Amid Səlimoğlu “Ruhilər”.
İnstagram.com/amidselimoglu
Facebook.com/amidselimoglu
Linkedin.com/amidselimzade
Bakı 2021
Amid Səlimoğlu Bəyaz Dəhliz
1
Salam, bu yazını oxuyan, möhtərəm oxucu!
Bil ki, bu yazını yazarkən bir xeyli düşünmüş, çox
xəyaldan sonra yazmağa qərar vermişəm. Mən
deyim bir ay, sən anla iki ay. Ancaq il olmaz, buna
tam əmin ol! Xəyalımdan nə keçmişsə, onu da sənə
danışacağam. Sənə tanış edəcəyim bu hekayədə
hadisələr bəzən həqiqət, bəzən də bu biçarə
yazıçının könlündən keçənlər olacaq. Amma və
lakin nə mən səni yubadacaq, nə də sən oxuyarkən
bikef olacaqsan. İnan mənə, ey əziz oxucu!
Nəysə! İndi isə gələk hekayəmizə. Sənə nağıl
edəcəyim bu əhvalat Sabir adında işsiz, gücsüz
adamın başına gələnlər haqqında olacaq. Onu
oxuyarkən bəlkə sən də özünü onda görəcəksən.
Dostları ilə paylaş: |