Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə128/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   177
N 406

məsələnin  həllini təmin edirlər. Bu məsələlərdən bəziləri 
axtarış bazasının formalaşdırılması üçün əvvəlcədən yerinə 
yetirilir, bəziləri isə axtarış prosesində həyat keçirilir. 
Birinci məsələ informasiya ehtiyatlarının internetdə 
yerləşdiyi yerlərin müəyyən edilməsindən və bu ehtiyatla-
rın axtarış serverinə yüklənməsindən ibarətdir.  İnternetin 
informasiya ehtiyatları və onların yerləşdikləri yerlər barə-
də  əvvəlki fəsildə danışılmışdır.  İnformasiyanın axtarış 
serverinə yüklənməsi dedikdə isə informasiya ehtiyatların-
dan (mətnlərdən,  şəkillərdən, audio-video informasiyadan 
və s.) ibarət olan faylların (onların fraqmentlərinin) in-
deksləşdirmə üçün serverin müvəqqəti bazasına götürül-
məsi nəzərdə tutulur. 


224 
İkinci məsələ – sənədlərin bilavasitə indeksləşdirilməsi
yəni sənədlərin məzmununu dəqiq əks etdirmək üçün onların 
mətnindən terminlərin və açar sözlərin seçilib çıxarılması, 
indekslər bazasının yaradılması  məsələsidir. Yuxarıda qeyd 
olunduğu kimi, bu proses indeksləşdirmə adlanır və onun 
məqsədi sənədlərin axtarış obrazlarının yaradılmasıdır. Təbii 
ki, internetdə olan informasiya ehtiyatlarının hamısının ax-
tarış serverinin bazasına toplanması və saxlanması mümkün 
deyil və mənasızdır. Ona görə də İAS-ın bazalarında sənəd-
lərin özləri deyil, onların axtarış obrazları saxlanılır.  
Üçüncü məsələ  İAS-da istifadəçi interfeysinin, yəni 
istifadəçi ilə dialoqun təşkilindən ibarətdir.  İstifadəçi in-
terfeysi  İAS-ın imkanlarını tam əks etdirməli, istifadəçi-
lərə öz tələbatlarını sadə  və mürəkkəb sorğular  şəklində 
rahat tərtib etmək, zəruri hallarda onu dəyişdirmək, axtarış 
sahəsini genişləndirmək və ya daraltmaq imkanları vermə-
li, tapılıb verilmiş  sənədlərin sorğuya yaxınlıq dərəcələri-
nin dəqiqləşdirilməsi yolu ilə sorğunu daha yaxşı forma-
laşdırmaq və  sənədlərin axtarış obrazlarını  təkmilləşdir-
mək üçün istifadəçi ilə əks əlaqəni təmin etməlidir.  
İstifadəçinin sorğusuna daha relevant sənədlərin axtarışının 
bilavasitə indekslər bazasında həyata keçirilməsi İAS-ın qarşı-
sında duran dördüncü məsələdir. İstifadəçi tərəfindən axtarış 
sorğusu formalaşdırılaraq axtarış sisteminə ötürüldükdən son-
ra axtarış maşını qabaqcadan yaradılmış indekslər bazasından 
sorğunun tələblərinə cavab verən sənədlər haqqında 
məlumatları axtarıb tapır və onları istifadəçiyə təqdim edir. 
Nəhayət, axtarış maşını tərəfindən tapılmış relevant sə-
nədlərin xüsusi şəkildə sistemləşdirilməsi və nizamlanma-
sı, daha relevant sənəddən nisbətən az relevant sənədlərə 
doğru sıra ilə düzülmüş siyahı  şəklində istifadəçiyə veril-
məsi İAS-ın yerinə yetirdiyi beşinci məsələni təşkil edir.  


225 
Yerinə yetirdikləri funksiyalara müvafiq olaraq interne-
tin axtarış maşınları  tərkibində  aşağıdakı komponentləri 
birləşdirir (şək.8.1):  
-  robot proqramı  – internetin informasiya ehtiyatlarını 
indeksləşdirərək onların obrazlarını yaradan proqramdır; 
-  indekslər basası – internetin informasiya ehtiyatları-
nın obrazlarını (indekslər çoxluğunu) özündə saxla-
yan məlumat bazasıdır; 
İnformasiya ehtiyatları - 
Web saytlar, FTP arxivlər,
proqram saxlancları 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin