Matemathica riyazi proqram paketi. Paketi proqramçı alim, Wolfram Research firmasının
prezidenti Стивен Вольфрам yaratmışdır. MatCAD riyazi proqram paketi kimi Mathematica
proqram paketi də tədqiqatçı alimlər və tələbələr tərəfindən geniş istifadə olunur. Bunun əsas
səbəbi paketin çox sadə interfeysə malik olması və ixtiyari çətinlikli hesablama əməliyyatlarının
aparılması üçün böyük imkanlara malik olmasındadır [9].
Məsələn, Mathematica paketindən istifadə etməklə obyektlərin mürəkkəb qrafik təsvirini almaq bir
neçə sadə proqram kodunun yazılması ilə mümkün olur (Şəkil 3).
Matemathica
elmi
işçilərin
və
riyaziyyatçı-analitiklərin
əməyinin
maksimum
avtomatlaşdırılması üçün nəzərdə tutulsa da, hazırda imkanlarına və sadəliyinə görə riyazi proqram
paketlərindən istifadə etməyə üstünlük verənlər arasında da geniş yayılmışdır [8].
Proqram yaradılarkən əsas diqqət onun qrafik imkanlarının geniş olmasına, paketin daimi
dəyişən qrafik modullardan və hətta multimedia imkanlarının da olmasına fikir verilmişdir.
Paketin ən böyük üstünlüyü elektron cədvəl stilində verilən xanalarda yerləşdirilmiş
verilənlərin bir-biri ilə daimi dəyişən, yəni dinamik əlaqədə olmasıdır. Bu imkan Matemathica
paketini digər riyazi-proqram paketlərindən fərqləndirən ən mühüm cəhətdir.
Matemathica paketində maşından aslı olmayan riyazi əməliyyatlar nüvəsi vardır ki, bu da
paketin əməliyyat sistemlərindən asılılığlnl aradan qaldırır. Paketin Front End adlanan interfeys
prosessorunun köməyi ilə ixtiyari funksiyanı nüvədən sürətlə çağırıb prosesə cəlb etmək olar. Bütün
digər paketlərdə olduğu kimi bu paketin də proqramlaşdırma dili var və onun köməyi ilə paketin
imkanlarını genişləndirmək mümkündür. Bu isə, istifadəçilərə yeni proqramlar və əlavələr yaratmaq
üçün yaxşı imkanlar açır. Paketin funksiyalarını Add-on Paskages kitabxanasından istifadə etməklə
genişləndirmək mümkündür. Paket real tapşırıq nümunələri ilə zənginləşdirilmiş elektron sorğu
sisteminə də malikdir.
Şəkil. Mathematica sistemində icra olunmuş proqramın nəticəsi.
Paketə əlavə olunmuş çoxlu sayda riyazi funksiya və əməliyyatlar onun müxtəlif elm sahələri
üzrə tətbiqinə də yaxşı imkanlar açır.
Dostları ilə paylaş: |