baxın uşaqlar, mən sizi çox yaxşı başa düşürəm. Bir-
birinizi həqiqətən sevirsiniz, bunu da bilirəm. Sevginizə də 
hörmət edirəm hətta. amma, sizin bu yaşda sözlü olmağı-
nız, bütün günü gəzib-əylənəcəyiniz anlamına gəlmir. Siz 
hələ məktəblisiniz. İkiniz də universitetə qəbul olmalısınız. 
Raul, əsas da sən. Sən onbirinci sinifdəsən. Bir neçə ay son-
ra qəbul imtahanın olacaq sənin. Mən müəllimə adamam. 
Mənim qızım da, kürəkənim də ali savadlı olmalıdır.” 
aynişan  müəllimənin  dediklərinə  ikimiz  də  başımızı 
sallayaraq  razılıq  verir,  bir  yandan  da,  yenə  əvvəlki  kimi 
görüşə  bilməyəcəyimizi  düşünməyə  başlamışdıq  artıq. 
“Raul, qulaq asırsan sən mənə? Fikrin hara getdi sənin?” 
“Diqqətim sizdədir. Haqlısınız əlbəttə ki. nərgiz də, mən 
də universitet oxuyacağıq.” 
“Bəli,  oxumalısınız!  Məktəbdə  onsuz  da  bir-birini-
zi  görəcəksiniz,  buna  qarışmayacam.  Məktəb  xaricində 
isə  universitetə  daxil  olana  qədər,  sadəcə  ayda  bir  dəfə 
görüşməyinizə icazə verəcəm. İstisna olaraq sözlənməyiniz 
xətrinə bu gün gəzməyə gedə bilərsiniz.” 
Bu  son  sözlər  ikimizin  də  gözünə  işıq  gətirdi  sanki. 
nərgiz oturduğu yerdən qalxaraq, anasının boynuna sarıl-
dı. “Bəs mənə deyirdin, Raul gəlsin, ona da sözümü deyib, 
göndərəcəm evlərinə? 
aynişan  müəllimə  gülümsəyərək  “neyniyim,  çox  istə-
yirəm də onu. Xətrinə dəyə bilmədim”, deyərək həm mü-
hiti yumşaltdı, həm də bayaq ona eşitdirmək üçün dəhlizdə 
yüksək səslə dediklərimə qarşılıq verdi. 
Hazırlaşıb  çıxdıq  evdən.  Getmək  istədiyimiz  yer  Bo-
tanika bağı idi. nərgizlə çox uzun zaman idi ki ora getmək 


59
istəyirdik.  Bir  gün  əgər  rahat-rahat  görüşə  bilsək,  mütləq 
ora da gedərik, deyə planlar qururduq. Qış olsa, gedib qar-
topu oynayar, qarın üzərində öz izlərimizi qoyar, yaz olsa, 
gedib güllər-çiçəklər arasında gəzər, piknik edərdik, deyə 
düşünmüşdük. 
Fevral  ayının  son  günləri  idi.  Demək  olar,  qış  artıq 
bitmiş,  sadəcə  gecələri  üşümə  verən  soyuqları  qalmışdı 
geriyə. Yaz isə yavaş-yavaş gəldiyini hiss etdirirdi təbiətdə. 
Gündüzləri havalar nisbətən daha isti olurdu və ən əsası, 
baharın xəbərçisi olan çiçəklər çoxdan dörd bir yanda aç-
mağa başlamışdı. Yaz mövsümündə biz bu bağı cənnətdən 
bir guşə adlandırırdıq. Şəhərin səs-küyündən uzaq, yaşıllıq, 
gül-çiçək, quşların cəh-cəh vurması. necə deyərlər, gül bül-
bülü çağırır, bülbül də gülü. İkimiz də ona görə bu huzur 
verən  yeri  çox  sevir,  tez-tez  gəlirdik  bura.  Sadəcə  ikimiz 
bərabər gələ bilməmişdik heç vaxt. Bu gün, o gün idi. Bir 
xəyalımız  daha  gerçək  olurdu  bu  gün.  Bir  az  gəzdikdən 
sonra piknik edəcəyimiz yeri qərarlaşdırıb ayaq saxladıq. 
nərgiz piknik üçün hazırladığı çantadan, yerə sərmək üçün 
bir örtük çıxardı. O, hazırlıq görərkən, mən də bir az aralıda 
ətrafdakı güllərdən ona bir çələng düzəldirdim. 
nərgiz  piknik  masasını  hazırladıqdan  sonra  yanıma 
gəldi. “Hazırdır, Raul, gəl oturaq”. “Sən otur, bir dəqiqəyə 
gəlirəm”. nərgiz əlimdə düzəltdiyim çələngə diqqətlə baxa-
raq, bir az daha yaxına gəldi. “nə edirsən ki sən burda?” 
“Sənin üçün güllərdən çələng düzəldirdim. Bitdi artıq.” 
Əlimdəki çələngi nərgizin başına qoydum. adi güllərdən 
düzəltdiyim bir çələng belə, nərgizə çox gözəl yaraşmış-
dı.  Heç  nə  demədən  bir  neçə  saniyə  sarıldı  mənə.  Sonra 


60
əlimdən tutub, gülümsəyərək “gedək, Raul, süfrə hazırdır”, 
dedi. 
Piknikə başladıqdan bir az sonra, nərgiz yaman fikirli 
görsənirdi  gözümə.  Sanki  bura  bərabər  gəldiyim  gülərüz, 
sevincək nərgiz deyildi yanımdakı. “nə baş verir, nərgiz? 
nəyə görə belə fikirlisən?” deyə soruşdum. 
«Fikirli deyiləm. Sadəcə bir az düşündüm». 
“nə haqda? Səsli düşün ki, kömək eləyim sənə». 
“anamın dedikləri haqqında. Dörd-beş aydan sonra ar-
tıq sənin universitetə qəbul imtahanındır. Öz aramızdır, sən 
isə buna hazır deyilsən». 
“narahat  olma,  nərgiz.  Mən  bu  haqda  düşünmüşəm. 
İstəyirəm anarla görüşüm bu axşam. Onu da universitetə 
hazırlaşması  üçün  məcbur  edəcəm.  Mən  inanıram  ki,  ali 
məktəbə  bir  yerdə  hazırlaşsaq  biz  bunu  bacaracayıq.  Biz 
ikimiz  gördüyümüz  bütün  işlərdə  bərabər  olmuşuq  hər 
zaman. Sadəcə bir müddətdir başım bizim məsələlərə qa-
rışmışdı. Bir halda ki mən universitet oxuyacam, gərək bu 
yolda anarı da özümlə gəlməyə razı salım.” 
“Bu,  yaxşı  fikirdir,  Raul.  Məktəbdə  bütün  müəllimlər 
sizin  ikinizin  də  haqqında  “Əslində  çox  ağıllı  uşaqlardı. 
Oxusalar, çox savadlı olarlar. amma, oxumaq yerinə boş-
boş avaralanırlar ancaq”, deyə danışırlar.
“Hansı müəllim deyib ki, bunu?” 
“Önəmli olan hansı müəllimin dedikləri deyil. Önəmli 
olan dediklərinin doğruluq payıdır. Məncə tamamilə haqlı-
dırlar. Bu arada anamın məni sənə vermək istəməməyinin 
səbəblərindən  biri  bilirsən  nə  idi?”  –  Sual  dolu  baxış-
larla  sadəcə  üzünə  baxmağa  davam  etdim.  –  “Ən  bö-


61
yük  səbəblərdən  biri,  sizin  yaxşı  imkanınızın  olmamağı 
idi.  Bilirsən  necə,  mən  atasız  böyümüşəm.  anam  məni 
çox  çətinliklərlə  bu  yaşa  gətirib  çıxarıb.  Ona  görə  də  o, 
gələcəkdə  mənim  də  eyni  çətinlikləri  çəkməyimi  istəmir. 
Sözün açığı mən də həmçinin. Düzdü, siz kasıb sayılmaz-
sız. amma, imkanlı bir ailə də deyilsiz.” 
nərgizin  dedikləri  məni  həm  məyus  etmiş,  həm  də 
çox  utandırmışdı.  Bunu  nərgizə  bildirməməyə  çalışsam 
da,  təəccüblə  nərgizin  üzünə  baxır,  sözünü  kəsmədən 
dediklərini dinləyirdim. Görünür, nə qədər gizlətməyə ça-
lışsam da, o da bunun fərqinə varmışdı ki, sözlərinə belə 
davam elədi: “Raul, nəticədə biz bir-birimizi sevirik. Kasıb 
da  olsaq,  varlı  da  olsaq  –  biz  bir  ailə  olacayıq.  amma, 
dediklərimi  bir  az  düşün.  Sən  istəməzsən  ki,  gələcəkdə 
yaxşı bir maşının olsun? Sizin maşınınız kimi dəmir par-
çası yox, bahalı bir maşın. Gözəl bir evin və yaxşı pul qa-
zandığın bir işin olsun. İstəməzsən? nə yalan deyim, mən 
istəyərəm, məsələn. Buna görə də gələcəyimiz üçün indidən 
çalışmalıyıq.” 
“Mən də istəyərəm, əlbəttə. Kim istəməz ki, bu saydıqla-
rını? Qismət allahdan. Ümidvaram ki, yaxşı bir gələcəyimiz 
olacaq  bizim  də.  Bunun  üçün  əlimdən  gələni  edəcəyimə 
şübhən olmasın, nərgiz.” 
“Şübhəm  yoxdur.  Mən  inanıram  ki,  mənim  sevdiyim 
adam, bunu etməyə qadir olan biridir”. 
Piknik  bitdikdən  sonra,  toparlanıb  evə  tərəf  yol  aldıq. 
Evdən  çıxarkən,  hava  qaralmamış  nərgizin  evdə  olması 
barədə  tənbeh  eləmişdi aynişan  müəllimə.  Qəsəbəyə  dö-
nüb,  nərgizi  evə  ötürdükdən  sonra  ilk  işim anarı  axtar-


62
maq oldu. Dəfələrlə zəng vursam da, telefonu sönülü idi. 
nə olur-olsun, bu söhbəti onunla bu gün danışmalı idim. 
Evlərinə  getdiyimdə  anası  Ruziyyə  xala,  anarın  evdən 
təzəcə çıxdığını dedi. Gedə biləcəyi yerləri az-çox təxmin 
edirdim. nədə olsa, yaxın dostum idi. Eyni məktəbdə oxu-
mağımız və qonşu evlərdə yaşamağımız demək olar, bütün 
günümüzün bərabər keçməsinə səbəb olurdu. Bir az axtar-
dıqdan sonra, nəhayət ki, tapdım onu. 
Qəsəbədə cavanların daha çox getdiyi bir çayxana var 
idi. Son zamanlar, anarın orada çox vaxt keçirdiyini bilir-
dim. İçəri girdiyimdə ağzında siqaret, əlində domino daşları 
və yanında üç nəfər tanışı ilə oturmuşdu. Yanlarına gedib 
salamlaşdıqdan  sonra, anara  onunla  vacib  bir  işim  oldu-
ğunu deyib, ondan mənimlə gəlməsini xahiş etdim. Vacib 
bir səbəbi olmasa, belə bir şey etməyəcəyimi yaxşı bilirdi. 
Ona görə də heç nə soruşmadan dostlarına üzrxahlıq edib, 
kafedən ayrıldıq. 
“nə olub, Raul? Yenə kimləsə qırğın-davaya gedirik?” 
“Yox, anar. Bu dəfəki ciddi bir məsələdir”. 
“nə qədər ciddi bir məsələ? Hara gedirik ki?” 
“Hara getsək, mənimlə gəlməyəcəksən ki?” 
“Boş-boş danışma, Raul! Ölümə gedirik desən, yenə də 
gələrəm.  Bunu  sən  də  bilirsən.  Sadəcə  maraqdan  soruşu-
ram.” 
“nə  vaxta  kimi  belə  həyat  tərzi  sürməyi  düşünürsən? 
Səhər-axşam  çayxanada  domino  oynamaqla,  necə  bir 
gələcək düşünürsən, məsələn?” 
“nə olub, Raul? nədən danışırsan sən?” 


63
“Bir neçə ay sonra dost-tanışlarımız ali məktəbə qəbul 
olacaq.  Özlərinə  bir  gələcək  quracaqlar.  Biz  nə  edəcəyik 
bəs? Əsgər gedəcəyik? 
“Əsgər getməkdə pis nəsə var ki, bəyəm?” 
“Əsgər getməkdə pis nəsə yoxdu. Hərbi xidmət hər biri-
mizin borcudur. amma, gələndən sonra nə edəcəyik? Kim 
bizi yaxşı bir işə götürəcək?” 
anar başını qaşıyaraq bir az düşündü. Üzündə qəribə bir 
ifadə ilə mənə tərəf dönüb: 
“Yaxşı, sən nə düşünürsən bəs? nə məsləhət görürsən, 
daha doğrusu?” deyə soruşdu. 
“Məsləhətim odur ki, biz də digərləri kimi ali təhsil alaq. 
Hərbi xidmətə isə sonra gedərik. az əvvəl dediyim kimi, 
hərbi xidmət onsuz da hər birimiz üçün vətən borcudur. O 
borcu əlbət-axır ödəyəcəyik.” 
“necə  edəcəyik  bəs  bunu?  Sənin  də  dediyin  kimi  bir 
neçə ay sonra qəbul imtahanının vaxtıdır artıq. Biz isə hır-
nan-zırı qanmırıq.” 
“Düzdü,  vaxt  azdır.  amma,  ikimiz  də  bilirik  ki,  biz 
istəsək bunu bacara bilərik. uşaqlıqdan bəri sən humanitar, 
mən isə texniki fənləri hər zaman yaxşı bilmişik. Bərabər 
hazırlıq  kurslarına  gedərik.  Gecə-gündüz  oxuyub,  bir-
birimizə də kömək edərik.”
Dediklərim yavaş-yavaş anarın da ağlına batmağa baş-
lamışdı. Mən onun bütün düşüncələrini üzündəki ifadədən 
anlayırdım.  Eynilə  o  da  mənim.  Bir  insanın  ağlından 
keçənləri, onun üzündəki ifadədən və ya gözlərindən anla-
mağı, sözsüz ki, onun ən yaxınları bacara bilər yalnız. 


64
“Yaxşı, Raul. Onda elə günü sabahdan oxumağa başla-
yaq. amma, mənim bir şərtim var.” 
“nə şərt?” 
“nə olur-olsun, çıxdığımız yoldan geri dönməmək və qar-
şımıza qoyduğumuz məqsədi layiqincə yerinə yetirəcəyimiz 
barədə  bir-birimizə  söz  verək.”  – anarın  bu  cavabı  məni 
həm şad etmiş, həm də daha çox həvəsləndirmişdi. Qürurlu 
bir şəkildə əlimi anarın çiyninə qoydum. 
“Söz, qardaşım, söz.” 
***
Evə gəldiyimdən bəri, özümü çox qəribə hiss edirdim. 
Yaşana biləcək bütün duyğuları eyni anda yaşayırdım sanki. 
nərgizin maddi durumumuz haqqında dedikləri çox canımı 
sıxmışdı. Botanika bağında dedikləri, məni çox utandırmış-
dı. Mən heç vaxt gözü çox yüksəklərdə olan, böyük arzuları 
olan bir adam olmamışdım. Mənim tək arzum başımı soxa-
caq bir daxmam olsun, o daxmada nərgiz və iki uşağımız 
olsun – istəyirdim. Biri oğlan, biri qız. Oğlan eyni mənə 
bənzəsin,  qız  isə  nərgizə.  Gözləri  onun  gözləri  kimi  ol-
sun, məsələn. Mən yaşadığımız qəsəbədə müəllimlik edim. 
Çətinliklə dolansaq belə, xoşbəxt bir ailəm olsun. amma, 
bu gün nərgizin dedikləri bütün bu fikirlərdən daşındırdı 
məni. Məsuliyyət və öfkə qarışıq bir hiss gəlmişdi mənə. 
Gələcəkdə nərgizin istədiyindən də, daha imkanlı biri ola-
caqdım. Bunun üçün ilk addımı sabah anarla bərabər ata-
caqdıq. Sabah universitetə hazırlıq üçün kursa yazılacaqdıq 
ikimiz də. nə olursa olsun, ali məktəbə qəbul olmalı idim. 
Həm  istədiyim  gələcəyi  əldə  etmək  üçün,  həm  də  ailəmi 
məyus  etməmək  üçün.  Çünki  gedəcəyimiz  kurs  bir  neçə 


65
ay maddi sıxıntı yaradacaq idi atam üçün. Elə tək bunun 
məsuliyyəti,  əlimdən  gələnin  ən  yaxşısını  etməyim  üçün 
əsaslı səbəb idi. 
Səhər ilk işimiz, məktəbdən çıxar-çıxmaz, kursa getmək 
oldu. Bizim kimi gec hazırlaşmağa başlamış, amma, qavra-
ma qabiliyyəti yaxşı olan abituriyentlərdən ibarət bir qrup 
var idi. Kursda belə bir qrup tapmaq bizim üçün çox yax-
şı olmuşdu. Gündəlik qrafikimizi elə qurduq ki, gündüzlər 
məktəbdə  müəllimlərdən  kömək  alır,  məktəbdən  sonra 
kursa gedir, hətta kursdan sonra belə gecələr bir-birimizin 
evində olur, gecə saat üçə, dördə qədər oturub dərs oxuyur-
duq. anar azərbaycan dili və ingilis dilini, mən isə fizika 
və riyaziyyat fənlərini çox yaxşı qavrayırdıq. Zəif olduğu-
muz fənlərdən isə bir-birimizə kömək edirdik. Bir müddət 
sonra, ilk başlardakı özümüzə qarşı olan güvənsizlik duy-
ğusu getmiş, yerini arxayınlıq almışdı. artıq ikimiz də buna 
inanırdıq. Biz bunu bacaracağıq!
***
Bu  minvalla  günlər  həftələri,  həftələr  ayları  qovmuş 
və artıq on bir il oxuduğumuz məktəblə vidalaşmaq vaxtı 
gəlib çatmışdı. Bu gün “Son zəng” idi. Bizim üçün son dəfə 
çalınacaqdı bu məktəbin zəngi. İnsanın həyatında yaşadı-
ğı elə günləri olur ki, neçə yaşına gəlirsə gəlsin, o günləri 
əsla unutmur. O günlərdən biri də on bir ilinin keçdiyi, hər 
kvadrat  metrində  bir  uşaqlıq  xatirəsinin  olduğu  məktəblə 
vidalaşdığı gündür. Çox insan məktəb illəri boyunca, kaş 
ki tez bitirəydim məktəbi, canım qurtaraydı, deyə düşünür. 
Son zəng günü gəlib çatdığında isə hər nə qədər bildirməsə 


66
belə, hər kəs kimi o da kövrəlir məktəbin bitməsinə. Çünki, 
məktəb  illəri  həyatının  ən  çılğın,  ən  rəngarəng  və  qayğı-
sız keçdiyi illər olur. Böyüklər hər nə qədər “Bu illərinizin 
qədrini bilin, sonra çox darıxacaqsınız bu illər üçün” desə 
belə, mən də hər bir şagird kimi, bu sözləri qulaq arxasına 
vururdum. Bax elə məktəb illərinə xas olan əsas şey də bu 
idi. Çünki biz özümüzü hamıdan ağıllı sayırdıq. 
Məktəbin girişi önündə bütün onbirincilər yığılmış, son 
sözlərimizi deyir, mahnılar oxuyurduq. Bütün məzunların 
yaxınları və ailəsi də burada idi. Bizimkilər də həmçinin. 
Bir ara uzaqdan nərgizin mənə əl salladığını görmüşdüm. 
Kövrəkliyim  iki  qat  daha  artmışdı  o  an.  Dərin  bir  nəfəs 
çəkib, bir nərgizə, bir də geridə qoyub getdiyim məktəbə 
baxdım.  Bu  məktəb  sayəsində  tapmışdım  mən  sevgimi. 
Mən  birinci  sinifdə  oxuyarkən  nərgizin  bizim  sinfə  ilk 
girdiyi  gün  canlanmışdı  gözümün  önündə.  Məktəbi  bu-
raxıb getmək onsuz da çətin gəlirdi mənə. Bir yandan da 
nərgizi burda tək qoyub getmək bir az da canımı sıxırdı. 
Bu can sıxıntıma yaxşı gələn tək şey aynişan müəllimənin 
də bu məktəbdə işləməsi idi. Mən olmasam belə, o nərgizin 
məktəbdəki son ilində daima yanında olacaq idi. 
Daldığım  bu  xəyallardan  zəngin  səsi  ilə  ayıldım.  Və 
budur, artıq bizim üçün sonuncu zəng çalındı. Son zəngin 
standart adət-ənənələrini yerinə yetirdikdən sonra, nərgizi 
evlərinə  qədər  ötürüb,  anarla  birlikdə  bizim  evə  getdik. 
Evə  girər-girməz,  anar  deyinməyə  başlamışdı.  “Bütün 
onbirincilər  bu  gecə  orda  olacaq,  Raul!  Onlar  orada 
əylənəndə biz burda oturub axmaq kimi dərs oxuyacayıq? 
Bir gün dərs oxumasaq, dünya dağılacaqdı bəyəm?” 


67
“Qəbul imtahanına cəmi bir ay qalıb. Sən bunun fərqin-
dəsən, a kişi? Bir ay sonra imtahan verəcəyik, amma, hələ 
də bilmədiyimiz çox şey var.” 
“O bilmədiklərimizi bir gündə öyrənəcəyik, professor?” 
“Boş-boş  danışıb  canımı  sıxma, anar.  Tələbə  olandan 
sonra istədiyimiz qədər əylənərik. Onlar ilboyu bu imtaha-
na  hazırlaşıblar,  hətta  illərdi. Təbii  ki,  tələbə  olmaq  kimi 
bir fikri olmayanları demirəm. Ona görə də bu gecə bizim 
orada yerimiz yoxdur.” 
anar bu sözlərimdən sonra dərin bir köks ötürüb, əsəbi 
bir  şəkildə  çantasından  çıxardığı  kitabları  masaya  fırlat-
dı. Dodaq altından “universitetə qəbul olduqdan sonra bu 
lənətə gəlmiş kitabların hamısını bir-bir yandıracam”, deyə 
öz-özünə  mırıldandı.  Bundan  sonra  artıq,  məktəb  də  yox 
idi. Məktəbdə olduğumuz altı-yeddi saat vaxtı da oxumağa 
sərf  edəcəkdik.  Oxumaqdan  bezdiyim,  yorğun  düşdüyüm 
zamanlarda məni özümə gətirən tək bir şey var idi. nərgizin 
botanika bağında mənə dediyi sözlər. O sözləri nərgizdən 
eşitmək canımı çox acıtmışdı həqiqətən də. Özümə, nəyin 
bahasına  olursa  olsun,  bir  gün  çox  imkanlı  bir  adam  ol-
mağa,  söz  vermişdim.  Masanın  üstünə  qoyduğum  mo-
bil telefonum zəng çaldı. Telefonun ekranına baxdığımda 
zəng  edənin  Lamiyə  olduğunu  gördüm.  Bu  gün,  Məzun 
günümdə yanımda yox idi. Gəlmədiyi üçün üzülmüşdüm, 
amma gəlmədiyinə görə yəqin ki, önəmli bir səbəbi var, de-
mişdim özüm-özümə. 
“alo, eşidirsən, Raul?” 
“Salam, Lamiyə, eşidirəm. ” 


68
“Bilirəm incimisən məndən. amma, bu gün işlər o qədər 
çox idi ki, sənin son zənginin olduğu tamam yadımdan çıx-
mışdı”. 
“Eybi yox, Lamiyə, önəmli deyil. Canın sağ olsun”. 
“Üzr istəyirəm, Raul. De görüm, özümü sənə necə ba-
ğışlada bilərəm?” 
“İşinlə  bağlı  gələ  bilməmisən,  nəticədə.  Ona  görə  də 
eybi  yox.  amma,  yenə  də  ürəyini  rahatlatmaq  üçün  bir 
şey etmək istəyirsənsə, qəbul imtahanına gedəndə sən də 
nərgizlə bərabər yanımda ola bilərsən.” 
“Böyük  bir  məmnuniyyətlə,  əziz  dostum.  Onsuz  da 
elə bir gündə sənin yanında olmasam, özümü çox pis hiss 
edərəm.” 
“Elə isə, bir ay sonra görüşmək üzərə. Çünki bu bir ay 
ərzində evdən bayıra çıxacağıma inanmıram.” 
Lamiyə hər zamankı incə gülüşü ilə “allah zehin açıqlığı 
versin. Tez zamanda görüşmək üzərə”, deyərək sağollaşdı. 
anara doğru döndüyümdə, əlindəki kitabı çox diqqətli 
və sakit bir şəkildə oxuyan bir adamla qarşılaşdım. Sanki 
ətrafında bir vakuum yaratmışdı özünə. Qulağının dibində 
telefonla  danışmağım  belə  onu  heç  rahatsız  etmirdi. 
Ümumiyyətlə,  məni  heç  eşitmirdi  sanki.  Önümüzdəki  bu 
bir ay bizim üçün heç də asan olmayacaqdı...
***
Zəngli saat çaldığında səhər yeddi idi. Gözlərimi açma-
dan,  yatdığım  yerdən  əlimi  uzadaraq  söndürdüm  onu.  O 
zəngin səsindən zəhləm gedirdi. Hər səhər o səs ilə yuxu-
dan oyanmaqdan bezmişdim artıq. Ona görə də yatdığım 
yerdən, gözübağlı şəkildə onu söndürməyi vərdiş etmişdim. 


69
Onu söndürdükdən sonrakı təkrar yatdığım dörd-beş dəqiqə 
nəyə desən dəyərdi mənim üçün. O anı doya-doya yaşamaq 
üçün hətta gedəsi bir yerim olmadığı günlərdə belə, bəzən 
zəngli saatı gecədən qurar, oyandığımda isə onu söndürüb 
təkrar  yatardım.  Bəlkə  də  bu  bir  axmaqlıqdır. amma  ax-
maqlıq belə olsa, bunu etməyi çox sevirdim. unutmayaq ki, 
bu həyatı gözəl edən tək şey axmaqlıqlardır. 
Yatmadan əvvəl ən son saata baxdığımda 05:32 idi. nə 
qədər yatmaq istəsəm də həyəcandan bütün gecə yata bil-
mirdim.  Təxmini,  bircə  saat  yuxuda  olmuşdum  deyəsən. 
Bugünkü günün əhəmiyyəti yadıma düşdükdə yorğunluqdan 
aça  bilmədiyim  gözlərim,  üzünə  fənər  tutulmuş  dovşan 
gözləri kimi açıq qaldı. Bu gün böyük gün idi. Səbirsizliklə 
gözlənilən  imtahan  günü  gəlib  çatmışdı  nəhayət  ki.  Cəld 
ayağa qalxıb hazırlaşmağa başladım. Əynimi təzəcə geyin-
mişdim ki, telefonun zəngi çaldı. Zəng vuran anar idi. 
“Sabahın xeyir, Raul, qalxa bilmisən yataqdan?” 
Güzgüdəki əksimə baxıb, gözlərimi ovuşdurdum. 
“Sabahın xeyir. Özüm qalxmışam birtəhər, amma bey-
nim hələ də yatıb sanki.” 
anar gülərək cavab verdi: “O beyin sənə çox lazım ola-
caq bu gün. Ona görə də oyat beynini və hazırlaşıb imtaha-
na get.” 
“Çalışacam. Sən tək gedəcəksən bəs?” 
“Hə, Raul, məni bilirsən özün. Yanımda bir adam olsa, 
əksinə, daha da stressə girərəm orda. Sən kiminlə gedirsən?” 
“nərgizlə gedəcəm. Hə, bir də Lamiyə də gəlməli idi. 
Yaxşı  anar,  ikimiz  də  hazırlaşaq.  İmtahandan  çıxanda 
görüşərik.” 


70
Son olaraq ikimiz də bir-birimizə uğurlar diləyib sağol-
laşdıq.  İmtahanlarımız  ayrı-ayrı  məktəblərdə  olacaqdı, 
təəssüf ki. İmtahana bərabər getmək arzularımız suya düş-
müşdü.  Bu  son  bir  ayda  gecə-gündüz  dərs  oxumuşduq. 
Əslində  ikimiz  də  artıq  universitetə  qəbul  olacağımızdan 
əmin idik. Bunun üçün, qısa vaxt da olsa belə, çox çalış-
mışdıq.  Sadəcə  bizi  həyəcanlandıran  tək  şey  yaxşı  bir 
universitetə  və  mümkünsə  dövlət  sifarişli  yerlərə  qəbul 
olunmaq arzusu idi. 
Qonaq otağından səslər gəlirdi. Valideynlərim deyəsən 
mənə görə erkən oyanmışdılar bu gün. Diqqətlə qulaq as-
dığımda üçüncü bir adamın səsi daha eşidilirdi sanki. “axı 
bu vaxtı kim gəlmiş ola bilər ki?” deyə düşünərək qonaq 
otağına  doğru  getdim.  Otağa  daxil  olduğumda,  Lamiyəni 
valideynlərimlə bərabər çay içərkən görəndə, təəccübləndim 
sözün  açığı.  Lamiyə  üzündəki  təbəssümlə  təzad  yara-
dan ciddi bir səs tonu ilə “Elə bilirsən tək həyəcanlı olan 
sənsən?” deyə soruşdu. 
“Xoş  gəlmisən,  Lamiyə.  Evə  gələcəyini  bilmirdim. 
Şəhərdə görüşərik deyə düşünmüşdüm mən.” 
Lamiyə çayından bir qurtum aldı. “Sözün açığı özümü 
bağışlatmaq üçün bura gəlmək istədim. Son zəng günü ya-
nında ola bilməmişdim. Ona görə də, bu gün evdən çıxdığın 
andan etibarən yanında olmaq, sənə dəstək olmaq istədim.” 
“Hə, bax bu başqa məsələ. İndi səni bağışlamaq olar.” 
Hamı gülməyə başladı. Masada dörd stəkan çay var idi. 
Əlimlə stəkanlardan birini işarə edərək “dördüncü kimindir 
bəs?” deyə soruşdum. anam:


71
“Sənin  çayındır,  oğlum.  Elə  mən  də  səni  oyatmağa 
gələcəkdim  indi.  Həyəcandan  tamam  ağlımı  itirmişəm. 
Başım qarışıb burda söhbət eləməyə.” 
“ana, imtahan verəcək olan mənəm. Sən niyə həyəcan-
lısan ki bu qədər?” 
anam təbəssüm edərək bir ah çəkdi: “Özün valideyn ol-
madan, valideynin övlad üçün necə narahat olduğunu anla-
mazsan, Raul.” 
“anacan, burda narahat olunası bir şey yoxdur. nə də 
olsa dünyanın sonu deyil bu imtahan.” 
Lamiyə əllərini ovuşduraraq söhbətə daxil oldu: “Sevda 
xalaya cavab qaytarmaq yerinə oturub səhər yeməyini yesən 
yaxşı olar. Hələ nərgizi də götürməliyik evdən. Vaxtımız 
azdır.” 
“Yemək yeməyəcəm onsuz, bir stəkan çay içim, sonra 
çıxaq.” 
Həyəcanlı  olduğum  anlarda  nə  qədər  ac  olsam  belə, 
yenə də yemək yeyə bilmirdim. Ən sevdiyim yemək belə 
olsa,  boğazımdan  keçmirdi  sanki.  Bir  az  sonra  hazırlaşıb 
çıxdıq  evdən.  Evdən  çıxarkən  valideynlərimin  “Biz  sənə 
güvənirik,  Raul,  sən  bunu  bacaracaqsan”,  sözləri  imtaha-
na  girənə  qədər  ağlımdan  çıxmadı.  Onları  məyus  etməyə 
haqqım yox idi. nərgizi evdən götürüb, imtahan verəcəyim 
məktəbə  doğru  yola  çıxdıq.  Yol  boyu  yalnızca  imtahan 
haqqında danışmışdıq. nərgiz və Lamiyə də mənim yaxşı 
nəticə  əldə  edəcəyimə  inanırdılar.  Məktəbə  çatdığımızda 
imtahana  altı  dəqiqə  qalmışdı.  Mən  imtahanda  olduğum 
müddət  ərzində  nərgizgil  ətrafdakı  mağazaları  gəzəcək, 
bir  yerdə  oturub,  bərabər  vaxt  keçirəcəkdi.  Telefonumu 


72
nərgizə  verib,  imtahana  girmək  üçün  abituriyentlərdən 
ibarət olan sıraya girdim mən də. Bir-bir hər kəsin üstünü 
yoxlayıb içəri buraxırdılar. İmtahan zalına daxil olub, otur-
duğum andan bəri, qəribə bir həyəcan bürümüşdü məni. 
Bir az sonra balacaboy, ağsaçlı, əlli-əlli beş yaş arası bir 
müəllim içəri girdi. Qolundakı saatına baxıb: “Saat 09:00. 
İmtahan başlasın”, dedikdən sonra dərhal imtahan zalını tərk 
etdi. Həyəcanım iki qat daha artmışdı bir anda. Hamı vaxt 
itirmədən  imtahan  suallarına  baxmağa  başladı.  İmtahanın 
ilk on dəqiqəsini özümü sakitləşdirmək, diqqətimi suallara 
vermək üçün sərf etdim. anarla danışığımıza əsasən imta-
handa son ana qədər oturacaqdıq ikimiz də. Elə də oldu. Üç 
saatın sonunda kodlaşdırma vərəqini otaqdakı nəzarətçiyə 
təhvil verib, çıxışa doğru yönəldim. 
İmtahan  yaxşı  keçmişdi.  Ən  azından  kəsilmədiyimdən 
əmin  idim  artıq.  Hər  il  olduğu  kimi,  bir  neçə  saat  sonra 
televizorda  imtahan  suallarının  izahı  veriləcəkdi.  O  izah-
lardan  sonra  neçə  bal  topladığımızı  da  biləcəkdik  artıq. 
Məktəbdən  çıxdığımda  gözlərim  nərgizgili  axtarırdı.  Bir 
az  sonra  onların  məktəbin  həyətindəki  insan  izdihamının 
arasından mənə tərəf gəldiklərini gördüm. nərgizgilin ya-
nında anarı görəndə çaşıb qaldım bir anlıq. Əlində imtahan 
suallarının olduğuna fikir verməsəm, imtahana getmədiyini 
düşünəcəkdim hətta. Üçü də eyni anda “neçə keçdi, Raul? 
Yaxşı yaza bilmisən?” və s. tipli suallar ilə sual atəşinə tut-
dular məni. 
“narahat  olmayın.  Hər  şey  yaxşıdır.  İmtahan  da  yaxşı 
keçdi.” 
nərgiz boynuma sarıldı. 


73
“Şükürlər olsun, əzizim. Mən sənə inanırdım.” nərgizi 
qucaqlayıb, gülümsəyərək alnından öpdüm. anara tərəf dö-
nüb “Sən nə gəzirsən burda bəs?” deyə soruşdum. 
“axıra  qədər  oturmağa  səbrim  çatmadı.  Onsuz  da  bil-
diyimi  yazmışdım.  İmtahanın  yarısında  çıxdım  ona  görə. 
Yarım saatdır burdayam artıq.” 
“Burda  söhbət  eləmək  yerinə  bəlkə  bir  az  gəzməyə 
gedək? Sizin üçün də yaxşı olar” – deyə araya girdi nərgiz. 
“Hə, yaxşı olar. Sonra da bir restorana gedər, Raul və 
anarın  ballarını  hesablayarıq”,  deyə  Lamiyə  əlavə  etdi. 
Dördümüz  də  bu  fikirlə  razılaşıb,  maşını  park  etdiyimiz 
yerə  getdik.  Gəzinti  üçün  seçimimiz  dənizkənarı  Bulvar 
oldu. Maşında Lamiyənin “Gəzinti üçün hara gedək?” sua-
lına nərgiz “Bulvara” deyə cavab vermişdi. 
Gəmi ilə dəniz turuna çıxmaq bizim böyük arzularımız-
dan biri idi. Sözlü olmadan əvvəl bu mümkün deyildi bizim 
üçün.  Daha  sonrasında  isə,  vaxt  edib  gedə  bilməmişdik. 
Görünür elə buna görə də nərgiz, bulvara getmək istəmişdi. 
Bulvarda bir xeyli gəzdikdən sonra “uşaqlar, bəlkə Xəzərdə 
kiçik  bir  gəmi  turuna  çıxaq?”  deyə  təklif  etdim.  Lamiyə 
qorxmuş bir üz ifadəsi alaraq, üzünü mənə tərəf döndərdi. 
Həmin qorxu səs tonunda da hiss olunurdu. 
“Siz  istəyirsinizsə,  gedin.  Mən  buralarda  gəzməyə  da-
vam edəcəm.” 
Hamımız gülərək tək bir sual verdik: “Qorxursan?”
Lamiyə bu dəfə bir az incimiş, bir az da əsəbi bir səs 
tonu ilə cavab verdi: “Gülməli nə isə var burda? Hər insanın 
qorxduğu bir şeylər olur. Məndə də uşaqlıqdan bəri talasa-
fobiya var. Yəni, dəniz qorxusu.” 


74
Lamiyə yeddi yaşında olanda atası dənizdə boğulmuşdu. 
Bu qorxusu da çox güman ki, o vaxtdan bəri yaranmışdı. Bu 
yadıma düşdüyündə, güldüyüm üçün çox utandım. anarla 
nərgizin  yanında  bunu  onun  yadına  salıb  üzr  istəmək  nə 
dərəcədə  düzgün  olardı,  bilmədim.  Ona  görə  də  söhbəti 
sonlandırmaq istədim. 
“Tur təxmini iyirmi dəqiqə çəkir. anar, sən Lamiyənin 
yanında qal. Biz də tur bitdikdən sonra yanınıza gələrik.” 
anar gülümsəyərək, Lamiyəyə doğru döndü: “Həə, mən 
başa düşdüm. Raul və nərgiz ikisi tək getmək istəyirlər. Elə 
isə biz cütlüyə əngəl olmayaq.” 
İkimiz də gülümsəyərək anarın dediklərini təsdiqlədik. 
arxamızı  dönüb,  gəmiyə  tərəf  yollandıq.  Tur  boyunca 
gəminin göyərtəsində ayaq üstə duraraq dənizi seyr etdik. 
nərgiz  qoluma  girmiş,  başını  çiynimə  yaslamışdı.  Çox 
xoşbəxt hiss edirdim özümü. Yaxşı keçən bir imtahan son-
rası sevdiyim qız ilə belə bir dəniz turu çox yaxşı gəlmişdi 
mənə. İyirmi dəqiqə ərzində demək olar ki, heç danışmamış, 
bu  anın  sehrini  pozmaq  istəməmişdik  ikimiz  də.  Əslində 
danışmışdıq, amma sözlərimiz ilə yox, gözlərimiz ilə. 
Gəmidən enər-enməz anargilin yanına getdik. 
“Gəzintiniz necə keçdi?” deyə soruşdu Lamiyə. 
nərgiz ağzını doldurmuşdu ki, Lamiyənin sualını cavab-
lasın, sözünü ağzında qoyub araya girdim: “Gəzinti yaxşı 
keçdi. Dəniz havası yaman acdırdı məni. Səhər oyandığım-
da da bir şey yeməmişdim. Bəlkə artıq restorana gedək?” 
anar saatına baxıb həyəcanlı bir səs tonu ilə dedi: 
“Gedək  məncə  də.  Bir  saat  sonra  televizorda  sualların 
izahı veriləcək.”


75
Rəsmi olaraq hansı universitetə qəbul olunduğumuzu bu 
gün öyrənə bilməsək belə, neçə bal topladığımızı bildikdən 
sonra  içimiz  rahat  olacaq  idi.  Gedəcəyimiz  restoranı 
seçdikdən  sonra  yola  düşdük.  Restorana  daxil  olan  kimi 
ilk iş, sifarişləri vermədən əvvəl, telefonlarımızda imtahan 
suallarının  izahı  veriləcək  kanala  baxmaq  oldu.  Proqram 
yenicə başlamışdı. anarla ikimiz sifarişləri verdikdən sonra 
gözümüzü telefonun ekranına zilləmiş, bir yandan da imta-
han vərəqində sualları səhv-düz deyə işarələmək üçün hazır 
dayanmışdıq. Sualların izahına elə diqqətlə qulaq asırdım 
ki, yanımda oturan nərgiz və Lamiyənin söhbət etdiklərini 
gözlərim görür, qulaqlarım isə eşitmirdi. Sualları səhv-düz 
deyə işarələdikdən sonra, sıra balları hesablamağa gəlmişdi. 
Bir neçə dəqiqədən sonra, anar həyəcanlı bir şəkildə “Ola 
bilməz”  deyə  qışqırdı.  Əlindəki  imtahan  vərəqini  daha 
diqqətli bir şəkildə incələməyə başladı. İçimdən, yəqin ki, 
az bal toplayıb, deyə düşündüm. İmtahandan da tez çıxmış-
dı bu gün. 
“nə baş verir, anar? Yaxşı yaza bilməmisən?” deyə so-
ruşdum. 
Başını suallardan qaldırıb dərin bir nəfəs aldı. 
“Yazmışam, Raul. Gözlədiyimdən daha yaxşı yazmışam 
hətta. Dörd yüz on iki bal toplamışam.” 
“Bu əla nəticədir ki. Qorxuzdun məni bir anlıq”. 
“Qorxacaq bir şey yoxdur, dostum. artıq özümə tələbə 
deyə bilərəm. Bu arada sən neçə bal toplamısan?” 
“Mən hələ indi başlayırdım hesablamağa. Sən...”
anar sözümü kəsərək əlimdən imtahan vərəqimi çəkib 
götürdü. 


76
“Ver  görüm  onu  bura.  Sən  hesablayana  qədər  axşam 
olar. Mən hesablayaram indi.” Bir az sonra vərəqi əlindən 
yerə qoyub gülməyə başladı. Masada anarla üzbəüz otur-
muşduq. ayağa qalxıb yanıma gəldi. 
“Dörd  yüz  səksən  altı  bal  toplamısan,  qardaşım. artıq 
ikimiz də tələbəyik.” 
ayağa qalxıb qucaqlaşdıq. 
“Sözümüzü tutduq. Biz bacardıq, Raul” 
“Bacardıq, qardaşım. Bunu da bacardıq.”
Lamiyə  və  nərgiz  də  ayağa  qalxıb  bizi  təbrik  etdilər. 
Daha sonra, Lamiyə oturaraq iki əliylə də oturacaqları işarə 
etdi: “Yaxşı, uşaqlar, oturun. İndi əsas məsələ haqqında da-
nışmaq lazımdır.” 
“Hansı əsas məsələ?” deyə soruşdu nərgiz. 
“Raul və anarın ixtisas seçimi. Bir həftə sonra ixtisas 
seçimləri başlayacaq.”
Bir neçə gün bundan əvvəl, anarla bu haqda danışmış-
dıq. İkimizin də uşaqlıq arzusu olan və ən əsası o sahədə 
uğur  qazanacağımızı  düşündüyümüz  bir  ixtisas  var  idi. 
Memar olmaq istəyirdik. anar yerini rahlayıb masada önə 
doğru oturdu: “Biz Raulla bu haqda düşünmüşük. İxtisas 
seçimimiz memarlıqdır. İkimiz də bu ölkənin ən yaxşı me-
marlarından olacağıq.” 
“Ümidvaram hər şey dediyin kimi olar, anar. amma, ilk 
öncə  bizə  kodlaşdırmanı  edəcək,  bu  işi  yaxşı  bilən  birini 
tapmaq lazımdır.” 
Lamiyə özündən razı şəkildə gülümsədi: “Deməli, yenə 
də işiniz mənə düşdü, cənab?” 


77
“Lamiyə, düzünü de. Sən tanrının mənim üçün göndərdiyi 
bir mələksən?” 
Bu  ifadəm  Lamiyənin  üzündə  təbəssüm  yaratsa  da, 
nərgizin  heç  xoşuna  gəlmədiyi  aşkar  idi.  Bu  haqda  bir 
söz  deməsə  belə,  gözlərindən  bunu  anlamaq  çətin  deyil-
di. Görünür, anar da bunu anlamışdı ki, Lamiyənin cavab 
verməsinə  icazə  vermədən  ikinci  bir  sualla  araya  girdi: 
“Həqiqətən bacarırsan bunu? Çox ciddi bir işdir bu.” 
“Bacarıram. Həm də çox yaxşı bacarıram. Madam ki, siz 
artıq ixtisas seçiminizi etmisiniz, onda elə sabah Raul ilə 
bərabər mənim iş yerimə gəlin. Çox uzatmadan bu məsələni 
də həll edək.” 
Bu iş, ikimizin də lap ürəyindən olmuşdu. Sabaha dair 
bütün planlarımızı qurduqdan sonra, evə getmək üçün to-
parlandıq. Bu gün gözəl bir gün olsa belə, nəticədə hamı 
çox yorulmuşdu...
***
Yuxudan  telefonun  zəngi  ilə  oyanmışdım.  Gözlərimi 
açıb otağımdakı divar saatına baxdığımda, saat hələ 09:50 
idi. Gecə ən son nərgizlə danışmışdım. O qədər yorulmuş-
dum ki, sağollaşdıqdan sonra əlimdəki telefonu çəkməcənin 
üstünə  qoyacaq  taqətim  belə  qalmamışdı  artıq.  Yatağın 
içində telefonu tapıb, zəngin kimdən gəldiyinə baxmadan, 
cavab verdim. 
“Sabahın  xeyir,  Raul.  Oyaqsan?”  Zəng  edən anar  idi. 
Həm istirahət günündə, həm də səhərin bu vaxtı başqa kim 
ola bilərdi ki, zəng edən? 
“Hər  vaxtın  xeyir.  Sayənizdə  oyağam  artıq,  anar 
müəllim.” 


78
anar gülməyə başladı. 
“Raul,  sabah  önəmli  bir  gün  olduğunu  unutmusan 
deyəsən. Bu gün özümüzə təzə pal-paltar almağa gedəcək-
dik. Hələ oyanmamısan sən?” 
“Saatdan xəbərin var sənin? Paltar mağazaları hələ indi-
indi açılmağa başlayır.” 
“Raul, sabah universitetin ilk günüdür. Sabahdan etibarən 
tələbəyik  artıq.  Mən  həyəcandan  evdə  otura  bilmirəm. 
Günortaya kimi yatmaqdansa, qalx gedək işlərimizi görək.” 
“Yaxşı, elə olsun. Bir saat sonra çıxarıq evdən”. 
anarla  sağollaşdıqdan  sonra  hazırlaşmaq  üçün  aya-
ğa  qalxdım.  Mən  də  ən  az  onun  qədər  həyəcanlı  idim 
əslində. Sadəcə, mən həyəcanlı olduğumu onun qədər hiss 
elətdirmirdim. Qəbul imtahanından sonra yayın geri qalan 
günlərini  əlimizdən  gəldiyi  qədər  səmərəli  keçirməyə  ça-
lışmışdıq. anara  çətinliklə  də  olsa,  siqareti  tərgizdirməyi 
bacardım.  Bərabər  fitnesə  yazılıb,  idman  etməyə  başla-
dıq. nərgizlə yay boyunca, demək olar ki, hər gün görü-
şürdük.  aynişan  müəllimə  universitetə  qəbul  olduğuma 
görə istədiyimiz vaxt görüşməyimizə icazə verirdi. Bəzən 
görüşlərimizdə anar və Lamiyə də bizə qoşulurdu. Bu min-
valla yayın geri qalanını başa vurmuş, xəyallarımızdakı o 
böyük günə gəlib çatmışdıq. 
Sabah artıq tələbə olaraq universitetə gedəcəkdik. İkimiz 
də Memarlıq və İnşaat universitetinin memarlıq fakültəsini 
qazanmışdıq.  Mən  dövlət  sifarişli,  ödənişsiz  əsasla  qəbul 
ola bilmişdim. anarın isə bunun üçün cəmi on səkkiz balı 
çatmamışdı. amma, bu onun üçün önəmli bir problem sa-
yılmazdı. anarın  ailəsinin  imkanı  kifayət  qədər  yaxşı  idi 


79
çünki. Onun üçün önəmli olan sadəcə memar ola bilmək 
idi. anar da bunu bacarmışdı. 
Bir  saat  sonra  hazırlaşıb,  evdən  çıxdıq.  axşamüstünə 
qədər  gəzib,  anarla  özümüzə  yeni  paltarlar  almış  və  ən 
əsası gələcəyimiz üçün yeni sözlər vermişdik bir-birimizə. 
universitetə qəbul olduq deyə, oxumağın daşını atmayacaq-
dıq. İlkin hədəfimiz universitetə qəbul olmaq olsa da, yeni 
hədəfimiz universiteti yaxşı nəticələrlə bitirib, bu ölkənin 
tanınmış və savadlı memarları olmaq idi. 
Sabah olub universitetə getdiyimizdə anarla eyni qrup-
da  oxuyacağımızı  öyrənmək  ikimizi  də  çox  sevindirmiş-
di.  Qarşımıza  qoyduğumuz  yeni  hədəfimizdə  də  bərabər 
olub, bir-birimizə dəstək olacaqdıq. İlk bir ay müddətində 
universitetə öyrəşmək ikimizə də çətin gəlmişdi. Yeni mü-
hit,  yeni  insanlar,  yeni  dərs  strukturu  və  s.  kimi  bir  çox 
yeniliklərə alışmağımız bir az zaman aldı. Bütün bunlara 
alışdıqdan sonra isə, zamanla ikimiz də fakültənin ən yaxşı 
oxuyan uşaqları sırasında öz yerimizi almağı bacarmışdıq. 
***
Dekabr ayının sonları idi. Eyni zamanda ilk semestrin 
son  günləri.  Bu  il  qışın  çox  sərt  keçəcəyini  əvvəlcədən 
demişdilər.  Hələ  ki  qar  yağmamışdı,  amma,  güclü  yağış-
lar yağmağa davam edirdi. Dondurucu hava şəraiti və güc-
lü küləklər şəhərin üzərində öz hakimiyyətini sürdürürdü. 
universitetə çatdığımızda saat 10:15 idi. Dərsimizin başla-
masına hələ yarım saat var idi. Hava şəraitini nəzərə alıb, 
dərsə gecikməmək üçün hər zamankından bir az daha tez 
çıxmışdıq evdən. universitetə gəlib çatana qədər ikimiz də 
soyuqdan donmuşduq. Dərs başlayana qədər isti bir qəhvə 


80
içmək  üçün,  universitetin  mətbəxinə  tərəf  yola  düşdük. 
Dərs  otaqlarının  birinin  yanından  keçəndə  içəridən  gələn 
səslər diqqətimi çəkdi. 
“anar, dayan bir dəqiqə. İçəridə nə isə baş verir”. 
“İçəridə  baş  verənlərdən  bizə  nə  var  axı?  İliklərimə 
qədər donmuşam. Gəl çıxaq gedək, sən allah”.
Qapı tam bağlı deyildi. anarın dediklərinə qulaq asma-
dan aradakı boşluqdan içəri göz gəzdirdim. İçəridə üç nəfər 
oğlan bizim fakültədən Sahib adında bir uşağı təkləmişdi. 
İkisi Sahibin arxasına keçib, əllərindən tutmuş, digəri isə 
“nə vaxta kimi özünü hər gün döydürəcəksən?” deyə bağı-
raraq üzünə və qarnına yumruq vururdu. 
Sahibi  sadəcə  fakültədən  tanıyırdım.  Bizimlə  eyni 
fakültədə,  paralel  qrupda  oxuyurdu.  Hətta  salam-sağolu-
muz belə yox idi heç. amma, belə bir hadisəni görüb, bu-
radan düz keçmək bizə yaraşmazdı. Qapını açıb otağa daxil 
oldum.  anar  da  hər  zamankı  kimi  istəməyərək  də  olsa, 
mənə görə arxamca gəldi. Sahibi vuran oğlan içəri girdiyi-
mizi görən kimi “Rədd olun, çıxın çölə!” deyərək bizə tərəf 
addımlamağa başladı. 
“Bir nəfərin üstünə üç nəfərin düşməsi kişiliyə yaraşan 
hərəkətdir?” deyə soruşaraq irəliyə doğru addımladım mən 
də. Görünür, bu sözüm onu bir az da əsəbiləşdirdi ki, yanın-
dakı digər iki nəfərə də işarə edib bizə hücum etməyə qalx-
dılar.  Məsələnin  dava-dalaşsız  həll  olmayacağını  anlayıb, 
məcburən  biz  də  qollarımızı  çırmadıq.  Bir  yandan anar, 
bir yandan da mən bir neçə dəqiqə sonra üçünü də əldən-
ayaqdan  salmağı  bacardıq. Yerə  yıxılmış  Sahibin  əlindən 
tutub, ayağa qalxmasına kömək etdim. 


81
“nə baş verir, Sahib?” deyə soruşdum. 
Sahib  əlinin  arxasıyla  dodağından  axan  qanı  silərək, 
yıxılıb yerdə qalmış üç adama baxdı: “Bunlar mənim qrup 
yoldaşlarımdır. İki həftə bundan əvvəl, universitetin təhsil 
haqqını ödəməyə gedərkən pulu cibimdən salaraq itirmiş-
dim. Bunu evdə deyib, valideynlərimi pis vəziyyətdə qoy-
maq  istəmədim.  Borca  pul  tapıb,  təhsil  haqqını  ödəyim, 
sonra işləyib pul toplayar, borcumu ödəyərəm, deyə düşün-
müşdüm. Bu üçü öz aralarında səkkiz yüz manat düzəldərək 
mənə verdilər. Verəndə də “Bunu sənə borc olaraq vermi-
rik,  əlində  nə  vaxtsa  imkan  olar,  qaytararsan.  Olmasa  da 
canın sağ olsun”, deyərək vermişdilər. 
anar  şübhə  dolu  baxışlarla  Sahibə  baxaraq  soruşdu: 
“Sonra nə oldu bəs?” 
“Bir həftə keçdikdən sonra, verdikləri pulu geri qaytar-
mağımı istədilər. Bunun hal-hazırda mümkün olmadığını, 
bir neçə aya toparlayıb verəcəyimi dedikdə məni döyməyə 
başladılar. İndi də bir həftədir, hər gün pullarını qaytarma-
ğımı tələb edirlər məndən”.
Üzümü qrup yoldaşlarına tutub “ayağa qalxın”, dedim. 
Üçü də nıqqıldayaraq ayağa qalxdı.
“Sahibin nə qədər borcu var sizə?” 
Oğlanlardan  biri  dillənərək:  “səkkiz  yüz  manat”  dedi. 
Əlimi cibimə salıb səkkiz yüz manat çıxardım. Pulu əlimdə 
bükərək Sahibə tərəf uzatdım. “Buyur qardaş, qaytar bor-
cunu”. 
“Səhv eləmirəmsə, adın Raul idi. Hər şeyə görə çox sağ 
ol. amma, mən bu pulu götürə bilmərəm”, deyərək uzatdı-
ğım əlimi mənə tərəf geri itələdi. 


82
“Borc olaraq qəbul et. nə vaxt imkanın olsa, o vaxt da 
ödəyərsən”,  deyərək,  bir  əlini  tutub  pulu  ovcunun  içinə 
qoydum. Heç bir söz demədən, pulu qrup yoldaşlarına tərəf 
uzatdı. Oğlanlardan biri əlini uzadaraq pulu götürdü. Qrup 
yoldaşının  pulu  götürərkən  əlinin  necə  titrədiyini  görən 
Sahib, ilk dəfə olaraq gülümsədi. Pulu götürdükdən sonra, 
dərhal otaqdan çıxdılar. 
“Bundan  sonra  sənə  qarşı  hər  hansı  birinin  səhv  bir 
hərəkət edəcəyini düşünmürəm. amma, yenə də nə vaxtsa 
başın dara düşsə, çəkinmədən bizim yanımıza gələ bilərsən. 
Bundan sonra bizi də bir qardaşın olaraq bil”.
“Çox sağ ol, Raul. İkiniz də çox sağ olun. allah sizdən 
razı olsun”.
***
anar gün boyunca dərsdə tək bir kəlmə belə danışmadı. 
Mən də danışması üçün çox da üstünə getmədim, sözün açı-
ğı. Bu anarın uşaqlıqdan bəri dəyişilməz olan xasiyyəti idi. 
Əsəbi olduğunda əvvəl bir müddət susar, sonra bütün hirsi-
ni bir anda adamın üstünə tökərdi. Dərs bitdikdən sonra evə 
doğru  yola  düşdük. Yaşadığımız  məhəlləyə  gəlib  çatdığı-
mızda, anar bir anda ayaq saxladı. Yüksək səslə: “Elədiyin 
axmaqlığa bir açıqlama gətirəcəksən, Raul?” deyə soruşdu. 
“nədən bəhs edirsən sən? nə axmaqlıq etmişəm ki?” 
anar səs tonunu bir az daha yüksəltdi: “nə vaxta kimi 
qəhrəmanlıq etməyə davam edəcəksən?” 
anarın nə demək istədiyini anlamırdım. anar birinə yax-
şılıq etdiyimiz üçün belə davranacaq bir adam deyildi. 
“Səni  anlaya  bilmirəm.  Bir  insana  yaxşılıq  etmək  nə 
vaxtdan bəri səni bu qədər əsəbiləşdirir?” 


83
“Məni yaxşılıq etmək əsəbiləşdirmir”, deyərək bağırdı. 
“Səni bu qədər əsəbiləşdirən şey nədir bəs?” 
Dərin  bir  nəfəs  alıb,  sakit  və  təmkinli  bir  səs  tonu  ilə 
danışmağa başladı: “Məsələnin nə olduğunu belə bilmədən, 
sadəcə adını bildiyin bir adama görə, üç nəfərin üstünə cu-
mursan. Hansı ağıllı adam belə bir hərəkət edər, səncə?” 
“Haqqında nə isə bilməyimizə ehtiyac var bəyəm? Bir 
nəfərin üstünə üç nəfər düşmüşdü. Bunu sən də gördün” 
“Məsələ bunda da deyil. Bu barədə sənə haqq vermək 
olar. Yaxşı  bəs  o  səkkiz  yüz  manat  necə?  O  pullar  sənin 
tələbə təqaüdün, gündəlik yemək pulundan kəsib yığdığın 
pullar idi. Hər altı-bazar restoranlarda ofisiantlıq edərək qa-
zandığın pullar idi o sənin. O qədər əziyyətlərlə yığılan pulu 
tanımadığın bir adamın ovcuna necə qoya bilirsən axı?” 
“anar,  bax,  mən  səni  çox  yaxşı  başa  düşürəm.  Sən 
mənim ən yaxın dostumsan. Bilirəm ki, nə deyirsənsə, məni 
istədiyindən, mənim yaxşılığım üçün deyirsən. Sənin də de-
diyin kimi o pulu çətinliklə toplamışdım mən. amma, Sahib 
də  o  pulu  qumar  oynayaraq  uduzmayıb.  Başına  gələnləri 
gördükdən  sonra,  onu  pis  vəziyyətdə  qoymağa  könlüm 
əl vermədi. Ümidvaram ki, o pulu allah başqa bir yerdən 
təkrar qazandırar mənə”.
anar əlini çiynimə qoyaraq üzgün bir ifadə ilə üzümə 
baxdı: “İnşallah dediyin kimi olar, qardaşım. Sənin də dedi-
yin kimi, mən nə deyirəmsə, sənin yaxşılığın üçün deyirəm. 
Bu  həyatda  sənin  kimi  yaxşı  insanlar  daima  uduzurlar. 
Mən  sadəcə  olaraq,  sənin  o  uduzanlardan  biri  olmağını 
istəmirəm”. 


84
***
Fevral ayının son günləri idi. Birinci kursun ilk semes-
tri  bitmiş,  ikinci  semestr  isə  yeni  başlamışdı.  Şəhərdəki 
soyuq  hava  şəraiti  hələ  də  davam  edirdi.  Səhər  yuxudan 
oyanan kimi ilk işim, isti bir duş almaq olmuşdu. Bu cür 
soyuq havalarda isti su ilə duş almaq mənə yaxşı gəlirdi. 
universitetə getmək üçün hazırlaşıb evdən çıxdım. anarla 
görüşüb  universitetə  doğru  yola  düşdük.  Demək  olar, 
universitetə  çatana  qədər  elə  də  çox  danışmamışdıq.  On 
beş dəqiqəlik böyük tənəffüsdə isti bir şeylər içmək üçün 
universitetin mətbəxinə getdim. anar isə dərs oxuyacağını 
deyərək, mənimlə gəlməkdən imtina etmişdi. Bir fincan isti 
bir  qəhvə  alıb  masalardan  birinə  əyləşmişdim.  Qəhvədən 
çıxan dumanı seyr edərək bir yandan da təkrar düşünməyə 
başlamışdım. anarın iki ay bundan əvvəl dediyi sözlər hələ 
də qulağımdan getmirdi. Bəlkə də bu dəfə, anar haqlı idi. 
Hər  önümə  çıxan  insana  yaxşılıq  etmək  istəyimdən  artıq 
vaz keçməliydim. Çünki, yaxşılıq heç də hər zaman yax-
şılıq doğurmur. Daldığım bu düşüncələrdən Sahibin mənə 
səslənməsi ilə ayıldım. 
“Salam,  Raul,  otura  bilərəm?”  Sahib  əlində  bir  stəkan 
çay ilə düz yanımda dayanmışdı. 
“Buyur,  Sahib,  otur”,  deyərək  əlimlə  yanımdakı  boş 
stulu göstərdim. Əlindəki çayı masaya qoyub, stulu altına 
çəkərək əyləşdi. Əynindəki dəri gödəkcəsinin yaxa cibinə 
əlini salıb, bir zərf çıxardı. Daha sonra zərfi masada öz qar-
şısına qoyaraq söhbətə başladı. 
“Raul,  sənə  danışacağım  önəmli  şeylər  var.  Bu  iki  ay 
ərzində  bunları  sənə  danışıb-danışmamalı  olduğumu  çox 


85
düşündüm. Məncə artıq, bunları sənə danışmağın vaxtıdır”. 
Bu  qədər  önəmli  nə  danışacaq  deyə  həqiqətən  də 
səbirsizlənməyə başlamışdım. 
“Buyur, Sahib, səni dinləyirəm”, deyib, davam etməsini 
gözlədim. 
“Raul,  əslində  mən  kasıb  bir  ailənin  övladı  deyiləm. 
Tam tərsinə, ailəmin imkanı çox yaxşıdır. atamın şəhərdə 
çox sayda restoran və kafeləri var. Hətta keçən ay səninlə 
görüşdüyümüzdə getdiyimiz kafe, atamın yeni açdığı kafe-
lərdən biri idi”. 
Sahib danışdıqca, hər keçən dəqiqə daha çox təəccüb-
lənirdim. Danışdıqlarına anlam verə bilmir, bir yandan da 
olub bitəni anlamaq üçün tələsirdim. Ona görə də sözünü 
kəsmək istəmədim. 
“Təxminən üç ay bundan əvvəl, atamla aramda kiçik bir 
mübahisə baş vermişdi. Mübahisənin yaranma səbəbi kiçik 
olsa da, atamın dedikləri mənə çox ağır gəlmişdi. Mübahisə 
əsnasında mənə “sən öz ayaqların üzərində dura biləcək bir 
adam deyilsən”, demişdi. O mübahisədən sonra atama bu-
nun əksini sübut edəcəyim barədə özümə söz vermişdim. 
Həmən gün evi tərk etdikdən sonra, özümə bir otaqlı kirayə 
bir ev tapmışdım. O gündən sonra, o evdə tək başına yaşa-
mağa  başladım.  Bir  yandan  da,  dərsdən  sonra  restoranla-
rın birində paketçilik edirdim. aldığım maaş universitetin 
təhsil haqqını vermək üçün bəs etmirdi. Buna görə də evi 
tərk etdiyimdə yanımda götürdüyüm bir neçə dəyərli əşyamı 
satmışdım. O pulu isə, ödənişi etmək üçün getdiyimdə yol-
da itirmişdim. Bilmirəm, bəlkə də cibimdən oğurlamışdılar. 
Sonrasında isə nələr baş verdiyini özün bilirsən”. 


86
Sahib dərin bir nəfəs alıb, köks ötürdü: “Bəlkə də atam 
haqlı  idi.  Mən  öz  ayaqlarımın  üstündə  dura  biləcək  biri 
deyiləm. İki gün əvvəl, şənbə günü atamla yenidən barış-
dıq. Hər şey yenidən öz qaydasına düşdü. Evdən kənar ya-
şadığım bu üç aylıq səfil həyatımda isə qazandığım tək şey 
sənin kimi əsl bir dost oldu.” 
Sahibin  bu  dediklərindən  heyrətə  gəlmişdim.  Sadəcə 
təəccüblə  üzünə  baxıb,  “Bunları  mənə  daha  əvvəl  niyə 
deməmişdin bəs?” deyə soruşdum. 
“Mənə  yaxşılıq  etmiş  olsa  belə,  yeni  tanıdığım  birinə 
bunları danışmağım nə dərəcədə düzgün olardı, bilmirəm. 
Bəlkə də sadəcə danışmağa utanmışdım. amma, zamanla 
səni daha yaxından tanıdıqca bütün düşüncələrim dəyişdi. 
Sadəcə bütün bunları sənə danışmaq üçün, doğru zamanın 
gəlməsini gözləyirdim. atam həqiqətən də haqlı idi, Raul. 
Bu  yaşıma  qədər  ətrafımda  dost  bildiyim  insanlar  belə, 
atamın  var-dövlətinə  görə  yanımda  olublarmış.  Evi  tərk 
etdikdən sonra, qısa bir zaman ərzində bütün dostlarımın 
tək-tək ətrafımdan yoxa çıxdığını gördüm. Sən isə mənim 
kim olduğumu belə bilmədən, mənim döyüldüyümü görüb 
üç  nəfərin  üstünə  cumdun.  O  vaxt  cibindəki  o  qədər  pul 
nəyin pulu idi bilmirəm, amma onu bilirəm ki, sən üstündə 
o qədər pul olacaq qədər imkanlı biri deyilsən. Buna bax-
mayaraq  gözünü  belə  qırpmadan,  o  pulu  mənim  ovcuma 
qoydun. Bundan sonra əgər icazə versən, mən də səninlə 
bir ömür dost, qardaş olmaq istəyərəm”, – Sahib öz qarşı-
sında duran zərfi götürüb mənə tərəf uzatdı. Bir zərfə, bir 
də  Sahibin  üzünə  baxıb  soyumuş  qəhvəmdən  bir  qurtum 
aldım. 


