Elmilik prinsipi. Bu prinsip tələbləri elmi biliklərlə, elmi dünyagörünüşü ilə si-
lahlandırmağı nəzərdə tutur. Təlimdə keçilən mövzular sübut və dəlillərlə elmi
cəhətdən əsaslandırılmalı, nəzəri biliklər – anlayış və qanunlar onların aid olduğu
həyati fakt və hadisələrlə əlaqələndirilməlidir. Əks halda nəzəri biliklər real hadisə və
proseslərdən ayrı düşər, təlim formal xarakter daşıyar.
Bu prinsipin tətbiqində aşağıdakı qaydalar gözlənilməlidir:
- elmi anlayış və qanunların düzgün dərk olunmasına nail olmaq;
- tələbələri elmi müşahidələrə, elmi problemlərin həllinə, fakt və hadisələrin
ümumiləşdirilməsinə, yaradıcı axtarışlara geniş cəlb etmək;
- elmin inkişafına uyğun olaraq təhsilin məzmununu (proqramları, dərslikləri,
mühazirə materiallarını) müntəzəm olaraq təkmilləşdirmək;
- elmdəki yeniliklərlə, mübahisələrlə, həll olunmamış məsələlərlə tələbələri
vaxtaşırı tanış etmək;
- tələbələri tədricən elmi idraka yaxınlaşdırmaq: müstəqil problemlər qoyub
onların həllinə, elmi metodlara istiqamətləndirmək.