Info
►
Protect
Workbook əmrilə yaradılır;
• Susmaya görə seçilmiş həmin parametrlər arasından başqa variantlar (vacibdirsə) seçilir
və OK düyməsi basılır.
Bu addımlar icra olunduqdan sonra yeni yaradılmış stil yuxarıda baxdığımız stillər
qalereyasına daxil edilir və hər
an istifadə edilə bilər. Yeni stil
yalnız cari Excel kitabında tətbiq
oluna bilir. Lakin müxtəlif Excel
kitablarında yaradılmış bu cür
stilləri birləşdirmək olur.
4.Smart cədvəllərin yaradılması
İstifadəçilər cədvəllərlə iş zamanı cədvəl diapazonuna yeni verilənləri daxil etmək məqsədilə
sətirlər və ya sütunlar əlavə edirlər. Bu zaman cədvəl üzrə düstur xanalarında müvafiq yenilənmələr
etmək və ya yeni sətirlərəin müvafiq xanalarına analoji düsturlar daxil etmək lazım gəlir və ya böyük
cədvəllərlə işləyərkən cədvəl başlıqları
görünmür və s. Bu kimi hallardan
qaçmaq üçün smart cədvəllərdən (və ya
ağıllı cədvəl) istifa də olunur.
Smart cədvəllər yaratmaq üçün
Insert
(Yerləşdirmək)
panelinin
Tables
(Cədvəllər
/ Таблицы)
qrupundakı Table (Cədvəl /Таблица)
düyməsi basılır (şəkil 28). Qeyd edək ki,
smart cədvəlləri Format as Table-cədvəl kimi formatlaşdırmaq (cədvələ hazır formatlaşdırma stili
tətbiq etməklə, §6) düyməsi vasitəsilə də yaratmaq mümkündür. Beləliklə ağıllı cədvəl yaratmaq üçün
aşağıdakı addımlar yerinə yetirilməlidir:
- Cədvəlin birinci xanası seçilir və Table (Cədvəl) düyməsi basılır (şəkil . Bu halda açılmış Create
Table (Cədvəl yaratmaq / Создание
Şəkil 34.Dizayn paneli
Şəkil 33.Cədvəl yaratmaq
ADU, İnformasiya texnologiyaları kafedrası, Təhsildə İKT fənni 13
Mövzular üzrə konspektlər sillabusda tövsiyyə olunan ədəbiyyatların əsasında hazırlanmışdır
таблицы) dialoq pəncərəsində (şəkil 33)
My Table has headers (Cədvəlimdə başlıqlar var /
Таблица с заголовками) parametrini seçərək
(bu parametr seçilmədikdə smart cədvəl özü başlıqlar
əlavə edir) OK düyməsini basırıq. Bu zaman həm də cədvəllərlə iş üçün əlavə bir panel - Design
(Dizayn/Конструктор) paneli ekrana çıxır.
Bu panelin düymələri vasitəsilə ağıllı cədvələ ad vermək, onun ölçülərini təyin etmək və s.
mümkündür (şəkil 34).
Eyni zamanda bu panelin Tools (Xidmətlər / Сервис) qrupundakı Converto to Range (Diapazona
çevirmək-Преобразовать в диапазон) düyməsi vasitəsilə cədvəli yenidən əvvəlki vəziyyətə
qaytarmaq, yəni əvvəlki cədvəli bərpa etmək olar. Eyni zamanda cədvəldə təkrarlanan qiymətləri ləğv
etmək üçün Remove Dublicates (Təkrarların ləğvi /Удалить дубликаты) düyməsindən istifadə
edilir.