87
“Məndən bütün bu olanları gizlətdiyinə görə sənə bir söz 
deyə bilmərəm. Çünki, görünür, sənin də özünə görə haqlı 
səbəblərin var imiş. Bundan sonra bir ömür boyu dost, qar-
daş olmağımıza isə şad olaram. Qaldı ki, bu zərfə, qardaş 
bildiyin insanla aranda borc pul deyə bir şey olmaz”. 
Sahib gülümsəyib əlini çiynimə qoydu: “Haqlısan, Raul, 
bilirəm. amma sən bu zərfi almasan, mənim vicdanım rahat 
olmayacaq. Ona görə də səndən bunu qəbul etməyini xahiş 
edirəm.” 
Sahibin  bu  son  sözündən  sonra  zərfi  götürməyi  qəbul 
etdim. Zərfin içindəki səkkiz yüz manat, mənim bir neçə 
aylıq  tələbə  təqaüdüm  və  gecəmi  gündüzümə  qataraq, 
halal zəhmətlə işləyib qazandığım pullar idi. O pulu yığ-
maqda məqsədim mart ayında nərgizin ad gününə gözəl bir 
hədiyyə almaq və şəhərin ən gözəl restoranlarından birində 
yaxın  dostlarımızla  bərabər  ad  gününü  qeyd  etmək  idi. 
Həmən gün pulu üstümdə götürməyimin səbəbi isə alacağım 
hədiyyəni artıq tapmış, dərsdən sonra anarla birlikdə onu 
almağa gedəcəkdim. Sahibə yaxşılıq etdiyimə görə hər nə 
qədər sevinsəm də, bu arzumu yerinə yetirə bilməyəcəyimə 
görə bir yandan da pis olmuşdum. Halallıqla qazanılan pul, 
həqiqətən də heç vaxt itmirmiş. Tənəffüs artıq bitmək üzrə 
idi. növbəti dərsə girmək üçün toparlanıb dərs otaqlarımıza 
geri döndük. Evə dönüş yolunda Sahiblə olan söhbətimizi 
danışmaq üçün sözə başlayırdım ki, anar məni qabaqladı. 
“Raul, sən hələ də Sahiblə əlaqə saxlayırsan?” 
“Əlbəttə. Saxlamamağım üçün bir səbəb var?” 
“O  uşaq  haqqında  qrup  yoldaşlarından  maraqlandım. 
Qruplarında onunla yaxınlıq edən tək bir adam belə yoxdu. 


88
Hər halda yaxşı biri olsa, ən azından yaxın olduğu bir nəfər 
adam olardı. Elə deyil?” 
“Yanılırsan, anar. O uşağın əslində necə biri olduğunu 
qruplarında heç kəs bilmir.”
anar əsəbi bir şəkildə ağız-burnunu əydi: “Qrupda heç 
kim onun necə bir insan olduğunu bilmir, deyirsən. amma, 
sən özün cəmisi iki-üç dəfə görüşməklə artıq onun necə bir 
adam olduğunu bildiyini zənn edirsən?” 
anarın  bu  sözündən  sonra  bu  gün  universitetin 
mətbəxində  yaşananları  ən  xırda  detalına  qədər  ona  da 
danışdım.  Danışdıqdan  sonra,  onun  da  Sahib  haqqındakı 
düşüncələri dəyişmişdi. 
“Əgər  həqiqətən  də  dediyin  kimidirsə,  o  halda  onu 
daha  yaxından  tanımağa  dəyər.  Pulunu  da  gətirib  qaytar-
dığına görə yəqin ki, ad günü məsələsi yenidən bərpa oldu. 
İstəyirsənsə  Sahibi  də  çağırarsan.  Bizimlə  dost  olacaqsa, 
əvvəl bir yerdə çörək kəsib, bir-birimizi daha yaxından ta-
nıyaq”. 
“Sözün düzü, elə mən də belə düşünmüşdüm.” 
***
Saat dördün yarısı idi. Günəşin yandırıcı şüaları amansız-
casına yerə şığıyırdı. Yaxşı ki, bu gün üçün atamdan əvvəl-
cədən  maşını  istəmişdim. anarla  bərabər  ilk  öncə  nərgiz 
və  Çinarəni  evdən  götürüb,  sonra  restorana  gedəcəkdik. 
Təxminən, saat beş üçün ixtisas seçimlərinin nəticəsi açıq-
lanmalı  idi.  nərgiz  qəbul  imtahanı  verdiyi  gündən  bəri 
səbirsizliklə bu günü gözləyirdik. nərgizgili evdən götürüb, 
restorana doğru yola düşdük. 


89
“anar, Sahiblə danışıbsan?” 
“Evdən çıxanda əlaqə saxladım. Raula de, narahat olma-
sın. Mən özüm hər şeyə nəzarət etmişəm dedi.” 
“Siz nə iş çevirirsiz belə?” deyə soruşaraq, nərgiz maşı-
nın arxa oturacağından qabağa doğru boylandı. 
“Sürpriz” – Çinarə və nərgiz arxada pıçıldaşmağa baş-
ladılar. ağlıma bir anda Lamiyə gəldi. Lamiyəylə danışıb, 
ona xəbər verməyi unutmuşdum. 
“Lənət olsun. Tamam ağlımı itirmişəm. Lamiyəyə yeri 
və zamanı xəbər vermək yadımdan çıxıb.”
anar qürurlu bir şəkildə göz süzdürdü: “Deyirəm mən ol-
masam, görəsən, sən nə edərsən? narahat olma. Lamiyəylə 
də danışmışam. O bizdən əvvəl orda olacaq.” 
“Həqiqətən, çox sağ ol, anar. Üstümdən böyük yük gö-
türmüş oldun.” 
Lamiyəyə xəbər verməyi unutduğum üçün, bir anlıq çox 
pis olmuşdum. Bu gün çox həyəcanlı idim. Mart ayında nə 
qədər istəsəm də, nərgiz universitetə hazırlaşdığı üçün ad 
günü keçirmək istəməmişdi. Ona görə də bu gün həm ad 
gününü,  həm  də  universitetə  qəbul  olunmasını  bir  yerdə 
qeyd edəcəkdik. Çinarə, anar, Lamiyə və Sahibin də bu-
günkü gündə bizimlə bərabər olması üçün dəvət etmiş, bu 
günü  yaxın  dostlarımızla  bərabər  qeyd  etmək  istəmişdik. 
Getdiyimiz yer Sahibin atasının işlətdiyi restoranlardan biri 
idi. Bu restoran həqiqətən də şəhərin ən gözəl restoranla-
rından biri idi. Bundan bir ay əvvəl Sahib, anarla məni o 
restorana dəvət eləmişdi. Bu günün orada qeyd edilməsini 
elə o görüşdə qərara almışdıq. 


90
Restorana  çatdığımızda,  Sahib  və  Lamiyə  restoranın 
girişində  bizi  gözləyirdilər.  Onlarla  salamlaşdıqdan  sonra 
Sahibin  bizim  üçün  rezervasiya  etdiyi  zala  keçdik.  Zala 
daxil  olduğumuzda  gördüyü  mənzərədən  duyğulanan 
nərgiz,  boynuma  sarılıb,  üzümdən  öpdü:  “Səni  sevirəm, 
Raul. Yaxşı ki həyatımda varsan.” 
“Mən də səni sevirəm nərgiz. Həm də lap çox sevirəm.” 
Romantika  anlayışından  uzaq  olan anar:  “Bir-birinizə 
eşq elanlarınız bitdisə, keçək oturaq. acından ölürəm” deyə 
zarafat edərək əli ilə masanı göstərdi. 
Zal  tamamilə  istədiyim  kimi  hazırlanmışdı.  Girişdə 
şarlarla “Təbriklər Sevgilim” yazısından tutmuş, zalın di-
zaynına  və  masanın  quruluşuna  qədər  hər  şey  çox  xoşu-
ma  gəlmişdi.  Masadakı  yeməklərə  isə  söz  ola  bilməzdi. 
necə  deyərlər,  süfrədə  bir  quş  südü  əskik  idi.  Sahibə 
güvəndiyim  üçün  peşman  olmayacağımı  bilirdim.  Masa 
arxasında təzəcə yerimizi almışdıq ki, nərgizin telefonuna 
mesaj gəldi. Telefonun ekranına baxıb yüksək səslə oxudu. 
“Memarlıq və İnşaat universiteti, mexanika və informasi-
ya texnologiyaları fakültəsi... Raul, səni o universitetdə tək 
qoya bilməzdim. Yanına gələcəyimi sənə demişdim.” 
nərgizlə  bir-birimizə  sarılaraq,  sevincimizi  bölüşdük. 
Masadakı  hər  kəs  bir-bir  nərgizi  təbrik  edib,  tələbəlik 
illərində ona uğurlar arzu etdilər. 
***
Həyətdəki  çardaqda  tək  başına  oturmuşdum.  Təzə 
dəmlənmiş çaydan bir stəkan süzmüş, əsən sərin küləklərin 
onu  soyutmasını  gözləyirdim.  Hava  artıq  qaralmışdı.  Bu 


91
vaxt həyətə düşməyimin səbəbi isə şeir yazmaq üçün təbə 
gəlməyim və tək qalmaq istəməyim idi. Yazdığım şeirləri 
adətən ya dəniz qırağında, ya da axşam saatlarında, tək qal-
dığım zamanlarda yazırdım. amma, bu dəfə, təbim gəldiyi 
kimi geri qayıtmışdı, deyəsən. Bu gecə ağlımda gələcəyə 
dair  çox  düşüncələr  var  idi.  İki  gün  sonra,  universitetin 
son kursu başlayacaqdı. nərgiz artıq üçüncü, mən isə dör-
düncü kurs tələbəsi olacaqdıq. Ən önəmlisi də, bu kursun 
sonunda  nişanımız  olacaqdı.  Daha  sonra  isə,  artıq  əsgər 
getməliydim.  nərgizdən  uzaq  keçəcək  bir  il.  Buna  necə 
dözəcəm heç düşünmək belə istəmirdim. Bir gün belə ayrı 
qala bilmədiyim insandan düz bir il ayrı qalacaqdım. 
Daldığım  düşüncələrdən  həyətin  qapısının  açılması  ilə 
ayıldım.  Qapının  girəcəyi  qaranlıq  olduğundan  gələnin 
kim olduğu aydın görsənmirdi. Bir az yaxınlaşdıqdan son-
ra gələnin anar olduğunun fərqinə vardım. İri addımlarla 
mənim  oturduğum  çardağa  doğru  gəlirdi.  anarı  qarşıla-
maq üçün ayağa qalxdım. Yanıma çatar-çatmaz, salam belə 
vermədən “Sənə əla xəbərlərim var, Raul” deyə sözə baş-
ladı. 
Çox həyəcanlı görsənirdi. Sevincdən gözlərinin içi pa-
rıldayırdı. Bir yandan da təngnəfəs olmuş, nəfəs almaqda 
çətinlik çəkirdi. Görünür hardan gəlirdisə, qaçaraq gəlmişdi. 
anarı belə gördükdə üzümdə qəribə bir təbəssüm yarandı: 
“Gəl otur iki dəqiqə, bir az özünə gəl. Yoxsa o əla xəbərini 
deyə bilmədən həyəcandan öləcəksən.”
anar  stullardan  birini  altına  çəkib  oturdu.  Evə  gedib 
anar  üçün  də  bir  stəkan  çay  gətirdim:  “Hə anar,  buyur. 


92
Danış  görək  nə  məsələdir.  Maraqlıdır  görəsən,  səni  bu 
qədər həyəcanlandıran nə ola bilər axı?” 
anar dərin bir nəfəs çəkdi: “Raul, nəhayət ki, xəyallarımız 
gerçək olur.” 
“Hansı xəyallardan söhbət gedir?” 
“Qarşımıza qoyduğumuz hədəf. Tanınmış, yaxşı bir me-
mar olmaq xəyalımız.”
Özümdən asılı olmadan gülməyə başladım: “Dördüncü 
kursa hələ indi keçirik. ağlını itirmisən sən?” 
“Yox, Raul. ağlım tamamilə yerindədir. Mən sənə bö-
yük dayımın Macarıstanda yaşadığını demişdim?” 
“Hə, demişdin. Səhv etmirəmsə Budapeştdə dizayn və 
inşaat işləriylə məşğul olur.” 
“Hə, düzdür. Dayım bu sektorda təzəlikcə böyük bir iş 
qurub. Bir həftə əvvəl, öz şəxsi memarlıq şirkətini yaradıb. 
Bayaq telefonda danışanda mənə dedi ki, memarlığın ma-
gistraturasını oxumaq üçün Budapeştdə yaxşı universitetlər 
var. Gəl, həm burda oxu, həm də mənim yanımda işə başla.” 
“Sənin adına çox sevindim, qardaşım. allah yolunu açıq 
eləsin”. 
anar gülməyə başladı: “Boş-boş danışma, Raul. Sən ol-
madan hara gedirəm mən? Dayıma səni də dedim. İkiniz 
də bərabər gəlin, burda qalmağa evi də mən təmin edəcəm 
sizin üçün, dedi.” Həyəcanla gözümün içinə baxıb, məndən 
cavab gözləyən anardan gözlərimi qaçırdım. 
“anar, mən magistr oxumağı düşünmürəm.” 
anar  qaşlarını  çataraq,  təəccüblü  bir  ifadə  ilə  üzümə 
baxdı: “ağlını qaçırmısan sən? İkimizin də universiteti qır-
mızı diplom ilə bitirməyə doğru getdiyimizin fərqindəsən? 


93
Həm də bu cür iş təklifi ayağımıza qədər gəlmişkən bunu 
rədd etmək axmaqlıq olar. Magistr oxuyarkən ikimiz də baş 
memarın köməkçisi olacayıq. Sonra da zamanla Baş me-
mar olarıq. Hətta bir gün biz də dayım kimi, öz işimizi qura 
bilərik.” 
anar  o  qədər  həvəslə  danışırdı  ki,  danışıb  qurtarana 
qədər sözünü kəsmək istəmədim. 
“anar, mən səni başa düşürəm. Bu bizim üçün çox əla 
bir şansdır. amma, mən artıq ailə qurmaq istəyirəm. Özün 
bilirsən, nərgizin də magistr oxumaq kimi bir fikri yoxdur. 
Ona görə də mən universiteti bitirib, əsgər gedəcəm. Əgər 
geri dönmək qismət olarsa, dönər-dönməz ilk işim nərgizlə 
evlənmək olacaq.”
anar  məyus  bir  şəkildə  susaraq,  başını  aşağı  saldı. 
ayağa qalxıb yanına gəldim. Əlimi çiyninə qoyub, danış-
mağa davam elədim: “anar, qulaq as. Bu dediklərini mən 
də  ən  az  sənin  qədər  istəyərdim.  amma,  bu  dediklərin 
mənim üçün mümkün deyil. Sən xəyallarının arxasınca get. 
Bəlkə bir gün nərgizlə evləndikdən sonra, biz də sənin ya-
nına  gələrik.  Sən  də  məni  memar  olaraq  işə  götürərsən”, 
deyərək, gülümsədim. 
“Yox, Raul, əgər sən getmirsənsə, mən də...” 
“Sözümü  kəsmə.  Qardaşım,  unutma!  Sənin  uğurun, 
mənim də uğurumdur. Sənin uğurun, bizim uğurumuzdur. 
Səndən  neçə  illik  dostluğumuzun  xətrinə  xahiş  edirəm. 
Məni bu vicdan əzabıyla yaşatma. Xəyallarının arxasınca 
get.” 
İnsan bu dünyaya bircə dəfə gəlir. Elə məhz buna görə 
də nə olursa olsun, xəyallarının arxasınca getməkdən vaz 


94
keçməməlidir.  amma,  mən  vaz  keçməyə  məcbur  idim. 
Çünki nərgiz mənim üçün xəyallarımdan daha üstün idi...
***
İyun ayının son günləri idi. Bu gün Sahib, anar və mənim 
üçün böyük bir gün idi. Dörd illik universitet macəramız, 
bugünkü məzun günü ilə sona yetirdi. Pis-yaxşı, bu dörd ili 
də uğurla başa vurmağı bacarmışdıq. anarla ikimiz univer-
siteti yüksək ortalama ilə bitirir, qırmızı diplom ilə məzun 
olurduq. Bu gün sevincli bir gün olmaqla bərabər bir yan-
dan da narahatçılıqla keçirdi mənim üçün. Sabah nərgizlə 
nişanımız  olacaq  idi.  Restoran  axtarmaq  işinə  vaxtında 
məsuliyyətsiz  yanaşdığımıza  görə,  sonradan  nişan  üçün 
istəyimizə uyğun gün və restoran təyin etmək mümkün ol-
mamışdı. Son çarə olaraq nişanı məzun gününün sabahısı-
na təyin etmişdik. Digər yandan anar Budapeştdə, dövlət 
universitetlərinin  birində  magistraturaya  qəbul  olunmuş 
və qeydiyyat üçün, nişandan iki gün sonra Budapeştə yola 
düşməli idi artıq. Bu da az deyilmiş kimi, mənim də hərbiyə 
çağırış vərəqəm bir həftə sonra üçün gəlmişdi. artıq nəyi 
necə edəcəyimizi düşünməkdən yorulmuş, hər şeyi zamanın 
axarına buraxmışdıq. Tədbir bitər-bitməz, evə getməyi dü-
şünürdüm. Qrup yoldaşlarımla bərabər restorana gedib, hər 
kəsin bir arada olacağı son gecədə iştirak etmək istəyərdim, 
amma təəssüf ki, bunun üçün vaxtım yox idi. Tez evə gedib, 
sabah üçün hazırlanmalı idim.
universitetin  Məzun  günündə,  məktəbdəkindən  fərqli 
olaraq, demək olar, valideynlər iştirak etmirdilər. Ona görə 
də bizim valideynlərimiz də gəlməmişdi. nərgiz isə nişan 


95
hazırlıqlarına  görə  istəsə  belə,  gələ  bilməzdi.  Üçümüzün 
məzun günündə iştirak edən tək ortaq dostumuz Lamiyə idi. 
Hər şeyin bu cür ard-arda düşməsi bizi bir xeyli stressə sal-
mışdı. İçimizdə tək gərgin olmayan isə Sahib idi. O təhsilini 
elə öz universitetimizdə davam etdirəcəkdi. Magistr üçün 
xaricə getmək fikri onun ağlına heç yatmamışdı. 
Tədbir bitdikdən sonra Lamiyə bizi bir daha təbrik edib, 
sabah  nişanda  görüşmək  üzrə  aramızdan  ayrıldı.  Sahib 
isə, ailəsinin bugünkü gün münasibəti ilə ona hədiyyə et-
diyi yeni maşınla anarla məni məhəlləmizə qədər ötürdü. 
İkisinə də sabah vaxtında bizim evdə olmasını tapşırıb, evə 
girdim. Saat 17-də qız evinə, nərgizgilə gedəcəkdik. Evə 
girər-girməz, qırmızı lent ilə bəzədilmiş xonçalar diqqətimi 
çəkdi. nişan üçün demək olar, iki gün qabaqcadan hər şey 
hazır  idi.  Hamı  nişanda  geyinəcəyi  paltarından  tutmuş 
ayaqqabısına qədər hər nə varsa, hazır etmişdi. 
Günün  yorğunluğunu  bədənimdən  atmaq  üçün  duşa 
girdim. Bu gün həqiqətən çox yorulmuşdum. Sərin su ilə 
duş almaq az da olsa, məni özümə gətirmişdi. Duş boyun-
ca sabahkı nişandan çox, nişandan sonrasını düşünürdüm. 
nişandan bir həftə sonra, hərbi xidmətə yola düşəcəkdim. 
Bir il ailəmdən və nərgizdən uzaq qalacaqdım. Qısqanc biri 
olmağım əsgərlikdə olduğum zaman, mənə çox baha başa 
gələcəkdi.  Burda  olduğum  müddətdə  göz  bəbəyim  kimi 
qoruduğum, tez-tez danışdığım və görüşdüyüm nərgizdən 
bir il ayrı qalmağın düşüncəsi belə, çox canımı sıxırdı. Ən 
önəmlisi isə mən nərgizi kimə əmanət edib gedəcəkdim? 
anar magistr üçün Budapeştə getməsəydi, sözsüz ki, hərbi 
xidmətdə  olduğumda  gözüm  arxada  qalmazdı.  Düzdür, 


96
Sahib magistri azərbaycanda oxuyacaq. Hətta daha da yax-
şısı, nərgizlə bir universitetdə olacaq. amma, Sahib hər nə 
qədər yaxınım, doğmam olsa belə, Sahibin özünü belə qo-
ruyacaq bir gücü yox idi. O ki qaldı nərgizi qoruya. Sahib 
və Lamiyədən başqa güvənə biləcəyim heç kim yox idi. 
Duşdan  çıxdığımda  artıq  qırx  dəqiqə  keçmişdi.  Son 
günlərdə  saatın,  dəqiqənin  necə  gəlib  keçdiyinin  fərqinə 
belə  varmırdım.  Hər  anım  yalnızca  düşünməkdən  ibarət 
idi.  Gecə  olduğunda  nərgizlə  danışıb,  hər  zamankından 
fərqli  olaraq  saatlarla  telefonda  danışmaq  yerinə,  yatıb 
dincəlməyə qərar verdik. nişan hazırlıqları ikimizi də çox 
yormuşdu. Hər nə qədər tez yatıb, sabah üçün dincəlmək 
istəsək də, səhərə qədər gözümə yuxu getməmişdi. Bir yan-
dan nişanın həyəcanı, bir yandan isə hərbi xidmətin yaxın-
laşması və düşüncələr, nə qədər çalışsam da yatmağa imkan 
verməmişdi. 
Evdəkilər  oyandığında,  mən  də  qalxıb  onların  yanına 
getdim. Səhər yeməyimizi yedikdən sonra, birlikdə evdən 
çıxdıq.  Əvvəlcə  anamı  gözəllik  salonuna  aparıb,  sonra 
atamla bərabər bərbərə getdik. Evə döndüyümüzdə saat ar-
tıq 16 idi. nərgizgilə gedəcək xonçaları səliqə ilə maşının 
baqajına yığdıqdan sonra, geri dönüb hazırlaşmağa başla-
dım. uzaq yoldan gələn qohum-əqrəba artıq, yavaş-yavaş 
bizim  evdə  toplanmağa  başlamışdı.  Bakıda  yaşayan  qo-
humlar və digər qonaqlar isə birbaşa restorana gələcəkdi. 
Evdən çıxana yaxın anar, ondan bir neçə dəqiqə sonra isə 
Sahib və Lamiyə gəlib yetişdilər. Evə gələcək hər kəs top-
landıqdan sonra, toparlanıb evdən çıxdıq. 


97
nişan  kortejimiz  nərgizgilin  məhəlləsində  düz  yarım 
saat  gözləyəsi  oldu.  Qız  evindəki  adət-ənənələr  yerinə 
yetirildikdən  sonra,  nərgizi  də  götürüb  restorana  getdik. 
İki  ailənin  də  aldığı  ortaq  qərar  ilə  nişana  çox  adam  ça-
ğırmamışdıq.  Sadəcə  qohumlar  və  ən  yaxın  dostlarımızla 
bərabər keçirəcəkdik nişanı. Ona görə də nişan üçün resto-
ranın yüz əlli nəfərlik kiçik zalını danışmışdıq. Restorana 
girər-girməz,  nərgizlə  ilk  rəqsimizi  edib,  daha  sonra  bəy 
və gəlin üçün ayrılmış masada öz yerimizi aldıq. Masaya 
oturduğumuzda  nərgiz  əsəbi  görsənirdi:  “Raul,  bu  nə 
sifətdir belə? Baxanlar elə biləcək zorla gətiriblər səni bura. 
Fərqindəsənmi bilmirəm, amma, bu bizim nişanımızdır.”
“Fərqindəyəm, əzizim, hətta çox sevincliyəm. Bu günü 
iplə çəkdiyimi sən də bilirsən. Sadəcə əsgərliyi düşünürəm. 
Ona görə bir az narahatam.” 
nərgiz iki əliylə əlimi tutdu: “Raul, xahiş edirəm, belə 
eləmə.  Hər  şeyi  daha  da  çətinləşdirirsən.  Sadəcə  bircə  il 
əsgərlikdə  olacaqsan.  Geri  döndüyündə  isə  hər  şey  çox 
yaxşı olacaq. Qaldı ki, mənə, mən isə hər gün səbirsizliklə 
sənin yolunu gözləyəcəm. Geri dönməyin və evlənməyimiz 
üçün.” 
“Səni sevirəm, nərgiz. Yaxşı ki həyatımda sən varsan.” 
“Mən də, Raul. Mən də səni sevirəm.” 
nərgizlə bir yandan gələcəyə dair danışır, bir yandan da 
əyləncəli  keçən  nişanımızın  gedişatını  seyr  edirdik. ara-
sıra  qonaqlar  yanımıza  gəlir,  xeyr-dua  verir  və  bizimlə 
şəkil çəkdirirdilər. nişan gecə saat 23-ə qədər davam elədi. 
Qonaqlar  yavaş-yavaş  dağılışmağa  başladığı  sırada, anar 
yanımıza gəldi. 


98
“Raul,  sizi  bir  daha  təbrik  etməyə  və  sağollaşmağa 
gəldim.  Xoşbəxt  olun.  İnşallah  sağ-salamat  get  qayıt,  tez 
zamanda toyunuzu da görək. Qalx ayağa, getmədən qarda-
şımı qucaqlayım son dəfə. Bir də bir ildən sonra görüşəcəyik 
təəssüf ki.” 
“İki  gün  sonra  gedəcəksən.  İndidən  niyə  sağollaşırsan 
ki? O vaxta qədər yəqin ki görüşərik də.” 
“Raul,  sənədlərimdə  bir  az  problem  var.  Həm  də 
Budapeştə getməzdən əvvəl getməli olduğum başqa yerlər 
var. Ona görə inanmıram görüşə bilək. Bu arada nərgizə 
görə də narahat olma, Lamiyə də, Sahib də onun yanında 
olacaq.  Mən  özüm  də  tez-tez  əlaqə  saxlayacam.  Gözün 
arxada  qalmadan  get  və  rahatlıqla  xidmətini  elə.”  Daha 
sonra üzünü nərgizə tutub onu da təbrik edərək sağollaşdı. 
ayağa  qalxıb  qucaqlaşdım anarla:  “Yolun  açıq  olsun, 
qardaşım...” 
***
nişandan sonrakı bir həftə necə gəlib keçdi, heç xəbərim 
belə  olmadı.  Hərbi  xidmətin  vaxtı  gəlib  yetişmişdi  artıq. 
Bir az sonra doğulub, boya başa çatdığım vətənimə borcu-
mu ödəmək üçün, hərbi xidmətə yola düşəcəkdim. İki gün 
əvvəl, anarı Budapeştə yola saldıqdan sonra bütün yaxınla-
rımla görüşüb sağollaşmışdım. Məni hərbi hissəyə yola sal-
maq üçün sadəcə valideynlərim, nərgiz və Sahib gəlmişdi. 
Lamiyə isə, işi ilə bağlı bu gün yanımda ola bilməyəcəyini 
bildiyindən,  bir  gün  qabaqcadan  sağollaşmışdı  mənimlə. 
Hərbi xidmətin ilk aylarında naftalanda olacaqdım. Daha 
sonrasında isə hansı rayona köçürüləcəyim hələ ki bilinmir-
di. Sağollaşmaq vaxtı gəlib çatdığında ilk əvvəl anam gəldi 


99
qabağa.  Gözləri  sanki  bir  bulud  kimi  dolmuşdu.  Gözünü 
bircə  dəfə  qırpsa  göz  yaşları  yanaqlarından  süzüləcəkdi. 
Bərk-bərk qucaqlayıb, hər iki üzümdən öpdü: “Səni allaha 
əmanət edirəm, oğlum. Sağ-salamat qayıdıb gələsən, inşal-
lah.”
anamı  belə  görüb  mənim  də  gözlərim  doldu.  anama 
hiss etdirməmək üçün heç bir söz demədən üzümü atama 
tərəf çevirib atamla sağollaşdım. 
“nə badə hər hansı bir şey sənin gözünü qorxuda. Vətən 
üçün nə lazımdırsa, onu da et”, – deyərək alnımdan öpdü 
atam. Dolmuş gözlərim ilə atamın üzünə baxaraq, sadəcə 
təbəssüm etdim. 
“Möhkəm ol, qardaşım. Gözün qətiyyən arxada qalma-
sın”,  –  deyə  Sahib  əlavə  etdi.  Sahiblə  də  sağollaşdıqdan 
sonra,  sıra  nərgizə  gəlmişdi.  Onun  ala  gözlərini  dolmuş 
görsəm  buna  dözə  bilməzdim.  Ona  görə  də  gözlərimi 
nərgizdən  qaçırmağa  çalışırdım.  Sahib  valideynlərimlə 
bərabər hərbi hissənin yaxınlığında park etdikləri maşınlara 
doğru gedərək uzaqlaşdılar. nərgiz isə hələ də başını aşağı 
salmış, gözlərini yerə dikmişdi. 
“nərgiz,  xahiş  edirəm,  belə  eləmə.  Belə  boynu  bükük 
durma qarşımda. nə olursa olsun, hər zaman başı dik dur. 
unutma, gülüm, sən artıq, bir əsgər yarısan.”
nərgiz  başını  yerdən  qaldırıb,  üzümə  baxdı.  Hər  iki 
gözündən bir damla yaş axıb yanaqlarına süzüldü. nərgizin 
gözündən axan o iki damla yaş içimə alov kimi düşmüşdü. 
nərgiz  bir  anda  boynuma  sarılıb,  hıçqıra-hıçqıra  ağlama-
ğa başladı. Heç bir şey danışmadan dəqiqələrcə qucaqlaş-
dıq. Əlimlə saçını oxşayır, bir yandan da qoxusunu içimə 


100
çəkirdim. Elə dərindən qoxulayırdım ki, sanki ciyərlərimə 
bir  illik  ehtiyat  qoxusunu  yığırdım.  “allaha  əmanət  ol, 
nərgiz. Sənə söz verirəm, nə olursa olsun sənin üçün geri 
dönəcəm. Dönər-dönməz də ilk işimiz evlənmək olacaq.” 
“Sağ-salamat  get  və  qayıt.  Sən  də  allaha  əmanət  ol, 
Raul.” 
nərgiz üzünü çevirib anamgilin yanına getdikdən sonra, 
arxamı dönüb dərin bir nəfəs aldım. – Bu bir il mənim üçün 
çox çətin keçəcək, – deyə düşünərkən bir an hərbi hissənin 
həyətindəki,  mavi  səmada  dalğalanan  üçrəngli  bayrağım 
sataşdı gözümə. Yola düşmək üçün hərbi hissəyə daxil ol-
dum. Təki Vətən sağ olsun!
***
Oktyabr ayının ortaları idi. Hərbi xidmətin üç ayını ar-
tıq, geridə qoymuşdum. İki ay naftalanda xidmət etdikdən 
sonra,  əsgərliyin  davamı  üçün  Tərtər  rayonuna  köçürül-
müşdüm.  Bu  hərbi  hissəyə  gəldiyim  gündən  bəri  sıravi 
əsgərindən tutmuş, hərbi hissə komandirinə qədər hər kəsin 
sevgisini  qazanmış,  hər  kəslə  xoş  ünsiyyət  yaratmışdım. 
Buradakı hər kəs, mənim kimi, içi vətən sevgisi ilə dolub-
daşan və düşmən əsarətində olan torpaqlarımızı geri almaq 
üçün, hücuma keçməyə hər zaman hazır olan insanlar idi. 
uşaqlıqdan bəri ən böyük arzularımdan biri, əsarətdə olan 
torpaqlarımızı geri almaq, Ermənistan deyilən ölkəni dün-
ya xəritəsindən silmək olub. uğuruna canlar verilən, şəhid 
qanı  qoxan  o  torpaqları  geri  almaq.  ala  bilməsək  də  ən 
azından bu uğurda şəhid olmaq. Şəhidlik zirvəsi sözsüz ki, 
hər bir əsgər üçün böyük bir şərəfdir. 


101
Hava  tam  qaraldıqdan  sonra,  baş  leytenant  Kamil 
Musavinin komandirliyi altında iki maxe, Elşən və Şahmar 
kəşfiyyat tapşırığını yerinə yetirmək üçün səngəri aşıb, ney-
tral  bölgəyə  keçəcəkdilər.  Onlarla  bərabər  iki  əsgər  daha 
gedib, səngərdə ehtiyat üçün gözləyəcəkdi. Bu iki əsgərdən 
biri ola bilməyi mən də hamı kimi çox istəyirdim. axşam 
olduğunda Elşən yataqxanaya gəlib hər kəsi oyatdı. 
“Kəşfiyyat  tapşırığı  üçün  könüllü  olan  var?”  –  deyə 
zəhmli bir səs tonuyla soruşdu Elşən. Onun bu sualından 
sonra demək olar ki, hər kəs “Mən” deyib irəli çıxmışdı. 
Elşən isə, hamını təpədən dırnağa qədər süzdükdən sonra, 
kəşfiyyat tapşırığı üçün Rafaeli və məni seçdi. Təşkilat qrup 
komandirimiz baş leytenant Kamil, kəşfiyyat vaxtı onunla 
bərabər  olacaq  maxelər  isə  Elşən  və  Şahmar  idi.  Ehtiyat 
əsgər olaraq, səngərdə Rafael və mən duracaqdıq. Bir yan-
dan çox həyəcanlı, bir yandan isə bu iş üçün seçildiyimə 
görə qürurlu idim. Səngərə gəldiyimizdə komandirin əmri 
ilə uzaqdan onları təqib etmək üçün öz yerlərimizi aldıq. 
Bir  az  sonra  artıq  komandir  və  iki  maxe  səngəri  aşıb, 
kəşfiyyata  başlamışdılar.  Səngərdən  təxminən  yüz  metr 
aralıda idilər. Biz isə gecəgörmə cihazı ilə səngərdən on-
ları təqib edir, hər an kömək etmək üçün hazır gözləyirdik. 
Keçidaçma  yarımqrupu  fəaliyyət  göstərməyə  başladı.  Bir 
az sonra, Elşənin səsi eşidildi: “Komandir, mina!” Bu sözü 
eşitdiyim anda bir neçə saniyəlik şok keçirdim sanki. Çox 
keçmədən partlayış səsi eşidildi. İlk baxdığımızda heç nə 
görə bilmədik. Toz-duman hər tərəfi bürümüşdü. Rafael ilk 
tibbi yardıma hazır olması üçün hərbi hissəyə xəbər verdi. 
Bir az sonra on-on beş metr irəlidə komandirin bizə tərəf 


102
sürünərək  gəldiyini  gördük.  Rafael  cəld  bir  şəkildə  ona 
tərəf qaçdı. Komandirə kömək edib, onu birtəhər sürüyərək 
səngərə gətirdi. Mən isə hələ də şok vəziyyətində neytral 
bölgədə duran Elşən və Şahmara baxırdım. Rafaelin mənə 
“Raul, kömək elə!” qışqırması ilə özümə gəldim.
İkimiz  bir  yerdə  komandiri  hərbi  hissənin  tibbi  yar-
dım  məntəqəsinə  apardıq.  Komandiri  xərəyə  uzadıb  geri 
çəkildik. Həkim ilk tibbi yardıma başladı. Qanın dayanma-
sı üçün möhkəm bir şəkildə yaraları sarımağa çalışırdı. 
Bir neçə dəqiqə sonra təlaşlı bir şəkildə üzünü Rafael və 
mənə  çevirib  dedi:  “Burada  xəstəyə  heç  nə  eləmək  ol-
maz. O minaya düşüb. Əməliyyat üçün təcili xəstəxanaya 
aparılmalıdır”. 
Tam  bu  anda  ikinci  partlayış  səsi  eşidildi.  Komandir 
uzandığı yerdən doğrulmağa çalışdı. “Lənət olsun. Elşəngil 
də minaya düşdü”.
Rafael  heç  bir  söz  demədən  qaçaraq  köməyə  getdi. 
Komandirin üz-gözü palçıq və qan ilə örtülmüşdü. Sağ aya-
ğı isə tamamilə yox idi. Buna baxmayaraq hələ də özünü 
itirməmiş, bizimlə danışmağa davam edirdi. Bir yandan da 
bu  yaşadığını  qəbul  edə  bilməyib,  əli  ilə  itirdiyi  ayağına 
toxunmağa çalışırdı. Onu mümkün olduğu qədər tez bir za-
manda xəstəxanaya yetişdirməli idim. Həkimin də köməyi 
ilə komandiri çiynimə alıb, hərbi tibb maşınına doğru yola 
düşdüm.  Komandiri  arxa  oturacaqlarda  uzadıb  sürücü 
oturacağına  keçdim.  Komandir  hələ  də  huşunu  itirməmiş 
mənimlə danışmağa davam edirdi: “Raul, xəstəxanaya çat-
dıra biləcəksən məni?”


103
Mənim isə hələ də əl-ayağım əsirdi: “narahat olmayın, 
komandir. Mən sizi çatdıracam. Hər şey yaxşı olacaq.”
Mühərriki yenicə işə salırdım ki, Elşəni tibb məntəqəsinə 
apardıqlarını  gördüm.  Bu  dəfə  minaya  düşən  Elşən  imiş. 
Şahmar  uzaqdan  qaçaraq  yanımıza  gəlib,  heç  bir  söz 
demədən,  o  da  yanımızda  oturdu.  Üçümüz  bir  yerdə 
xəstəxanaya yola düşdük. Həyatım boyunca heç sürmədiyim 
qədər sürətli getməyə çalışırdım. Şahmarın da partlayışda 
üz-gözü torpaqla dolmuşdu. Yol boyunca tək bir kəlmə belə 
danışa bilmədi. Partlayışlardan sonra necə təsirlənmişdisə, 
ağzını bıçaq açmırdı. Hətta, yolda gedərkən bir ara koman-
dir özü “Qorxma Şahmar, mən yaxşıyam”, – deyib təsəlli 
verməyə çalışırdı ona. O an özüm-özümə “nə qədər ki bu 
ölkənin belə mərd oğulları var, bu ölkəni heç bir düşmən 
yıxa bilməz”, – deyə düşündüm. 
Tibb  məntəqəsinə  vardığımızda  həkimlər  ilkin  müda-
xiləni  edib,  tikiş  qoyaraq  qanaxmanı  dayandırdılar.  Ko-
mandir  Kamil,  partlayış  əsnasında  həm  sağ  ayağını,  həm 
də  sol  gözünü  itirmişdi.  Bədənin  müxtəlif  yerlərində  isə 
orta ölçülü digər yaralar var idi. Çox keçmədən Elşən də 
bu  xəstəxanaya  gətirildi.  Elşən  isə  partlayış  zamanı  sol 
ayağının dizdən aşağı hissəsini itirmiş və bədənin bir neçə 
yerindən yara almışdı. Xəstəxana hər ikisi üçün əldə olan 
imkanlarla tam tibbi yardım göstərdikdən sonra, yaralıları 
ağdam rayon xəstəxanasına təxliyə etdirdi. 
Hər iki qazimiz itirdiyi ayaqlarının yerinə protez ayaq-
larla təmin olundu. Əməliyyatlardan sonrakı ilk gündə baş 
leytenant Kamil Musavinin hər iki gözü görməsə də, tez za-
manda həkimlər onun bir gözünü tam sağaltmağa nail oldu-


104
lar. İki gün sonra isə, müdafiə nazirimiz cənab Həsənovun 
əmri ilə Bakıdan göndərilən helikopter vasitəsilə qazilərimiz 
Bakı hospitallarından birinə təxliyə olundu. 
***
Mart  ayının  sonları  idi.  Yaz  fəslinin  gəlişi  ilə  havalar 
yavaş-yavaş isinməyə başlamışdı. Düzdü, Bakıya nisbətən 
Tərtər hələ də soyuq idi. amma, qışdakı hava şəraitindən 
sonra bu havaya soyuq deməyə adamın dili gəlmirdi. Hərbi 
xidmətin  səkkiz  aydan  çox  hissəsi  artıq  geridə  qalmışdı. 
Dembel  olmağımıza  sadəcə  bir  neçə  gün  var  idi.  Hərbi 
xidmətə gəldiyim gündən bəri məzuniyyət haqqımı istifadə 
etməmiş,  bu  gün  üçün  saxlamışdım.  Üç  gündən  sonra 
nərgizin doğum günü olacaqdı. Ən son telefonla danışdı-
ğımızda bu ilki doğum günündə yanında ola bilməyəcəyim 
üçün  çox  üzgün  idi.  Əsgərliyin  bitməsinə  dörd  aydan 
daha az qalmış bu müddətdə, məzuniyyət haqqımı istifadə 
etməyin tam zamanı idi. 
Məzuniyyət  üçün  icazə  çıxar-çıxmaz,  heç  kimə  xəbər 
vermədən  Bakıya  doğru  yola  düşdüm.  Geridə  qoyub 
gəldiyim  hər  kəs  üçün  burnumun  ucu  göynəyirdi. ailəm, 
dostlarım, ən əsas da nərgiz üçün. Hərdən sanki, nərgizin 
qoxusunu  duyurmuş  kimi  olur,  bir  anda  gözlərim  dolur-
du.  Boşuna  deməyiblər  birinin  qoxusunu  dərindən  içinə 
çəksən, onun üçün darıxdığında burnunun ucu göynəyərmiş 
deyə. Bakıya çatdığımda günorta saat dörd idi. Evə gedən 
yol  Lamiyənin  işlədiyi  klinikanın  yaxınlığından  keçirdi. 
Yolüstü  fikrimi  dəyişib,  evə  getmədən  əvvəl,  onu  ziyarət 
etməyə qərar verdim. Lamiyənin iş vaxtı saat beşdə bitirdi. 


105
Çox güman ki hələ işdə olar deyə düşünüb, iş yerinə doğru 
yola düşdüm. 
Klinikaya  girdiyim  anda  gözümün  qabağına  bura  ilk 
gəldiyim gün yadıma düşmüşdü. Lamiyənin yanına atamın 
zoru ilə gəlmişdim. Bura ilk gəldiyimdə, nərgizlə qovuş-
mağımızı xəyal belə edə bilməzkən, şükürlər olsun ki, hal-
hazırda nişanlıyıq və ailə qurmağa hazırlaşırıq. Çatdığımda 
Lamiyəni açarla otağın qapısını bağladığını gördüm. Üzü 
qapıya  tərəf  olduğundan  ilk  öncə  məni  görmədi.  Bunu 
fürsət  bilib  ona  kiçik  bir  zarafat  etmək  istədim:  “Həkim, 
evə gedirsiz?” 
“Bəli, evə gedirəm artıq”, deyərək üzü mənə tərəf döndü. 
Məni görüb, əvvəl diksindi, sonra bir əlini ağzına tutaraq, 
təəccüblə bir neçə saniyə məni süzdü: “Raul, bu sənsən? 
İlahi, necə də arıqlamısan!” 
Lamiyənin belə reaksiya verməsi mənə həm təəccüblü, 
həm  də  gülməli  gəlmişdi.  arıqladığımın  fərqindəydim, 
amma,  kənardan  bu  qədər  çox  hiss  olunduğunu  düşün-
mürdüm: “Lamiyə xanım, deyəsən məni gördüyünüzə heç 
sevinmədiniz?” 
Lamiyə heç bir söz demədən məni qucaqladı. “Əlbəttə 
ki,  səni  gördüyümə  çox  sevindim.  Sadəcə  gözləmədiyim 
bir anda, səni arxamda görüb həm diksindim, həm də çox 
dəyişildiyinə  görə  bir  az  təəccübləndim.  Gəl,  içəri  girək. 
Otaqda rahat danışarıq”. 
Lamiyə hələ də əlində tutduğu açar ilə qapını açıb, əli ilə 
işarə edərək, içəri buyur etdi. İlk dəfə bu otağa gəldiyimdə 
oturduğum  həmən  kresloda  əyləşdim.  Lamiyə  də  qapını 
içəridən bağlayaraq, yanıma gəldi. 


106
“Qapını  niyə  içəridən  bağlayırsan,  bəlkə  xəstələrindən 
gələn oldu?” 
“Bu günlük işim bitmişdi artıq. Sən gələndə qapını bağ-
layıb, evə gedirdim. Sən işi boş ver, danış görək nə gəzirsən 
burda?” 
“Yox, yox, artıq əmin oldum. Sən məni gördüyünə heç 
sevinmədin”, deyərək gülməyə başladım. 
“Raul,  yaxşı  day,  zarafata  salma.  De  görüm  necə 
gəlmisən sən? niyə xəbər verməmisən gələcəyini? Yoxsa 
vermisən,  bircə  mənim  xəbərim  yox  idi?”  –  Lamiyə  hər 
zamankı kimi bütün suallarını birnəfəsə vermişdi. Sualları 
verərkən üzündən nə qədər həyəcanlı və tədirgin olduğunu 
görməmək əldə deyildi. 
“Hər  şeyi  danışacam  indi.  Əvvəlcə  sən  bir  özünə  gəl. 
Ən əsası isə bunu bil ki, pis heç nə olmayıb. Və qorxulası 
bir  şey  də  yoxdur.  –  Bu  sözlərimdən  sonra,  bir  az  rahat-
lamış bir şəkildə davam etməyimi gözləyərək üzümə bax-
dı:  –  Lamiyə,  bilmirəm  xəbərin  var,  yoxsa  yox,  amma, 
hərbi xidmətin ilk altı ayını tamamladıqdan sonra, hər bir 
əsgərin on günlük məzuniyyət haqqı olur. Mən də bu haqqı-
mı, nərgizin ad günü üçün saxlamışdım. Heç kimə xəbər 
vermədən  gəlməyimin  səbəbi  isə,  nərgizə  sürpriz  etmək 
üçündü.” – Elə bunu demişdim ki, Lamiyə gözlərini bərk-
bərk  yumaraq,  dərin  bir  köks  ötürdü.  –  “Lamiyə,  nə  isə 
olub?” 
Lamiyə susmağa davam elədi. Səs tonumu bir az qaldı-
raraq təkrar soruşdum: “Lamiyə, nə baş verir? niyə susur-
san? Pis bir şey olub?!” 
Bu  dəfə  gözlərini  məndən  qaçıraraq,  “olub,  Raul,  çox 
təəssüf  ki,  olub”,  deyə  cavab  verib,  yenidən  susdu.  Bir 


107
neçə  saniyə  ərzində  ağlıma  baş  verə  biləcək  hər  cürə  pis 
hadisə gəlmişdi. Oturduğum yerdən aramızda duran masa-
ya söykənərək, Lamiyəyə tərəf uzandım: “Susma, Lamiyə! 
Xahiş edirəm, nə baş verdiyini danış artıq.” 
Lamiyə təkrar köks ötürüb, üzümə baxmadan danışmağa 
başladı: “Raul, bunu sənə danışmaq mənim üçün çox ağır 
və eyni zamanda da çox çətindir. amma, buna məcburam. 
Mən bunları səndən gizlədə bilmərəm.” 
Əsəbi bir şəkildə qışqırdım bu dəfə. “Lamiyə, uzatma! 
De görüm nə olub?!” 
“Raul,  mən  də  üç  gündür  bunu  sənə  necə  deyəcəyimi 
düşünürdüm.  Üç  gün  bundan  qabaq,  iş  yoldaşlarımla 
gəzintiyə çıxmağı planlamışdıq. İşdən sonra, gəzinti üçün 
dənizkənarı bulvara getdik.” – Lamiyə danışdıqca söhbətin 
axırı hara gedir deyə düşünməkdən ağlımı itirəcəkdim ar-
tıq. Bir neçə saniyə ara verib, udqunaraq danışığına davam 
etdi.  “Bulvarda  gəzərkən  təsadüfən  uzaqdan  nərgizi  gör-
düm. Yanında isə...” 
Otağa yenidən sükut çökdü. 
“Yanında isə nə?!” 
“Yanında  isə  Sahib  var  idi”,  –  deyərək  üzüntülü  bir 
şəkildə üzümə baxdı. 
Hələ  də  Lamiyənin  dediklərinə  bir  anlam  verə  bilmir-
dim. “Burda üzülməli nə var axı? Mən nərgizi Sahiblə sənə 
əmanət etməmişəm bəyəm? Yəqin nərgizin nəsə bir işi var 
imiş ki, Sahib də ona kömək etmək üçün yanında olub.” 
Lamiyə  yenə  də  gözlərini  qaçırdı.  “Elə  deyildi,  Raul. 
Əfsuslar olsun ki, elə deyildi.


108
ayağa durub qışqırmağa başladım. “necə yəni elə deyil-
di?! necə idi bəs?!” 
“nərgizin bulvarda nə işi ola bilər axı, Sahib də kömək 
üçün onun yanında olsun?” 
Gözlərimi  bərəldib,  sual  dolu  ifadə  ilə  üzünə  baxdım. 
“Lamiyə,  dəli  eləmə  adamı.  Başqa  nə  ola  bilər  axı?  Biri 
sevdiyim qız, nişanlım olan nərgiz, digəri isə bərabər çörək 
kəsdiyim, doğma qardaşım kimi olan Sahibdir.”
Lamiyə də oturduğu yerdən ayağa qalxdı. “Raul, bun-
ların hər birini mən də bilirəm. amma, onlar sənə xəyanət 
edirlər. Mən bunları öz gözlərimlə gördüm. Bulvarda heç 
bir işləri-filan yox idi. Sarmaş-dolaş gəzirdilər sadəcə”. 
“Sən ağzından çıxanın fərqində belə deyilsən! nə nərgiz, 
nə də Sahib heç vaxt belə bir şey etməz. Heç biri mənə bunu 
edə bilməz. Sən səhv görmüsən. nərgizlə Sahibə oxşatmı-
san sadəcə.” 
Gözlərim  dolmuş,  ağlamamaq  üçün  özümü  zor  saxla-
yırdım. Lamiyə yanıma gəlib boynumu qucaqladı. “Kaş ki 
sənin də dediyin kimi səhv görmüş olaydım, Raul, amma, 
nə yazıq ki, düz görmüşəm. Onlar məni görməsə də, mən 
onları çox yaxşı gördüm”. 
Lamiyə  dediklərini  bitirdikdən  sonra,  sanki  kresloya 
oturmamış, yıxılıb qalmışdım. Beynim başımın içərisində 
silkələnirmişcəsinə qulaqlarım uğuldamağa başladı. Payız 
buludu  kimi  dolmuş  gözlərimdən  bir  damla  göz  yaşı 
süzülərək, əynimdəki hərbi formanın üstünə düşdü...
***
artıq iki saatdan çox idi ki, bir az aralıdan nərgizgilin 
məhəlləsini müşahidə edirdim. Səhər saat 10-dan bəri bura-


109
da idim. Lamiyənin dediklərindən sonra, iki gün boyunca, 
gecə-gündüz nərgizi izləsəm də, onu Sahiblə bərabər görə 
bilməmişdim. Lamiyə hər nə qədər gördüklərindən əmin da-
nışsa da, öz gözümlə görmədiyim müddətcə buna tam inana 
bilməyəcəkdim. İçimdə bir yanım nə nərgizə, nə də Sahibə 
toz qondura bilirdi. Həm sevdiyim qız, həm də qardaş bil-
diyim insan, hər ikisi eyni anda necə xəyanət edə bilərdi 
axı  mənə?  İkisindən  birinin  xəyanətini  eşitsəm  bəlkə  də 
inanardım. amma, ikisinin birlikdə mənə xəyanət etməsinə 
ehtimal  verə  bilmirdim.  Bəlkə  də,  vermək  istəmirdim. 
Valideynlərim eşidib pis olmasın deyə, onlara bu haqda heç 
nə deməmiş, hiss etdirməməyə çalışmışdım. 
Bu gün, artıq nərgizin doğum günü idi. Şübhə çəkmə-
mək  üçün  ən  azından  zəng  vurub,  təbrik  etməli  idim. 
Beynimdə  bu  qədər  sual  var  ikən,  onunla  necə  danışa-
caqdım heç bilmirəm. Telefonu əlimə alıb, zəng vurdum. 
nə qədər zummer getdisə də, telefona cavab vermədi. Bir 
neçə  dəqiqədən  sonra  isə,  nərgiz  blokun  qarşısına  çıxdı. 
Telefonla danışa-danışa, bir-iki məhəllə ötədə bir dayana-
cağa gəldi. nərgizə görsənmədən, onu gizli-gizli izləməyə 
çalışırdım. Çox keçmədən bir maşın gəlib yanında saxladı. 
Maşının şüşələri çirkli olduğundan, uzaqdan kim olduğu-
nu görə bilmirdim. Sürücü qapısı açıldığında isə, gələnin 
Sahib  olduğunu  gördüm.  Maşından  düşüb,  əlində  bir  bu-
ket gül ilə nərgizin yanına gəldi. Gözlərimin önündə əvvəl 
öpüşərək görüşüb, sonra isə qucaqlaşdılar. nərgiz Sahibin 
əlindən  gülü  alıb,  yanağından  öpdü.  Bir  az  sonra  maşına 
minib, gözdən itdilər... 


110
Gördüyüm bu mənzərənin qarşısında donub qalmışdım. 
Gördüklərimdən sonra, heç bir söz, heç bir kəlmə keçirtdi-
yim hislərə tərcüman ola bilməzdi. Gözlərim yaş ilə dol-
muş, amma, sanki qürur edib axmaq istəmirdi. İçimdən dəli 
bir  nərə  çəkib,  bağırmaq  gəlir,  amma  pıçıldayacaq  taqəti 
belə  tapmırdım  özümdə.  Bədənim  bir  anda  iflic  keçirmiş 
kimi uyuşmağa başlamışdı. Bədənim keçirməmiş olsa belə, 
ürəyim çoxdan keçirmişdi artıq. İçimdəki insan sevgisini, 
bir anda silib atmışdı bu xəyanət. İlahi, bu gördüklərim nə idi 
belə? On altı ildir bir gün belə sevməkdən vaz keçmədiyim, 
uğuruna gözümü belə qırpmadan canımdan keçəcəyim qız 
idimi  o  gördüyüm? Ya  digəri?  Dörd  illik  dostum,  qarda-
şım deyib, sevdiyimi əmanət etdiyim Sahib idimi o? Və ən 
əsası, mən indi nə edəcəkdim? İçimdə yaranan bu atəş nə 
vaxtsa sönərmiydi görəsən? Ya da yanmağa davam eləsə, 
kimləri öz ağuşuna alacaqdı bu atəş?
***
Yaşanan  hər  şeyi  bir  anlıq  unutmaq,  heç  bir  şey 
düşünməmək  üçün  çarəni  içkidə  görmüşdüm.  Üçüncü 
qədəhi  bir  nəfəsə  başıma  çəkdim.  Kafeyə  gələrkən,  yo-
lüstü  dükandan  bir  paçka  siqaret  və  alışqan  almışdım. 
Paçkadan ilk siqaretimi çıxarıb, dodaqlarımın arasına qoy-
dum. Təzəcə yandırmışdım ki, az qala öskürəkdən boğula-
caqdım. Üzümün rənginin belə dəyişdiyinin fərqində idim. 
Həyatımda  ilk  dəfə  idi  ki,  içki  içir  və  siqaret  çəkirdim. 
Yaşanan heç bir şeyi düzəltməyə fayda etməyəcəkdi bunlar. 
amma, bir müddətlikdə olsa sərxoş olub, hər şeyi unutmaq 
istəyirdim. Ciyərlərimdəki nərgizin qoxusunu siqaretin tüs-
tüsü ilə qovurdum bədənimdən. Ciyərlərim sökülənə qədər 


111
içki içib, siqaret çəkməyə davam edirdim. Telefonu götü-
rüb, Lamiyəyə zəng vurdum. artıq, yavaş-yavaş sərxoş ol-
mağa başlamışdım. Telefonun ekranı belə gözümə dumanlı 
görsənirdi. “alo, Lamiyə...” 
“Raul, hardasan sən? İki gündü bəlkə yüz dəfə zəng vur-
muşam sənə. niyə cavab vermirsən telefona?” 
Səsindən çox qorxduğu hiss olunurdu. Görünür, özümə 
bir xətər yetirəcəyimdən qorxmuşdu. 
“Mənə  bu  xəyanəti  necə  elədilər,  Lamiyə?  Hə?  necə 
elədilər mənə bunu?!” 
“Raul, sən yaxşısan!? Hardasan? Tez ol, yerini de mənə. 
Gəlib götürüm səni.”
ağzımdan  kəlmələr  zorla  çıxırdı  sanki.  “Kafedəyəm. 
nərgizgilin evinin yaxınlığında.” 
“Elə mən də sizə gəlirdim. On-on beş dəqiqəyə çataram 
yanına. Mən gəlmədən heç yerə getmə.”
***
Gözlərimi  açdığımda  başımda  çox  şiddətli  ağrılar  var 
idi. Başım elə zoqquldayırdı ki, sanki ortadan ikiyə ayrı-
lacaq. Ən son yadıma gələn, nərgizə, onun mənə xəyanət 
etdiyi bir yuxu gördüyümü danışırdım. O isə qarşılığında 
“Bu bir yuxu idi, Raul, mən sənə heç xəyanət edərəmmi?” 
deyirdi. Bu yadıma düşdüyündə üzümdə təbəssüm yarandı. 
Hər şey yuxu imiş deyə dərindən bir oh çəkib, rahatlaşdım. 
Başımdakı  ağrılar  get-gedə  artmağa  başlayırdı.  Bir  neçə 
dəqiqə sonra öz evimdə yox, Lamiyənin evində olduğumun 
fərqinə vardım. Bura necə gəldiyimi, nələr olduğunu xatır-
laya bilmirdim. Ən önəmlisi isə, yuxu olan hansı idi bəs? 
nərgizin xəyanəti? Yoxsa bunları nərgizə danışmağım? 


112
Yatdığım  yerdən  doğrulmağa  çalışaraq,  Lamiyəyə 
səsləndim.  Masanın  üzərindəki  kağız  və  qələmi  görüb 
iki  gözümdən  eyni  anda  yaş  gəldi.  Bu  kağız  və  qələm 
bir anda hər şeyi xatırlamağıma kömək olmuşdu. Ən son 
Lamiyə gəlib kafedən götürmüşdü məni. Bura gəldiyimizdə 
Lamiyədən şeir yazmaq üçün kağız və qələm istəmişdim. 
Gerisini isə xatırlamıram. Lamiyə əlində iki fincan qəhvə 
ilə otağa daxil oldu. “nəhayət ki, oyana bildin. Günorta saat 
dörddən bəri yatırsan. Düz altı saatdı sızıb qalmısan divanda.” 
Əlindəki qəhvələri masaya qoyub, yanıma oturdu. “Raul, 
yaxşısan? Mən səni heç vaxt belə görməmişdim. Məni çox 
qorxutdun”. 
Heç bir söz demədən üzünə baxdım sadəcə. Özümü sax-
laya bilməyib ağlamağa başladım. 
“Raul, belə eləmə. O iki insana görə tək damla belə göz 
yaşı axıtmağına dəyməz. Onlar sənin üçün hətta itki belə 
sayılmamalıdır. Yanında səni sevən bir ailən var. Mən va-
ram. Bir zənginə Budapeştdən bu gecə qalxıb gələcək anar 
var. Biz daima sənin yanındayıq”. 
“Lamiyə, məni anlamırsan. nərgiz də mənim bir ailəm 
idi! Sahib də mənim bir zəngimə çox şeylər edəcək bir qar-
daşım idi. nə oldu bəs indi? Hardadır onlar?”
Lamiyə qəhvənin birini mənim üçün qoyub, digərini isə 
əlinə alaraq ayağa qalxdı. “Sənin bir az yalnız qalmağa eh-
tiyacın var. nərgiz və Sahib haqqında nə edəcəyinə və ya 
nə etmək istədiyinə qərar ver artıq. Və bunu da unutma. nə 
olursa olsun, mən sənin yanındayam, Raul”. 
Sözünü bitirdikdən sonra otaqdan çölə çıxdı. Telefonun 
ekranında saata baxdım, 22:30 idi. ayağa qalxıb masanın 


113
arxasına oturdum. Qəhvəmdən bir qurtum alıb, kənara qoy-
dum. Masanın üzərindəki kağız və qələmi götürüb yazmağa 
başladım. 
Yenə oturmuşam masa başında, 
Əlimdə qələmim, yazıram yenə.
Sızlayır ürəyim, dolub gözlərim, 
Bir sözü yüz yerə yozuram yenə.
Ürəyim çırpınır, fəryad eyləyir, 
Könlümə tərcüman olub qələmim.
Saxta məhəbbətin ağrılarından, 
Yaman sızıldayır yaralı qəlbim. 
Yolunda canımdan keçdiyim gözəl – 
gözümə görünmür xeyli zamandı
Deyirlər vəfasız çıxıbdır sənə, 
Deyirlər sevgisi, saxta-yalandı. 
Kaş yuxu olaydı bu deyilənlər, 
Buna tab gətirmək, çətindir, çətin.
Mən səni sevəndə düşünmədim ki, 
Sənin nə sevgin var, nə məhəbbətin. 
Getdin, bu gedişlə xar etdin məni, 
nə olar, eybi yox, bir söz demirəm. 
Bir vaxt varlığımla sevirdim səni, 
İndi başqasıyam, o mən deyiləm.


114
Bir daş parçasıdır ürəyin sənin, 
həqiqət olmayıb heç vaxt sözündə.
Sevgiyə inamım qalmayıb mənim, 
sevgini dəyərsiz etdin gözümdə… 
Şeiri  yazıb  bitirdikdən  sonra,  bütün  gecə  düşünüb, 
qərarımı verdim. artıq, üzləşməyin vaxtı idi...
***
“Lamiyə, danışdın nərgizlə? Bir xəbər var?” 
“Elə indicə danışdım. Yarım saata burda olacaq. Sahibdən 
nə xəbər var?” 
“Mən də onu gözləyirəm. Harda olsa, gəlib çatar indi.” 
“Raul,  mənə  söz  vermisən  ha,  unutma.  Vurmaq, 
öldürmək məsələsini tamamilə ağlından çıxart”. 
“narahat olma. necə lazımdırsa elə də davranacam. Heç 
kimə deməməyi üçün tənbeh eləmisən nərgizi?” 
“Hə, eləmişəm. Şübhə çəkməsin deyə, “Raul ilə danış-
san, onun belə xəbəri olmasın” dedim.” 
“Yaxşı demisən. Ən azından, daha məndən şübhə etməz. 
nəysə, gəl onda sağollaşaq. Sahib harda olsa gəlib çatar. 
Onsuz da bir azdan görüşəcəyik.” 
Dünən gecə Lamiyəylə oturub, hər şeyi planlaşdırmış-
dıq.  Lamiyə  şəxsi  bir  problemi  olduğunu  deyib,  kömək 
üçün nərgizi evinə çağıracaqdı. Mən isə Sahiblə görüşüb, 
daha  sonrasında  isə,  bir  bəhanə  ilə  onu  Lamiyənin  evinə 
gətirəcəkdim.  Gətirdikdən  sonra  nə  edəcəyim  barədə  heç 
bir  fikrim  yox  idi.  Ən  azından  son  dəfə  gözlərinin  içinə 
baxıb, mənə bunu necə etdiklərini soruşacaqdım. 


115
Bir  neçə  dəqiqədən  sonra  Sahibin  maşını  düz  qarşım-
da  dayandı.  Maşından  düşmək  istəyərkən,  buna  macal 
verməyib,  əlimlə  otur  deyə  işarə  etdim.  Özüm  də  keçib, 
Sahibin  yanında  oturdum.  Sahib  çox  tədirgin  görsənirdi. 
Titrəyən  əllərini  mənə  hiss  etdirməmək  üçün,  sükandan 
bərk-bərk yapışmışdı. Böyük bir günah işlətmiş hər adam 
kimi  gözlərinin  bəbəyi  bir  yerdə  sabit  durmurdu.  Şübhə 
çəkməmək  üçün  üzümə  baxmağa  çalışsa  da,  amma,  gö-
zümün  içinə  baxa  bilmirdi.  Həyəcanlı  səs  tonu  ilə  “Xoş 
gəlmisən, qardaşım. Bir imkan vermədin düşüm, qucaqla-
yım səni. nə olub, harasa tələsirik?” 
“Heç də xoş gəlməmişəm, Sahib. Sür gedək. Lamiyənin 
evinə gedirik, orda qucaqlayarsan”. 
Sahib get-gedə daha da həyəcanlanırdı. artan həyəcanı 
özünü daha çox itirməyə səbəb olurdu. Bunu elə verdiyi ca-
vabdan da çox rahat başa düşmək olurdu. “Lamiyə kimdir? 
niyə gedirik ki ora? Bizim kafelərdən birində oturardıq da 
elə”.
Üzümü Sahibə çevirib qan çanağına dönmüş gözlərim ilə 
gözünün içinə baxdım. “Ortaq dostumuz olan neçə Lamiyə 
tanıyırsan toplamda? Dəli eləmə adamı! Sür gedək!” 
Olduğumuz  yerdən  Lamiyənin  evinə  qədər  maşın-
la on dəqiqəlik yol idi. Özüm bilərəkdən yaxın bir yerdə 
görüşmək istəmişdim. Yola çıxdıqdan sonrakı ilk bir neçə 
dəqiqə  maşında  sükut  var  idi.  Evə  çatana  yaxın,  süku-
tu  yenidən  Sahib  pozdu.  “Lamiyənin  evinə  niyə  gedirik? 
Düzün de, Lamiyəyə nəsə olub?” 
Lamiyəyə  görə  narahat  olmuş  kimi  davranması  əsəb-
lərimi daha çox pozurdu. ağzımdan söz almağa çalışır, ça-


116
lışdıqca bataqlıqdan çıxmağa can atan adam kimi daha da 
batırdı.  “Olub  Sahib,  olub.  Lamiyə  iki  nəfər  yaxınını  iti-
rib. Baş sağlığı verməyə gedirik.” Bu dediklərimdən sonra 
əcəlinə getdiyini anlayan qurban kimi, ölümə gedən yolunu 
uzatmağa çalışırdı sanki. Yanılma payını düşünüb, birdən 
səhvliklə özü, öz əməlinin üstünü açar deyə, açıq-aşkar heç 
nə demir, amma, evə gedən yolu uzatmaq və məndən bir 
söz almaq üçün əlindən gələni də edirdi. 
“Kimi  itirib?  İki  nəfər  kimdir?  Mənim  niyə  xəbərim 
yoxdu bəs?” 
“Sahib,  gəlib  çatmışıq  artıq.  Maşını  bir  yerdə  saxla, 
yu xarı qalxaq. Bu suallarını da mənə yox, elə Lamiyənin 
özünə verərsən.”
Evə  qədər  demək  olar  ki,  ikimiz  də  heç  nə  danışma-
dıq.  Yolda  olanda,  qapının  kilidini  açıq  saxlaması  üçün 
Lamiyəyə mesaj yazmışdım. Evə çatdığımızda qapı zəngini 
sıxmadan,  əlimi  dəstəyə  atıb,  qapını  açdım.  Bu  hərəkət, 
Sahibi öz düşüncələrində haqlı çıxarmaq üçün kifayət idi. 
O da hər şey üçün çox gec olduğunun fərqindəydi artıq. Bir 
gün gec, ya da tez, bu çirkin əməllərinin üstü açılmalı və 
buna görə hesab verməli idilər. Bu gün, o gün idi. İçəridən 
nərgizin  səsi  eşidildi.  Sahibin  üzünə  baxdığımda  ani  bir 
reflekslə  gözlərini  yumub,  üzünü  turşutdu.  Sadəcə  “Gəl” 
deyib, içəri girdim. 
nərgiz  məni  gördüyündə,  xortlaq  görmüşcəsinə  qorxu 
dolu  baxışlarla  üzümə  baxdı.  Bir  neçə  saniyə  ağzı  açıq 
vəziyyətdə məni süzdükdən sonra, özünü itirmədən ayağa 
qalxdı. Titrək səs tonu ilə “aman allahım, inana bilmirəm. 
Sevgilim gəlib”, – deyərək mənə doğru addımlamağa baş-


117
ladı.  Qollarını  iki  yana  açıb  sarılmaq  istədiyində,  əlimlə 
sinəsindən sıxaraq geri itələdim. nərgiz bir az qorxu, bir 
az da sual dolu ifadə ilə üzümə baxdı. Sahibə tərəf dönüb, 
əynindəki  gödəkcənin  boynundan  yapışdım.  Gözlərimi 
bərəldərək,  gözünün  içinə  baxdım.  “Sahib,  səni  deyir. 
Sevgilisi olan sənsən. Mən nişanlısı idim”. 
nə dediyimi anlamasına imkan belə vermədən, itələyərək 
nərgizin yanına atdım onu da. Lamiyə söhbətə qarışmadan, 
sadəcə bir qıraqda oturub izləyirdi. Sahib heç nə demədən, 
başını önə əyib, dayandı. Sahibin susqunluğu hər şeyi qəbul 
etməsinə işarə idi. nərgiz isə hələ də anlamazlıqdan gəlirdi: 
“Raul, nə baş verir? nə danışırsan sən?” 
“Kəs səsini, nərgiz! Görünür, bu vaxta kimi sizin yalan-
larınızı çox dinləmişəm. artıq sus! Heç deyilsə yanındakı 
şərəfsiz kimi sən də qəbul et öz xəyanətini.” 
Sahib başını qaldırdı: “Raul, icazə ver hər şeyi başa sa-
laq.” 
“nəyi  başa  salacaqsız  mənə?  Etdiyiniz  şərəfsizliyin 
incəliklərini danışacaqsız?” 
Hər ikisi tir-tir titrəyirdi. Qan çanağına dönmüş, nifrət 
ilə  baxan  gözlərimlə  təzad  yaradan  bu  sakit  danışığı-
mın,  normal  olmadığının  fərqindəydi  ikisi  də.  Hər  ikisi, 
qəzəbləndiyimdə  necə  insanlıqdan  çıxmış  bir  canava-
ra  döndüyümün  dəfələrlə  şahidi  olmuşdu.  Buna  görə  də 
titrəməkdə haqlı idilər. 
“Xəyanət  etdiyinizi  ilk  eşitdiyimdə  buna  ehtimal  belə 
vermədim mən. Öz gözlərimlə görməsəm, belə bir xəyanətə 
əsla inanmazdım” – Qabağa gəlib Sahibin yaxasından ya-
pışdım.  –  “Sən...  Sən,  mənim  qardaşım  idin.  ailəmin 


118
içinə qədər gətirib saldığım, bərabər çörək kəsdiyim dos-
tum idin. Sən, sevdiyim qadını əmanət etdiyim adam idin. 
Yaxşılıqdan başqa nə etmişdim axı mən sənə? Mən sənə nə 
etmişdim ki, mənə bu şərəfsizliyi etdin?” Əlimlə nərgizin 
çənəsindən tutub, başını qaldırdım. “Ya sən? İyirmi iki il-
lik ömrümün on altı ilini səni sevməklə keçirmişəm mən. 
Bir  dəfə  də  olsa,  gözlərimlə  belə  xəyanət  etməmişəm 
sənə. Səni sevdiyim ilk illərdə, sən yanımda yox ikən belə 
başqasına  baxmamışam  mən.  Mən  sənin  yoxluğunu  belə 
sevmişəm, qadın! Onu belə aldatmamışam heç. Sənə görə 
bütün  xəyallarımdan,  gələcək  karyeramdan  imtina  etdim. 
Hərbi xidməti tez bitirib, səninlə ailə qurmaq üçün, bütün 
xəyallarımdan vaz keçdim mən. Ya sən? Sən nə etdin bəs? 
İyirmi iki ildir heç kimin edə bilmədiyi şeyi bacardın sən. 
Kürəyimi ilk yerə vuran sən oldun qadın.” Səs tonumu qal-
dıraraq,  fəryad  edərcəsinə  qışqırdım  bu  dəfə.  “niyə  axı, 
niyə?! Mənə bu alçaqlığı niyə elədiz? nə pislik etmişdim 
axı mən sizə?” 
İkisinin də ağzını bıçaq açmırdı. Lal-dinməz dayanmış, 
sadəcə üzümə baxırdılar. Özümü saxlaya bilməyib, Sahibin 
yaxasından yapışdım. Yerə yıxıb, yumruqlamağa başlamış-
dım ki, nərgiz “Raul, yalvarıram, vurma”, deyərək əlimdən 
yapışdı. Üzümü döndərib, öfkəylə gözlərinə baxdım. Əlimi 
buraxıb, ağlamağa başladı. Sahib isə özünü qorumağa və ya 
qarşılıq verməyə belə çalışmırdı. Çalışsa belə, buna gücü 
çatmayacağının fərqindəydi çünki. Bəlkə də gücü çataca-
ğını  bilsə,  utanmadan  döyməyə  də  qalxardı  məni.  Mənə 
bu xəyanəti edən adam bundanmı utanacaqdı bəyəm? Üzü 
tamam qan ilə bürünmüş Sahib, sadəcə gözlərini möhkəm 


119
yummuş, ondan nə vaxt əlimi çəkəcəyimi gözləyirdi. nərgiz 
Sahibi belə görüb, ağlaya-ağlaya qışqırmağa başladı. 
“Raul,  bəsdir!  Heç  kimi  zorbalıqla  yanında  saxlaya 
bilməzsən. Mən Sahibi sevirəm. Sən mənim üçün sadəcə 
şirin bir nağıl idin. uşaqlıq həvəsi idin sən. Mən həqiqi sev-
gimi Sahibdə tapdım”. 
Kaş  ki  bu  sözləri  eşitmək  yerinə  qulaqlarım  kar  olay-
dı.  Əlimdə  olsa  bu  sözləri  eşitməkdənsə,  ölümü  şərbət 
kimi içməyi seçərdim mən. Gözümdən bir damla yaş axıb, 
Sahibin  üstünə  düşdü.  ayağa  qalxıb,  təəssüflə  nərgizin 
üzünə  baxdım  sadəcə.  Üzünə  baxdıqca,  itirdiyim  on  altı 
ilim  gözümün  önünə  gəlirdi.  Masanın  üzərindəki  meyvə 
qabında bıçağı gördüyüm an, ağlımdan ikisini də öldürmək 
keçdi. Bıçağa əlimi atmaq istəyirdim ki, Lamiyə məndən 
cəld davrandı. Bıçağı arxasında gizlədib danışmağa başladı. 
“Raul,  gördüyün  kimi  bayaqdan  lal-dinməz  oturmu-
şam,  heç  bir  şeyə  qarışmıram.  Çünki  nə  etsən  də,  nə 
desən  də  haqlısan.  amma,  bu  iki  əclafa  görə,  mən  səni 
itirə bilmərəm. Bunları öldürməklə bu dünyanı sadəcə iki 
mikrobdan  təmizləmiş  olacaqsan.  Ömrünün  geri  qalanını 
isə,  dəmir  barmaqlıq  arxasında  keçirəcəksən.  Dostlarına, 
digər yaxınlarına və ən əsası da ailənə bunu etməyə haqqın 
yoxdur. Bizi sənsiz qoyma, Raul, səndən xahiş edirəm, bun-
ları allaha həvalə et. Burax, rədd olub getsinlər.” 
Lamiyə haqlı idi. Bu ikisinə görə əlimi qana bulamaqdan-
sa, bunları tanrının ədalətinə həvalə etmək, ən doğru seçim 
idi.  Sahibi  ayağa  qaldırıb,  hər  ikisinin  qolundan  tutaraq 
dəhlizə  qədər  apardım.  Qapını  açıb,  ikisini  də  itələyərək 
çölə çıxartdım. Evdə qalan nə əşyaları varsa onları da bir-


120
bir arxalarıyca fırlatdım. Son olaraq cibimdən nişan üzüyü-
mü çıxarıb nərgizin üstünə atdım. 
“Heç kim, yaşatdığının cəzasını çəkmədən ölməzmiş bu 
həyatda. Sizə tək arzum, mənə yaşatdığınız acının eynisini 
yaşayın!”
***
aprel  ayının  ilk  gecəsi  idi.  Yataqxanaya  gəldiyimdən 
bəri, nə qədər istəsəm də yata bilməmişdim. artıq dörd sa-
atdan çox idi ki, düşünməkdən gözümə yuxu getmirdi. On 
gün  bundan  əvvələ  kimi,  əsgərlikdən  sonrakı  həyatım  ilə 
bağlı çox böyük xəyallar qururdum. İndi isə, qurduğum o 
bütün xəyallar üstümə çökmüşdü sanki. Gələcəyə dair nə 
varsa, hamısı o çöküntünün altında qalmışdı. Elə mən özüm 
də həmçinin. Yaşamaq üçün heç bir səbəbi qalmamış, bütün 
hər  şeyini  itirmiş  kimi  hiss  edirdim  özümü.  Ona  görə  də 
əsgərlikdən sonra nə edəcəyim barədə heç bir fikrim yox 
idi. 
Daldığım  düşüncələrdən  Müşfiqin  səsi  ilə  ayıldım. 
“Görünür, bu gecə yata bilməyən, tək mən deyiləm.” Otaq 
qaranlıq olduğundan üzü görsənmirdi. amma, səs Orucov 
Müşfiqin səsi idi. Doqquz aylıq hərbi xidmət müddətimdə 
demək olar ki, tək dostum o idi. Əsgərliyin ilk aylarından, 
hələ naftalanda ikən, aramız çox yaxşı idi. Tərtərə təxliyə 
olunduqdan sonra isə, daha da yaxın olmuşduq bir-birimizə. 
Çarpayının  ikinci  mərtəbəsindən  enib,  Müşfiqin  yanına 
düşdüm.  Yataqxananın  tək  işıqlı  hissəsi  olan  pəncərənin 
qarşısına keçdik. Gecənin qaranlığında ay işığı pəncərədən 
içəri  süzülərək,  yorğun  simamızı  aydınladırdı.  “nə  olub, 
Müşfiq?  Sən  nə  əcəb  yatmamısan?”  Pəncərədən  yarı  qır-


121
mızı, yarı sarı görsənən aya baxaraq, dərin bir köks ötürdü. 
“Bilmirəm,  Raul.  Əslində  elə  bir  səbəbi  də  yoxdur. 
Sadəcə  anlam  verə  bilmədiyim  bir  sıxıntım  var  içimdə. 
Sanki, pis bir hadisə baş verəcəkmiş kimi hiss edirəm”.
“Pis şeylər gətirmə ağlına. artıq ikimiz də dembel sayı-
lırıq. Üç aydan sonra hərbi xidməti bitirib, ailəmizin yanına 
dönəcəyik.” 
“İnşallah, qardaş. ailəm üçün həqiqətən də çox darıxmı-
şam. Evə dönüb, anamın əllərindən öpmək, onun ləzzətli 
yeməklərindən dadmaq üçün səbirsizlənirəm”. 
Elə bu vaxt ardı-arası kəsməyən güllə səsləri eşidilməyə 
başladı.  Bir  neçə  dəqiqə  ərzində  atılan  mərmilər  və  part-
layış səsləri dörd bir yanı sarmışdı artıq. Cəbhə bölgələri 
Ermənistan  silahlı  qüvvələri  tərəfindən  intensiv  atəşə  tu-
tulmuşdu. Müşfiq hislərində haqlı çıxdı. Pis bir hadisə baş 
verdi, amma, hər kəsin gözündə qorxu yox, öfkə var idi. 
Komandirin  əmri  ilə  tez  zamanda  cavab  atəşinə  keçdik. 
Hücuma keçmək üçün hər birimiz can atsaq da, bunun üçün 
əmrin gəlməsini gözləməli idik. Buna görə də bir müddət 
cəbhə boyunca cavab atəşi verdik, sadəcə. atışmalar səhər 
açıldıqdan sonra da gün boyunca davam etdi. Gün ərzində, 
bütün  cəbhə  boyunca,  azərbaycan  mövqeləri  və  yaşayış 
məntəqələrimiz  Ermənistan  silahlı  qüvvələri  tərəfindən 
güclü  artilleriya  atəşinə  tutuldu.  aldığımız  məlumata 
görə, bunun nəticəsində dinc əhalidən iki nəfər dünyasını 
dəyişmiş, on nəfər isə müxtəlif tipli bədən xəsarəti almışdı. 
aldığımız bu xəbər bütün hərbi hissəni özündən çıxarmış-
dı. Hər kəs, artıq hücum əmrini tələb edirdi. axşam oldu-
ğunda hərbi hissə komandirimiz bütün maxe və dembelləri 


122
danışıq üçün bir araya topladı. Çağırılan hər kəs bir araya 
toplandıqdan sonra komandirin özü də yanımıza gəldi. Sıra 
boyunca gəzib, hər kəsin gözünün içinə baxa-baxa danış-
mağa başladı. Səsində elə bir əzəmət, elə bir heybət var idi 
ki, düşmən görsə, qorxudan tük tökərdi. 
“Hər kəs nə baş verdiyinin yəqin ki, fərqindədir. Belə bir 
hadisənin hər an baş verə biləcəyini hər birimiz çox yax-
şı bilirdik. Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif 
istiqamətlərində  82  və  120  millimetrlik  minaatanlardan 
və iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində 
atəşkəsi  yüz  dəfədən  çox  pozub.  Bir  çox  bölgələrimiz 
düşmən tərəfindən vurulub artıq. Ermənistanın İcevan ra-
yonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax 
rayonunun  Qızılhacılı  kəndi  atəşə  tutulub.  Habelə,  Berd 
rayonun Çinari kəndində yerləşən mövqelərdən Tovuz ra-
yonunun ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki 
adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy ra-
yonu ərazisindəki yüksəkliklərimiz vurulub. Gözünü yaxşı 
aç, əsgər! Bu döyüş, 1994-cü ilin 12 may tarixində razılaş-
dırılmış atəşkəs rejimindən sonra azərbaycan qoşunlarının 
təmas xəttində baş verən ən böyük qarşıdurmadır. Hücum 
əmrimiz az əvvəl gəldi. allahın izni ilə düşmənin üstünə 
göydən od yağdırıb, bütün ordularını pərən-pərən edəcəyik. 
Cəbhənin  ən  gərgin  bölgələri  olan ağdam-ağdərə-Tərtər 
və  Xocavənd-Füzuli  istiqamətində  yerləşən  birliklərimiz, 
artilleriya  bölmələri  və  digər  qoşun  növlərimizlə  birgə 
əlaqəli  fəaliyyət  göstərərək,  tez  zamanda  cavab  tədbirləri 
həyata keçirəcəyik. Bütün hərbi hissəyə xəbər verin. Dan 
yeri ağarar-ağarmaz, hər kəs hücuma hazır olsun!” 


123
Komandir sözünü bitirib, aramızdan ayrıldı. Komandirin 
dediklərindən  sonra  gözümüzə  yenidən  işıq  gəldi.  Müş-
fiqlə  bir-birimizin  üzünə  baxıb,  qürurla  gülümsədik. 
uşaqlığımızdan bəri, düşmənlərimizlə savaşmaq, əsarətdə 
olan torpaqlarımızı geri almaq ikimizin də ən böyük arzula-
rından biri idi. Komandirin dedikləri, mənə yaşamaq üçün 
yeni bir səbəb vermişdi sanki. Müşfiqdəki vətən sevgisinə 
isə, söz ola bilməzdi. Ona bu sevgini hələ məktəb illərində 
ikən,  gənclərin  çağırışaqədərki  hazırlığı  üzrə  dərs  verən 
atası, arif müəllim aşılamışdı. Müşfiq də mənim kimi uni-
versiteti bitirib, magistr oxumadan hərbi xidmətə gəlmişdi. 
Magistr  təhsili  almasa  da  məzun  olduğu  azərbaycan 
Texniki universitetinin avtomatika və kompüter texnikası 
fakültəsinə yeddi yüz bal ilə daxil olmuşdu. universitetdə 
oxuduğu  illər  ərzində,  eyni  zamanda,  restoranlarda  ofisi-
ant işləyərək pul qazanırmış. Yay aylarında isə, dondurma 
sexində  işləyirmiş.  Mən  məzuniyyətdən  döndüyüm  gün, 
Müşfiq  məzuniyyətə  çıxmalı  idi.  Sonradan  aprel  ayında 
qrup yoldaşının toyu olacağını öyrənib, məzuniyyətini ap-
relin doqquzuna təxirə salmışdı. Təxirə salmamış olsaydı, 
indi ailəsinin yanında və təhlükədən uzaqda olardı. Səhərə 
qədər  heç  birimizin  gözünə  yuxu  getməyəcəyi  bəlli  idi. 
Kitelin cibinə əlimi salıb, bir siqaret çıxartdım. ağzıma qo-
yub, yenicə yandırmışdım ki, Müşfiq deyinməyə başladı. 
“Raul, bəsdir daha. Tərgit bu zəhrimarı. Orqanizman bu 
zəhərə öyrəşdikdən sonra, tərgitmək çətin olacaq. Özün, öz 
sağlamlığını məhv edirsən.” 
Ciyərlərimdəki tüstünü çölə üflədim. “Siqaretdən öləcək 
qədər uzun yaşayacağımızı zənn etmirəm, qardaş. Ona görə 


124
də, boş ver getsin. Gəl gedək, komandirin tapşırığını yerinə 
yetirək. Bütün hərbi hissə, səhərədək hazır olmalıdır.” 
“nə deyim, qardaş, sən də haqlısan. Gəl gedək.” 
Hərbi  hissəni  məlumatlandırdıqdan  sonra,  cəbhə  boyu 
davam  edən  intensiv  atışmalara  biz  də  qoşulduq.  Hava 
tam  ağardıqdan  sonra,  komandirin  əmri  ilə  qoşunumuz 
hücuma keçdi. İlk hədəfimiz Tərtər rayonunun Talış kəndi 
ətrafındakı  hərbi  strateji  əhəmiyyət  daşıyan  yüksəklikləri 
düşməndən təmizləmək və orada möhkəmlənmək idi. Çox 
çəkmədən bu hədəfimizə nail olmağı bacardıq. Səngərlərinə 
çatmağımıza az qalmış, erməni əsgərləri hərbi sursatlarını 
və digər avadanlıqlarını belə götürmədən hərbi hissələrini 
tərk edərək geri çəkilmişdilər. Düşmən səngəri kifayət qədər 
dərin olmadığından, komandirin əmri ilə onu dərinləşdirib, 
səngərdə  möhkəmlənməyə  başladıq.  Bura  gəlib  çatmağı-
mız üçün, önümüzdəki ən böyük əngəl olan düşmən tankla-
rından üçünü məhv etməyi bacarmışdıq. Dördüncü tank isə 
geri çəkilərək, gözdən uzaqlaşmışdı. 
Füzuli  bölgəsindən  aldığımız  məlumata  görə,  onlar  da 
xeyli  irəliləmiş  və  düşmənin  pilotsuz  uçuş  aparatını  vur-
muşdular. Bir yandan səngərdə möhkəmlənmə işləri davam 
edərkən, bir yandan da su ehtiyatımızı artırmaq üçün, bir 
neçə  əsgər  yoldaşımla  bərabər  düşmənin  hərbi  hissəsinə 
baxmağa  getdik.  İçəri  girdiyimizdən  bir-iki  dəqiqə  keç-
mişdi  ki,  sanki,  yer  yerindən  oynadı.  nə  olduğunu  an-
lamaq  üçün  qaçaraq  çölə  çıxdıq.  Çölə  çıxdığımızda  hər 
tərəf toz-dumana qarışmış, göz-gözü görmürdü. Hamı bir 
ağızdan qışqıraraq bir-birini çağırır, salamat olub-olmadı-
ğını soruşurdu. Heç nə görə bilməsəm də, səslərin gəldiyi 


125
yerə doğru addımlamağa başladım. Havadakı toz dumanı 
dağılana qədər nə baş verdiyini anlamamışdım. Yerdə ya-
ranan  böyük  çuxuru,  duman  tamamilə  dağıldıqdan  son-
ra  gördüm.  Bütün  əsgərlər  çuxurun  yanında  toplanmışdı. 
uzaqdan baxdığımda, çox pərişan görsənirdilər. Bir qismi 
dizlərinin üstünə çökmüş, bir qismi isə yerdə oturmuşdu. 
Komandir isə başlarında durmuş, onlara bir şeylər deyirdi. 
nə baş verdiyini anlamaq üçün qaçaraq yanlarına getdim. 
Gördüyüm  mənzərə  qarşısında  donub  qalmışdım. ağzımı 
açıb  tək  kəlmə  belə  danışa  bilmədim.  İçimdən  qışqırıb, 
bu  fani  dünyaya  üsyan  eləmək  gəlsə  də  nitqim  tutulmuş, 
demək istədiklərimi deyə bilmirdim. Bir az sonra dizlərimi 
yerə atıb, hüzn dolu baxışlarla son dəfə şəhidimin cansız 
bədəninə baxdım. Bir saat bundan əvvəl vura bilmədiyimiz 
o dördüncü tank, uzaqdan öz səngərlərinə mərmi atmışdı. 
Bir neçə əsgərimiz yaralanmış, Müşfiq isə şəhid olmuşdu. 
Komandir “ayağa qalxın! Şəhidimizi başı dik uğurlayın!” 
–  deyərək  sükutu  pozdu.  Hamı  toparlanıb,  ayağa  qalxdı. 
Mən isə hələ də dizlərimin üstündə çöküb qalmışdım. Bir 
əl, möhkəm bir şəkildə çiynimdən tutdu. Başımı qaldırdı-
ğımda heybətli olduğu qədər bir o qədər də mülayim olan 
komandirimizi gördüm. 
“Qalx ayağa, Raul”. 
İki  gözümdən  də  yaş  axdı.  Boğazımda  düyünlənmiş 
sözlər, bir anda ağzımdan tökülməyə başladı. “niyə koman-
dir? axı niyə? niyə görə dünyada bu qədər şərəfsiz hələ də 
yaşayırkən Müşfiq kimi bir oğul öldü? Biz düşmənin kökü-
nü kəsmək, Qarabağımızı geri almaq üçün söz vermişdik 
bir-birimizə”. 


126
“Raul,  yas  saxlamağın  vaxtı  deyil.  Müşfiq  ölmədi. 
Müşfiq Orucov, adını ölümsüzlərin sırasına yazdı bu gün. 
Şəhidlik zirvəsinə ucalaraq, haqqın dərgahına qalxdı igidi-
miz. Verdiyi söz uğrunda, vətəni uğrunda canından keçdi.” 
Qolumdan sərt bir şəkildə yapışıb, ayağa qaldırdı. İki əlini 
də çiyinlərimə qoyub, gözümün içinə baxdı. “Şəhidimizin 
qanı yerdə qalmayacaq. Hər şəhid nəşinin qarşılığında min 
düşmən kəlləsi alacağıq onlardan. Şəhidimin bir damla qa-
nına qarşılıq, öz qanlarında boğacayıq onları. Yaralılarımızı 
və şəhidimizi öz səngərimizə göndərdikdən sonra yenidən 
hücuma  keçəcəyik.  Qisasımızı  almaq  üçün  hazır  olun. 
İstiqamətimiz Seysulan kəndinədir!” 
***
nəhayət  ki,  iyul  ayı  gəlib  yetişmişdi.  Üç  aydır  ya-
taqxanaya  hər  girişimdə  olduğu  kimi,  bu  dəfə  də  içəri 
girər-girməz,  Müşfiqlə  pəncərə  önündəki  danışığımız  ya-
dıma  düşdü. Yaşananları  sanki  öncədən  bilirmiş  kimi,  bu 
pəncərənin önündə dayanıb, səmaya baxaraq “anlam verə 
bilmədiyim bir sıxıntım var içimdə. Sanki, pis bir hadisə 
baş  verəcəkmiş  kimi  hiss  edirəm.”  demişdi.  O  sözünün 
üstündən üç aya yaxın vaxt gəlib keçmişdi artıq. Əgər ya-
şasaydı, sabah ordudan bərabər tərxis olunacaqdıq. Tərxis 
olunduqdan  sonrası  ilə  bağlı  bir  çox  planlarımız  var  idi 
Müşfiqlə.  Hərbi  xidmətdə  yaranan  dostluğumuzu,  tərxis 
olunduqdan sonra, daha da möhkəmləndirəcəkdik. 
Özümü  saxlaya  bilməyib,  gözlərim  doldu  yenə.  Çölə 
çıxıb  bir  siqaret  yandırdım.  Son  4-5  ay  ərzində  yaşadıq-
larım,  həm  fiziki,  həm  də  mənəvi  olaraq  çox  yormuşdu 


127
məni.  Yaşananlar  daldığım  şirin  xülyalardan  oyanmağı-
ma, həyatın gerçək və acı üzünü görməyimə vəsilə olmuş-
du. Bu yorğunluqlarla yanaşı bir o qədər də qürurlu idim, 
əslində. Dörd gün davam edən müharibə azərbaycan Silahlı 
Qüvvələrinin qələbəsi ilə başa çatmışdı. Şükürlər olsun ki, 
heç bir şəhidimizin qanını yerdə qoymayıb, düşmənə bö-
yük  zərbə  endirməyi  bacarmışdıq.  Ermənistan  tərəfi  hər 
nə  qədər  səkkiz  yüz  hektarlıq  ərazini  itirdiklərini  və  bu 
ərazilərin heç bir strateji əhəmiyyət daşımadığını desə də, 
iki  min  hektarlıq  ərazini  düşməndən  azad  etmişdik.  Ye-
nidən  atəşkəs  müqaviləsi  imzalanmadan  əvvəl,  ağdərə 
şəhərinə  aparan  əsas  yol  üzərində,  strateji  baxımdan  çox 
əhəmiyyətli sayılan, Madaqiz məntəqəsindəki hərbi baza-
nı  ələ  keçirdiyimizdə,  qarşı  tərəfi  ağır  itkilərə  uğratmış-
dıq. aprelin  beşində  saat  12-dən  etibarən azərbaycan  və 
Ermənistanın  baş  qərargah  rəisləri  arasında  əldə  edilmiş 
razılığa əsasən azərbaycan-Ermənistan qoşunlarının təmas 
xəttində  əməliyyatlar  dayandırıldı.  Silahlı  qüvvələrimizin 
bölmələri  azad  edilmiş  torpaqlarda:  Tərtər  rayonunun 
Talış  kəndi  ətrafındakı  yüksəkliklər  və  Seysulan  kəndi, 
Goranboy rayonunun Gülüstan kəndi, Cəbrayıl rayonunun 
Lələtəpə yüksəkliyi və Çocuq Mərcanlı, Tərtər rayonunun 
Qazaxlar  kəndi  və  Madaqiz  kəndi  istiqamətindəki  yollar-
da  möhkəmləndirmə  işlərini  həyata  keçirməyə  başladı. 
Düşmən tərəfi müqavilə bağlanmadan əvvəl, itirilmiş tor-
paqları geri qaytarmaq üçün dəfələrlə hücuma keçməyə ça-
lışsa da, bu istəklərinə nail ola bilmədi... 
ard-arda iki siqaret çəkdikdən sonra, yenidən yataqxa-
naya  qayıtdım.  Səhər  tərxis  olunacağım  üçün  əşyalarımı 


128
yerbəyer edib, çantamı hazırlamalı idim. artıq gecə oldu-
ğundan  vaxt  itirmədən  hazırlaşmağa  başladım.  Çantamı 
toparlayarkən  əşyaların  arasından  nərgizlə  olan  bir  şək-
limizi tapdım. Şəkil beş il bundan əvvəl çəkilmişdi. Sözlən-
dikdən sonrakı ilk görüşümüzdə çəkdirmişdik bu şəkli. ah, 
o  Botanika  bağı...  Şəklə  diqqətlə  baxdığımda,  həqiqətən 
də çox dəyişildiyimin özüm də fərqinə vardım, amma, bu 
dəyişikliyin  səbəbi  aradan  keçən  beş  il  deyildi.  Dörd-beş 
ay öncəsinə qədər bir az arıqlamış olsam da, hələ də canlı 
bir adam idim. Saç-saqqalıma ağlar düşməmiş və hələ də 
o şəkildəki kimi içdən olan gülüşlərim var idi. Yaşadığım 
mənəvi  yorğunluqlar,  fiziki  olaraq  da  aydın  hiss  olunur-
du.  Hələ  iyirmi  iki  yaşım  olmasına  baxmayaraq,  xeyli 
arıqlamış, saç-saqqalıma tək-tək bəyazlar düşməyə başla-
mışdı. Hər daim üzümdə olan təbəssümüm getmiş, yerini 
göz yaşlarına və hicran dolu baxışlara buraxmışdı. aynaya 
baxdığında gördüyü əksindən utanan, itirdiyi on altı ilinə 
görə özü-özündən üzr istəyən bir insana dönüşmüşdüm ar-
tıq. Buna baxmayaraq, içimdəki nərgiz eşqini hələ də tam 
öldürə  bilməmişdim.  Bunu,  nərgizlə  olan  şəklimizi  tap-
dığımda  anladım.  Mənə  etdiyi  xəyanət  ağlıma  gəldikcə, 
içimdən  onu  öldürmək,  on  altı  ilimin  intiqamını  almaq 
keçir, amma, beş il bundan əvvəlki şəklimizi belə cırmağa 
əlim gəlmirdi. Məni vara-dövlətə satıb getmiş bir qızı hələ 
də  sevdiyimə  görə,  özüm  özümə  qəzəblənirdim.  Çantamı 
hazırlamadan əvvəl, bir kağız parçası və bir qələm götürüb, 
öfkəmi sətirlərə tökmək istədim. 


129
Səni sevdiyimə utanıram mən, 
sevgim çox təmizdir, sən isə kirli.
İllərlə heç kimə danışmadım mən, 
Saxladım özümdə bu eşqi sirli.
 
İndi isə yazıram şeirlərimdə, 
qoy, hamı bilsin ki, kimi sevmişəm, 
İlahi, nə qədər axmaq olmuşam?
Bir gör, kimin üçün candan keçmişəm. 
Getdiyin yollar da utanmadı heç, 
ayağın altında paralanmadı.
Səni məndən alıb, aparan yollar, 
niyə iki yerə aralanmadı?
Əqlim ürəyimdən çıxarıb səni, 
hər axşam öfkəylə soxur gözümə.
Hələ də sevirsən sən bu insanı, –
sorub, şillə təki vurur üzümə.
Səni sevdiyimə utanıram mən, 
güzgüyə baxmağa üzüm yox indi.
De necə baxım ki, axı güzgüyə, 
Eşqimdən əvvəlki özüm yox indi. 
nə haqla danışır dilin sevgidən,
Səndə heç sevgidən zərrə qalıbdı?
Bir onu bilirəm sənin mayana – 
əmdiyin o südə su qatılıbdı!...


130
***
Taksi qəsəbəyə gəlib çatdığında, bir-iki məhəllə uzaqda, 
nərgizgilin evlərinin yaxınlığında enib, evə piyada getmək 
istəmişdim. Bu qəsəbənin hər yanı on altı ilin xatirələri ilə 
dolu idi. Evə doğru gedərkən, bir yandan da bundan son-
ra  nə  edəcəyimi  düşünürdüm.  Hərbi  xidmətə  getdiyimdə, 
tez gedib-gəlib, nərgizlə evlənməyi düşünürdüm. İndi isə 
yaşananlar,  gələcəklə  bağlı  bütün  planları  alt-üst  etmişdi. 
Gələcək üçün tək bir plan, tək bir hədəf belə qalmamışdı ar-
tıq. Hər kvadrat metri xatirə qoxan məhəllələrdən keçərək, 
nəhayət, gəlib öz məhəlləmizə çatdım. Məhəlləyə ayaq ba-
sar-basmaz, ilk qarşılaşdığım insan nərgiz oldu. Onu görən 
kimi üzümdə yaranan iki saniyəlik gülümsəmənin ardınca, 
sanki hər şeyi unutmuş beynim yaşananları yenidən xatır-
ladı. Üzümdəki təbəssüm, öfkə dolu baxışlarla yer dəyişdi. 
Bir yanım dayanıb saatlarca üzünə baxmaq istəyirdi, amma, 
digər  yandan,  qürurum  buna  izin  vermədiyi  üçün  başımı 
çevirib,  yoluma  davam  etdim.  Yanından  düz  keçib,  evə 
doğru üz tutdum. “Görəsən, nərgiz burada nə gəzir?” deyə 
düşünərək addımlamağa davam edirdim. 
“Raul, bir dəqiqə gözlə”, deyə səsləndi nərgiz. Başımı 
çevirib arxaya baxdığımda, mənə doğru gəldiyini gördüm. 
Əhəmiyyət  vermədən,  üzümü  çevirib,  yoluma  davam  et-
dim. Bir neçə saniyə sonra mənə çatıb, qolumdan yapışdı. 
“Raul, xahiş edirəm, ayaq saxla bir dəqiqə.” 
Başımı çevirib, öfkə dolu baxışlarla əvvəl tutduğu qolu-
ma, sonra isə gözlərinin içinə baxdım. nərgiz qorxub, ref-
leks ilə əlini qolumdan çəkdi. Qorxudan bütün bədəni tir-
tir titrəyirdi. nərgizi ilk dəfə idi ki, belə görürdüm. Üzünə 


131
heç makiyaj vurmamış, saçını belə daramamışdı hətta. Hər 
daim özünə baxımlı olan nərgiz getmiş, yerinə bitkin, xəstə 
kimi görsənən bir qız gəlmişdi sanki. Bulud kimi dolmuş 
ala rəngli gözləri ilə, qorxaraq üzümə baxdı. “Raul, xahiş 
edirəm,  dinlə  məni.  Ən  azından  bərabər  keçirdiyimiz  o 
gözəl günlərin xətrinə, son bir dəfə qulaq as mənə.” 
Bu sözündən sonra üzümü dönüb gedə bilmədim artıq. 
Son bir dəfə nə demək istəyirsə, qoy desin, deyə düşündüm 
içimdən. 
“Ən son gördüyündə, öldürməkdən vaz keçib, sizi allaha 
həvalə edirəm demişdin. Kaş ki, o gün, Lamiyə əngəl ol-
mayaydı da, öldürmüş olaydın bizi. Həvalə etdiyin allah, 
öldürməkdən daha betər etdi məni.”
nərgiz danışır, mən isə üzünə belə baxmadan sadəcə qu-
laq asırdım. 
“anam yaşananları öyrəndikdən sonra “Mənim bundan 
sonra nərgiz adlı qızım yoxdur. Sən mənim üçün öldün”, 
deyərək  məni  evdən  qovdu.  Sahib  evdən  qovulduğumu 
öyrəndiyində, məni özünə aid olan evlərindən birinə apardı. 
Daha doğrusu, mən elə bilirdim”
nərgiz danışmağa ara verib, ağlamağa başladı. Hər nə 
qə dər bu halına pis olsam da, bunu ona hiss etdirməməyə 
çalışdım. Bir az sonra göz yaşlarını silib, danışmağa davam 
elədi. 
“Sahib mənə təsəlli vermək  üçün, “narahat olma. Ev-
ləndikdən sonra anan dözə bilməz, bağışlayar səni”, demiş-
di. Bir neçə gün o evdə qalıb, özümə gəldikdən sonra, bir 
gecə, Sahib yataq otağıma gəldi. artıq vaxtı gəldiyini, ona 
aid olmağımı istədiyini dedi. İlk başda buna qətiyyətlə qarşı 


132
çıxsam da, tezliklə evlənəcəyimizi düşünüb, buna razı ol-
dum. O gecə, ilk dəfə Sahiblə bərabər olduq.” 
Bunu eşidər-eşitməz, iki gözümdən də yaş axdı. Mənim 
illərdi toxunmağa belə qıymadığım qız, artıq başqasının qa-
dını olmuşdu. “Bunları mənə niyə danışırsan, nərgiz?!” 
“Dinlə,  Raul,  xahiş  edirəm.  O  gecənin  səhəri  qapının 
zəngi  ilə  oyandım  yuxudan.  Qapını  açdığımda  tanımadı-
ğım bir adam gəlmiş, bu evin ona aid olduğunu iddia edirdi. 
Sahibin bu evi sadəcə bir neçə günlük kirayələdiyini və bu 
gün artıq evi tərk etməli olduğumuzu dedi. Bunları Sahibə 
demək  üçün  evə  baxdığımda,  onu  evdə  tapa  bilmədim. 
Telefona əlimi atıb zəng vurdum. Dəfələrlə zəng vurdum 
ona.  İki  nömrəsinin  ikisinə  də  zəng  çatmırdı.  Daha  son-
ra...”  –  Bu  dəfə  hıçqıra-hıçqıra  ağlayıb,  asfaltın  üzərində 
dizlərinin üstünə çökdü. 
nərgiz  danışdıqca  sanki  içimdə  bir  əl  ürəyimi  tutmuş, 
tez-tez  sıxıb  buraxırdı.  “Yatağın  üzərində  bir  not  burax-
mışdı Sahib. notda “nərgiz, məni bağışla. Gözəlliyin məni 
başdan çıxardı. Şeytana uydum. Belə olmasını istəməzdim” 
yazırdı. O gündən sonra bir daha görə bilmədim onu”. 
ayaqlarıma  yapışaraq,  ağlamağa  davam  etdi.  “allah 
bəlamı  verdi,  Raul.  Sahib  məni  kirlədib,  tərk  etdi.  Sənə 
yalvarıram, məni bağışla. Bilirəm, mən sənin sevginə layiq 
olmadım heç vaxt. amma yalvarıram sənə, məni bağışla. 
İkinci bir şans ver sevgimizə”. 
“nərgiz, mənim ömrüm səni sevməklə keçib. İllərlə sev-
gili olduq, sözləndik, hətta nişanlandıq. Buna baxmayaraq, 
mən sənə toxunmağı ağlımdan belə keçirmədim. Mən səni 
bəyazlar içində, gəlinliklə xəyal etmişdim həmişə. Sən isə, 


133
Sahibin yatağına yatdın. Sən mənim duyğularımın, sevdi-
yim qızın və ən əsası da, on altı ilimin qatilisən! Gözümdə 
bir az daha kiçilmədən çıx get burdan.” 
Əlini ayaqlarımdan çəkib, üzümə baxdı. “nə desən haq-
lısan, Raul. Söz verirəm, bundan sonra bir daha qabağına 
çıxmayacam.  Səndən  tək  istəyim,  əgər  bacarsan  haqqını 
mənə halal et.” 
İçim qan ağlasa da, heç bir söz demədən üzümü çevirib, 
evə doğru getdim...
***
Evdəkilərlə  görüşdükdən  sonra,  təmizlənmək  bəhanəsi 
ilə  duşa  girdim.  Əslində  təmizləmək  istədiyim  bədənim 
yox, kirlənən xəyallarım idi. Duşa girənə qədər özümü sax-
lamağa çalışsam da, suyu açıb altına girdikdən sonra hön-
kür-hönkür  ağlamağa  başladım.  Göz  yaşlarımın  istiliyini 
yanaqlarımda hiss edirdim. Bu, sevginin uğrunda axan son 
göz yaşları idi. nərgizin dedikləri, yaramın üstünə yenidən 
köz basmışdı. Duşun altında ciyərlərim sökülənə qədər ağla-
dım. Canımın necə yandığını heç kim görməmişdi. Duşdan 
çıxıb,  otağıma  çəkildim.  Gecəyə  qədər  çölə  çıxmadım. 
Yaşananların hamısını mən tərxis olmadan əvvəl, Lamiyə 
valideynlərimə  danışmışdı.  Hər  şeydən  xəbərdar  olduqla-
rına görə, üstümə gəlməyib, tək qalmaq istəyimi anlayışla 
qarşılamışdılar.  Gecə  yarısına  qədər  ancaq  siqaret  çəkib, 
yaşananları düşündüm. Evə gələrkən aldığım iki şüşə şərabı 
hansı ara bitirdiyimin, fərqində belə deyildim. artıq, yavaş-
yavaş, başım dönməyə başlamışdı. Bir az sonra tamamilə 
sərxoş  olmuş,  danışacaq  halım  belə  qalmamışdı. İçimdən 
keçənləri nərgizə dair son bir şeir yazaraq demək istədim. 


134
Gözləri zümrüdtək parlayan gözəl, 
gözündən bir damla yaş axdımı heç?
Qəlbimi sındırıb, pərişan etdin, 
Gedərkən geriyə bir baxdınmı heç?
İsti yatağında yatarkən gecə, 
donmuş vicdanından bir səs gəldimi?
O səsi duyarkən heç xəyalına, 
xəyanət etdiyin oğlan gəldimi?
Dedinmi, İlahi, neyləmişəm mən?
Gör kimə xəyanət eyləmişəm mən?
Xəyanət etdiyim o cavan məni, 
sevərdi hər kəsdən üstün, əbədi.
İndi heç olmasa peşimanmısan, 
Yoxsa keçənləri tam unutmusan.
Bəlkə heç səhvini dərk eyləmirsən
Etdiyin əmələ don geydirirsən...
Yox-yox, sən kimilər peşman olmaz,
Peşman olsa da bu heç sayılmaz.
Həzrəti Yusifin bir kəlamı var:
“Xəyanət əhlindən aşiq olunmaz”
Gecə tez ötüşdü, bilmirəm nədən,
bir qurtum meyim də qalmayıb artıq.
Bir şəkil xatirə qalıbdı səndən, 
Təkcə o şəkildə səninlə varıq...


135
***
Yuxudan telefonun zənginə oyandım. Səhər çoxdan açıl-
mışdı. Hətta, günorta belə sayılardı artıq. Buna baxmaya-
raq, sanki heç yatmamış kimi yuxum gəlirdi. nə də olsa, 
ayların yorğunluğu var idi canımda. 
“alo, buyurun, eşidirəm.” 
“Salam, qardaşım. Mənəm, anar. Evdəsən?” 
“Hə, evdəyəm. Bu nə nömrədir belə? azərbaycandasan 
sən?” 
“Təzə  nömrəmdi.  Hə,  Raul,  burdayam.  Gecə  yarısın-
dan sonra gəlmişəm. Hazırlaş, yarım saata gəlib səni evdən 
götürəcəm.” 
anar Budapeştə getdikdən bir neçə ay sonra, ailəsi də bi-
zim qəsəbədən köçüb, şəhərdə yeni bir mənzilə yerləşmişdi. 
artıq əvvəlki kimi, gecənin bir yarısında, bir-birimizə “Çıx 
məhəlləyə, bir az dərdləşək”, deyə bilməyəcəkdik. Güc-bə-
laynan özümü toparlayıb, ayağa qalxdım. Hazırlaşıb, səhər 
yeməyi üçün içəri keçdim. Evdəkilərlə bir az söhbət edib, 
yeməyimi yedikdən sonra yarım saatın tamamında küçəyə 
çıxdım. anara zəng vurmaq üçün əlimi telefona atır dım ki, 
yol ayrıcından maşınla məhəlləyə girdiyini gördüm. Maşını 
yanımda saxlayıb, pəncərədən “keç otur” deyə səsləndi. 
“Salam, anar. Xoş gəlmisən.” 
“Sən də, qardaşım. Sən də xoş gəlmisən öz evinə.”
anar bir az gərgin görsənirdi. 
“Əslində mən elə də xoş gəlməmişəm. Sənə danışaca-
ğım şeylər var. amma, əvvəl, de görüm, sənin niyə kefin 
yoxdur?” 
“O danışacağın şeyləri səndən yox, üstündən üç ay keç-
dikdən sonra, Lamiyədən öyrəndiyimə görə kefim yoxdu. 
Raul, mənə niyə deməmisən bütün bunları?” 


136
Gözlərimi  anardan  qaçırıb,  pəncərədən  çölə  baxdım. 
“utan dım, qardaşım. nişanlımın və qardaş bildiyimiz insanın 
birlikdə mənə xəyanət etdiyini necə deyəydim axı sənə?” 
“Bəri bax, Raul. Sənin utanmalı olduğun hər hansı bir 
şey yoxdur. Qoy sənin sevgini var-dövlətə satan nərgiz və 
sənə qardaş deyib kürəyindən vuran o əclaf utansın! Lamiyə 
bunları mənə deyəndə, özümə o şərəfsiz Sahibi yaşadığına 
peşman edəcəm, deyə söz verdim. amma heyf ki, məndən 
qabaq allah verib cəzasını.”
anarın nə dediyini anlamadım. Sahib haqqında nərgizin 
ən son mənə dediklərindən başqa heç bir məlumatım yox 
idi. Diqqətlə anarın üzünə baxıb, soruşdum. 
“nə cəzası? nə olub ki, o şərəfsizə?” 
“Sənin xəbərin yoxdur bəyəm?” 
“Xəbərim olsa, nə olub deyə səndən soruşmaram. De gö-
rüm, nədir o mənim xəbərim olmayan məlumat.”
“Sahibin  ardı-arası  kəsilmək  bilməyən  paçka-paçka 
pullarının sirri açılıb nəhayət ki. Sahibin atası uzun illərdi, 
insanları  zəhərləyən  bəyaz  ölümün,  narkotikin  ticarəti  ilə 
məşğul imiş. Sahib də üç ildi, atasının bu işlərini idarə edir-
miş. İki həftə əvvəl, atası da, özü də həbs olunub. Həbs olun-
madan bir ay əvvəl isə, necə olub bilmirəm, amma, bütün 
var-dövlət  əllərindən  çıxmış,  səfil  vəziyyətə  düşüblərmiş. 
Yəni anlayacağın, mənə ehtiyac qalmadan, allah verib bə-
lasını.” 
“Lap yaxşı. Bu mövzu elə buradaca bağlansın. Bundan 
sonrakı  həyatımda  o  iki  insanın  adını  belə  eşitmək  istə-
mirəm.” İçimdən mən heç nə etməsəm də, allah ikisinə də 


137
lazım olan cəzanı verib deyə düşünüb, şükür etdim. İlahi 
ədalət yenə də öz sözünü deyib. artıq içimdə intiqam deyə 
bir kəlmənin qırıntısı belə qalmamışdı. Bundan sonra tək 
istədiyim,  hər  şeyi  tamamilə  unutmaq  idi  sadəcə. anarla 
bərabər  çay  içib,  söhbət  etmək  üçün  hər  zaman  qəsəbə 
daxilində getdiyimiz kafeyə üz tutduq. 
“Danış görək, Raul, əsgərlik necə keçdi?” – Bu sualı eşi-
dər-eşitməz, gözümün önünə şəhid və qazi olan əsgər yol-
daşlarım gəldi. Əsəbi şəkildə üzünə baxdım. 
“axmaq-axmaq suallar vermə. necə keçdiyin bilmirsən 
bəyəm?” 
anar gözlərini qıyıb, əli ilə alnına şillə vurdu. 
“Üzür istəyirəm, Raul. Tamamilə ağız alışqanlığıdır, val-
lah. Əsgərlikdən gələn hər adama eyni sualı verməyə dili-
miz öyrəşib.” 
“nəysə, boş ver. Əsas mövzuya gələk. Yayı burda ke-
çirəcəksən, ya qayıdacaqsan Budapeştə?” 
“Burda keçirməyi çox istəyərdim. amma, iş yerimdən 
sadəcə bir həftəlik icazə almışam. nədə olsa, artıq, bir ilim 
qalıb. Magistr bitdikdən sonra birdəfəlik geri dönəcəm.” 
“uğurlar, qardaşım. İşin avand olsun. Burdan çıxanda bizə 
gedərik. Digər evə gedəcək əşyalarım var. Həm onları götü-
rüm, öz evimə aparım, həm də sən yeni evimi görmüş ol.” 
“Raul, yadına salıb səni üzmək istəmirəm. amma, o ev, 
nərgizlə evləndikdən sonra yaşamağınız üçün, ipoteka ilə 
aldığınız ev deyil?” 
“Hə,  anar.  Həmin  evdi.  Elə  öz  qəsəbəmizdəki.  Yaşa-
nanları həzm etmək üçün bir az tək qalmağa ehtiyacım var. 
Ən azından bir müddət”...


138
 
III
İndiki zaman
G
nərgiz haqqında eşitdiklərim canımı yandırmadı bu dəfə. 
Hə, bu dəfə, bunu bacarmışdım. O mənim üçün, xəyanət 
etdiyini  öyrəndiyim  gün  ölmüşdü  onsuz  da.  Tək  prob-
lem,  hələ  də  içimdə  yaşatdığım,  toz  qondura  bilmədiyim 
nərgizi öldürmək idi ki, görünür, bunu da, bacarmışdım ar-
tıq. Hətta, evlənəcəyinə bir baxımdan sevindim də. nədə 
olsa, bir zamanlar canımdan belə çox sevmişdim mən onu. 
Mənə  etdiklərinin  bədəlini,  çox  keçmədən,  elə,  bu  dün-
yadaca  ödədi.  Bütün  bunlara  baxmayaraq,  hər  bir  insan 
kimi, xoşbəxt olmaq onun da haqqıdır. Bundan sonra istər 
xoşbəxt olsun, istərsə də bədbəxt. Əsas odur, bircə məndən 
uzaq olsun. 
Hər şey bir yana, mən bu qızı necə tapacam indi? nərgiz 
kimi  uğursuz  bir  sevdadan  sonra,  haqqında  bir  sətir  belə 
məlumatım olmayan, heç adını belə bilmədiyim birinə aşiq 
olmuşam.  Gecə  düşdükcə,  artıq,  üşüməyə  başlayırdım. 


139
noyabr ayı sakit olduğu qədər, bir o qədər də soyuq keçirdi. 
Gərək, evdən çıxanda əynimi qalın geyinərdim. Bir siqa-
ret yandırıb şəhərin mərkəz küçələri ilə addımlamağa da-
vam edirəm. Şəhər tamamilə boşalıb artıq. Demək olar ki, 
küçələrdə heç kim yoxdur. Hərdənbir yoldan bir-iki nəfər 
keçir, onlar da sürətli addımlara harasa tələsirlər sanki. Çox 
güman ki, isti evlərinə, qadınlarının qoynuna tələsirlər. nə 
də olsa, hamı mənim kimi bədbəxt deyil bu şəhərdə. nəinki 
bir  qadın,  dərdləşəcək  bir  kimsəm  belə  yoxdur  bu  gecə. 
anar da yenə, lənətə gəlmiş Budapeştinə qayıtdı. Yenə də 
tək  qaldım.  Bircə  bu  altı-yeddi  ay  da  tez  gəlib-keçsəydi, 
magistrini bitirib, birdəfəlik geri dönərdi artıq. 
Telefonum  zəng  çalır.  O  qədər  yorulmuşam  ki,  əlimi 
cibimə  salıb,  telefonu  götürməyə  belə  halım  yoxdur.  Bir 
yandan da, telefonun zəngi laylay kimi şirin gəlir. Bu ax-
maq telefon zənginin, qulağıma laylay kimi şirin gələcəyi 
qədər nə vaxt yoruldum, onu da bilmirəm. 
“alo. Salam, Raul. necəsən?” – Zəng vuran Lamiyədir. 
“Salam Lamiyə. Mən aşiqəm. Sən necəsən?” – Gülməyə 
başladı. 
“İkinci  dəfə  aşiq  ola  bildiyinə  sevindim. amma,  kimə 
aşiq olduğunu özün də bilmirsən deyəsən.”
“Gülmə! O boşboğaz, ağzında söz saxlaya bilmədi yenə? 
Hə, düzdü. Hələ ki adını bilmirəm. amma, öyrənəcəm.” 
Lamiyə hələ də gülməyə davam edirdi. 
“Öyrən,  öyrən.  Toplam  üç  gündür  görüşmürük,  hansı 
yara aşiq oldun sən?” 
Paçkanın  son  siqareti  yavaş-yavaş  əriyib  gedirdi  bar-
maqlarımın  arasında. Yolun  qarşı  tərəfində,  gözümə  bağ-


140
lanmaq  üzərə  olan  bir  dükan  sataşdı.  Sahibi  dükanı  bağ-
layıb  getmədən,  ona  çatıb,  bir  paçka  siqaret  almalı  idim. 
“Lamiyə, zəhmət olmasa, bir dəqiqə xətdə qal...” 
***
Deyəsən, bu dəfə, həqiqətən də ölmüşəm. Bunun başqa 
bir açıqlaması ola bilməz çünki. aşiq olduğum qız, əlində 
təzyiq  ölçən  cihaz  ilə  təzyiqimi  ölçür.  Hələ  bir  əliynən 
biləyimdən də tutub. İlahi, bu nə zərif bir əldir belə. Biləyi o 
qədər incədir ki, toxunsam qırılacaq sanki. Zərif əllərindəki, 
nazik uzun barmaqları, tək kəlmə ilə mükəmməldir. Hələ 
biləyimə toxunuşunu demirəm. “Qadın zərifliyi” sözünün 
canlı  izahıdır  bu  qız.  Başını  qaldırıb,  üzümə  baxır.  Baxır 
ki, nə baxır həm də. Bu gözlərə bu qədər yaxından baxmaq, 
insan  sağlamlığına  ziyandı  məncə.  Dəniz  mavisi  gözləri, 
elə ilk gördüyüm andan bəri, ağlımı başımdan alıb. Gözünü 
hər qırpdığında kiprikləri ox kimi ürəyimə batır sanki. Sən 
də özünə şair deyirsən, Raul. Hünərin var bu gözləri təsvir 
edəcək iki bənd şeir yaz indi. nəinki iki bənd şeir, roman 
yazsan yenə də təsvir edə bilməzsən. 
“Keçmiş olsun” deyərək təbəssüm edir. Qızın səs tonu 
belə, özü kimi çox zərif və gözəldir. İlahi, bu qızı insanlıq 
aləminə “Qadın budur!” demək üçünmü yaratmısan? Yoxsa 
“Gözəllik”  sözünün  tərifi  olaraqmı  yaratmısan?  Heçmi 
nöqsan  verməmisən  axı  bu  qıza?  ağzımı  açıb  təşəkkür 
etməyimə  imkan  vermədən  otaqdan  çölə  çıxır.  Otaqdan 
çıxarkən, bir şey düşür cibindən. Yataqdan doğrulub, yerə 
baxıram. Yerə  düşən  sarı rəngli bir yaylıqdı. O  yaylıq az 
əvvəl boğazında idi. Yerə necə düşdü bilmirəm, amma, yax-
şı ki də düşdü. Bir neçə saniyə sonra qapı yenidən açılır. Bu 
dəfə gələn Lamiyədi. 


141
“Basdalama!” 
“nə deyirsən, Raul? nəyi basdalamayım?” 
Əlimlə ayağının altını işarə etdim. 
“Mənə ver onu.” 
Lamiyə  yerdəki  yaylığı  götürüb,  yanıma  gəlir. Yaylığı 
mənə verib, yatağımın yanındakı boş stula əyləşir. “Raul, 
yaxşısan? Məni çox qorxutdun. Danışdığımız yerdə birdən-
birə  səsin  kəsildi.  nə  baş  verdiyini  anlamışdım  təxmini. 
Çox keçmədən, səni vuran maşının sürücüsü sənin telefo-
nunla mənə zəng etdi. Qəza baş verdiyini, bu xəstəxanaya 
doğru yola çıxdığını dedi. Bu arada, bu nə yaylıqdır belə?” 
Heç  nə  demədən  yaylığı  üzümə  sıxıram.  Bacardığım 
qə dər  dərindən  qoxulayıram.  Körpə  bir  uşağı  öpərkən, 
dərindən  qoxulayıb,  içdən-içə,  kaş  ki,  mənim  də  belə  bir 
körpəm ola, deyər insan. Qadın qoxusu tam olaraq belə bir 
şeydir. Bu həyatdakı ən gözəl parfüm bir körpə uşaq, bir 
də  qadın  ətridir,  onsuz  da. Yeddi  ayrı  dağdan  yeddi  ayrı 
gül  gətirib,  bir  araya  toplasalar  yenə  də  sevdiyin  qadının 
öz qoxusu qədər gözəl ola bilməz. Yaylıqdakı qoxu parfüm 
qoxusu deyildi. O qadının, o zərafətin öz qoxusu idi bu. 
“Raul, neynirsən sən? niyə cavab vermirsən?” 
“Yaxşıyam,  Lamiyə.  uzun  zamandır  heç  olmadığım 
qədər yaxşıyam həm də.” 
“Soruşmaq  ayıb  olmasın,  bu  qədər  yaxşı  olmağına  səbəb 
nədir? Beş saat bundan əvvəl maşın vurub səni. Bu da az deyil-
miş kimi, yıxıldığında başın yarılıb. Səkkiz tikiş atdılar başına. 
Və sən, uzun zamandır olmadığın qədər yaxşısan hə?” 
Gülməyə  başlayıram.  amma,  qabırğalarımın  sızıltısı 
gülüşümü  yarıda  qoymağıma  səbəb  olur. ağrılarıma  şəfa 
niyyətinə bir nəfəslik daha qoxulayıram yaylığı. 


142
“Lamiyə, az əvvəl otaqdan çıxan tibb bacısını gördün? 
Təzyiqimi ölçən?” 
“Hə gördüm. nə olub ki?” 
“anara dediyim qız, bax, elə o qızdı. allaha şükürlər ol-
sun ki, aşiq olduğum qızı ikinci dəfə qarşıma çıxardı. nə 
yaxşı ki, bu qəza baş verib. Yaxşı yadıma düşdü, məni vu-
ran adam hardadır? Ona da təşəkkür etmək istəyirəm.”
Lamiyə qəribə-qəribə üzümə baxıb, güldü. “Qapının ağ-
zında gözləyir o da. Dayan, çağırım gəlsin.”
ayağa  qalxıb,  qapıya  tərəf  yönəlir.  Qapını  açıb,  əliylə 
çöldəki adama, buyur deyə işarə edir. Otuz-otuz beş yaşla-
rında, gənc bir adam, otağa daxil olur. Üzündən çox tədirgin 
və  qorxmuş  görsənir.  Titrək  səsi  ilə  danışmağa  başlayır. 
“Keçmiş olsun, qardaş. Şükür ki, yaxşısan. Vallah, bu hadisə 
necə oldu heç özüm də bilmirəm. Bir onu bilirəm ki, bir 
anda qabağıma çıxdın. Hər nə qədər tormozu vaxtında sıx-
sam da, qəzadan qaça bilmədim. Xahiş edirəm, öz aramız-
da xoşluqla həll edək bu məsələni. Məndən şikayətçi olma. 
Evdə ailəm məni gözləyir. Həyat yoldaşım da hamilədir.”
ara vermədən, bir nəfəsə danışırdı adam. 
“Qardaş, bir sakit ol, özünü ələ al. narahat olma, mən 
yaxşıyam. Səndən də heç bir şikayətim yoxdur. Əksinə, bu 
qəza ilə mənə elə bir yaxşılıq etmiş oldun ki, neyləsəm də 
sənin  borcundan  çıxa  bilmərəm.  Maşınla  məni  vurmadan 
əvvəl,  siqaret  almağa  gedirdim  mən.  Səndən  tək  istəyim, 
mənə bir paçka siqaret al, sonra isə çıx get ailənin yanına.” 
adam bir mənə, bir də Lamiyəyə, sual dolu baxışlarla bir 
neçə saniyə baxdı. İçindən “Bu adam lap zır dəlidir ki”, de-
yirdi böyük ehtimal. 


143
“Yaxşı,  qardaş.  Bu  saat  alıb  gətirəcəm  nə  lazımdırsa. 
allah səndən razı olsun.” 
İçindən keçirdiyi düşüncələrdə haqlı idi əslində. ağlım 
olsa, yaşadığım o qədər şeydən sonra, ikinci dəfə aşiq ol-
mazdım.  Ona  görə  də,  çox  da  ağıllı  sayılmaram  mən  də. 
Ümumiyyətlə  bu  həyatda  ən  gözəl  sevənlər,  şübhəsiz  ki, 
dəlilərdi.  Onların  heç  biri,  səbəbsizcə  dəli  olmayıblar. 
İçində bir parça belə olsa dəlilik olmayan insan, əsla aşiq 
ola bilməz. Çünki sevmək, heç də ağıl işi deyil, əslində...
***
“Salam,  Raul.  Mən  artıq  gəlmişəm.  aşağıda  səni 
gözləyirəm. Sən çıxış üçün hazırsan?” 
“Salam, Lamiyə. Bütün gecəni yatmayıb, sevdiyim qızla 
danışacağımın planını qurmuşam. İndi də çıxış üçün, onun 
gəlməsini  gözləyirəm.  Sən  qeydiyyat  bölməsindən  adını 
öyrənə bildin? Heç şübhəsiz ki, adı da özü kimi zərifdir o 
qızın. Olsa-olsa ya ayşən olar, ya da nura.” 
“Elə isə, sənə uğurlar, Raul. İnşallah, hər şey istədiyin 
kimi olar. Bu arada qızın adı Banudu.”
adının  da  özü  kimi  zərif  olacağını  təxmin  etmişdim. 
nə də olsa, bu qız tək kəlmə ilə qüsursuzdu. Belə qüsursuz 
bir qız, məni sevərmi, görəsən? Düzdü, mən də çirkin bir 
adam deyiləm, amma, onun qədər mükəmməl də deyiləm. 
Ən azından, onun kimi, gözəl gözlərə sahib deyiləm. Əşi, 
hər nəysə. Sevmək üçün qarşındakının qüsursuz olmasına 
ehtiyac yoxdu onsuz da. Sevən insan, qarşısındakının hər 
hansı bir xüsusiyyətinə də aşiq ola bilər. Kimi bir baxışı-
na  aşiq  olar,  kimisi  də  gülüşünə.  Səs  tonuna  aşiq  olanlar 


144
da var təbii ki. Toxunuşunu sevənlər, bir fincan tutuşunu, 
bir  qəhvə  içişini  sevənlər  belə  var  hətta.  Qısacası  eşq  ilə 
baxdıqdan sonra, qarşındakı çirkin belə olsa, yenə də gözəl 
görər  insan.  Eynilə  Məcnun  dediyi  kimi:  “Siz  Leylaya 
mənim  gözümdən  baxın...”  Və  hər  şeydən  önəmlisi,  bir 
insanın  xarici  görünüşü  yox,  daxili  gözəlliyidir,  əlbəttə. 
Sevəndə elə birini sevməlidir ki insan, üzündən çox, onun 
ruhunu sevsin. Ruhunu sevsin ki, hər iki dünyada sevməyə 
davam edə bilsin. 
Gecə  yatmayıb,  səhərə  qədər  Banuya  deyəcəklərimi 
düşünmüşəm.  Ümidvaram  ki,  onu  gördüyümdə  dilim 
yenidən  tutulmaz.  Eh,  Raul,  dilin  tutulmasa,  bülbül  kimi 
cəh-cəh  vursan,  nə  xeyri?  Ən  yaxşı  ehtimalda,  sən  ona 
hisslərini danışacaqsan, o da mədəni bir şəkildə səni rədd 
edəcək. 
Otağın qapısı açılır. Bir tibb bacısı otağa daxil olur. Bu 
qız, mənim sevdiyim qız deyil. Banu deyil bu. Üzündə zo-
rakı bir gülümsəmə ilə mənə doğru yaxınlaşır. 
“Salam, Raul bəy. Çıxış üçün hazırsız?” 
“Bəli, hazıram. Banu xanım hardadır bəs? O yoxdur?” 
“Banu xanımın iş saatı bitib artıq. İşə bir də sabah gə-
ləcək. növbətçi tibb bacısı mənəm. Buyurun, gedək.” 
“Getməsinə,  gedək.  amma,  ondan  əvvəl,  bir-iki  sual 
vermək istəyirəm izninizlə.” 
“Əlbəttə. Buyurun.” 
“Banu xanım evlidir, yoxsa subay?” 
“Subaydır”. 
“Bəs yaxşı, bilmirsiz, sevdiyi bir adam var, yoxsa yox?” 
“Yoxdur. amma, bunları nəyə görə soruşursuz, bilmək 
olar?” 


145
“Bunları  eşitdiyimə  sevindim.  Sualları  verməyimin 
səbəbi isə, Banu xanıma aşiq olmuşam.” 
Qızın üzündə istehzalı bir gülümsəmə yarandı. “Bir gü-
nün içində aşiq oldunuz?” 
“Yox, bir gündə deyil, iki dəqiqə otuz yeddi saniyədə.” 
Qaşlarını  çataraq,  sual  dolu  baxışlarla  üzümə  baxdı. 
“necə yəni? Dediklərinizdən heç nə başa düşmədim”. 
“Boş verin. Buyurun, gedək.” 
***
Lamiyə  məni  evə  gətirdikdən  sonra,  özü  çıxıb  get-
mişdi.  Hər  nə  qədər  evə  dəvət  eləsəm  də,  yalnız  qalıb, 
istirahət etməyimi istəmişdi. Gecə yatmadığıma görə yuxu 
gözlərimdən axır, ayaq üstə yuxulayırdım artıq. Bir az da 
dünənki qəzanın yorğunluğu var üzərimdə. niyə bilmirəm, 
amma  bədənim  çox  qaşınır.  Ən  çox  da  tikişlərin  yeri. 
Bəlkə də isti bir duş almağa ehtiyacım var. Hamama girib, 
bədənimi isti suyun rahatladıcı damlalarına təslim edirəm. 
Suyun  altında  hərəkət  belə  etmədən,  saatlarca  dayanmaq 
gəlir içimdən. amma, gərək elə edim ki, başım islanmasın. 
Xəstəxanada,  tikişlərin  yerinə  bir-iki  gün  su  dəyməməyi 
barədə tənbehləmişdi həkim. Gözlərimi yumub, xəyallara 
dalıram yenə. Suyun narın damlaları zərif-zərif masaj edir 
çiyinlərimi.  Zəriflik  demişkən,  ağlıma  yenə  Banu  gəldi. 
Görəsən,  günün  birində,  o  incə  əlləri  ilə  masaj  edərmi 
o  da  çiyinlərimə?  O  əllər,  bircə  dəfə  əlimi  tutsa,  bu  belə 
həyatımın sonunadək yetər mənə. Hələ bir də gözlərimin 
içinə baxsa, o an, keçmişdəki bütün acılarımı belə unuda 
bilərəm bəlkə də. 


146
Duşdan  çıxıb,  yataq  otağıma  gəlirəm.  Bəlkə,  qoxusu 
yastığıma da sinər deyə, evə gələr-gəlməz, Banunun yay-
lığını,  yastığımın  üzərinə  qoymuşdum.  Əlimdə  ona  aid 
yalnız bu qoxu var hələ ki. Hə, bir də, yaylığının üstündə 
saçının  iki  telini  tapmışdım.  Onları  da  bir  qutuya  qoyub 
saxladım.  Sabah,  nə  olursa  olsun,  Banuyla  danışmalıyam 
daha. Onu ikinci dəfə qarşıma çıxararaq, ikinci bir şans ve-
rib allah mənə. Bu şansı itirə bilmərəm artıq. Bir siqaret 
yandırıb,  dodaqlarımın  arasına  qoyduqdan  sonra,  yatağa 
uzanıram. amma, bu dəfə, xoşbəxtlikdən yandırıram siqa-
reti. Bəli xoşbəxtəm. Xoşbəxtlik yalnız qarşılıqlı sevmək, 
sevgili olmaq və ya ona toxunmaq demək deyil. Xoşbəxtlik 
sevə bilməkdir. Sevməyi hər adam bacarmır çünki. Məsələn 
mən, onu sevməyə sevdalanmışam artıq. İndiki zəmanədə 
gerçək  sevginin,  sevməyin,  nə  demək  olduğunu  anlamır 
çox  adam.  Həqiqətən  sevmək  üçün  dağ  boyda  ürəyin  ol-
sun gərək. Ona görə də fərqi yoxdur, istər kişi ol, istərsə 
də  qadın.  Əgər  bu  ürək  səndə  varsa  və  sən  həqiqətən  də 
sevirsənsə, sən artıq xoşbəxtsən...
***
Hər  nə  qədər  ümidsizliyə  qapılmamaq  üçün  özümü 
məcbur  etsəm  də,  günbəgün  tükənir  artıq  ümidlərim.  Bu 
gün,  səkkizinci  dəfədir  ki,  Banunun  işlədiyi  xəstəxanaya 
gedirəm. Ümidvaram, bu gün qeydiyyat şöbəsində işləyən 
xanım, məni gördüyündə “Raul bəy, Banu xanım bu gün 
də  gəlməyib”,  deməz.  Bu  sözü  eşitməkdən  yorulmuşam 
artıq. Bu sözdən başqa, heç bir məlumat ala bilməmişəm 
onun haqqında. Xəstəxanada heç kim, Banunun nə ünva-
nını, nə də bir əlaqə nömrəsini belə bilmir. Haqqında heç 


147
bir məlumat olmayan bir işçi, bu xəstəxanada necə işləyir, 
anlaya  bilmirəm.  Qız,  sanki  bu  dünyada  yaşamır  heç. 
Elə  bil  cənnətdən  gəlmiş  bir  mələkdir.  Hərdən  gözümə 
görsənir, sonra da yoxa çıxır. Bəlkə də allah, öz mələyini 
mənə vermək istəmədiyi üçün belə edir. Yox, yox. Vermək 
istəməsəydi,  ikinci  dəfə  qarşılaşdırmazdı  məni  onunla. 
Xəstəxanaya  girər-girməz,  qeydiyyat  şöbəsinə  yaxınla-
şıram  yenə.  Qeydiyyatçı  qız  kompüterdən  başını  qaldırıb 
məni görən kimi, gülümsəyərək, başını sağa-sola yellədi. 
“Banu xanım bu gün də gəlməyib?” 
“Gəlmişdi.  amma,  işdən  ayrıldığını  bildirmək  üçün 
gəlmişdi. Sənədlərini götürüb, çıxdı işdən.” 
“İşdən ayrıldı? nəyə görə ayrıldı işdən? İşləmək üçün 
başqa bir xəstəxanaya getdi?” 
“İşdən  nəyə  görə  ayrılıb  və  ya  hara  gedib,  bilmirəm. 
amma, iki saat tez gəlsəydiniz, Banu xanımı xəstəxanadan 
ayrılmadan əvvəl görə bilərdiniz.” 
axmaq  Raul!  İki  saat  tez  gəlsən,  canın  çıxardı?  Öküz 
kimi  yatmayıb,  evdən  ikicə  saat  tez  çıxsan,  bəlkə  də  bit-
mişdi  artıq  bu  həsrət.  Bəlkə  də  sevdiyinə  qovuşmuş,  bir 
kafedə oturmuş, bərabər çay içirdiz. Gözlərinin içinə baxıb, 
mənzərəyə qarşı çayını qurtumluyurdun indi. 
Xəstəxananın qarşısına çıxıb, bir siqaret yandırıram. ah 
Banu, işdən çıxmağın vaxtı idi heç? nə edəcəm mən indi? 
Səni üçüncü dəfə hardan tapacam mən? Siqaretin son tüs-
tüsünü ciyərlərimə çəkib, göyə sovururam. Eynilə, sovuru-
lub gedən son ümidlərim kimi. Tükəndi daha. Son ümid də 
tükəndi. Bəlkə də, getməyin vaxtıdır artıq. Bu eşqi qəlbimə 
gömüb, çox uzaqlara getmək lazımdır. Beynim get deyir, 


148
amma, ürəyim də bir yandan qal, deyə israr edir. nə də olsa, 
Banu ilə bağlı, bildiyim tək məkandır bura. Bəlkə günün 
birində  yolu  düşər  deyə,  sonsuza  qədər  oturub,  gözləyim 
burda.  Beynimlə  ürəyimin  savaşı  arasında  çarəsiz  qal-
mışam.  nə  yazıq  ki,  beynim  qazanmaq  üzərədi  bu  sava-
şı.  Deyəsən,  çıxıb  gedəcəm  buralardan. arxamdan  bir  əl, 
çiynimə toxunur. 
“Raul,  bir  dəqiqə  olar  sizi?”  Səsindən  tanımasam  da, 
geriyə  dönüb  baxdığımda  gördüyüm  sima  heç  də  yad 
gəlmir. Bu qız, xəstəxanadan çıxdığım gün, mən Banunu 
gözləyərkən, onun əvəzinə gələn tibb bacısıdır. “Bir az da-
nışa bilərik?” 
Qızın üzündə səmimi bir təbəssüm var. Tam da ehtiya-
cım olan şeydir hal-hazırda. Səmimi bir təbəssüm və bir az 
dərdləşmək. 
“Buyurun, xanım, əlbəttə.” 
“adım Günaydır. Banunun rəfiqəsi.” – Gülümsəyib əlini 
mənə uzatdı. – “Banunun rəfiqəsi” sözü beynimə çatar-çat-
maz, gözlərimə işıq gəldi bir anda. Bunu, mən belə, özüm 
də hiss edə bilirəm. Suya düşən ümidlərimə süni tənəffüs 
kimi gəldi bu söz. Yeni bir həyat şansı, yeni bir gələcək vəd 
etdi sanki mənə. Əlimi uzadıb, sevincək bir şəkildə qızın 
əlini sıxıram. “Sözün əsl mənasında, tanış olduğumuza şad 
oldum.  uzun  zamandır,  tanış  olduğuma  şad  olduğum  tək 
insansız hətta.” 
Qız  zərif  bir  şəkildə  güldü.  “Xəstəxanadan  çıxdığınız 
gün,  Banuya  aşiq  olduğunuzu  demişdiniz.  nə  yalan  de-
yim,  o  gün  çox  da  ciddiyə  almamışdım  bu  sözünüzü.  O 
gündən  sonra  xəstəxanaya  dəfələrlə  gəlib-getdiyinizi  və 


149
xəstəxanadakı hər kəsdən Banu haqqında məlumat almağa 
çalışdığınızı gördükdən sonra, fikrim bir az dəyişmişdi. Bu 
gün isə, az əvvəl, Banunun işdən ayrıldığını öyrəndikdən 
sonrakı halınıza şahid oldum. Təxminən, bir neçə dəqiqədir 
ki, yanınızdayam və gəldiyimdən bəri, durmadan özünüzü 
azarlayırsız. artıq...” 
“azarlanası adamam çünki. İkicə saat evdən tez çıxsay-
dım, Banunu görə bilərdim bu gün”. 
“artıq ciddiyyətinizdən bir şübhəm yoxdur. Sadəcə sizə 
bir sualım var. Sizi maşın vurmadan əvvəl Banunu tanıyır-
dız? Ya sadəcə xəstəxanada görüb, aşiq oldunuz?”
“Xəstəxanaya  düşmədən  əvvəl,  çoxdan  aşiq  olmuş-
dum  artıq. amma,  sizdən  bir  xahişim  var,  ikinci  bir  sual 
vermədən  əvvəl,  Banu  ilə  görüşməyimə  kömək  edin. 
Görüşdüyümüzdə, olub-bitəni daha ətraflı şəkildə danışa-
ram.” 
Qız qolundakı saatına baxıb, bir neçə saniyəliyinə susdu. 
Əli ilə alnını ovuşduraraq, bir az düşündü. “Elə isə, sizə bir 
təklifim var. Bir saat sonra Banu ilə, bir kafedə görüşəcəyik. 
Əgər,  sizin  üçün  də  uyğundursa,  buyurun  gəlin.  Mənim 
əlimdən  gələn  tək  kömək  budur  sizin  üçün. amma,  bəri 
başdan  deyim,  Banunu  öz  sevginizə  inandırmaq,  məni 
inandırmaq qədər asan deyil. Çünki, o, sevgiyə inanmayan 
bir insandır. Daha doğrusu, kişilərin sevə bildiyinə inanma-
yan.” 
“Mənim  üçün  uyğundur.  Buyurun,  gedək.  Bir  insan, 
əgər,  həqiqətən  aşiqdirsə,  sözlərə  ehtiyac  qalmaz,  gözlər 
inandırar sevdiyinə. 


150
***
Kafeyə gəldiyimizdən bəri ağlımdakı tək şey, Banunun 
sevgiyə  inanmama  səbəbidir.  Görünür,  o  da  mənim  kimi 
keçmişindən  yaralıdır.  Əgər  elə  olmasa,  bir  insan  başqa 
nəyə görə inanmaz ki sevgiyə? Eybi yox, əgər elədirsə, bir-
birimizin yaralarını sarıyar, bərabər sağalarıq. 
Təxminən,  iyirmi  dəqiqə  tez  gəlmişdik  görüş  yerinə. 
Gəldiyimizdən bəri gözlərim qapıda, Banunun içəri girmə-
sini  gözləyirəm.  Bir  az  sonra,  o  da  bura  gələcək.  Bunu 
bilmək belə, çox gözəldir. Təkcə elə bunu bilmək, ürək rit-
mimin dəyişməsinə yetir də, artır belə. Bura gəldiyimizdə 
paçkadan dörd siqaret ayırdım. Hər beş dəqiqədən bir çölə 
çıxıb,  bir  siqaret  çəkirəm.  Dördüncü  siqaretim  bitdiyində 
Banu gələcək deyə gözləyirəm. Qapının ağzına çıxıb, dör-
düncü siqaretimi yandırıram. Bu gün artıq sondur. Bu gün, 
bu  həsrət  sona  yetəcək. az  sonra,  sevdiyim  qıza  qovuşa-
cam. Banunu görmək ümidi ilə, dörd gözlə yola baxıram. 
Dördüncü siqaret də bitdi artıq. amma, o, hələ də gəlmədi. 
İçəri girib, Günayın yanına gedirəm. 
“Banu  gec  gələr  görəsən?  Ümumiyyətlə,  görüş  yerinə 
gecikən biridir?” 
“Xeyr. O hər zaman görüş yerinə vaxtında gələr. Harda 
olsa, gəlib çatar indi.” 
“Banu ilə çox yaxınsız?” 
“uşaqlıq dostuyuq biz. İkimizin də bacısı yoxdur. uşaq-
lıqdan  bəri,  bir-birimizə  bacı  əvəzi  olmuşuq  hər  zaman. 
Eyni  universitetdə  oxumuş,  bitirdikdən  sonra  da  eyni  iş 
yerində işləmişik.”


151
Gözümün qabağına anarla olan dostluğumuz gəldi. Biz 
də anarla eynilə belə olmuşuq. Tək fərqimiz, biz bərabər 
işləyə  bilmədik.  Bunun  da  səbəbi,  nərgizə  görə  karye-
ramdan vaz keçməyim oldu. Və budur, Banu hər zamankı 
zərafəti ilə qapıda peyda olur. Bir neçə saniyə ətrafa göz 
gəzdirdikdən sonra, bizi görür. Çiyinlərinə düşmüş qara saç-
larını əli ilə toplayıb, arxasına atır. Yavaş-yavaş bizə doğru 
gəlir.  Mavi  gözlərindən  keçənləri,  az-çox  oxuya  bilirəm. 
Özü-özünə «Günayın yanındakı adam kimdir? Günayın ya-
nında nə işi var görəsən?» – deyə düşünür. 
Bu gözlər, digər mavi gözlərdən çox fərqlidir. Dünyadakı 
bütün mavi gözləri bir araya yığsalar, tərəddüd belə etmədən, 
milyonlarla gözün arasından, yenə də taparam bu gözləri. 
Rəng məsələsi deyil bu. Gözlərində böyük bir anlam var. 
Təkcə elə baxışlarında bir roman yatır bu qızın. amma, tam 
oxuya bilməmişəm hələ ki. Bu vaxta qədər oxuya bildiyim, 
sadəcə bu romanın proloqudur. Yanımıza gəldikdən sonra, 
birinci Günayla görüşüb, daha sonra isə mənə əlini uzadır. 
İkimizlə  də  salamlaşdıqdan  sonra,  stullardan  birini  çəkib 
oturur. Təxminən, on saniyə çəkən sakitliyi Günay pozur. 
“İki gün əvvəl, sənə birindən bəhs eləmişdim. Hər gün 
xəstəxanaya gəlib, səni soruşan adam.” Əli ilə məni işarə 
elədi.  “Bax,  həmən  adam,  Rauldur.”  Günayın  gözlərinin 
içinə elə baxdı ki, gözləri ilə “Bu adamın, burda nə işi var? 
niyə gətirmisən bura?” deyə hesab sordu sanki. Bunu mənə 
hiss  etdirməmək  üçün,  üzündə,  zorakı  bir  gülümsəmə  ilə 
mənə doğru dönür. 
“Buyurun, eşidirəm sizi. Bir müddətdir məni axtarırmış-
sız. Sizə necə kömək edə bilərəm?” 


152
İçimdən “mənimlə evlənərək, kömək edə bilərsiz”, ca-
vabı keçdi bir anlıq. amma, bu cavabı versəm, ən yaxşı eh-
timalla, masanı tərk edib, gedər bu qız. Ən yaxşısı, hər şeyi 
ən başından ona danışmaqdır. 
“İcazə  verin,  hər  şeyi  ən  başından  bəri  danışım  sizə. 
Bir müddət bundan əvvəl, ilk dəfə şəhərdə qarşılaşmışdıq 
sizinlə. Elə, o ilk gördüyüm andan etibarən, aşiq olmuşdum 
sizə.  Sonra  birdən-birə,  basaratım  bağlandı  sanki.  Hansı 
ara  gözdən  uzaqlaşdız,  xəbərim  belə  olmadı.  Sonradan 
çox axtardım sizi, amma, tapa bilmədim. Bəlkə ikinci dəfə 
qarşılaşarıq  deyə,  gəzmədiyim  küçə  qalmadı  bu  şəhərdə. 
Ən  son,  sizi  ilk  gördüyüm  yerə  getmişdim  axşam  vaxtı. 
Yolu  keçərkən,  qəzaya  düşdüm.  Olduğum  yerə  ən  yaxın 
olan  xəstəxanaya  gətiriblər  məni. allahın  işinə  bax  ki,  o 
xəstəxana  sizin  işlədiyiniz  məkan  imiş. Və  o  gecə,  mənə 
baxan tibb bacısı siz olduz. Gözlərimi açdığımda, yanımda 
oturmuş, təzyiqimi ölçürdüz. Sizi görüb, həyəcandan dilim 
tutuldu yenə. Sonra, nə də olsa, səhər xəstəxanadan çıxanda 
danışarıq deyə ümid etdim. Geri qalanı isə, yəqin ki, hər 
birimizə məlumdur. O gündən sonra, yenidən itirdim sizi. 
Bu gün xəstəxanaya gəldiyimdə, işdən çıxdığınızı dedilər. 
Bütün ümidlərim tükənmişkən, bu dəfə Günay xanım yetdi 
imdadıma. Və nəhayət ki, qarşınızdayam indi.”
Üzünü  dönüb  əvvəl  Günaya,  sonra  isə  mənə  baxdı. 
Danışdıqlarımdan  təəccüblənmiş  görsənirdi.  “Sizi  başa 
düşürəm.  Hisslərinizdən  dolayı  da,  sizə  yalnızca  hörmət 
edirəm. amma, məni üzrlü sayın. Mən sevgiyə çox da ina-
nan  bir  insan  deyiləm.  Hətta,  kişilərin  sevə  bildiyinə  heç 
inanmıram desəm, daha doğru olar.” 


153
Görünür,  düşüncələrimdə  haqlıyam.  Bu  qızın  sevgiyə 
olan inancını zədələmiş bir adam var keçmişində. Mənim 
də onun kimi yaralı olduğumu, ona başa salım gərək. Ən 
yaxşısı, nərgiz və Sahib əhvalatını, xırdalıqları ilə ona da-
nışmaqdır. Bəlkə o zaman, mənim də ondan fərqli olmadı-
ğımı anlayar. 
“Mən  də  sizi  başa  düşürəm.  İzninizlə  öz  keçmişimlə 
bağlı, bir az danışmaq istəyirəm sizə.” 
Söhbəti ən başından bəri, danışmağa başladım. Həm də, 
lap uşaqlıq illərindən bəri. Təxminən yarım saat çəkdi danı-
şığım. Danışdıqca keçmişin xəyallarına dalmış, ən xırda de-
talına kimi danışmışdım hər şeyi. Söhbətim boyunca, ikisi 
də səsini çıxarmadan, sadəcə qulaq asdılar. Hər ikisi həyat 
hekayəmdən  təsirlənmişdi.  amma  mən,  sadəcə  Banuya 
baxırdım, demək olar. Mən danışarkən, bir ara, gözləri ya-
şarmışdı. Hər nə qədər, mənə hiss etdirmədən, əli ilə göz 
yaşını silməyə çalışsa da, diqqətimdən yayınmadı. 
Mən danışıb qurtardıqdan sonra, masaya yenidən sükut 
çökdü. Heç kim deməyə söz tapmırdı sanki. Bu dəfə sükutu 
Banu  pozdu.  Həm  də  köks  ötürərək.  Elə  bir  köks  ötürdü 
ki, sanki, bir fırtına qopdu qızın beynində. Görünür, mənim 
həyat hekayəm, onun da yaralarını təzələdi. nə də olsa, hər 
kəsin bir hekayəsi var. Bəlkə də, bizim hekayələrimiz bir-
birinə çox bənzəyir. Banu gülümsəyərək dilləndi. amma, 
bu dəfə, zorakı gülümsəmə deyildi üzündəki. 
“Mən  sizin  yerinizdə  olsam,  ikinci  dəfə  aşiq  olmağa 
cəsarət belə etməzdim. İndi ki, siz buna cəsarət edib aşiq 
olubsunuz, sizə bir təklifim var. Belə görürəm ki, nə siz öz 
sevdanızdan vaz keçənsiniz, nə də mən sevdaya inanan. Ona 


154
görə  də,  bizim  üçün  ən  yaxşı  yol,  dost  olmaqdır. amma, 
bəri  başdan  deyim,  dostluqdan  başqa  bir  şey  gözləməyin 
məndən.” 
“Yaxşı. Qoy, elə olsun. Mən buna da razıyam.”
Banu oturduğu yerdən doğrularaq, əlini uzatdı: “Elə isə, 
dostluğumuz əbədi olsun.” 
“Bundan  heç  şübhəm  yoxdur”,  –  Banunun  əlini  sıxıb, 
daha  sonra  mən  də  Günaya  əl  uzatdım.  Dostluğumuzun 
əbədi olması, bir-birimizi sevib, ailə qurmağımıza əngəl de-
yil nə də olsa. Hal-hazırda tək şansım, sevdiyim qız ilə dost 
olmaqdı. Günün birində ona olan sevgimi görüb, o da məni 
sevər bəlkə də. necə deyərlər, ən böyük sevgilər ya nifrətlə, 
ya da dostluqla başlayar. 
***
Hər dəfə olduğu kimi, yenə də görüş yerinə vaxtından 
əvvəl  gəlmişəm.  Bu  kafedə  nə  qədər  çox  otursam  belə, 
heç  bezmirəm  bu  yerdən.  Əksinə,  çox  doğma  gəlir  bu 
məkan  mənə.  Banu  ilə  ilk  görüşdüyümüz  məkan  olduğu 
üçün, buranın özəl bir yeri var məndə. Bu gün, bu kafeyə 
ilk gəlişimizin üstündən, düz, üç ay keçir. Eyni zamanda, 
Banuyla tanışlığımızın da üçüncü ayı tamam olur. 
Pəncərə kənarında oturmuş, Banunun gəlişini gözləyirəm. 
Hələ günorta saatları olmasına baxmayaraq, dondurucu so-
yuqlar, şəhərdə öz hökmünü sürür. Bu qış, Bakıda çox qar 
yağmasa da, fevral ayı, yenə də öz sözünü deyirdi. nəhayət 
ki,  Banu  da  gəlib  çıxdı.  Görünüşə  baxılarsa,  bura  gələnə 
qədər çox üşüyüb. Əllərində qara rəngli, əl toxuması olan 
əlcəkləri olmasına baxmayaraq, içəri girər-girməz, əllərini 
ovuşdurmağa  başlayır.  Bir  yandan  da,  nəfəsi  ilə  əllərini 


155
isitməyə  çalışır.  Bir  dəli  şeytan  deyir,  gəl  bu  qıza  denən 
ki, ver o üşüyən əllərini, öz əllərimlə isidim. nə də olsa, 
eşqindən od tutub yanıram aylardı. Digər yandan, bu sözü 
deyəcəyim  təqdirdə,  ən  az,  iki  gün  küsülü  qalacağımızı 
bilirəm. Zalımın qızı, sevgiyə dair bir söz deməyə peşman 
edir adamı. Elə sifət göstərir ki, baxanda elə bilər, xətrinə 
dəyəcək bir söz demisən. 
Üç  ay  bundan  əvvəl,  dost  olduğumuzda,  zamanla  öz 
sevgimi  Banuya  isbat  edər,  onun  da  sevgisini  qazanaram 
deyə düşünürdüm. amma, heç də düşündüyüm kimi olma-
dı. Mən ha çalışsam da, nuh deyir, peyğəmbər demir bu 
qız. Kafeyə daxil olan kimi, göz-gözə gəlmişdik. Hansı ma-
sada oturduğumu əzbərə bilir artıq. Bura hər gəlişimizdə, 
ilk dəfə oturduğumuz masada otururam. Bu taxta parçası 
olan masanın belə, özəl bir yeri var məndə. Banu üçün də 
belədirmi, bilmirəm, amma, ona aid olan hər şeyin, özəl bir 
yeri var məndə. 
“Salam, Raul. Lamiyə gəlməyib hələ?” 
“Salam, Banu. Lamiyə az əvvəl, mesaj yazmışdı. Harda 
olsa çatar indi.”
Stullardan birini altına çəkib, oturur. Paltosunu çıxarıb, 
oturduğu stulun başına asır. Üç aydır, hər nə qədər istəsək 
də,  Banu  ilə  Lamiyəni  tanış  eləməyə  imkan  olmamışdı. 
Qismət bu günə imiş demək ki. 
“nə olub, Raul? Yaman kefsiz görsənirsən.” 
“narahat olunacaq bir şey yoxdur. Hər şey qaydasında-
dır. Sadəcə bir az başım ağrıyır.” 
“İndi deyirsən, mən öz dostumu tanımıram? ayrıca sənə 
dəfələrlə  demişəm  ki,  sən  yalan  danışa  bilmirsən.  Yalan 


156
danışdığın  an,  gözlərin  səni  ələ  verir.  Ona  görə  də,  hər 
dəfəsində gözlərini qaçırırsan.” 
“Səni  heç  cürə  anlaya  bilmirəm.  Üç  ay  ərzində  məni 
bu  qədər  yaxşı  tanımış  bir  insan,  necə  ola  bilər  axı,  ona 
qarşı  olan  bu  sevgimi  görməsin?  Deməli,  bu  sevgini  özü 
bilərəkdən,  görmək  istəmir.  Bəlkə  də  görmək  istədiyi 
mənim sevgim yox, bir başqasının sevgisidir.” 
“Yenə  döndük  dolaşdıq,  gəldik  eyni  yerə.  Raul,  biz 
səninlə nə danışmışdıq?” 
“nə danışdığımızı bilirəm mən. amma, sənin anlamadı-
ğın şey, qızılgülün adını dəyişib, ona başqa bir gülün adını 
verməklə, o gül başqa cür qoxumaz. Yenə də qızılgül ətri 
verməyə  davam  edər.  Mən  sənə  dost  da  desəm,  tanış  da 
desəm, yenə də sənə qarşı olan hissim dəyişməyəcək əsla.” 
“Raul,  mən  sənə  heç  vaxt  yalan  danışmamışam.  Sənə 
boş yerə ümid vermək istəməmişəm əsla. Ona görə də, ilk 
gündən sənə demişdim, məndən, dostluqdan başqa bir şey 
gözləmə”. 
“Deməli,  mənə  heç  vaxt  yalan  danışmamısan.  Elə  isə 
gözlərimin içinə bax və sualıma cavab ver. Hal-hazırda, aşiq 
olduğun, sevdiyin bir adam var? Səni bu qədər çox sevən 
biri olaraq, ən azından bunu bilməyə haqqım var məncə.” 
“Əgər,  bunu  bilmək  sənin  üçün  bu  qədər  önəmlidirsə, 
qoy deyim. Bəli, sevdiyim bir adam var. Hətta, öz canım-
dan belə çox sevdiyim bir adam.” 
“Kaş ki bunu demək yerinə, silah çəkib, düz ürəyimdən 
vuraydın məni. Ən azından, daha az yanardı canım. amma, 
sənin bir günahın yoxdur. Belə olmasını, mən özüm istədim. 
Sənə  dostun  olaraq  son  sözüm:  sevdiyin  adamla  xoşbəxt 


157
ol.” Son sözümü də deyib, Banunun cavab verməsinə ma-
cal vermədən ayağa qalxıram. Onsuz da bundan sonra, nə 
desə də boşdu. Masadan qalxdığım an, Lamiyəylə üz-üzə 
gəlirəm. 
“Salam, Raul. Hara gedirsən belə?” 
“Siz, istədiyiniz qədər tanış olun. Mən gedirəm. Bizim 
tanışlığımız bitdi artıq.” 
“nə olub, Raul? Hara gedirsən axı?” 
Cavab vermədən, çıxışa doğru üz tuturam. Veriləcək bir 
cavabım da yoxdur əslində. Deyiləcək son sözü, Banu az 
əvvəl dedi...
***
Bəzən, nə qədər çox sevsə belə, yenə də uzaqlaşmalı olur 
insan öz sevdiyindən. Əgər sevdiyin insan səni sevmir və sən 
onun xoşbəxtliyinə bir əngəlsənsə, bu əngəli aradan qaldır-
malısan. Onu həqiqətən sevirsənsə, tərəddüd belə etmədən, 
bunu etməlisən. Onun xoşbəxtliyi ilə xoşbəxt olmağı bacar-
malı və səssiz-səmirsiz yox olmalısan həyatından. Dünən 
gecə, bu barədə uzun-uzun düşünüb, son qərarımı verdim. 
Banunun  həyatından  tamamilə  çıxacam  artıq.  Telefonum 
zəng çalır. Zəng vuran Lamiyədir. 
“Salam, Raul. Haralardasan sən? Dünəndən bəri dəfələrlə 
zəng vurmuşam sənə.” 
“Salam,  Lamiyə.  Cavab  verə  bilmədiyim  üçün,  üzrlü 
say. Bir az tək qalıb, düşünməyə ehtiyacım var idi.” 
“Düşünüb qurtardınsa əgər, bir az da mənim deyəcək-
lərimi düşünsən yaxşı olar. ” 
“Buyur, Lamiyə, səni dinləyirəm”.
“Dünən  nə  üstündə  dalaşmışdız  bilmirəm,  amma,  sən 
getdikdən sonra, Banu heç yaxşı deyildi. Bəlkə də yanında 


158
mən olmasam, oturub uşaq kimi ağlayardı. O qız, sənin dü-
şündüyün kimi, sənə qarşı boş deyil.” 
“Dünən,  mənə  sevdiyi  bir  adam  olduğunu  etiraf  etdi. 
Yəni sənin anlayacağın, özünü boş yerə yorma. Banu başqa 
birinə aşiqdir.” 
“Hardasan sən? Vaxtın varsa, görüşüb, üz-üzə danışaq.” 
“Səhər Günay zəng eləmişdi. Mənimlə vacib bir məsələ 
barədə danışmaq istədiyini dedi. İndi də, onunla görüşməyə 
gedirəm. Sənin üçün də uyğun olsa, axşama doğru görüşə 
bilərik.” 
“Elə isə, işini bitirdikdən sonra bizə gələrsən. Son ola-
raq  bunu  da  deyim  ki,  az  əvvəl  dediklərimdən  əminəm 
mən. unutma ki, mən bir psixoloqam. Bu mənim işimdi. 
O qız sənə qarşı boş deyil, Raul. amma, səndən niyə qaçır, 
nəyə görə səni özündən uzaqlaşdırmağa çalışır, bax, bunu 
bilmirəm. Günayla görüşmüşkən, onun ağzını yoxla. Bu su-
alın cavabını yalnız onda tapa bilərsən.” 
“Yaxşı, Lamiyə. Bu gün şansımı son dəfə yoxlayaram”. 
Telefonla danışa-danışa, görüş yerinə gəlib çatmışam ar-
tıq. Lamiyəylə sağollaşıb, kafeyə daxil oluram. Təxminən, 
on  dəqiqə  gecikmişəm  görüşə.  Görünür,  Günay  məndən 
xeyli  qabaq  gəlib.  Masada  tək  başına  oturub,  çay  içir. 
Yaman bikef görsənir həm də. 
“Salam, Günay. Gecikdiyim üçün üzr istəyirəm.” 
Günayın üzündə kiçik bir təbəssüm yarandı. “Xoş gəldin, 
Raul. Mən də yeni gəlmişəm, narahat olma. Buyur, əyləş.” 
Günayın qarşısına keçib, oturdum. Ofisiant qız, üzündə 
səmimi bir təbəssümlə masaya yaxınlaşdı. 
“İstədiyiniz bir şey var, cənab?” 


159
“Sadə qəhvə, zəhmət olmasa.” 
Ofisiant başı ilə “yaxşı” deyib, masadan ayrıldı. 
“Buyur  Günay,  səni  dinləyirəm.  Telefonda  vacib  bir 
məsələ barədə danışmalıyıq demişdin.” 
Öhö.  Günay  öskürdü.  Soyumuş  çayından  bir  qurtum 
aldı. “Bunu sənə deməyim nə dərəcə düzgündü, bilmirəm. 
Bəlkə  də,  Banu  öyrəndiyində,  məni  heç  vaxt  bağışlama-
yacaq. amma,  bunları  bilmək  sənin  də  haqqındı.  Bunları 
bilməli və qərarını buna görə verməlisən.”
Bir az sonra nə eşidəcəyim barədə heç bir fikrim yoxdu. 
amma,  bu  cümlələrin  sonu,  heç  də  yaxşı  yerə  getmir. 
Bundan əminəm. “Günay, xahiş edirəm, ürəyimi partlatma-
dan, nə deyəcəksənsə de artıq.” 
“Dünən Banu ilə dalaşmısız, deyəsən. Bildiyim qədəri 
ilə bitirmisiz dostluğunuzu.”
“Hə, bitirdik. nəhayət ki, aylar sonra, sevgimi görməzdən 
gəlməyinin səbəbini etiraf etdi. Sevdiyi bir adam var imiş.” 
“Bəs sevdiyi adamın kim olduğunu sənə dedi?” 
“Kim olduğunun nə fərqi var ki? Hansısa bəxtəvərin bi-
ridir də. Əsas odur ki, heç deyilsə, Banunu sevən bir adam 
olsun.”
Günayın üzündə təbəssüm ilə hüzn qarışığı bir ifadə ya-
randı.  “O  bəxtəvər,  elə  sən  özünsən,  Raul.  Banunun  aşiq 
olduğu adam sənsən.” 
“necə yəni? nə danışdığının fərqindəsən sən?”
“Fərqindəyəm,  Raul.  Sənə  hər  şeyi  başa  salacam  indi. 
Banu  hələ  uşaq  ikən,  atası  onları  tərk  etmişdi.  O  gündən 
sonra, Banu, anası Gülşən xala və məndən başqa heç kimə 
güvənməyərək  yaşadı.  Əsas  da  kişilərə.  Bilirsən  necədir, 


160
Raul, qız uşaqlarının ilk qəhrəmanı, ataları olur hər zaman. 
Güvən  duyğusundan,  kişilər  haqqındakı  düşüncələrinə 
qədər, hər cürə təcrübəni, ilk olaraq atalarından öyrənirlər. 
atalar, qız uşaqlarının qadın olma müddətindəki ən önəmli 
kişi obrazıdır. Banunun həyatındakı bu obraz isə, təəssüf ki, 
mənfi bir obraz idi. Banu da haqlı olaraq, atam belə məni 
sevməyib, tərk edibsə, özgəsi də günün birində tərk edər, 
deyə düşünüb hər zaman. Bütün bunlara baxmayaraq, o heç 
vaxt sənin sevgini görməzdən gəlmədi. Tam tərsinə, sənin 
ona olan sevgindən, bir an belə şübhə etmədi. Banu ilk dəfə 
aşiq oldu, Raul. Və aşiq olduğu, o adam, səndən qeyrisi de-
yil.” 
Günay danışıb qurtarana qədər, sözünü kəsmədim. Eşit-
diklərim, şok etmişdi məni. Banunun yaşadıqlarınamı üzü-
lüm, yoxsa məni sevdiyinəmi sevinim, bilmədim. 
“Yaxşı bəs, o da məni sevirsə, nəyə görə hələ də məndən 
qaçır?” 
“Əsas məsələ də elə budu. Banunun ağır xəstəliyi var.” 
“nə xəstəliyi? nə danışırsan sən?!” 
Günay dərin bir köks ötürüb, başını aşağı saldı.
“Günay, üzümə bax. Cavab ver mənə. nə xəstəliyi var 
Banunun?” 
“Banu leykoz xəstəsidir. Loru dildə desək, qan xərçəngi. 
Yəni ağ qan qırmızı qanı yeyir. Səndən qaçmasının səbəbi 
də  elə  budur.  Günün  birində  dünyasını  dəyişdikdə,  sən 
üzülməyəsən deyə, özündən uzaq tutmağa çalışdı səni hər 
zaman.” 
Dünyam  başıma  yıxıldı  sanki.  Oturduğum  yerdə,  göz-
lərim qaralmağa başladı. Qulaqlarıma əcaib bir cingildəmə 


161
gəldi. Gözlərimi möhkəmcə sıxıb, toxtamağa çalışdım. Bir 
neçə saniyə içində, dünya bütün gözəlliyini gözümdə qaib 
etdi. İlahi, bu nə imtahandır edirsən belə? Sənə yalvarıram, 
mənə  ikinci  bir  acını  yaşatma.  Buna  dayanacaq  gücüm 
yoxdur...
***
Hansı  ara  yatıb  qalmışam,  heç  yadımda  da  deyil. 
Başımda çox şiddətli ağrılar var. Dilim, ağzım palçıq kimi 
olub.  Doğrulub,  yataqda  otururam.  Çəkməcənin  üstündə 
duran, şərab butulkasına uzadıram əlimi. Onun da dibində 
bir  qurtumluq  şərab  qalıb.  Şüşəni  başıma  çəkib,  içirəm. 
Ən  azından,  bir  az  dilim-dodağım  islansın.  Çəkməcədən 
yerə düşmüş siqaret paketini, yataqdan qalxmadan, uzana-
raq götürməyə çalışıram. Ən nifrət etdiyim şeylərdən biri 
də budur. Sən yataqdan qalxmaq istəməzsən, amma, sənə 
lazım  olan  əşya,  əlinin  çatmayacağı  qədər  uzağında  olar. 
Deyinə-deyinə  qalxıb,  götürürəm  yerdən.  Son  iki  siqa-
ret  qalıb  paketdə.  Birini  çıxarıb,  dodaqlarıma  qoyuram. 
ard-arda iki tüstü çəkib, otağın tavanına doğru üfürürəm. 
Görəsən, Banu nə edir indi? Günlərdir bir an belə ağlım-
dan çıxmır. Yuxularım belə, ondan ibarətdir, demək olar ki. 
Lənətə gələsi bu xəstəlik, dünyada bu qədər insan varkən, 
gəlib  Banunu  tapıb.  Həm  də  bu  qədər  yaşadıqlarımdan 
sonra, ikinci dəfə aşiq olmuşkən. nərgizdən sonra, günün 
birində  yenidən  aşiq  olacağıma  ehtimal  belə  verməzdim. 
Hələ üstəgəl, hissim də qarşılıqlıymış. necə bu qədər kor 
ola  bilirəm,  hələ  də  ağlım  almır.  Məni  bir  həvəs  olaraq 
görən qızı, illərlə sevirmiş sandım. Həqiqətən sevənin isə, 
sevgisini görə bilmədim. 


