Nə bilmək olar!
Aha, gəlir bizim adam...
Sabir şirkət binasından çıxaraq yolun o biri
tərəfinə keçdi. Həmişə olduğu kimi yenə də bikef idi.
Özünü qəmgin göstərməmək istəsə də, ancaq bu heç
də asan deyildi. Yazıq gündə idi. Arabir gələn ümid
hissi isə anidən yox olur, yerini bədbəxtlik
doldururdu. Bu artıq neçənci şirkət idi ki, müraciət
edirdi. Amma hələ ki, yaxşı xəbər ala bilməmişdi. Elə
vəziyyətdə idi ki, nə iş desələr edəcəkdi. Gəl ki, işə
qəbul edən yox idi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
2
Fikirli halda avtobus dayanacağına doğru
addımlayırdı. Evə getməkdən başqa əlindən heç nə
gəlmirdi. Evdə isə həyat yoldaşı ilə uşaqlar onu
gözləyirdi. Bunu fikirləşdikcə daha da sıxılır, ürəyi
yerindən
çıxacaq kimi döyünürdü. Avtobus
dayanacağına çatıb dayanacağın sol tərəfində durdu.
Elə bu vaxtı bir oğlan uşağı qabağına çıxıb əlini
açaraq ona uzatdı.
– Əmi, əmi, əmi. Mənə pul ver də. Nə olar!
Neçə gündü acam, heç nə yeməmişəm. Sən canı,
çörək almağa pul ver də. – Uşaq üzünü qırışdıraraq
yazıq-yazıq ona baxıb dedi.
Sabir çarəsizcə əlini cibinə ataraq son qalan
qəpikləri çıxarıb saydı. Sonra isə otuz qəpiyini onun
əlinə qoydu.
– Əmi, birazda ver də. Bu azdı axı.
– Yaxşı. – İyirmi qəpikdə verdi.
Uşaq pulu alıb “sağ ol” belə demədən onun
yanından uzaqlaşdı. Sabir isə onun arxasıyca baxaraq
qalmışdı. Bir qədər uşağın arxasıyca baxdıqdan sonra
əlindəki qəpiklərə nəzər saldı. Qırx qəpiyi qalmışdı.
O da ki, kəndə getmək üçün. “Uşaqdakı fərasətə bax”,
– deyə qəpikləri cibinə qoydu. Bir neçə dəqiqə sonra
avtobus da gəldi. Hamı avtobusa minmək üçün arxa
qapının önünə yığışmışdı. Qadınlar mindikdən sonra
kişilərdə basabasla avtobusa minməyə başladı. Sabir
də o qarışılıqda avtobusa minib arxa oturacaqların
Amid Səlimoğlu Bəyaz Dəhliz
3
birində əyləşməyə macal tapdı. Dua edirdi ki, kəndə
kimi heç bir tanış avtobusa minməsin. Çünki
cibindəki pul ancaq özünə çatırdı.
Bir saat sonra avtobus kəndə çatmışdı. Sabir
avtobusdan enərək evin yolunu tutdu. Tez-tez
addımlayırdı. Tanışlardan kimisə görmək istəmirdi.
Onların suallarına verəcək düz-əməlli cavabı yox idi.
Buna görə də gözə dəymədən evə çatmaq istəyirdi.
Qaldığı evin qapısına çatanda “Şükür” deyərək
həyət qapısını açıb həyətə girdi. Dörd yaşında olan
oğlu onu görüb qaçaraq üstünə tullandı. Sabir də
gülümsəyərək oğlunu qucağına götürdü.
– Mənə nə almısan?
– Al, – deyə Sabir səhər evdən çıxarkən cibinə
qoyduğu konfeti çıxarıb oğluna verdi.
Uşaq konfeti alaraq yeməyə başladı. Sabir isə
onu yerə qoyub ev qapısına yaxınlaşdı. Qapının
önündə başqa ayaqqabı da var idi. Ayaqqabı qadına
aid idi. “Görəsən, yenə kim gəlib”, – deyə düşünə-
düşünə ayaqqabısını çıxarıb içəri girdi.
– Xoş gəldin. – Yasəmən Sabiri qapıda
qarşılamışdı.
– Sağ ol. – Sabir təbəssümlə ona baxdı. – Kim
gəlib?
– Qonşu Pakizə xaladı. – Yasəmən mətbəği
göstərdi.
|