davranış motivlərinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji mexanizm-
lərini öyrənir);
- Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir);
- Sosial psixologiya ilə (tələbələrin bir-birilə və müəllimlərlə qarşılıqlı müna-
sibətlərini, kollektiv münasibətləri öyrənir);
-
Sosiologiya ilə (sosial münasibətləri, tələbələrin sosial tərkibi, müəllimlərin
sosial statusu və rolu, peşələrə bələdləşmə və s. məsələləri öyrənir);
-
Kibernetika ilə (mürəkkəb dinamik sistemlərdə idarəetmə prosesini, informa-
siyaların ötürülməsi və mənimsənilməsi mexanizmlərini öyrənir);
Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar ki,
bütün elm sahə-
ləri ilə əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan fənlər (dil, ədəbiyyat, tarix, fizika, ri-
yaziyyat, kimya, biologiya, coğrafiya və b.) və onların tədrisi məsələləri pedaqo-
gikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir.
Pedaqogikanın başqa elm sahələri ilə əlaqəsi qarşılıqlı səciyyə daşıyır və yeni
elm sahələrinin yaranması üçün əsas verir. Məsələn, belə əlaqə sayəsində təhsil və
tərbiyə fəlsəfəsi, pedaqoji psixologiya, psixopedaqogika, təhsil iqtisadiyyatı, təhsil
menecmenti və s. elm sahələri yaranmışdır.
Dostları ilə paylaş: