Amid Səlimoğlu Bəyaz Dəhliz
23
– Xoş getdin.
Zakir mətbəxdən çıxaraq həyətə endi. Sabir də
onun arxasıyca yola salmaq üçün həyətə çıxdı.
– Sağ ol. – Zakir həyət qapısından çıxıb getdi.
Sabir də həyətdə biraz var-gəl etdikdən sonra
yenidən evə girdi. Nə edəcəyini heç cürə qərarlaşdıra
bilmirdi. Çıxış yolu axtarsa da, qarışıq fikirlər içində
itib batırdı. Zakirin dediyini etmək istəmirdi, ancaq
başqa əlacı da yox kimi görsənirdi.
***
Axşama kimi Yasəmən birtəhər dözmüş,
Gülərlə ünsiyyət qurmamağa çalışmışdı. İşini tez
bitirib evə getmək, bugün olanları yaddaşından
silmək istəyirdi. Ona görə də, dayanmadan çalışırdı
ki, işini tez bitirsin. Getmək vaxtı çatdığında isə
həmişə olduğu kimi Fəridə xanımla oturub
dərdləşmək belə istəməmişdi. Alacağı pulu aldıqdan
sonra dərhal evinin yolunu tutmuşdu.
Yasəmən kəndin mərkəzində avtobusdan enib
dar yolla getməyə başladı. Fikirləşmək istəməsə də,
təkrar olaraq, yaşadığı həyatı düşünür, içində
kimlərisə asıb-kəsirdi. Gülərin sözlərini xatırlayır,
qəhər boğsa da, özünü sıxıb saxlayırdı. Kiminsə onu
dərdli görməsini istəmirdi. Bütün hirsini isə çiynindən
Amid Səlimoğlu Bəyaz Dəhliz
24
asdığı çantasına tökürdü. Dırnaqları ilə çantanın
dəstəsindən elə tutmuşdu ki, sanki bu dəqiqə çantanı
parçalayacaqdı.
Sonunda evinə çatmışdı. Həyət qapısından içəri
keçərək evə daxil oldu. Nə Sabir, nə də Rüfət gözə
dəymirdi. Öz otağına keçərək çantanı əsəblə bir
kənara tulladı. Yatağın üstünə oturaraq başını yerə
dikdi. Düşünməkdən halı heç də yaxşı deyildi.
Ağlamamaq üçün özünü güclə saxlayırdı. Ancaq
başını qaldırıb şkafın üstünə qoyulmuş güzgüdə öz
əksini görəndə hönkürtü ilə ağlamağa başladı. Bir əli
ilə gözlərinin yaşını silir, bir əli ilə də ağzını tuturdu.
Sabirlə Rüfətin onun səsini eşitməsini istəmirdi.
Yasəmən durmadan ağlayırdı. Bütün hirsini, əsəbini,
illərlə içinə yerləşdirdiyi acıları bir dəqiqənin içində
gözlərindən çıxarmışdı.
Sabir isə olanlardan xəbərsiz hamamda Rüfəti
çimizdirirdi. Rüfəti yuyub dəsmalla qurutduqdan
sonra hamamdan çıxaraq onu öz otağına apardı.
Rüfəti yerinə uzandırdıqdan sonra mətbəxə gedirdi ki,
yataq otağının yanından keçərkən Yasəməni gördü.
– Gəlmisən? – Qapıya söykənərək dedi.
– Hə. Biraz olar. – Yasəmən Sabirə heç nə
bildirməmək üçün ayağa qalxaraq arxasını ona tərəf
çevirdi.
– Nəsə olub? – Sabir Yasəmənin səsindən
şübhələnmişdi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
25
– Heç. Heç nə. Yorğunam biraz.
– Yaxşı. Çay qoymuşam. Gəl bir stəkan iç.
Yorğunluğunu alar. – Sabir Yasəmənin yalan dediyini
başa düşmüşdü. Onu ilk görəndə gözlərinin şişdiyini
sezmişdi.
Mətbəxə girərək çay süzmək istədi, ancaq nə
fikirləşdisə, mətbəxdən çıxıb həyətə düşdü. Telefonu
çıxardaraq Zakirə zəng etdi.
– Salam. Birazdan gələ bilərsən? Dediyini
oturub bir də danışaq.
– Yaxşı. Gələrəm. – Xəttin digər tərəfindən
Zakirin səsi eşidildi.
Sabir telefonu söndürüb cibinə qoydu. Başını
qaldırıb göy üzünə baxdı. Sonra yenidən geri dönüb
evə girdi.
Yasəmən isə çoxdan əynini dəyişmişdi.
Mətbəxdə çay süzmüş, divanda oturmuşdu. Sabirin
mətbəxə girdiyini görüb ona baxdı.
– Harda idin?
– Heç. Zakirlə danışırdım. – Stula əyləşdi.
– Niyə? Nəsə olub? – Yasəmən maraqla
soruşdu.
– Yox. Dedim gəl, danışaq. Görək, neynirik.
– Razısan? – Əlindəki stəkanı nəlbəkiyə qoydu.
– Başqa çarəm var? – Sabir gözlərini ondan
qaçırmağa çalışırdı. Gözlərinə baxmaq istəmirdi.
|