Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   16   17   18   19   20   21   22   23   ...   34
eliyev hikmet

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                                     


 

32 


 

Sxem 2. 

Maliyyə nəzarət sisteminin sxemi 

Metodoloji əsas 

 

 

Təşkilati təyinat 

(təşkilati strukturlar, 

reallaşdırma 

mexanizmləri) 

 

 

Normativ hüquqi   

baza 

 

Metodiki təminat 

 

Elmi tədqiqat və 

tədris bazası, kadr 

təminatı 

 

Maddi-texniki və 

maliyyə təminatı 

 

 

Təkmilləşdirmə 

mexanizmləri 

 

 



 

 

 



 

 

 



 

 

İnformasiya 



kommunikasiya 

infrastrukturu 


 

33 


Hüquq  ədəbiyyatında  belə  bir  fikir  irəli  sürülür  ki,  gömrül  orqanları  tərəfindən 

vergi  və  rüsumların  yığılması,  gömrük  ödəmələri  üzərində  nəzarət,  gömrük  orqanlarının 

hərəkət  (və  ya  hərəkətsizliyi),  aktlarından  şikayət  verilməsi,  məsuliyyətə  cəlb  etmə  zamanı 

baş verən  münasibətlər kifayət  qədər  mürəkkəbdir  və  müxtəlif hüquq  sahələri  normaları  ilə 

nizama  salınır.  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsi  bu  münasibətlərə  adı  çəkilən 

halda,  yəni  vergi  və  gömrük  rüsumlarının  alınması  zamanı  müəyyən  hallarda  təsir  edir. 

Məsələn,  artıq  ödənilmiş  vergilərin,  faizlərin  və  maliyyə  sansksiyalarının  məbləğlərinin 

qaytarılması,  bu  Məcəllənin  87-ci  maddəsinə  və  Azərbaycan  Respublikasının  Gömrük 

Məcəlləsinin 123-cü maddəsinə əsasən, eyni cür həllini tapır, yəni bu məbləğlər ödəyicilərə 

qaytarılır.  Vergilər  barəsində  bu  hal  olduqda,  gömrük  orqanları  vergi  orqanlarının 

səlahiyyətlərindən istifadə edirlər. 

Gömrük  orqanlarının  gömrük  ödəmələrinin  ödənilməsi  üzərində  nəzarət  fəaliyyəti 

aşağıdakı aktlarla nizama salınır: 

-  Azərbaycan Respublikası Gömrük Məcəlləsi; 

-  Azərbaycan Respublikası Vergi Məcəlləsi; 

-  “Gömrük  tarifi  haqqında”  Azərbaycan    Respublikasının    20   iyun   

1995-ci il tarxili qanunu; 

- beynəlxalq-hüquqi müqavilələr və respublikanın iştirakı ilə bağlanan sazişlər; 

- qanun qüvvəli aktlar. 

Azərbaycanda  müasir  gömrük  işinin  əsası  1991-ci  ildən  dövlətimiz  müstəqillik 

qazanandan sonra qoyulmuşdur. Gömrük qanunvericiliyi Azərbaycan Respublikasında daxili 

bazarın  xarici  bazarla    səmərəli  əlaqəsini  təmin  etməklə  xarici  ticarətin  dövlət 

tənzimləməsinin  mühüm  vasitəsi  olan  gömrük  tarifinin  formalaşdırılması  və  tətbiqi, 

həmçinin  Azərbaycanın  gömrük  sərhədindən  keçən  mallardan  gömrük  rüsumu  tutulması 

qaydalarını  müəyyən  edir.  Müasir  mənada  gömrük  işi  dövlətin  daxili  və  xarici  siyasət 

fəaliyyəti ilə bilavasitə bağlı olan mürəkkəb, kompleks münasibətlərdir. 

Azərbaycan  Respublikasının  1997-ci  il  10  iyun  tarixli  Qanunu  ilə  qəbul  edilmiş 

Gömrük  Məcəlləsinin  1-ci  maddəsinə  əsasən,  respublikada  gömrük  fəaliyyəti  Azərbaycan 

Respublikası  sərhədlərindən  malların,  nəqliyyat  vasitələrinin  keçirilməsi  qaydaları  və  



 

34 


şərtləri,  gömrük  ödəmələrinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti 

və gömrük siyasətinin həyata keçirilməsinin digər formalarlnı təşkil edir. 

Müasir  dövrdə  maliyyə  nəzarəti  sahəsində  bankların  xüsusi  rolunu  qeyd  etmək 

lazımdır.  Bazar  iqtisadiyyatı  qanunauyğunluqları  bank  fəaliyyətini  və  bu  fəaliyyətin  tərkib 

hissəsi kimi, bank nəzarətini daha əhəmiyyətli və zəruri etmişdir. Bu onunla əlaqədardır ki, 

iqtisadiyyatın  və  başqa  sahələrin  köklü  dəyişiklikləri  bank  sisteminə  və  bank  sahəsində 

vəzifələrə təsir edir. 

Maliyyə  nəzarətinin  bu  növü  hər  şeydən  əvvəl  bank  ssudalarından  istifadənin 

səmərəliliyinin  yüksəldilməsi  və  ödəmə  intizamının  möhkəmləndirilməsinə  yönəlmişdir. 

Belə  ki,  bank  kreditində  qoyulmuş  şərtlər:  əvəzli,  müddətli  və  qaytarılmaq  şərtləri, 

kreditləşmə  prosesində  bank  nəzarəti  üçün  əsasdır  və  bu  nəzarət,  eyni  zamanda,  kreditin 

qaytarılması üçün real təminatdır və zəruri şərtdir. 

Bank nəzarəti sistemində Milli Bankın həyata keçirdiyi nəzarət xüsusi yer tutur. 

Milli  Bankın  bank  nəzarəti  “Banklar  və  bank  fəaliyyəti”  haqqında  Qanunun  50-ci 

maddəsinə  əsasən  həyata  keçirilir.  Belə  ki,  kredit  təşkilatının  illik  maliyyə-təsərrüfat 

fəaliyyəti  ancaq  onun  seçdiyi,  yaxud  lazımi  hallarda  Milli  Bankın  təyin  etdiyi  auditor 

tərəfindən yoxlanılmalı və yoxlamanın nəticələri Milli Banka bildirməklə, müəyyən olunmuş 

formavə  müddətlərdə  illik  balans,  mənfəət  və  zərər  barədə  hesabat  mətbuatda  dərc 

edilməlidir. 

Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin imkişaf etməsi, beynəlxalq ticarətin inkişafı, 

bazar münasibətlərinin inkişafı ilə bank nəzarətindən müstəqil bir nəzarət sahəsi kimi ayrılan 

valyuta nəzarətini xüsusi qeyd etmək lazımdır. 

 

 

 



 

 

 



 

 



 

35 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin