[57]
M a d d
ə 1 2 2 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər
Az
ərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının
r
əhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç
bir sahibkarlıq, kommersiya v
ə digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və
yaradıcılıq f
əaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
M a d d
ə 1 2 3 . Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı
I. S
əlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.
II. Az
ərbaycan Respublikasının Baş naziri, cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət
m
əsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz,
axtarı
şa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
III. Az
ərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan
bu bar
ədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
IV. Az
ərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun
t
əqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
M a d d
ə 1 2 4 . Yerlərdə icra hakimiyyəti
I. Yerl
ərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
II.
İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
III. Yerli icra hakimiyy
ətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
V I I f
ə s i l
Dostları ilə paylaş: |