Distant Təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr
əsasında təşkil оlunduğu təhsilalma fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni
telekommunikasiya və kompyuter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə
əsasında, uzaq məsafədən həyata keçirilən təhsil formasıdır.
Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik,
müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və
texnologiyalarından istifadə və s. məsələlər aiddir.
Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik,
televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video
kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, televizor,
audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.
Təhsilin Distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni
ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Distant təhsil ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu,
yaradıcılığını optimal inkişaf etdirir.
Dostları ilə paylaş: |