Suyun hal diaqramı
Birkomponentli sistemlərdən suyun hal diaqramına baxaq.
Birkomponentli sistemlər ücün sistemin sərbəstlik dərəcəsi S=K-f+2-1-f+2=3-f
olur . Nəzərdə tutulur ki, sistemə iki xarici amil ( temperatur və təzyiq) təsir
göstərir. Sərbəstlik dərəcəsinin ən kicik qiyməti s=0 olduğundan f=3 olur. Yəni ,
birkomponentli sistemlərdə maksimum 3 faza tarazlıqda ola bilər.Digər tərəfdən
sistemdə fazaların minimal sayı f=1 olduğundan, onda
S
max
=3-1=2 olur. Baçqa
sözlə , sistemdə fazaların sayını dəyişmədən yalnız 2 parametr sərbəst dəyişə bilər
. Sistemdə fazaların tarazlığının təzyiq və temperaturdan asılığını müəyyən edən
qrafiklərə hal diaqramları deyilir.Səkildə suyun hal diaqramı verilməsidir.Əyrilər
hal diaqramını 3 faza sahəsinə bölür. KQC sahəsində sistem bərk haldadır. BOC
sahəsində sistem bərk haldadır.Birfazalı sahələrdə s=1-1+2=2 olduğundan ,
sistemdə fazaların sayını dəyişmədən həm təzyiq, həm də temperaturun
qiymətlərini müəyyən həddə qədər dəyişdirmək olar . Hal diaqramında əyri xətlər
iki fazalı tarazlıqları xarakterizə edir.OK maye
buxar tarazlığını xarakterizə edir
. OK maye
buxar tarazlığını xarakterizə edir və buxarlanma əyrisi adlanır. Bu
əyrini analitik olaraq
𝑑𝑝
𝑑𝑇
=
∆𝐻
ə𝑟
𝑇(𝑉
𝑚𝑎𝑦𝑒−𝑉
𝑏ə𝑟𝑘)
Tənliyi ilə ifadə etmək olar. OB əyrisi bərk
maye tarazlığını xarakterizə edir,
ərimə əyrisi adlanır və
𝑑𝑝
𝑑𝑇
=
∆𝐻
𝑠𝑢𝑏
𝑇(𝑉
𝑚𝑎𝑦𝑒−
𝑉
𝑏ə𝑟𝑘)
Şəkildən döründüyü kimi 1 atmosferdə (760mm c.st ) buzu qızdırsaq buz əvvəlcə
əriyib maye hala keçəcəkdir. Buzun sublimasiya etməsi ücün xarici təzyiq üçlü
nöqtənin təzyiqindən kiçik olmalıdır.
Təzyiq-temperatur asılılığında verilmiş diaqrama əsasən-fazalar və onlar
arasındakı tarazlığın hansı şəraitdə pozulub və ya dəyişməz qaldığını müəyyən
etmək olar.
Diaqram 3 faza (buz+su+buxar)
sahəsində məhdudlaşan OA,OB və OC
əyrilərindən ibarətdir.
Burada OA əyrisi buzla+buxar, OB
buzla + su su və OC isə ilə buxar fazaları
arasındakı tarazlığı xarakterizə edir. Bu əyrilərin hər biri ayrı-ayrılıqda 2 fazalı
sistemi təşkil edir. Yəni burada Ф=2 və K=1 olduğundan, bunun sərbəstlik
dərəcəsi C=1 olub, monovariant sistemi əmələ gətirir.
Diaqramda OC əyrisi üzrə su ilə buxar arasında – tarazlıq yaranan zaman
buxarlanma sürəti kondensləşmə sürətinə bərabər olur
və qaz fazasındakı buxar doymuş buxar adlanır. OC əyrisi böhran temperaturuna
uyğun gələn nöqtədə (t
b
0
= 374
0
C – böhran temperaturu) tamamlanır. Böhran
temperaturundan yuxarı temperaturda maye faza tamamilə qaz fazaya keçir. Bu
halda su buxarı özünü qaz halı kimi aparır və bu heç bir təzyiqdə mayeləşmir.
OB əyrisi - buzun ərimə temperaturunun təzyiqdən asılılığını göstərir. Bu
buzun ərimə əyrisi və ya suyun kristallaşma əyrisi adlanır.
Dostları ilə paylaş: |