4. Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetiril-
məsinə xidmət edir.
1. Təsəvvürlərin formalaşdırılması (qavrama) metodları. Hissi qavramanı
təmin etmək, ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür. Bu
qrup metodlara müşahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir.
Müşahidə metodu müəyyən məqsədlə, planlı və sistemli şəkildə qavrama pro-
sesinin təşkili metodudur.
İllüstrasiya metodu əyani vasitələrin köməyi ilə təlim materialının qavranmasını
nəzərdə tutur. Əyani vasitələr müxtəlif növdə olur: a) təbii əşyalar; b) şəkil və pla-
katlar; c) sxematik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani vəsaitlər
(xəritələr, qlobus). Məqsəd və məzmundan asılı olaraq əyani vasitələrin müxtəlif
növləri seçilib tətbiq edilir.
Demonstrasiya metodu əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf
halında nümayiş etdirmək metodudur. Buraya təcrübələr, kino, diafilmlər və televi-
ziya verilişlərindən, kompüterdən istifadə daxildir.
Təsvir metodu müəyyən fakt və hadisəni söz vasitəsilə tələbələrin təsəvvüründə
canlandırmaq metodudur.