227
səbəbindən onların eyni sorğuya
verdikləri cavablar da
eyni olmur. Belə ki, ayrı-ayrı axtarış maşınları tərəfindən
tapılıb verilmiş eyni sənədlərin relevantlıq dərəcələri müx-
təlif olur. Bununla yanaşı, axtarış maşınları tematik yö-
nümlü
ola bilər ki, bu da axtarışın nəticəsinə təsir edə bi-
lər. Ona görə də müxtəlif axtarış maşınlarının
eyni sorğu
üzrə apardığı axtarış nəticəsində tapdıqları sənədlər çox-
luqlarının müqayisəli təhlili və onlar arasından daha mü-
nasib (relevant) sənədlərin
seçilməsi məsələsi böyük ak-
tuallıq kəsb edir.
Digər təfərdən kifayət qədər nadir məlumatların tapıl-
ması məqsədilə bir sıra axtarış sistemlərinə müraciət et-
mək zərurəti yaranır. Aydındır ki, ayrı-ayrı axtarış sistem-
lərində internet saytların əhatə olunması, indeksləşdirilmə-
si
səviyyələri, eləcə də axtarış sorğularının tərtib edilməsi
qaydaları bir-birindən fərqlənir.
Ona görə də istifadəçilər
həmin sistemlərə növbə ilə müraciət etmək, sorğuların tər-
tib olunması zamanı onlar xüsusiyyətlərini nəzərə almaq
kimi çətinliklərlə üzləşirlər.
Məhz bu səbəbdən internetdə axtarış maşınlarından və
tematik kataloqlardan prinsipial
olaraq fərqlənən meta-ax-
tarış sistemlərindən istifadə olunur.
Dostları ilə paylaş: