qoji proses, tərbiyə, təhsil, təlim, tədrisetmə, öyrənmə, özünütəhsil, özünütərbiyə,
şəxsiyyətin inkişafı və s. daxildir. Onların mahiyyətini qısaca nəzərdən keçirək.
Pedaqoji proses daha geniş kateqoriya olub, bir çox kateqoriya və anlayışları
(tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı, özünütəhsil, özünütərbiyə və s.) özündə
birləşdirir, onların vəhdətini nəzərdə tutur.
Tərbiyə – insan şəxsiyyətinin məqsədyönlü, sistemli və planlı şəkildə forma-
laşması prosesinin idarə edilməsi və onun nəticəsidir. O, iki mənada – geniş və dar
mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin
əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi
kimi başa düşülür. Bu halda tərbiyə bioloji, sosial təsirləri, o cümlədən tərbiyə, təhsil
və təlimi də özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə
və ailədə verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa düşülür.
Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi,
şəxsiyyətini təkmilləşdirməsi prosesidir. Özünütərbiyə tərbiyə ilə paralel getməli,
tədricən onu əvəz etməlidir.
Tərbiyə prosesi, bir qayda olaraq,
yenidəntərbiyə ilə müşayiət olunur. Yeni-
dəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların,
keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir.
Tərbiyə
bir çox yollarla, o cümlədən təhsil və təlim yolu ilə həyata keçirilir.
Təhsil insanın sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi, bu
zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun
nəticəsidir. Təhsil müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də onların
vəhdəti ilə) əldə edilir.
Özünütəhsil insanın öz zehni inkişafı ilə müntəzəm məşğul olması, idrak
tələbatlarını ödəməsi prosesidir. Özünütəhsil təlimlə yanaşı getməli, bir-birini tamam-
lamalıdır.
Təlim müəllimin rəhbərliyi altında təhsilalanların sistemləşdirilmiş bilik, baca-
rıq və vərdişlərə yiyələnməsi prosesidir. Təlim iki fəaliyyət növünə – müəllimin
öyrətmə (tədrisetmə) fəaliyyətinə və tələbənin öyrənmə (təhsilalma) fəaliyyətinə,
3
onların vəhdətinə əsaslanır.
Dostları ilə paylaş: