Riyazi Proqram Paketləri.
Riyazi proqram paketləri (RPP) istifadəçilərə simvollar, cəbri ifadələr və qrafik təsvirlər
üzərində əməllər aparmaq üçün nəzərdə tutulmuş proqram vasitələridir.
RPP-nin əksəriyyəti istifadəçiyə kompleks vəzifələr üçün ardıcıl proqramlar yazmağa imkan
verir və onlar yüksək səviyyəli proqramlaşdırma dillərinin bütün xüsusiyyətlərinə malikdirlər. RPP-
in rəqəmsal hesablamalar aparmaq və animasiyalar yaradaraq icra etmək üçün mükəmməl
imkanları vardır. Bu isə, onları riyaziyyat fənninin tədrisi üçün ideal vasitəyə çevirir.
Riyaziyyat fənninin tədrisinə Yeni İnformasiya Sistemlərinin tətbiqi qrafik metodlardan daha
səmərəli istifadə etməyə imkan yaradır ki, bu da dərsin daha maraqlı təşkil edilməsinə, riyazi
proseslərin daha anlaşıqlı izahına, öyrənənlərin daha məhsuldar işləməklə vaxta qənaət
etmələrinə, aşkar həllərin tədqiqinə və nəticələrin tətbiqinə yaxşı imkanlar açır.
Belə proqram paketlərindən bir neçəsinin funksional imkanlarına və riyaziyyat yönlü fənlərin
tədrisində onlardan istifadənin fərqli və oxşar cəhətlərinə nəzər salaq.
Dostları ilə paylaş: |