Mektebdaxili qiymet-nin aparilmasi barede telimat



Yüklə 99,41 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix24.03.2022
ölçüsü99,41 Kb.
#54109
1   2   3   4   5   6   7   8   9   ...   16
 

3.1.Formativ  qiymətləndirmə  şagirdin  məzmun  standartlarından  irəli  gələn  bilik  və 

bacarıqların  mənimsənilməsinə   yönəlmiş  fəaliyyətini izləmək, bu zaman  qarşıya çıxan 

problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. 

3.2.Formativ  qiymətləndirmə  dərsi  müşayiət  edən  prosesdir.  Fənn  üzrə  aparılan  formativ 

qiymətləndirmə    şagirdin  ehtiyaclarını  öyrənmək,  uğur  qazana  bilməməsinin  səbəblərini 

araşdırmaq  və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq  həyata keçirilir. 

3.3.Fənni  tədris edən müəllim  formativ qiymətləndirmə aparmaq üçün  məzmun standartları 

əsasında  qiymətləndirmə  meyarlarını  müəyyənləşdirməlidir.  Qiymətləndirmə  meyarları 

birbaşa  məzmun  standartlarından  çıxarılarkən  məzmun    kənarda  qalmamalıdır,  çünki 

məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur. Məsələn: 

IV  sinif  Həyat  bilgisi  fənni  üzrə  “2.4.2.  Hüquq  və  vəzifələri  barədə  kiçik  təqdimatlar 

edir”,  “1.4.2.  Ekologiyanın  qorunması  ilə  bağlı  kiçik  təqdimatlar  edir”  standartlarında 

təqdimetmə  bacarığının  izlənilməsi  zəruriləşir.  Bu  bacarıq  yuxarıdakı  standartların 

məzmununa  uyğun  olaraq,  müxtəlif  dərslərdə  “Ekologiya”  və  ya  “Uşaq  hüquqları  və 

vəzifələri”  mövzuları  üzərində  icra  olunur.  Nəticədə  formativ  qiymətləndirmə  zamanı 

müəllim  şagirdlərin  standartlarda  tələb  olunan  bacarıqlara  yiyələnməsi  üçün  onların 

fəaliyyətini konkret mövzular üzrə izləməyə müvəffəq olur.  

3.4. Eyni bir  standart dərslikdəki bir neçə mövzu ilə reallaşdığına görə həmin standartlardan 

çıxan qiymətləndirmə  meyarları növbəti müvafiq dərslərdə də istifadə edilir.  



3.5.Formativ  qiymətləndirmə  zamanı    müşahidə  üsulu  və  müşahidə  vərəqləri  vasitəsindən, 

müsahibə üsulu və  şifahi nitq bacarıqları  üzrə  qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu 

və  yazı  işləri,  imla,  inşa,  esse,  ifadə,  məsələ,  misal  həlli  vasitəsindən,  oxu  üsulu  və 

mətnlər  vasitəsindən,  layihə  üsulu,  ayrı-ayrı  şagirdlərin  və  ya  qrupların  hazırladığı  

təqdimat vasitəsindən  istifadə  olunur. 

3.6.Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə 

jurnalı  və  məktəbli  kitabçasında  şagirdin  idraki  və  hərəki  fəaliyyətinin  səviyyələrinə 

uyğun    sözlərlə  ifadə  olunur.  Heç  bir  rəqəm  və  simvollardan,  “mənimsəyir”, 

“mənimsəmir”,  “bilir”,  “bilmir”,  “yaxşı”, 

“orta”,  “zəif”  və  digər  bu  kimi  ifadələrdən  

istifadə olunmur. 




Yüklə 99,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin