Amid Səlimoğlu Bəyaz Dəhliz
4
– Yaxşı. – Qaşlarını çataraq mətbəğə girdi. –
Xoş gəlmisən, Pakizə xala.
– Sağ ol, bala. Necəsən? Nə var nə yox? İşlərin
necədir? Bir iş tapa bildin? – Qadın nəfəs almadan
suallarını verməyə başlamışdı.
– Yox hələki, xala. Axtarıram. Olanda sizə də
xəbər edəcəm. – Sabir kinayə ilə sözünü deyib stula
əyləşdi.
– Olar, bala. Müvəqqəti çətinlikdi. – Qadın
sakitdə dedi.
– Sizin uşaqlar hardadılar?
– Heç, ay bala. Hamısı işdədilər.
– Vüsal iş tapa bildi?
– Həəə... tapdı. Bacarığı olan üçün iş tapmağa
nə var!
Pakizə xalanın sözü Sabiri qıcıqlandırsa da, ona
heç nə demədi. Yasəmənin qabağına qoyduğu çaydan
bir qurtum aldı. Pakizə xala isə elə hey oğlunu
tərifləyirdi.
– Bir qız da tapmışam. Əgər Vüsal razılaşsa,
evləndirəcəm.
– İnşaAllah, Pakizə xala. Allah arzuna
çatdırsın. – Yasəmən dedi.
– Sağ ol, qızım. – Ayağa qalxaraq paltarını
səliqəyə saldı.
– Hara gedirsən, Pakizə xala? Hələ gəlinindən
danışacaqdıq. – Sabir zarafatla ona baxdı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
5
– Yox, bala. Gecdir. Gedim evə. Uşaqlar işdən
gələr.
– Necə istəyirsən.
– Sağ olun.
– Xoş getdin. – Sabir çayını içməyə davam etdi.
Yasəmən Pakizə xalanı yola saldıqdan sonra
mətbəxə qayıtdı. Sabirin önündə əyləşərək maraqla
ona baxdı.
– Necə keçdi günün?
– Həmişəki kimi.
– Görüşdün?
– Hə.
– Nə dedilər?
– O birilər nə dedisə, onlar da eyni şeyi. Dedilər
xəbər edəcəyik.
– Ürəyini sıxma. Yaxşı olar. – Yasəmən əlini
Sabirin əlinin üstünə qoydu.
– Bilirsən, səni sevindirməyi nə qədər
istəyirəm? Xoş xəbər verim, deyim ki, iş tapmışam. –
Sabir gözlərini Yasəmənə dikmişdi.
– Əsas can sağlığıdır. Qalan hər şey düzələr.
Darıxma. – Yasəmən gülümsəyərək dedi.
Elə bu an otağa Aytac daxil oldu.
– Salam. – Çiynindən məktəb çantasını çıxarıb
yerə atdı.
– Xoş gəldin. – Sabir qızına baxaraq yanına
çağırdı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
6
Aytac
cəld
atasının qucağına əyləşib
yanağından öpdü.
– Oxxx... – Sabir də onun hər iki üzündən öpüb
qucaqladı. – Necə keçdi dərslər? Öyrəşə bilirsən?
– Məktəb hələ təzə başlayıb. Çətin deyil.
Bugün müəllim məndən dərs soruşdu. Mən də şeiri
danışdım.
– Lap gözəl. Dərslərinin hamısını oxu. Yaxşı?
– Yaxşı. – Aytac sevinərək dedi.
– Sözün qurtardısa, get əynini dəyiş. –
Yasəmən Aytaca baxdı.
– Baş üstə. – Aytac Sabirin qucağından enərək
çantasını da alıb öz otağına qaçdı.
– Uşaqlar da böyüyür. – Sabir Aytacın
arxasıyca baxaraq dedi.
– Hə. Vaxt çox tez gedir. – Yasəmən qazı
söndürərək dedi. – Yemək də hazırdır. Rüfəti də
gətirim, başlayaq.
– Kömək lazımdır?
– Yox. Sağ ol. Özüm süfrəni hazırlayacam.
Aytac da kömək edəcək.
– Yaxşı.
Yasəmən mətbəxdən çıxıb həyətə getdi.
Sabirsə, masanın arxasında gələcək haqqında
düşünürdü. Başqa heç nə edə bilmirdi.
***
|