162
ayağa qalxıb, divanın üstünə atdığım gödəkcəmi əynimə 
geyinirəm. Dükana gedib siqaret və şərab almaq lazımdır. 
Qapının zəngi çalınır. Gələn hər kimdirsə, həm uzun-uzun 
zəngə basır, həm də yumruğu ilə qapını döyür. Zalımın ba-
lası elə bil ki dava eləməyə gəlib. Kim olduğunu görmək 
üçün, qapıya doğru gedirəm. Gələn Lamiyə imiş. Onu heç 
vaxt, bu qədər əsəbi görməmişdim. Öfkəylə üzümə baxıb, 
bir söz demədən, içəri keçir. 
“nə olub, Lamiyə? nəyə əsəbiləşmisən belə?” 
“Sənə  əsəbiləşmişəm!  İnsanlara  bunu  etməyə  haqqın 
yoxdur, Raul!” 
“nə etmişəm ki, mən?” 
“Üç  gündür  nə  zənglərə  cavab  verirsən,  nə  də  ailəni 
ziyarətə gedirsən. Hamı sənə görə narahatdır.” 
“Lamiyə,  tək  qalmaq  istəyirəm.  Xahiş  edirəm,  üstümə 
gəlmə.” 
Üzümü çevirib, qapıya doğru gedirəm təkrar. 
“Bəs indi hara gedirsən?” 
“Dükana.” 
Lamiyə  öfkəli  bir  şəkildə  qışqırdı.  “niyə?  Şərabın  bi-
tib?!  Əyyaşlar  kimi  səhər-axşam  içki  içməkdən  yorulma-
dın? Mənə izah et görüm, nəyə çalışırsan sən?” 
“Lamiyə, bəsdir. Bilmədiyin bəzi şeylər var.” 
“nədir o bilmədiklərim? Banunun xəstə olması? Yoxsa 
sənin günlərdir bu evdə əyyaş kimi yaşamağın?!”
“Sən hardan bilirsən Banunun xəstə olduğunu?” 
“anar  sağ  olsun.  Budapeştdə  qalsa  da,  burda  olub 
bitənləri məndən qabaq öyrənir.” 
“Bu  barədə  anarla  nə  vaxt  danışmışıq,  xatırlamıram 
belə.  Çox  güman  ki,  sərxoş  olduğum  bir  zamanda  olub. 


163
Bir az toparlandıqdan sonra, özüm hər şeyi danışacaqdım 
sənə.” 
“Məsələ  bunları  mənə  danışıb-danışmamağın  de-
yil.  Məsələ  sənin  davranışındı.  Banu  hələ  sağdı.  Sən  isə 
ölmədən məzara qoymusan qızı. Burda oturub, içki içmək 
yerinə, sevdiyinin yanına get. Sevginə sahib çıxmağa çalış. 
unutma, allahdan ümid kəsilməz...” 
***
ailə həyatı qurarkən, yaxşı və pis gündə, xəstəlikdə və 
sağlıqda,  daim  bərabər  olmağa  dair  söz  verilir.  Bu  sözün 
mənası  çox  böyükdür,  əslində.  Yaxşı  gündə  və  sağlıqda 
hər kəs bir-birinin yanında olar. Pis gündə, xəstəlikdə isə 
yalnız  həqiqətən  sevənlər  bir-birinin  yanında  ola  bilərlər. 
Sevdiyin  insan  istər  ölümcül  xəstə  olsun,  istər  əlil  olsun, 
istərsə  də  sonsuz.  Bunların  heç  biri  sənin  ona  qarşı  olan 
düşüncə  və  duyğularında  dəyişikliyə  səbəb  olmamalıdır. 
Tam  əksinə,  hər  zamankından  daha  çox  sevib,  daha  çox 
qayğı göstərməlisən ona. Əks təqdirdə sən onu yox, sadəcə 
özünü sevibsən, deməli... 
Lamiyənin  dedikləri  məni  elə  bil  yuxudan  oyatdı. 
Dediyi hər bir sözdə sonuna qədər haqlı idi. Hələ Banu sağ 
ikən,  özümü  evə  qapamış,  yas  saxlayırdım  sanki. adama 
deyərlər,  bir  dəqiqə  sonra  nə  olacağını  belə  bilməzkən, 
onun  ölümünü  görəcək  qədər  uzun  yaşayacağını  hardan 
bilirsən? Hələ də heç bir şey üçün gec deyil. Çətinliklə də 
olsa, Banunu görüşə gəlməyə razı saldım. Harda olsa, gəlib 
çatar indi. Ümid edirəm ki, bu gün, ikimiz üçün də gələcək 
gözəl günlərə yeni bir başlanğıc olacaq. Görüş yeri olaraq, 
İçərişəhəri seçmişik bu dəfə. 


164
Qız  qalasının  yanında  oturmuş,  Banunun  yolunu  göz-
ləyirəm. artıq, yavaş-yavaş gecə düşür. Öz füsunkar gözəl-
liyi ilə gecəni aydınladan ay, hər zamankından fərqli olaraq, 
susqun görsənir, nədənsə, gözümə. Bu gecə, ay belə nəfəsini 
tutub,  bizim  qovuşacağımız  anı  gözləyir  səbirsizliklə. Və 
budur,  Banu  hər  zamankı  ovsunlayıcı  gözəlliyi  və  şux 
əndamı ilə tam qarşımda peyda olur. Bir az irəlidən mənə 
doğru addımladığını görürəm. Paltosunu əyninə geyinmək 
yerinə, həmişəki kimi çiyinlərinə atıb yenə də. uzun saç-
larını  isə,  sanki,  sırf  küləyə  inad  olsun  deyə  açıq  qoyub. 
Üzünə düşən ay işığı, fərqli bir gözəllik qatır simasına. Mavi 
gözləri, gecənin qaranlığında belə, öz cazibəsini zərrə qədər 
də itirmir. Banu ilə ilk qarşılaşdığımız an gəldi gözlərimin 
önünə. Onu ilk gördüyümdə də əynində bu geyim var idi. 
Tək fərq, o gün dikdaban geyinmişdi ayaqlarına. 
“axşamın xeyir, Raul” 
“axşamın xeyir. Məni qırmayıb, gəldiyin üçün çox sağ 
ol.” 
Çöhrəsinə  xoş  bir  təbəssüm  yayıldı:  “Ümidvaram  ki, 
gəldiyimə peşman olmayacam. Eşq söhbətlərini yenidən...” 
“aha, eşq söhbətləri. Tam da bu söhbətləri etmək üçün 
çağırdım  səni  bura.  İndi  isə  Qız  qalasının  başına  çıxıb, 
hayqıraraq, səni sevdiyimi bütün Bakıya bildirəcəm.” 
Banu əsəblə qaşlarını çatdı. “Bu mövzu üstündə kifayət 
qədər dalaşmışıq, Raul. Bu gün yenidən dalaşmağa nə ha-
lım var, nədə ki, səbrim. Odur ki, qoy mən gedim, sonra sən 
istədiyin qədər hayqırarsan. Gecən xeyrə.”
Sözünü bitirib, getmək üçün üzünü döndüyü anda, qo-
lundan yapışıram. 


165
“Hər şeyi bilirəm, Banu. Xəstə olduğundan xəbərim var. 
Məni sevdiyini də bilirəm artıq.” 
Bir  neçə  saniyə  hərəkətsiz  durub,  yenidən  üzü  mənə 
döndü. Hər iki gözündən də yaş axmışdı. 
“Hardan bilirsən sən bunları? Günay deyib sənə?” 
“Hardan  öyrəndiyimin  nə  fərqi  var  ki?  Önəmli  olan, 
öyrənmiş olmağımdı. Elə deyil?” 
Banu məyus bir şəkildə, başını aşağı saldı. 
“Deməli,  öyrəndin  artıq.  Elə  isə,  bu  gündən  sonra  bir 
daha görüşməyək.” 
“Başa düşmədim. O niyə?” 
“Raul,  mən  qan  xərçəngiyəm.  Mənim  sağalmaq  şan-
sım  yoxdur.  Önümdə  sənə  həsr  edəcək  uzun  bir  həyatım 
da yoxdur. Biz səninlə heç vaxt bir ailə qura bilməyəcəyik. 
Sənin  xəyal  etdiyin  kimi  uşaqlarımız  da  olmayacaq  heç 
vaxt. Bax, elə buna görə də, mənim səni sevməyə haqqım 
yoxdur.” 
Banunu belə görüb, lap ürəyim paralandı. Həyatım bo-
yunca heç vaxt özümü bu qədər çarəsiz hiss etməmişdim. 
Soyuqdan qızarmış olan yanaqlarına əlimi uzadıb, axan göz 
yaşlarını silirəm. 
“Banu, başını qaldır və üzümə bax. Səni bir daha nə boy-
nu bükük, nə də gözüyaşlı görmək istəmirəm. Ölüm dediyin 
şey, hər birimiz üçün, qaçışı olmayan, sonuncu mənzildir. 
Hər canlı, şübhəsiz ki, ölümü bir gün dadacaq. amma, gü-
nün  birində  öləcəyik  deyə,  bu  günümüzü  yaşamamaq  da 
ağılsızlıq olar. Mən səni sevirəm. Geri qalan hər nə qədər 
ömrümüz varsa, onu səninlə bərabər keçirmək istəyirəm.” 


166
Başını qaldırıb, məlul-məlul üzümə baxdı. Elə bir köks 
ötürdü  ki,  göydəki  susqun  ay  belə,  bizə  baxıb  ah  çəkdi. 
Sanki, sevmək günahmış kimi, utana-utana “Mən də səni 
sevirəm, Raul”, dedi. nəhayət ki, Banunun ağzından bu sözü 
eşitdim. Bütün qəm-qüssəmi unutmağa kifayət etdi bu söz. 
Əlimi  uzadıb,  Banunun  əlindən  tuturam.  Barmaqlarımın 
arasındakı  boşluqları  onun  barmaqları  doldurur.  Tanrı  o 
boşluqları, şübhəsiz ki, səbəbsizcə yaratmayıb. 
“Elə isə, gəl mənimlə.” 
“Hara?” 
“Qız qalasına çıxıb, hayqıracağımı deyəndə, zarafat et-
diyimi düşünürdün bəyəm?” 
Banu güldü. “Sən tam bir dəlisən, Raul.” 
Qalaya  girib,  ensiz,  dar  pilləkənlərlə  yuxarıya  çıxdıq. 
Qalanın  başı  şüşə  sədlərlə  əhatələnib.  Hələ  üstəlik,  bir 
nəfər nəzarətçi də dayanıb, həm gələnləri salamlayır, həm 
də  insanlara  nəzarət  edir.  nə  də  olsa,  bura  intihar  üçün 
mükəmməl  məkandır.  Elə  təkcə  evində-eşiyində  hər  gün 
söz-söhbət  olanları,  məişət  problemlərindən  təngə  gələn 
kişiləri,  banklarla  borclu  qalan  yaşlıları,  sevgiləri  daşa 
dəymiş  gəncləri  düşünsək,  bura  nəzarətçi  qoymağın  çox 
yerində bir qərar olduğunu görərik. Mənzərəyə isə söz ola 
bilməz.  Bütün  Bakı  ayaqlarımızın  altındadır.  Gecə  vaxtı 
şəhərin gözəlliyi insanı valeh edir. Bu qədim, eyni zaman-
da müasir şəhərin bütün gözəlliyini sözlə ifadə eləmək çox 
çətindir. Hələ bir də bu gözəl mənzərəyə Banu əlavə olunub 
indi. Banunun əllərindən tutub, “Səni sevirəm” deyə, ava-
zım çıxdığı qədər hayqırıram. “Səni çox sevirəm, Banu!” 
“Mən də səni sevirəm, Raul.” “Ey, əzəmətli Qız qalası, sev-


167
gimizin şahidi ol! Ey Bakı, sən də şahid ol! Əsən külək və 
gecə,  sizlər  də  şahid  olun! Və  sən,  ey  susqun  ay,  sən  də 
şahidimiz ol!”
***
Bir kişinin, ən acınacaqlı olduğu vəziyyət, çarəsiz oldu-
ğunu  anlayıb  və  bunu,  özünün  də  qəbul  etdiyi  zamandır. 
Sözsüz ki, ilk başlarda, heç kim bunu qəbul etmək istəməz. 
Əlbət,  hər  şeyin  bir  çarəsi  vardır,  deyə  düşünər.  Qəbul 
etmək isə, çarəsizliyin sonuncu mərhələsidir. Bu mərhələyə 
çatdığında,  onun  üçün  hər  şey  bitmiş  deməkdir.  Hətta, 
oturub, uşaq kimi ağlayar bir kişi. Bəli, kişilər də ağlayar. 
Həm də için-için yox, içinə-içinə ağlayar. Qürur edib, öz 
çarəsizliyini bildirməz kimsəyə. 
Qadınlar zərif məxluqdur. Dırnağı belə qırılsa, oturub ağ-
laya bilərlər buna görə. amma, bir kişinin asan-asan axmaz 
göz yaşı. Əgər axırsa, demək ki, məhv olmuşdur dünyası. 
Sevdiyim qız ölümcül xəstədir. Mənimsə əlimdən, heç bir 
şey gəlmir. Bütün sevgililər evlənəcəyi günün xəyallarını 
qurarkən, biz görüşlərimizdə yalnız Banunun ölümünü da-
nışırıq. Ən son, gözlərimin içinə baxıb, “səni buraxıb da, 
necə öləcəm axı mən?” demişdi mənə. Çarəsizliyin nə ol-
duğunu o baxışlarda öyrəndim mən. Canımdan can getdi, 
amma, bir söz deyə bilmədim. Hər şey yaxşı olacaq, deyə 
bilmədim  sevdiyimə.  Banu  öldükdən  sonra,  nə  olacağı 
barədə heç bir fikrim yoxdur. Yəqin ki, intihar edərəm mən 
də.  Qorxuram  amma.  Çox  qorxuram  həm  də.  Ölməkdən 
yox, öldükdən sonra, digər tərəfdə onu tapa bilməməkdən 
qorxuram. Bir yandan da, Banu üzülməsin deyə, bütün bun-
ları, əlimdən gəldiyi qədər, ona hiss etdirməməyə çalışıram. 


168
artıq beş aydır ki, sevgiliyik. Heç şübhəsiz ki, həyatımın 
ən gözəl aylarını yaşayıram hal-hazırda. Bacardığımız qədər, 
çox vaxt keçirməyə çalışırıq birlikdə. Bir sözlə, bərabər ke-
çirtdiyimiz hər dəqiqəni, qənimət sayırıq özümüzə. Qalxıb, 
toparlanım gərək. Banu, harda olsa, gəlib çatar indi. Beş sa-
atdır yatdığıma baxmayaraq, oyandığımdan bəri, yataqdan 
qalxacaq taqəti tapa bilmirəm özümdə. Bəlkə də, çox yat-
maqdan, keyləşib artıq bədənim. Düz, günorta saat üçdən 
bəridir ki, yatmışam. Birtəhər, doğrulub qalxıram yataqdan. 
Əynimi dəyişib, evə əl gəzdirməyə başlayıram. Evdə tək ya-
şadığımdan, çox vaxt, dağınıq və səliqəsiz olur hər yer. Bir 
siqaret yandırıb, dodaqlarıma qoyuram. Banu gəlmədən, bir 
dənəsin çəkim gərək. O gəldikdən sonra, çəkə bilməyəcəm, 
çünki.  Siqaret  yarıya  çatar-çatmaz,  qapı  döyülür.  Cəld, 
əlimdəki siqareti masanın üzərindəki külqabıya atıb, qapını 
açmağa gedirəm. Banu bir əlində cips, digər əlində isə bir 
film CD-si ilə içəri girir. “Xoş gəldin, sevgilim.” 
“Təəssüf  ki,  heç  xoş  görmədim.  Üst-başından  yenə  o 
zəhrimarın iysi gəlir. Cəza olaraq, bu gün səni öpməyəcəm. 
Get üzərindəki o qoxunu təmizlə, mən də film üçün hazırlıq 
görüm o vaxta kimi.” 
“nə filmdir ki, o elə?” 
Banunun üzündə qırıq bir gülümsəmə yarandı. 
“Türk  filmidir.  Eynilə  bizim  həyatımıza  bənzəyir.  Baş 
roldakı qız, ölümcül xəstədir. Sevdiyi adam isə, sənin kimi 
yazıçıdır.” 
“Filmin adı nədir?” 
“İncir Reçeli.” 
“Hm, elə isə, sən hazırlığını gör. Mən də əmrinizi yerinə 
yetirib, iki dəqiqə sonra yanınızda olacam, sultanım.” 


169
Banu  gülümsündü.  “Zəhmət  olmasa,  yubanmayın 
cənab.” – Bir-birimizə baxıb, güldük. Yataq otağıma keçib, 
qarderobdan yeni bir köynək seçirəm. Əynimi dəyişdikdən 
sonra, siqaretin iyini ört-basdır etmək üçün, bir az da ətir 
vururam üstümə. Son olaraq hamama keçib, əlimdəki qoxu-
nu aparmaq üçün, sabunla yuyuram əllərimi. 
Banu  içəridən  səslənir.  “Raul,  hər  şey  hazırdır.  Səni 
gözləyirəm. İşini bitirmədin hələ?” 
Cavab  vermədən,  əllərimi  qurulayıb,  içəri  dönürəm. 
Banunun  yanında  oturub,  ayaqlarımı  uzadıram.  Qolumu 
boynuna dolayıb, yüngülcə özümə sıxıram. Eyni zamanda, 
başından  öpüb,  qoxusunu  dərindən  ciyərlərimə  çəkirəm. 
“Filmə baxaq? Yoxsa, hələ qoxulayacaqsan?” – deyə güldü 
Banu. 
“Qoxulaya-qoxulaya baxacam. Sən başlat filmi.” 
Film başlayan kimi, ikimiz də susduq. Banu bu filmi bizim 
həyatımıza bənzətdiyindən, ilk dəqiqələrindən etibarən, çox 
diqqətlə izləməyə başladım. İlk başlarda, Banunun yanıldı-
ğını, bizim həyatımıza qətiyyən bənzəmədiyini düşünsəm 
də,  filmin  irəliləyən  dəqiqələrində  ona  haqq  verdim. Tək 
fərq, filmdəki qız, QİÇS xəstəsidir. Onun xaricində, demək 
olar ki, eynilə bizim həyatımızdan bəhs edir bu film. Final 
səhnəsində, cütlük bərabər oturduğu vaxt, qız başını sevdi-
yinin çiyninə qoyaraq, dünyasını dəyişir. Tam bu səhnədə, 
Banunun  başı  da  mənim  çiynimdədir.  Keçirtdiyim  hissin 
kəlmələrlə ifadəsi yoxdur. Ölüb-ölüb, dirildim rəsmən. Göz 
yaşlarıma hakim ola bilmirəm. Banuya möhkəmcə sarılıb, 
hıçqıra-hıçqıra ağlamağa başlayıram. Mən ağladıqca, Banu 
da əli ilə saçıma sığal çəkir. “Sənə, ağlama, deməyəcəm, 


170
Raul.  ağla.  Qara  taleyimizə  ağla.  Heç  gəlməyəcək  olan 
günlərimizə,  doğulmayacaq  uşaqlarımıza  ağla.  İstədiyin 
qədər ağlaya bilərsən. amma, bir şərtim var. Bundan sonra, 
yalnız mənim yanımda ağlayacaqsan. Sağlığımda ağlaya-
caqsan bu qara taleyimizə. Mən öldükdən sonra, gözündən 
bir damla da olsa, yaş axmayacaq. Həyatına qaldığın yerdən 
davam edəcəksən.” 
“Banu, sənə yalvarıram, belə danışma.” 
“Mənə söz ver, Raul.” 
“Xahiş edirəm, məndən belə bir şey istəmə.” 
“Söz ver!... Söz ver ki, qoy, ürəyim rahat olsun.” 
“Bilirsən  ki,  sənin  o  ürəyinə,  lap  canım  da  qurbandır. 
Söz, sevdiyim, söz.”
***
Güvən duyğusunu bir dəfə itirdinmi, ondan sonrası daima 
şübhədir. İnsan bir dəfə aldadıldıqdan sonra, gerçəklərdən 
belə şübhə etməyə başlayar. Həyatına girən hər kəsə şübhə 
ilə  yanaşar  və  əsla,  tam  şəkildə  güvənə  bilməz.  nə  fır-
tınalara sinə gərmiş sevgilər vardır ki, bir şübhə uğuruna 
məhv  olub  çox  zaman.  Boş  yerə  deməyiblər,  ağacı  qurd, 
insanı  isə  şübhə  öldürər.  Şübhə,  eynilə,  qızdırmalı  uşağa 
bənzəyər. nə yatar, nə də yatmağa qoyar. Yatdığında isə ka-
buslar gördürər. Girdiyi qəlbi elə zəhərləyər ki, o qəlbdə nə 
dinclik qalar, nə də ki sevgi. Bundan birdəfəlik qurtulmağın 
tək  yolu  isə,  şübhə  ilə  yaşamaq  yerinə,  şübhənin  üzərinə 
getməkdir. Banuya hər nə qədər güvənsəm belə, güvən duy-
ğusu dərindən sarsılmış bir insanam mən. Ömrümün on altı 
ilini, onu sevməyə həsr etdiyim qız və özümə qardaş bildi-
yim insan tərəfindən, xəyanətə uğramış biriyəm nə də olsa. 


171
İtirilmiş duyğularım Banu ilə yenidən bərpa olmağa başlasa 
da, hər daim şübhənin bir addım yaxınlığındayam. Banuyla 
artıq bir ilə yaxındır ki, sevgiliyik. Buna baxmayaraq, hələ 
də məndən bir şeylər gizlətdiyinə dair şübhələrim var. Bu 
şübhələrimin səbəbi isə, son günlərdə, Banunun telefonuna 
gələn  müəmmalı  zənglərdir.  Son  bir  neçə  gündə,  bərabər 
olduğumuz zamanlarda telefonuna zənglər gəldi. Banu isə, 
bu  zənglərin  heç  birini  cavablandırmadı.  Səbəbini  soruş-
duğumda isə, “Əşi, tanımadığım nömrədir, sonra baxaram 
kim olduğuna, söhbətimiz bölünməsin.”
Və  s.  kimi  bəhanələrlə  keçişdirdi  məni.  Banuya  hiss 
etdirməməyə  çalışsam  da,  şübhələnməyə  başladım  artıq. 
Bəlkə, həqiqətən də, dediyi kimidir. amma, bundan əmin 
olmadığım müddətcə, heç cürə rahatlıq tapa bilməyəcəm. 
Ən  qısa  zamanda,  Banuya  bildirmədən,  həll  etməliyəm 
bu  işi.  Əgər  dedikləri  doğrudursa,  ondan  şübhə  etdiyi-
mi  öyrəndiyində,  bu  dəfə  də,  mən  onun  güvənini  sarsıda 
bilərəm.  Bu  gün,  bir  şeylər  öyrənmək  ümidi  ilə,  evdən 
çıxdığı  andan  bəri,  onu  izləyirəm.  Bu  hərəkəti  etdiyimə 
görə hər nə qədər özümdən utansam da, içimdəki şübhəni 
öldürmək üçün, buna məcburam. Əks təqdirdə, ikimiz üçün 
də, heç yaxşı olmayacaq. Telefonum zəng çalır. Zəng vuran 
anardı. “Salam, qardaşım. necəsən?”
“Salam, anar. Yaxşı deyək, yaxşı olaq. Sən necəsən?” 
“Əlayam, Raul. Sənə iki yaxşı xəbərim var.” 
Səs tonundan çox həyəcanlı olduğu açıq sezilir. 
“Bu  aralar,  yaxşı  xəbər  eşitməyə  çox  ehtiyacım  var. 
İkisinin  də  yaxşı  olduğuna  görə,  hansından  istəyirsənsə, 
buyur başla.” 


172
“Birinci  xəbərim,  bir-iki  həftəyə  azərbaycana  qayıdı-
ram. Həm də bir daha geri dönməmək üzərə.” 
“Bax, buna sevindim. Yanımda olmağına ehtiyacım var 
idi. İkinci xəbərin nədir bəs?” 
“İkinci  xəbər  isə,  gələn  ay  dayımın  Bakıda  yeni  me-
marlıq şirkəti açılacaq. Şirkətin baş memarı isə mən ola-
cam. Səni də memar olaraq işə düzəldəcəm. Bundan sonra, 
əvvəlki kimi daim bir yerdə olacayıq.” 
“Bu ki lap əla xəbərdir. Xeyirli olsun, qardaşım. Həm 
dayın üçün, həm də bizim üçün. Dərdlərim azmış kimi, bir 
yandan da işsizlik canımı çox sıxırdı. Bu xəbər, az da olsa 
içimi rahatlatdı.” 
“Hər  şey  yaxşı  olacaq,  Raul.  Sən  canını  sıxma.  Ora 
gəldiyimdə, ətraflı şəkildə danışarıq. İndi sağollaşmalıyam, 
təəssüf ki. Görüləsi işlərim var bir az. Özünə yaxşı bax.”
“Yaxşı, anar. İşində ol. Hələlik.”
aldığım xəbərlər, üzümdə az da olsa təbəssüm yaratdı. 
Həm ən yaxın dostumun yanımda olmasına, həm də işləyib, 
pul  qazanmağa  ehtiyacım  var  idi.  ayrıca,  nərgizə  görə 
vaz  keçdiyim  memarlıq  karyerama  yenidən  qovuşacağım 
üçün, çox sevindim. Telefonla danışa-danışa, bir yandan da 
Banunu izləyərək, xeyli yol qət etmişəm. Banunun, içində 
olduğu  taksi,  hər  zaman  görüşdüyümüz  kafenin  önünə 
gəlib  dayandı.  Banu  maşından  düşüb,  kafeyə  daxil  oldu. 
Kiminlə görüşdüyünü görmək üçün, arxasınca gedib, kafe-
nin girişində dayanıram. Qapının şüşəsindən boylanıb, içəri 
baxıram.  Masalardan  birində  tək  oturub  kimisə  gözləyir. 
Çox  güman,  Günayla  görüşəcək. arxadan  bir  əl  çiynimə 
toxunur. 


173
“ay kişi, yol ver, keçək də. nə tutmusan qapının ağzı-
nı?” 
Üzünü  görmək  üçün,  çevrilib,  arxama  baxdığımda, 
gülərüz bir adamla qarşılaşıram. adamın, səs tonu və danı-
şıq tərzi ilə ziddiyyət yaradan, qəribə bir siması var. İçimdən 
“Lənət sənə, kor şeytan” deyib, bir söz demədən, çəkilib yol 
verirəm. adam içəri girib, ətrafa bir az göz gəzdirdikdən 
sonra Banunun yanına gedir. Banuyla salamlaşıb qarşısında 
oturur. Gördüklərimdən heç nə başa düşmürəm. Bu nə işdir 
belə? Kimdir axı bu adam? Ən yaxşısı, içəri girib, bunu o 
adamın özündən soruşmaqdı. Onsuz da bir az əvvəl, özü-
mü zorla saxlamışdım, dava olmasın deyə. Ya da... yox, vaz 
keçdim. Birinci gərək, Banuya zəng vurum. Görüşdüyü ada-
mın kim olduğunu, elə onun özündən soruşum. Cibimdən 
telefonumu çıxarıb, zəng vururam. “Salam, Banu.” 
“Salam, Raul. Üzrlü say, bir az işim var. Mən sənə yarım 
saat sonra zəng vursam, olar?”
Səsi çox tədirgin gəlir telefonda. 
“Hardasan ki, sən? nəsə problem var?” 
Üç-dörd saniyəliyə susdu. udqunmasının səsini, telefon-
dan rahatlıqla eşitdim. 
“Yox, Raul. Heç bir problem yoxdur. Günayla bir yer-
dəyik. Bir az işimiz var sadəcə.” 
“Bax, elə mən də, bu cavabı verməyindən qorxurdum...” 
“necə yəni? Başa düşmədim, Raul... alo?”
Telefonu cibimə qoyub, əsəbi bir şəkildə kafeyə girirəm. 
Öfkəylə, oturduqları masaya doğru gedirəm. Banu məni gö-
rüb, tez ayağa qalxır. Məni gördüyünə həm təəccüblənmiş, 
həm  də  ki,  qorxmuşdu.  “Raul,  sənin  nə  işin  var  burda?” 


174
Qəzəbdən  partlamaq  üzərə  olan  gözlərimlə  Banuya  elə 
baxdım ki, zəhmimdən dili tutuldu sanki. Əlimlə yanındakı 
adamı işarə edib, soruşuram. “Günay budur?!” 
Banu şokdaymış kimi, dinmədən, sadəcə üzümə baxır. 
Bir az daha öfkələnib, qışqırıram bu dəfə. “Səninləyəm ey 
mən!  Bu  adam  Günaydır?!” adam  oturduğu  stulu  bir  az 
arxaya çəkib, sanki çiyinlərində ağır bir yük var imiş kimi, 
çətinliklə ayağa qalxdı. 
“ay qardaş, sən kimsən? nə səsini başına atmısan?” 
Üzümü adama çevirib, qan çanağına dönmüş gözlərim 
ilə qəzəblə baxdım. Əlimin tərsi ilə elə bir şillə vurdum ki, 
arxasındakı stula ilişib, yerə yıxıldı. Banu qorxu dolu baxış-
larla üzümə baxdı. Kəkələyə-kəkələyə danışmağa başladı. 
“Raul, nə edirsən sən?” 
“Əsas, sən nə edirsən? Mən sənə güvənmişdim, Banu. 
Yaşadığım o qədər şeyə baxmayaraq, mən sənə güvəndim. 
Səni hər kəsdən fərqli zənn etdim. Banu digər qızlar kimi 
deyil, dedim özümə. Banu başqadır, dedim mən. Ya sən? 
Sən nə etdin bəs?” 
“Raul...” 
“Kəs  səsini,  Banu.  Tək  kəlmə  belə  eşitmək  istəmirəm 
daha.” 
Kafenin administratoru yanıma gəlib, qolumdan yapışır: 
“Zəhmət olmasa, kafeni tərk edin. Yoxsa, polis çağırmalı 
olacam.”
Üzümü yenidən Banuya çevirib, son bir dəfə, sevdiyim 
mavi gözlərinə öfkə ilə baxıram. “Bundan sonra, bir daha 
qarşıma çıxma. nə ölümə, nə ölünə!” 


175
***

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin