3
2. Diaqnostik qiymətləndirmə
2.1 Diaqnostik qiymətləndirmə müəllim üçün təlim strategiyasını müəyyənləşdirməyə
xidmət edir. Bir qayda olaraq, təhsil səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin
əvvəlində sinifdəki şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil
müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və
bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə
aparılır.
2.2 Diaqnostik
qiymətləndirmənin
üsul
və
vasitələri
fənn
müəllimi
tərəfindən
müəyyənləşdirilir və aparılır.
2.3 Diaqnostik qiymətləndirmə vasitələri bir qayda olaraq, standartlar üzrə əldə olunmuş
bilik və bacarıqlar əsasında hazırlanır (ibtidai təhsil səviyyəsinin birinci sinfində dərs
ilinin əvvəli istisna edilməklə).
Dostları ilə paylaş: