Publisistika
-
Latın sözü olub, “ictimai” deməkdir.
Publisistika termini 19-
cu əsrdə yaranmış və uzun müddət
sosial
ədəbiyyat
mənasında işlənmişdir. Hal-hazırda
jurnalistikanın
hər janrı
publisistika adlanır. Publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun
haqqında kütləni düşündürərək inandıracaq formada danışmaqdır. Bundan ötrü hər
cümlənin sonunda nida qoymaqla hər şey bitmir. Stil nə qədər fərdi olsa da, material
nə qədər düzgün qurulsa da müəllifin publisistik mövqeyi, şəxsi peşəkarlıq olmadan
uğur mümkün deyil.
Publisistik
yazılar yazan, publisistika ilə məşğul olan şəxsə publisist deyilir.
Publisistik üslubun xüsusiyyətləri:
1.
Mətbuatda formalaşır.
2.
Müxtəlif qəzetlərin və jurnalların dilidir.
3.
Müxtəlif mövqe və maraqları əks etdirir.
4.
Müxtəlif emosiyaları əks etdirir.
5.
Həm şifahi, həm də yazılı olur.
6.
Anlaşılıqlı olur.
7.
Ümumxalq dilinə yaxındır.
8.
Aydınlığı ilə seçilir.
Ədəbi dilin ictimai-publisistik üslubu.
İctimai və siyasi məsələlərin geniş xalq
kütləsinin anlayacağı şəkildə izah edilməsi ictimai-publisistik üslub adlanır. Bu
üsluba eyni zamanda kütləvi üslub, kütləvi dil də deyilir. Buraya təbliğat,
təşviqat məzmunlu, adi məlumat xarakterli və tənqidi daxildir. İctimai-
publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu vardır. Buna
görə də bu üslubu çox zaman mətbuat üslubu da adlandırırlar. Lakin qeyd
etməliyik ki, qəzet və jurnallardakı məqalələrin hamısı publisistik üslubda
yazılmır; orada müxtəlif üslubda yazılan materiallar olur. Elə buna görə də
bütün məqalələri mətbuat üslubu adı altında başa düşmək düzgün deyildir:
mətbuat üslubu başqa anlayışdır. Bunun özü iki yerə bölünür:
a) qəzet üslubu b) jurnal üslubu. Bunların isə fərqli cəhətləri vardır. Bu
fərqlər hər şeydən əvvəl ondadır ki, qəzetdə mənası gec başa düşülən
sözlərə, tərkiblərə yer verilmir. Ancaq jurnalda yeni terminlər, tərkiblər,
qısaltmalar və sairə çox işlədilir. Azərbaycan ədəbi dilinin ictimai-
publisistik
məqalələrin, yazılı məruzələrin, qəzet xülasələrinin və s.dili
daxildir.
Azərbaycan ədəbi dilinin ictimai-publisistik üslubu əsasən XIX əsrdə milli
mətbuatın meydana çıxdığı dövrdən formalaşmağa başlamışdır. İctimai-
publisistik üslubun janrlara görə müxtəlif qolları ol-
i
masına baxmayaraq,
bunların hamısının ümumi və digər üslublardan fərqli xüsusiyyətləri vardır.
İctimai publisistik üslubun səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:
1)Sözün istehza ilə işlədilməsi;
2)Sarkazmlar yaradılması;
3)Frazeoloji vahidlərdən geniş istifadə olunması;
4)Bədii ədəbiyyatdan sitatlar verilməsi;
5)İfşa və tənqid üçün ən kəskin sözlər işlədilməsi.
İctimai-publisistik üslub, ümumiyyətlə, aydın üslubdur. Burada xalq danışıq
ünsürləri yox olur. Məsələn, ―Kirpi’’ jurnalındakı məqalələrin əksəriyyətində
istənilən qədər xalq ifadə və tərkibləri, adi danışıq dilinə məxsus cümlələr və
s. vardır. İctimai-publisistik üslubda yazılan oçerklər bunu bədii üsluba, xülasə
və tənqidi məqalələr elmi üsluba, bəzi materiallar isə rəsmi üsluba
yaxınlaşdırılır
.
Azərbaycanda ilk mətbuatın əsası 19-cu əsrdə 1875-ci ildə H.b.Zərdabi
tərərfindən yaradılan
“Əkinçi”
qəzeti ilə qoyulmuşdur.
Dostları ilə paylaş: