Amid Səlimoğlu Bəyaz Dəhliz
126
Xəstəxana divarlarının arasında yaşanan həyat
həyatdan sayılmazmış. Günlər gəlib keçər, ömürdən
bir parça da qoparar, amma bunu hiss etməzsən. Bəlkə
bu hamı üçün belə idi. Sabir üçünsə, hər günün bir
mənası, bir ağırlığı vardı. Gündüzləri sevməməyə
başlamışdı, gecələrin yolunu gözləyər olmuşdu. Hava
qaraldığında içindəki ümid yaz olub budaqlarında
yaşıl yarpaqları cücərən ağaclar kimi olardı. Ailəsini
ondan qoparan bir günü də geridə qoyduğu üçün
sevinərdi.
Bu gözləyişlə həftənin sonuna gəlib çatmışdı.
Səhər yeməyindən sonra telefon olan otağın qabağını
kəsmiş, qapının açılmasını səbirsizliklə gözləyirdi.
Gah yerində dura bilməz, sağa-sola gedib-gələr, gah
da qapının küncündə oturub həkimin gəlməsi üçün
dəqiqələri, saniyələri sayardı. Bu minvalla zamanı
ötürürdü ki, sonunda həkim gəlib çıxdı. Qapının
ağzında oturan Sabiri görüb gülümsədi.
– Həə... yenə gəlmisən?
– Hə.
– Gəl onda. – Təbəssümlə içərini göstərdi.
Sabir həkimin arxasıyca otağa daxil olub qapını
örtdü. Ayaqüstə dayanaraq həkimin icazəsini
gözləməyə başladı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
129
götürüldü. Otağın qapısına çatanda qapını açaraq içəri
girdi.
– Yusif?
– Hə. – Yusif Sabirin ona
tərəf təngnəfəs halda
gəldiyini görüb dedi. – Nə olub?
– Danışmaq istəyirsən?
– Kiminlə?
– Ailənlə. Uşaqlarınla.
– Mən? – Yusif təəccüblə ona baxdı.
– Hə.
– İndi?
– Hə. Elə indi. – Yusifin qolundan tutdu. – Gəl
mənimlə.
Yusifi yatağından qaldıraraq otaqdan çıxardı.
Telefon otağının qarşısına gətirərək qapını göstərdi.
– Burada telefon var. Ev nömrən yadındadır?
– Yadımdadır. – Yusif utanaraq başını aşağı
əydi.
– Gir onda. Gedək zəng edək.
– Bəlkə lazım deyil?
– Onlar sənin övladlarındır. Sən onlarla
danışmasan, onlar da sənlə danışmayacaqlar. Sən
onlara tərəf addım at, onlar mütləq sənə doğru
qaçacaqlar. – Yusifin əlini tutdu. – İnan mənə.
Sabir qapını açaraq içəri girdi. Həkim içəri
girən Sabiri görüb ona baxdı.
– Yenə gəlmisən? – Gülümsəyərək dedi.