Magistrantın müdafiə zamani çıxışının quruluşu üç
hissədən ibarətdir:
Birinci hissə dissertasiyanın giriş hissəsində olan
materiallardır ki, magistrant onu yığcam şəkildə komissiya
üzvlərinə danışır (Aktuallıq, elmi yenilik, praktik əhə-
miyyət, predmet, obyekt, metodlar, metodologiya, mənbə-
lər, aprobasiya və s.)
İkinci hissə dissertasiyanın fəsillərinin ardıcıllıqla
şərhi və izahıdır. Bu zaman hər fəsildə yerinə yetirilmiş
işlər və alınan nəticələr şərh olunur. Magistrant fikirlərini
əsaslandırmaq üçün plakatlardan, sxem və cədvəllərdən,
diaqramlardan texniki vasitələrdən istifadə edir.
74
Üçüncü hissə dissertasiyanın nəticələrinə həsr olu-
nur. Burada alınmış nəticələr, yekunlaşdırılmış fikirlər,
təkliflər, istifadə edilmiş əsas mənbələr komissiya üzvləri-
nə çatdırılır.
Bundan sonra rəylər oxunur, iradlar deyilir. Magist-
rant qeyd edilən iradlara öz münasibətini bildirə bilər və
ya onlarla razılaşa bilər.
Magistranta verilən suallara magistrant qısa, konkret
və əsaslandırılmış cavablar verməlidir. Magistrantın çıxışı
və cavabları aydın, səlis, dəqiq, inamlı və elmi dəlillərlə
əsaslandırılmalıdır. Magistrant fikirlərini əsaslandırmaq
üçün ilk mənbələrdən, klassiklərin fikirlərindən, öz
dissertasiyasından fakt və nümunələr, misallar gətirə bilər.
Magistrantın müdafiə zamanı geyimi, səliqəliliyi,
nitqi, hərəkət və davranışları da müdafiənin uğurla keçmə-
sinə, komissiya üzvlərində xoş təəssürat yaranmasına
səbəb ola bilir. Bütün bunlar magistr dissertasiyası mü-
dafiəsinin qiymətləndirilmə meyarlarına daxildir (Qiy-
mətləndirmə meyarlarının nümunəsi- Əlavə 7-də verilmiş-
dir).
Magistr dissertasiyasının müdafiəsi kollektiv qarşı-
sında yüksək tələbkarlıq, prinsipiallıq, diskussiya şəraitin-
də elmi, etik qaydalara əməl edilərək keçirilir. Magist-
rantın elmi rəhbəri və rəsmi rəyçi müdafiədə iştirak edə
bilər.
75
İxtisaslaşdırılmış Elmi Şuranın qapanış iclasında
sədr şura üzvləri ilə birlikdə sadə açıq səsvermə yolu ilə
magistrantın müdafiəsini qiymətləndirir. Sonra şuranın
sədri müdafiə iştirakçılarına magistrantın müdafiə qiy-
mətini elan edir.
Beləliklə Azərbaycan Respublikası Təhsil Nazirliyi-
nin təqdim etdiyi “Azərbaycan Respublikasının çoxpilləli
ali təhsil sistemində magistr hazırlığı (magistratura) haq-
qında Əsasnamə”də (əlavə 10) yazıldığı kimi “Magistr
hazırlığını həyata keçirmək hüququ olan ali təhsil müəssi-
sələrində magistr proqramı üzrə fərdi planı tam yerinə
yetirmiş şəxslərə magistr ixtisas və elmi dərəcəsi və vahid
formada dövlət nümunəli magistr diplomu verilir”.
Dissertasiya işinin müdafiəsindən sоnra magistranta
magistraturanı bitirməsi ilə əlaqədar, aldığı qiymətlərə
müvafiq və iхtisasa uyğun adi, yaхud fərqlənmə diplоmu
vеrilməsi haqqında qərar çıхarılır.
Beləliklə dissertasiya işinin müdafiəsi ilə ali məktə-
bin magistratura pilləsində təhsil prоsеsi başa çatır. Dis-
sertasiya işinin uğurlu nəticəsi və ona uyğun verilmiş dip-
lom magistrantın bir mütəxəssis kimi yetişməsini, ixtisas
biliyinə yiyələnməsini təsdiqləyir.
Müəyyən səbəblər üzündən dissertasiya müdafiə et-
məmiş magistranta yalnız bir dəfə və bir ildən sonra mü-
dafiə etmək hüququ verilə bilər.
76
NƏTİCƏ
Yazılanlardan belə nəticəyə gəlmək olur ki, magistr
dissertasiyasının hazırlanması, onun metodikası, texnolo-
giyası və ondan sonrakı proseslər çətin, mürəkkəb pe-
daqoji prosesdir. Aydındır ki, bu prosesin bütün cəhət-
lərini bir metodik vəsaitdə şərh etmək mümkün deyildir.
Bu kitabda yalnız magistr dissertasiyası ilə bağlı əsas
məsələlərə toxunulmuş, elmi yaradıcılığın metodologiyası,
lik mənbələr üzərində iş, dissertasiyanın yazılma texnolo-
giyası, quruluşu, əlyazması üzərində aparılan əməliyyatlar,
müdafiə prosesinin təşkili ilə bağlı məsələlər şərh
edilmişdir.
Təcrübə və müşahidələrdən aydın olur ki, əgər ma-
gistrant elmi yaradıcılığın əsaslarına, texnologiyasına,
zehni əməyin elmi təşkilinə yiyələnməmişsə o nəinki yal-
nız dissertasiyanın yazılmasında, müdafiəsində çətinlik çə-
kəcək, həmçinin ümumiyyətlə onun magistr təhsili fəaliy-
yəti asan olmayacaqdır.
Məlum olmuşdur ki, dissertasiyanın yazılmasına ma-
gistrantlar tərəfindən müxtəlif yanaşmalar mövcuddur.
77
Bəzi magistrantlar belə düşünürlər ki, təki müdafiə edib
lazım olan dərəcəni alsınlar. Belələri heç düşünüb-
daşınmadan mövzunu tələsik götürürlər. Elələri də var ki,
dissertasiyaya yaradıcı bir iş kimi baxır, düşündüklərini
dissertasiyada əks etdirəcəyi fikri ilə tədqiqat işinə ya-
naşırlar. Onlar yaradıcı işi sevir, tədqiqat aparmaq, araş-
dırmaq istəyir. Daim oxuyur, öyrənirlər. Mövzunu dü-
şünərək seçirlər, araşdıraraq götürürlər və böyük həvəslə
çalışmağa başlayırlar. Onlar kompüter arxasında oturaraq
öz işlərini yazır, internet səhifələrindən problemlə bağlı
materiallar toplayır, ədəbiyyatı oxuyub, təhlil və tədqiq
edirlər. Məhz belələri elm pillələri ilə yüksəklikkərə
qalxıb, ucalırlar.
Nəhayət sözümüzün sonynda qeyd edək ki, bu me-
todik vəsaiti oxuyarkən elə düşünülməsin ki, elmi yaradı-
cılığın bütün sahələri üzrə, tədqiqatçılıq işinin bütün xü-
susiyyətləri ilə əlaqədar, yaxud da bütün dissertasiyaların
yazılış qaydası, metodikası, texnologiyası ilə bağlı burada
hazır reseptlər, dəyişməz qaydalar verilmişdir. Heç
şübhəsiz tədqiqatın xüsusiyyətindən, yerinə yetiriləcək
dissertasiyanın xarakterindən, problem və tematikasından
asılı olaraq elmi yaradıcılıq işinin, zehni əməyin təşkilində
də müəyyən fərqliliklər olacaqdır ki, bunun özünə də
yaradıcı yanaşılmalıdır.
Hər bir gənc tədqiqatçıya elmi yaradıcılıq işlərində
uğurlar arzulayırıq.
|