L – NİTQİn nöVLƏRİ VƏ formalari



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix24.03.2022
ölçüsü0,89 Mb.
#54119
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Nitq-mədəniyyəti-üzrə-II-kurs-tələbələri-üçün-Ziba-Səfərova-tərəfindən-hazırlanan-elektron-mühazirələr

Məişət üslubunun 

sərbəstliyi və yığcamlığı.

 

 



Məişət üslubunun əsas səciyyəvi xüsusiyyələri 

sərbəstliyi, yığcamlığı və 

təbiiliyidir.

 

Məişət üslubunun əsas xüsusiyyətləri aşağıdakılardır : 



1) Sadəlik , aydınlıq ,  sərbəstlik və təbiilik . 

2) Məişət üslubu dialektüstü nitq formasıdır. Bu üslubda dialektlərdən çox az 

isitifadə olunur . 

3) Məişət üslubunda test və mimikalardan geniş istifadə olunur . 

4) Dialoji nitq məişət üslubunun əsas xüsusiyyətidir . 

5) Məişət üslubu nitq normalarının daha çox pozulduğu üslubdur . 

6) Bədii üslubda məişət üslubunun təzahürünə obrazların dilində rast gəlinir . 

7) Yarımçıq cümlə və  söz – cümlələrdən bu üslubda çox istifadə olunur . 

8) Məişət üslubunun daha çox bağlandığı üslub bədii üslubdur . 

9) Kütləviliyinə , işlənmə dairəsinə görə ən üstün üslubdur . 




 

    


Məişət dili danışıq dilidir.

 

Danışıq dilinin qarşılığı yazılı dildir. Yazılı dil cəmiyyətin 



inkişafindan sonra yaranmişdır. Şifahi nitq, yəni danışıq dili ilkindir. Deməli,yazılıdil 

şifahi dilin əsasında formalaşır . Yazılı dil çox vaxt ədəbi dilin sinonimi kimi qavranır. 

Ədəbi dilin üslubları, bir qayda olaraq, yazılı dilin bazasında meydana çıxır. Ədəbi dil 

üslublar sistemidir. Nəticədə ədəbi dilin yaranması üslubların müəyyənləşməsi 

deməkdir. 

İndi məişət dili kimi qavradəğımız nitq o zaman bütövlükdə canlı dilin xalqın ünsiyyət 

saxladığı dilin özü idi.Ədəbi dilin üslubları danışıq dilinin əsasında və danışıq 

normasından uzaqlaşma yolu ilə yaranır. Sonralar  ədəbi dil öz yazılı üslubları ilə 

inkişafında elə  bir səviyyəyə çatır ki, xalqın dilinin təbiiliyindən uzaqlaşır, nəticədə 

ədəbi dil qəlibə, şablon dilə çəvrilir. Bu zaman insanlar ünsiyyətdə təbii danışığa 

ehtiyac hiss edirlə. Ədəbi bilbu vəziyyətə çatdıqda cəmiyyətdə mədəni səviyyənin 

yüksəlişi, yerli şivəçilikdən çəkilmə meyili yaranmış olur. Bu zaman ədəbi normativli 

dil insanın gündəlik məişətinə müəyyən dərəcədə yol açmış olur. Beləliklə, ədəbi 

dilin şifahi təzahürü – məişət üslubu yaranır. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin