Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
eliyev hikmet

        Cədvəl 1. 

2009-cu ildə könüllü auditor xidməti növlərinin təsərrüfat subyektləri üzrə 

xüsusi çəkisi 

 

 



T

\h

 f

o

rm

a

n

ın

 k

o

d

u

 

Təsərrüfat 

subyektlərinin 

təşkilati-hüquqi 

forması 

Könüllü xidmətin adı 

C

əm



 

X

ü

su

si

 ç

ək



%

-l

ə

 

ƏQA 

NFA 

MUX 

DX 

MVMX 

MVHA 

01 


Səhmdar cəmiyyətləri 



20 




35 



3,76 

02 


filial və 

nümayəndəliklər 



31 



27 

166 




226 

24,27 

03 


xarici investisiyalı 

müəssisələr 





24 




36 

3,87 

04 


məhdud məsuliyyətli 

müəssisələr 

44 

61 


35 

86 


51 



277 



29,75 

05 


digər idarə və 

müəssisələr 

13 

14 


29 




67 



7,2 

06 


sığorta təşkilatları 









0,75 

07 


birgə müəssisələr 









0,86 

08 


bələdiyyələr 









0,32 

09 


bank və kredit 

təşkilatları 





24 



33 

3,54 

10 


qeyri-rezidentlər 



21 


47 

22 


99 

10,63 

11 


Fiziki şəxslər 

109 


90 

104 


226 

304 


28 

931 

100,0 

 

Cəmi 



179 

90 


104 

226 


304 

28 


931 

100,0 

 

Xüsusi çəkisi %-lə 



19,23 

9,6 


11,7 

24,27 


32,65 

3,01 


100,0 

 

2013-cü  il dövründə 8.813.081,9 manat dəyərində  452 müqavilə (o cümlədən    17-si 



uzunmüddətli) yerinə yetirilməmişdir. O cümlədən: 

- xarici auditor  təşkilatlarının  filial  (və  ya  nümayəndəlikləri) üzrə 3.492.470,1  manat 

dəyərində 14 müqavilə; 

-  xarici  investisiyalı  auditor  təşkilatları  üzrə  3.129.853,1  manat  dəyərində  57 

müqavilə; 



 

46 


yerli 


auditor 

təşkilatlar 

üzrə  1.876.393,7 manat dəyərində 196 müqavilə; 

- sərbəst auditorlar üzrə 314.365,0 manat dəyərində 185 müqavilə. 

Yerinə  yetirilməmiş  müqavilələr  əsasən  2013-cü  ilin  yekunu  üzrə  təsərrefat 

subyektlərinin  maliyyə  hesabatlarının  auditi  üçün  bağlanmış  müqavilələrdir.  Həmin 

müqavilələrin yerinə yetirilməsi 2014-cü ildə nəzərdə tutulmuşdur. 

2013-cü  il  ərzində  respublika  üzrə  auditor  xidmətinə  görə  23.525.612,8  manat 

məbləğində  gəlir,  4.742.979,5  manat  məbləğində  isə  mənfəət  olmuşdur.  2008-ci  il  ilə 

müqayisədə  gəlir  15.934.335.1  manat  və  ya  40,4  %,  mənfəət  isə  5.910.673.7  manat  və  ya 

55,5% azalmışdır. 

Beləliklə,  2012-2013-cü  illər  müqayisə  edildikdə,  xidmətdən  ümumi  gəlirin  və 

maliyyə nəticəsinin xüsusi çəkisi aşağıdakı kimi olmuşdur: 

-  xarici  auditor  təşkilatlarının  filial  və  ya  nümayəndəlikləri  üzrə  gəlir  56,4%-dən 

30,1%-ə qədər, yəni 26,3%, mənfəəti isə 60,9%-dən 58,4%-ə qədər, yəni 2,5% azalmışdır; 

-  xarici  investisiyalı  auditor  təşkilatları  üzrə  gəlir  22,3%-dən  37,5%-ə  qədər,  yəni 

15,3% artmış, mənfəəti isə 24,0%-dən 10,9%-ə qədər, yəni 13,1% azalmışdır; 

- yerli auditor təşkilatları üzrə gəlir 18,3%-dən 27,0%-ə qədər, yəni 8,7%, mənfəəti isə 

13,3%-dən 27,4%-ə qədər, yəni 14,1% artmışdır; 

- sərbəst auditorlar üzrə gəlir 3,1%-dən 5,4%-ə qədər, yəni 2,3%, mənfəəti isə 1,7-dən 

3,3%-ə qədər, yəni 1,6% artmışdır. 

“Auditor  xidməti  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən, 

Auditorlar  Palatası  sərbəst  auditorların  və  auditor  təşkilatlarının  fəaliyyətini  və  onların 

apardıqları  auditlərin  keyfiyyətinin  audit  standartlarına  uyğunluğunu  yoxlayır  və  işlərinə 

nəzarət  edir.  Auditorlar  Palatası  tərəfindən  2009-cu  ildə  auditor  təşkilatının  və  28  sərbəst 

auditorun  (2012-ci  ildə,  müvafiq  olaraq,  33  auditor  təşkilatının  və  31  sərbəst  auditorun, 

2011-ci  ildə,  müvafiq  olaraq,  33  auditor  təşkilatının  və  25  sərbəst  auditorun)  maliyyə-

təsərrüfat  fəaliyyəti  və  onların  apardıqları  auditlərin  keyfiyyətinin  audit  standartlarına 

uyğunluğu yoxlanılmışdır. 

Auditorlar Palatası tərəfindən aparılmış yoxlamalar, təhlil və araşdırmalar nəticəsində 

müəyyən  olmuşdur  ki,  bir  sıra  sərbəst  auditorlar  və  auditor  təşkilatları  işlərini  milli  audit 



 

47 


standartlarının,  peşə  etikası  məcəlləsinin  və  digər  normativ  hüquqi  aktların  tələblərinə 

uyğun olaraq xidmət göstərmişlər. 

Bununla  yanaşı,  bəzi  sərbəst  auditorlar  və  auditor  təşkilatları  fəaliyyətlərində 

müəyyən nöqsan və çatışmazlıqlara yol vermişlər; o cümlədən bir gün ərzində 2, bəzən isə 3 

təsərrüfat  subyektində  audit  aparıldığına  dair  auditor  rəyinin  verilməsi,  ayrı-ayrı  audit 

standartlarının  və  sahəvi  auditlərin  aparılmasına  dair  proqramların  tələblərinə,  “Şəffaflığın 

artırılması  və  korrupsiyaya  qarşı  mübarizə  üzrə  Milli  Strategiya”nın  həyata  keçirilməsi  ilə 

bağlı  “Auditorlar  Palatasının  Fəaliyyət  Planının  (2007-2011-ci  illər)  Auditor  xidmətinin 

dəyərinin  ödənişləri  üzrə  nağd  ödəmələrin  azaldılması”  bəndinə,  “Azərbaycan 

Respublikasının  ərazisində  göstərilən  auditor  xidmətlərinin  dəyərinin  tövsiyə  olunan 

minimum  hədləri  barədə”  Auditorlar  Palatası  Şurasının  2005-ci  il  23  dekabr  tarixli  159\5 

saylı qərarına əlavə və dəyişikliklər edilməsi haqqında Auditorlar Palatası Şurasının 2009-cu 

il  26  yanvar  tarixli  197/6  saylı  qərarının  tələblərinə  tam  əməl  edilməməsi  halları  aşkar 

olunmuşdur. 

Aparılmış  yoxlamaların  nəticəsindən  asılı  olaraq,  aşkar  edilmiş  nöqsan  və 

çatışmazlıqların aradan qaldırılması məqsədilə 24 sərbəst auditora və 22 auditor təşkilatının 

rəhbərlərinə  məktub  göndərilmiş,  9  halda  yoxlamaların  nəticələri  Palata  rəhbərliyinin 

yanında müzakirə edilmişdir. 

Auditor  xidmətinin  keyfiyyətinin  yüksəldilməsi  məqsədilə,  beynəlxalq  təcrübəyə 

əsaslanaraq,  Auditorlar  Palatası  Şurasının  2008-ci  il  4  fevral  tarixli  190\2  saylı  qərarı  ilə 

“Azərbaycan  Respublikasında  auditor  xidmətinin  keyfiyyətinə  nəzarət  üzrə  Əsasnamə” 

təsdiq  edilmişdir.  Əsasnaməyə  uyğun  olaraq,  auditin  tənzimlənməsi  prosesində  şəffaflığın 

artırılması, beynəlxalq audit standartlarının tələblərinə riayət edilməsi, Palatanın üzv olduğu 

Beynəlxalq  Mühasiblər  Federasiyasının  və    Avropa  İttifaqının  8-ci  direktivinin  tələblərinə 

uyğun  olaraq,  sərbəst  auditorların  və  auditor  təşkilatlarının  göstərdikləri  xidmətin 

keyfiyyətinə  nəzarətin  gücləndirilməsi  məqsədilə  müvafiq  qurumların  (Azərbaycan 

Respublikası  İqtisadi  İnkişaf  Nazirliyi,  Maliyyə  Nazirliyi,  Vergilər  Nazirliyi,  Qiymətli 

Kağızlar  üzrə  Dövlət  Komitəsi,  Hesablama  Palatası,  Mərkəzi  Bank  və  Azərbaycan  Dövlət 

İqtisad  Universiteti)  nümayəndələrindən  ibarət  Keyfiyyətə  nəzarət  komitəsinin  yaradılması 



 

48 


nəzərdə  tutulur.  Bir    sıra  təşkilati-maliyyə   məsələlərinin    həll  edilməməsi  üzündən 

2009-cu ildə Əsasnamənin tətbiqinə başlamaq mümkün olmamışdır. 

Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyasına tamhüquqlu üzvlüyü ilə 

əlaqədar  götürdüyü  öhdəliklərə  və  həmin  təşkilata  imzalanmış  2008-ci  il  21  aprel  tarixli 

memoranduma  əsasən,  Palatada  yaradılmış  redkasiya  heyəti  tərəfindən  2009-cu  il  ərzində 

Beynəlxalq  Audit  və  İnformasiyanın  Düzgünlüyünün  Təsdiqlənməsi  Standartları  Şurası” 

tərəfindən  işlənib  hazırlanmış  və  Beynəlxalq  Mühasiblər  Federasiyası  tərəfindən  qəbul 

edilərək dərc etdirilmiş 32 adda beynəlxalq audit standartının, habelə “Peşəkar Mühasiblərin 

Etika  Məcəlləsi”nin  Azərbaycan  dilinə  tərcümə  edilməsi,  redaktəsi  və  nəşri  üzrə  işlər  başa 

çatdırılmış, bununla da 2010-cu ilin 1 yanvar tarixindən etibarən ölkəmizdə beynəlxalq audit 

standartlarının tətbiqinə başlanması üçün tələb olunan normativ baza təmin edilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

49 


 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin