Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Empirik tədqiqat metodları  müəyyən faktlar toplamağa xidmət edir. Bu me-
todlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji kon-
silium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Nəzəri tədqiqat metodları  nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çı-
xarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən,
pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (mə-
sələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin
öyrənilməsi və s.) həsr olunur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya,
modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Pedaqoji tədqiqatda bəzən empirik-nəzəri metodlar əlaqəli şəkildə tətbiq olu-
nur. Belə metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir.
Pedaqoji   eksperiment  müəyyən   pedaqoji   fərziyyəni   yoxlamaq   metodudur.
Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici,
öyrədici və yoxlayıcı eksperiment. Təşkili formasına görə eksperiment üç cür olur:
təbii   (adi,   təbii   şəraitdə   keçirilir),   laborator   (laboratoriya   şəraitində   keçirilir)   və
kompleks eksperiment (həm təbii, həm də laborator şəraitdə keçirilir). 
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə,
müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir.
Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı, təcrübi-eksperimental iş,
sınaq  metodları  da tətbiq olunur. Bu zaman müəyyən proqram (plan) üzrə təcrübə
işləri aparılır, onların səmərəliliyi öyrənilir.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə  riyazi-statistik və sosioloji  metodlara da
müraciət olunur. Riyazi-statistik metodlar tədqiqatın nəticələrini kəmiyyət baxımın-
7


dan tədqiq etməyə imkan verir. Sosioloji metodlar isə pedaqogikanın sosial məsələlə-
rinin (ailə və mühitin təlim-tərbiyə işinə təsiri, kollektiv və fərdin münasibətləri, pe-
şəseçmə və s.) həllində geniş tətbiq olunur. Sosioloji metodlara kütləvi sorğular, in-
tervyu, reytinq, ranqlaşdırma, sosiometrik metodlar (şkala, sosioqramma və s.) da-
xildir. 
Pedaqoji tədqiqat metodları tədqiqat prosesində kompleks şəkildə tətbiq olunur,
alınan nəticələr tutuşdurulur. Tədqiqat metodlarının düzgün seçilməsi tədqiqatın me-
todikası baxımından böyük əhəmiyyətə malikdir.  Pedaqoji tədqiqatın metodikası
tədqiqatın texnologiyasını, bütün mərhələlərini özündə əks etdirir. Tədqiqatın metodi-
kasında, şərti olaraq, üç mərhələni fərqləndirmək olar:
- Hazırlıq mərhələsində tədqiqatın nəzəri məsələləri araşdırılır: tədqiqatın ob-
yekti, predmeti (nəyi öyrənmək?), məqsədi (nəyə nail olmaq?), vəzifələri (məqsədə
çatmaq ümün hansı işləri görmək lazımdır?), tədqiqatın problemi (həlli tələb olunan
məsələ) müəyyən edilir, fərziyyə (problemin həlli yolları) müəyyənləşdirilir.
- İcra mərhələsində tədqiqat metodlarının köməyi ilə pedaqoji faktlar toplanıb
tədqiq edilir və müvafiq nəticələr çıxarılır. Həmin nəticələr zəruri halda eksperiment
və təcrübə ilə yoxlanılır.
- Yekun mərhələsində tədqiqat materialları kəmiyyət və keyfiyyət baxımından
təhlil olunur, fərziyyənin düzgün olub-olmaması aydınlaşdırılır. Tədqiqat materialları
pedaqoji nəzəriyyə əsasında şərh edilir, yeni qanunauyğunluqlar müəyyən olunur.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin