I. Az
ərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II. Az
ərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Az
ərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.
M a d d
ə 1 4 8 . Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar
I. Qanunvericilik sistemi a
şağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla q
əbul edilmiş aktlar;
3) qanunlar;
4) f
ərmanlar;
5) Az
ərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) m
ərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
II. Az
ərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik
sisteminin ayrılmaz t
ərkib hissəsidir.
III. Naxçıvan Muxtar Respublikasında h
əm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları,
Naxçıvan Muxtar Respublikası Nazirl
ər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.
IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Az
ərbaycan Respublikasının qanunvericilik sisteminə
uy
ğun olmalıdır.
V. Öz s
əlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd
g
əlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
M a d d
ə 1 4 9 . Normativ hüquqi aktlar
I. Normativ hüquqi aktlar hüquqa v
ə haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.
II. Referendumla q
əbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra
v
ə məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız d
ərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar,
qanunvericilik, icra v
ə məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
IV. Az
ərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
zidd olmamalıdır. Yalnız d
ərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi
şəxslər üçün məcburidir.
V. Az
ərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına
v
ə Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
q
ərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi
şəxslər üçün məcburidir.
VI. M
ərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,
Az
ərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd
olmamalıdır.
VII. Fiziki v
ə hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya
yüngüll
əşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil
edilmir.
VIII. Normativ hüquqi aktlar d
ərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət
olunmasına) m
əcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb
edil
ə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.
Dostları ilə paylaş: