Dilin sintaksisi – sistemin dilinin lüğət tərkibinin ele-
mentlərindən mənaları (mahiyyəti) onun baza lüğətinin
ayrı-ayrı sözləri vasitəsi ilə ifadə edilməsi mümkün
olmayan leksik vahidlərin yaradılması qaydaları
çoxluğudur.
Leksik vahidlər dedikdə bir sənədi və ya sənədlər
qrupunu, eləcə də sorğuları digərləri ilə müqayisə etməyə
imkan verən açar sözlər, terminlər, söz birləşmələri və s.
başa düşülür.
İAD-ın qrammatikası – axtarış obrazlarının və axtarış
göstərişlərinin informasiya-axtarış dilinin leksik vahidlə-
rindən tərtib edilməsi qaydalarıdır.
İAD vasitəsilə sənədlərin və sorğuların təsvir edilməsi
prinsiplərinə və qaydalarına indeksləşdirmə qaydaları de-
yilir, axtarış sorğusuna uyğun sənədlərin tapılması mexa-
nizmlərinə isə axtarış qaydaları deyilir.
137
Yuxarıda qeyd olunanlara analoji olaraq, internetin ax-
tarış sistemlərinin İAD ilə bağlı olan və onların qurulma-
sında nəzərə alınan əsas anlayışlar aşağıdakılardır.
1. İndeksləşdirmə terminləri lüğəti – deskriptorlar
(anlayışların adları), açar sözlər və s. şəklində axtarış
terminləri çoxluğudur. Bu terminlər söz birləşmələri
şəklində sorğulara və ya indekslərə daxil edilə bilər,
məsələn, "informasiya axtarışı".
2. Məntiqi operatorlar. Sorğuların formalaşdırılması
üçün informasiya-axtarış dillərində "AND" ("VƏ"),
"OR" ("VƏ YA"), "NOT" ("YOX") və s. kimi mən-
tiqi operatorlar, yəni bul əməlləri istifadə olunur. Bu
operatorların köməyi ilə qurulmuş məntiqi operator-
ların sintaksisi müxtəlif sistemlərdə fərqli ola bilər.
3. Sorğuların normallaşdırılması. Eyni terminlərin və
açar sözlərin vahid formada istifadə olunması məq-
sədilə informasiya-axtarış sistemlərində leksik va-
hidlərin normallaşdırılması (vahid formaya gətiril-
məsi) mexanizmləri reallaşdırılır. Sənədlərin və sor-
ğuların leksik vahidlərinin normallaşdırılması prinsi-
pi sorğu formalaşdırılan zaman axtarış dilinin imkan-
larının köməyi ilə istifadəçi tərəfindən müəyyənləş-
dirilə və ya bilavasitə sistemin axtarış alqoritmlərin-
də reallaşdırıla bilər. İstifadəçilər sistemin axtarış al-
qoritmlərində reallaşdırılan normallaşdırma mexa-
nizmlərinin olması barədə təsəvvürə malik olmur və
axtarış prosesində bu mexanizmlərin mövcudluğunu
hiss etmirlər. Qeyd olunmalıdır ki, sorğuların nor-
mallaşdırılması üçün başqa mexanizmlərdən də isti-
fadə oluna bilər.
138
4. Dilin qrammatikası. Müəyyən anlayışların mənala-
rının genişlənməsi və daralması üçün indeksləşdirmə
terminlərinin istifadəsi ilə yanaşı informasiya-axtarış
dilinin tərkibinə digər mexanizmlər də daxil olur.
Onlara aşağıdakıları aid etmək olar:
- söz birləşmələrinin istifadəsi;
- bir neçə terminin birlikdə sənədlərə daxil olmasını
göstərən "AND" ("VƏ") məntiqi operatorunun
tətbiqi;
- sənədlər terminlər arasındakı məsafəni göstərən
"NEAR" ("YANINDA") məntiqi operatorunun
reallaşdırılması və s.
5. Relevantlıq (qeyri-relevantlıq) kriterisi. Dilin tərki-
bində informasiya massivində olan sənədlərin axtarış
sorğusuna relevant və qeyri-relevant olmasının təs-
diq edilməsi, eləcə də bu sənədlərin axtarışının nəti-
cəsi kimi istifadəçiyə verilməsi və ya verilməməsi
qaydaları müəyyən edilir. Axtarış nəticəsində seçil-
miş sənədlər istifadəçiyə nizamlanmış siyahı şəklin-
də təqdim olunur. Bunun üçün sənədin istifadəçinin
sorğusuna yaxınlıq dərəcəsini (qiymətini) müəyyən
edən oxşarlıq əmsallarından istifadə olunur. Oxşarlıq
əmsalları sorğudakı açar sözlərin sənədlər üçün ter-
min qismində əhəmiyyətini göstərən çəki əmsalları-
nın köməyi ilə hesablanır.
6. Axtarışın əlavə şərtləri. Axtarışın nəticəsinin dəqiq-
liyinin və dolğunluğunun yüksəldilməsi üçün müxtə-
lif əlavə axtarış şərtləri istifadə oluna bilər. Bu şərtlə-
rə sorğuda göstərilmiş terminlərin sənədin müəyyən
olunmuş hissələrində (adında, başlığında, girişində,
xülasəsində və s.) axtarılması, axtarış sahəsinin da-
139
raldılması, sənədlərin yaradılması tarixlərinə qoyul-
muş zaman intervallarının, müxtəlif lüğətlərin (te-
zaurusların, assosiativ sözlərin, sinonimlərin və s.)
istifadəsi kimi şərtlər aid edilə bilər.
7. Axtarışın nəticələrinin verilməsi forması. İstifadə
üçün rahatlığı təmin etmək məqsədilə tapılmış rele-
vant sənədlərin siyahısı istifadəçilərə xüsusi for-
malarda təqdim olunur. Bu siyahı, əsasən, aşağıdakı
parametrlərlə müəyyən olunur:
- tapılan və istifadəçilərə verilən sənədlərin siya-
hısının nizamlanması (daha vacibdən nisbətən az
vacibə doğru sıraya düzülməsi);
- siyahının forması;
- siyahıya sənədlər haqqında əlavə məlumatların
(məsələn, mətn fraqmentinin, sorğunun sözlərinin
sənəddə rastgəlinmə tezliyi, sənədin sorğuya ya-
xınlıq dərəcəsi və s.) daxil edilməsi;
- sənədlərin siyahısının istifadəçiyə verilməsi porsi-
yasının həcmi, yəni interfeys pəncərəsinin çıxış
səhifələrində sənədlərin sayı;
- axtarış nəticəsində istifadəçiyə təqdim olunan
sənədlərin ümumi sayına qoyulan məhdudiyyət.
8. İstifadəçi ilə əks əlaqə. Axtarış prosesində istifadə-
çiyə öz sorğularının dəqiqləşdirilməsi, sənədlərin
təqdimatının təkmilləşdirilməsi, eləcə də əvvəldən
tapılmış sənədlər arasından göstərilmiş konkret sə-
nədə "oxşar" olan sənədlərin axtarışının aparılması
imkanları verilir.
Nəhayət, qeyd olunmalıdır ki, informasiya-axtarış sis-
temlərində istifadəçi ilə sistem arasında yaradılan intellek-
tual dialoq istifadəçiyə öz sorğularını daha dəqiq və rahat
140
şəkildə formalaşdırmaq imkanı verir. Bu isə yekunda axta-
rış prosesinə və onun nəticələrinə təsir edir.
İstifadəçi sorğusuna daxil edilən açar sözlərin qabaq-
cadan indeksləşdirilmiş sənədlərin axtarış obrazları ilə
müqayisəsindən sonra axtarış sistemi informasiya-axtarış
dilinin köməyi ilə istifadəçiyə konkret sənədlərə istinadla-
rın siyahısını təqdim edir. İAS-a görə istifadəçiyə verilən
sənədlər onun sorğusuna ən relevant sənədlərdir.
İnternetdə fəaliyyət göstərən Google, AltaVista, Excite,
Open Text, Yahoo, Yandex, Rambler və s. kimi axtarış
sistemlərində ən sadədən ən mürəkkəbə qədər müxtəlif
sorğuları formalaşdırmağa imkan verən güclü İAD
reallaşdırılmışdır.
İntellektual istifadəçi interfeysinin və sorğuların forma-
laşdırılması xidmətinin təşkili üçün istifadə olunan İAD
sənədlərin təqdim olunması və informasiyanın saxlanması
modellərindən, eləcə də onların indeksləşdirilməsi və
axtarılması üsullarından birbaşa asılıdır.
Dostları ilə paylaş: |