72
1. Magistr dissertasiyası (cildlənmiş) – 1 nüsxə
2. Referat – 1 nüsxə
3. Elmi rəhbərin rəyi
4. Rəsmi rəyçinin rəyi
5. İxtisas kafedrasının müzakirə protokolundan
çıxarişı
6. Magistrantın fərdi planı
Elmi katib sənədləri yoxlayır, qeydlərini edir, sis-
temləşdirir və İxtisaslaşdırılmış Elmi Şuraya təqdim edir.
Dissertasiyanın müdafiəsi təhsil müəssisəsinin elmi
şurasının qərarı ilə yaradılmış İxtisaslaşdırılmış Elmi Şu-
ranın iclasında aparılır. İxtisaslaşdırılmış Elmi Şuraların
yaradılma qaydaları Təhsil Nazirliyi tərəfindən müəyyən
edilir və tədris müəssisəsinin rektoru tərəfindən rəsmiləş-
dirilir.
Müəyyənləşdirilmiş qrafik əsasında magistrant İxti-
saslaşdırılmış Elmi Şuranın qarşısında müdafiə edir. Hər
magistrantın İxtisaslaşdırılmış Elmi Şura qarşısında mü-
dafiəsinə 30 dəqiqə vaxt ayrılır. Bu vaxtın 15 dəqiqəsi
magistrantın çıxışına ayrılır. Çıxışın mətni magistrantın
əlində olsa da, yaxşı olar ki, çıxış vərəqi üzündən
oxumaq-
la olmasın. Magistrant əvvəlcədən bu çıxışa yaxşı hazır-
laşmalı, ifadəli, savadlı, elmi şəkildə, sakit tərzdə, dəlil və
sübutlarla öz çıxışını qurmalı, ehtiyac olarsa texniki
vasitələrdən
–
kompüter,
maqnitofon,
proyeksiya
ciyazlarından istifadə etməlidir. Əgər magistrant tələsə-
tələsə, yaxud əzbərcəsinə (sanki özü üçün danışır)
73
danışırsa, sözlərin axırını demirsə və ya çox astadan, qor-
xa-qorxa, həyəcanlı, ifadəsiz, emosiyasız danışırsa – təbii
ki, bütün bunlar əhəmiyyətli dərəcədə müdafiənin qiymə-
tinə təsir göstərəcəkdir.
Magistrant Elmi Şura qarşısında kürsüdən danışır.
Sxem və cədvəlləri, eksperiment nəticələrini göstərmək
üçün əlində göstərici olur. Ehtiyac olarsa kürsüdən düşür,
lövhədə nəsə yazır, izah edir. Natiq çıxışını sadə cüm-
lələrlə qurur, “Mən” şəxs əvəzliyindən istifadə etmir
(“Mən bunu etmişəm”, “Mən bu nəticəni almışam” kimi
cümlələrin yerinə, “Aşağıdakı nəticələr alınmışdır... ”,
“Aparılmış tədqiqatın nəticəsində məlum olmuşdur ki,... ”
kimi cümlələrin işlənməsi məsləhətdir), inamla danışir,
rəqəmlərdən, sitatlardan, təriflərdən istifadə edərkən, ehti-
yac olarsa çıxışın mətninə arada bir baxa bilər.
Dostları ilə paylaş: