Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Elektrokimyanın predmeti .Kimyəvi və elektokimyəvi proseslər



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə17/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   62
Fiziki-və-kolloid-kimya-2

Elektrokimyanın predmeti .Kimyəvi və elektokimyəvi proseslər

 

 



Elektrokimya–kimyəvi enerjinin elektrik enerjisinə və elektrik enerjisinin 

kimyəvi enerjiyə çevrilməsindən bəhs edən elmdir. Kimyəvi reaksiyalar adətən 

istilik effekti ilə xarakterizə olunur, daha doğrusu, istilik udulması və yaxud 

istilik ayrılması ilə müşayiət olunur. Bunlarla yanaşı elə reaksiyalar da 

mövcuddur ki, onları aparmaq üçün kənardan ona elektrik enerjisi verilir və 

yaxud əksinə, həmin reaksiyaların hesabına elektrik enerjisi alınır. Bu tip 

reaksiyalar elektrokimyəvi reaksiyalar adlanır.  

Elektrokimyəvi reaksiyalara aydınlıq gətirmək üçün onları kimyəvi 

reaksiyalardan fərqləndirən əsas cəhətləri müəyyən etmək lazımdır. 

Aydınlaşdırmaq lazımdır ki, nə üçün reaksiyalar birinci halda istili effekti ilə, 

ikinci halda isə elektrik enerjisi ilə xarakterizə olunur. Bu məqsədlə aşağıdakı 

reaksiyanı nəzərdən keçirək:  

Fe

3+

 + Cu



+

 = Fe


2+

 + Cu


2+

               (A) 

Əgər həmin reaksiyanı kimyəvi proses kimi aparmaq lazımdırsa, onda həmin 

reagentlər eyni qabda yerləşdirilir və effektiv qarışdırılır. Reagentlər toqquşduqda 

məsafədən elektron mübadiləsi baş verir ki, bu da oksidləşmə-reduksiya 

reaksiyası kimi xarakterizə olunur. Kimyəvi reaksiya zamanı Fe

3+

 ionları 



oksidləşdirici, Cu

+

 ionları isə reduksiya edici rolunu oynayır.  



Analoji qaydada hidrogen və oksigen əsasında suyun əmələ gəlməsində də 

eyni proseslər baş verir:  

2H

2

 + O



2

 = 2H


2

O                         (B) 

Burada oksigen atomları reduksiya olunur (elektronları qəbul edir), hidrogen 

atomları isə oksidləşir (elektronları verir). Göstərilən misallarda reaksiyanın əsas 

şərti reaksiyaya girən reagentlərin toqquşması onların fiziki əsası isə elektronların 

reduksiya edicidən oksidləşdiriciyə yaxın məsafədən keçməsidir. Yalnız 

reagentlərin toxunması anında onlar arasında elektronların mübadiləsi üçün şərait 

yaranır, şübhəsiz ki, reagentlər arasında elektronların ötürülməsinin əsas səbəbi 

isə onların aktivlik enerjilərinin nisbətindən asılıdır. Odur ki, kimyəvi reaksiyanın 

baş verməsinin funksiyası aktivlik enerjisi hesab olunur. Bu səbəbdən də kimyəvi 

reaksiyaların xarakterik xüsusiyyətləri istilik effekti ilə izah edilir.  

Eyni zamanda (A) və (B) reaksiyalarını elektrokimyəvi yolla da aparmaq 

mümkündür. Bu məqsədlə oksidləşdirici və reduksiya edici reagentlər ayrılıqda 

qablarda yerləşdirilir. Elektronlar isə onlar arasında naqillər vasitəsilə ötürülür. 

Burada elektrod materialı kimi platindən hazırlanmış lövhələr istifadə edilir, 

şəkildə göründüyü kimi, elektroddan biri Cu

+

 olan məhlulda, digəri isə Fe



3+

 

ionları olan məhlulda yerləşdirilir. Dövrə qapanarkən Cu



+

 elektronlarını itirir:  

Cu

+

 + Pt 



 Cu


2+

 + e


-

 (Pt) 


  


Elektronların reaksiya iştirakçısından aldığına görə həmin elektrod anod 

adlanır. Elektronlar xarici dövrə boyunca digər elektroda keçdiyinə görə 

ampermetr cərəyan göstərir. İkinci elektrodda izafi elektron əmələ gəldiyinə görə 

onu asanlıqla Fe

3+

 ionlarına ötürür. Bu proses katodda baş verir:  



Fe

3+

 + e



-

(Pt) 


 Fe


2+

 + Pt 


Beləliklə, katodda və anodda baş verən reaksiyaların cəmi (A) kimyəvi 

reaksiyası ilə eynidir. Ancaq, fərq ondadır ki, birinci halda kimyəvi reaksiyanın 

hesabına istilik enerjisi, ikinci halda isə naqillərdə elektrik cərəyanı əmələ gəldi. 

Eyni qayda üzrə (B) reaksiyasını da elektrokimyəvi üsulla aparmaq mümkündür. 

Bu məqsədlə, hər iki qabda sulfat turşusu məhlulu yerləşdirilir. Elektrodlardan 

birinin səthindən hidrogen qazı, digər platin elektrodunun səthindən isə oksigen 

qazı buraxdıqda paralel olaraq elektrodlar üzərində aşağıdakı reaksiyalar baş 

verir:  


Anodda H

2

 + 2H



2

O + Pt 


 2H


3

O

+



 + 2e

-

 (Pt) 



Katodda ½ O

2

 + 2H



3

O

+



 + 2e

-

 (Pt) 



 3H


2

O + Pt 


Göstərilən misallarda kimyəvi reaksiyanın hesabına elektrik enerjisi alınır. 

Elektrik enerjisinin hesabına kimyəvi reaksiyalara dair də çoxlu misallar 

göstərmək olar. Buna əyani misal olaraq akkumulyatorda gedən prosesləri 

göstərmək olar. Belə ki, müəyyən həcmdə, sulfat turşusu ilə doldurulmuş qabda – 

akkumulyatorda iki lövhə – elektrod yerləşdirilmişdir. Bu lövhələrdən biri 

qurğuşun, digəri isə qurğuşun 4-oksiddən ibarət olsa, bu zaman turşu ilə 

elektrodlar arasında aşağıdakı kimyəvi reaksiya gedər: 

Pb+PbO


2

+2H


2

SO

4



          2PbSO

4

+2H



2

Ayrılıqda qurğuşun elektrodu üzərində: 



Pb+SO

4

-2



          PbSO

4

+2e



-

 

Qurğuşun 4-oksid üzərində isə: 



PbO

2

+4H



+

+SO


4

-2

            PbSO



4

+2H


2

O – 2e


-

 

reaksiyaları gedir. 



Bu zaman dövrədə elektrod reaksiyalarında iştirak edən elektronların 

hesabına elektrik cərəyanı əmələ gəlir. Bu hadisə kimyəvi reaksiyanın elektrik 

enerjisinə çevrilməsi və ya akkumulyatorun boşalması adlanır. 

Beləliklə, qurğuşun akkumulyatorunda elektrik enerjisi qurğuşunun və 

qurğuşun 4-oksidin kimyəvi reaksiya nəticəsində sərf olub qurğuşun sulfata 

çevrilməsi nəticəsində əmələ gəlir. Nəhayət qurğuşun və qurğuşun 4-oksid 

tamamilə qurğuşun sulfata çevrildikdən sonra akkumlyator sönür. Akkumlyatoru 

doldurmaq üçün elektrodları daimi cərəyan mənbəyindən sabit cərəyan vermək 

lazımdır. Bu zaman elektrodlar üzərində yuxarıda göstərilən reaksiyaların əksinə 

proses baş verir: qurğuşun sulfat yenidən qurğuşuna və qurğuşun 4-oksidə 

çevrilir, daha doğrusu elektrik enerjisi kimyəvi reaksiyaya sərf olunur. Nəticədə 

akkumulyator dolur. 

Elektrik enerjisinin kimyəvi enerjiyə çevrilməsinə elektroliz deyilir. 

Elektrodlar üzərində elektronların məhlul və elektrod arasında bir-birinə 

keçməsi hadisəsinə elektrokimyəvi proses deyilir. Bu zaman bir-birindən fazaca 

ayrılmış elektrodlarda müxtəlif reaksiyalar gedir. 




Elektrokimyəvi prosesin getməsi üçün elektrodlardan 1-ci dərəcəli elektrik 

keçricilərindən başqa elektrodlar arasındakı boşluğu dolduran elektrolit məhlullar, 

2-ci dərəcəli elektrik keçiriciləri də lazımdır ki, bunlar hamısı birlikdə 

elektrokimyəvi sistemi təşkil edir. 

Kimyəvi və elektrik enerjilərinin qarşılıqlı çevrilmələri ancaq elektrokimyəvi 

sistemlərdə baş verə bilir və bu sistemin xüsusiyyətləri elektrokimya predmetinin 

məzmununu təşkil edir. 

 

 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin