Щязряти Айятуллащцл-Цзма


xas bir şirinlik, gözəllik vardır. Sözlərinin yuxarısı meyvə ilə dolu olan ağac gövdəsinə



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə77/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

xas bir şirinlik, gözəllik vardır. Sözlərinin yuxarısı meyvə ilə dolu olan ağac gövdəsinə 

bənzəyir. Sözlərinin əvvəli və sonu  isə ağac gövdəsi kimi çox qüvvətlidir. Onun dedikləri 


44

hər  şeyə  qələbə  çalıb  üstün  gəlir  və  heç  bir  şey  onun  sözlərinə  qalib  gələ  bilməz.»  Bu 

sözlər  Qüreyş  arasında  «Vəlid  Məhəmmədin  aşiqi  olmuş  və  ona  ürək  bağlamışdır» 

şayiəsinin  yayılmasına  səbəb  oldu.  Əbu  Cəhl  (o  da  Qüreyş  tayfasından  idi)  tələsik  Vəlidin 

evinə  gələrək  hadisəni  (Qüreyş  arasında  yayılmış  şayiəni)  ona  olduğu  kimi  danışıb  Vəlidi 

Qüreyşin məclisinə dəvət etdi.

Vəlid məclisə gəlib dedi:

-Məhəmmədin  divanə  olduğunumu  zənn  edirsiniz?  İndiyədək  onda  dəlilik  əlaməti 

görmüsünüzmü?  

Məclisdə oturanlar cavab verdilər ki, xeyr. Vəlid sözünə davam edib dedi:

 -Belə  güman  edirsiniz  ki,  o  yalançıdır.  Məgər  o,  indiyədək  sizlərin  aranızda  düz 

danışan və etibarlı adam kimi tanımayıb? Ona Məhəmmədi- Əmin (düz danışan və etibarlı 

Məhəmməd) ləqəbini siz verməmisinizmi?

Qüreyşin başçılarından bir neçəsi dedi:

-Bəs biz ona nə ad qoyaq?

Vəlid bir az fikirləşərək «deyin, o sehrbazdır»-deyə cavab verdi. Onlar bu yolla Qurana 

aşiq olmuş insanların qarşısını almaq istəyirdilər. Lakin Quran ayələrini sehr adlandırmağın 

özü  onun  ayələrinin  fövqəladə  cazibəli  olduğundan  xəbər  verir.  Onlar  bu  cazibəni  sehr 

adlandırırdılar,  həqiqətdə  isə  bunun  sehrlə  heç  bir  əlaqəsi  yox  idi.  Belə  bir  vəziyyətdə 

Qüreyş  «Məhəmməd  məşhur  sehrbaz  olmuşdur,  bu  sözlər  də  (ayələr  də)  onun  sehridir. 

Ondan uzaq gəzin, çalışın, sözlərini eşitməyin» şüarlarını hər tərəfə yayırdı.

Onlar  nə  qədər  çalışsalar  da,  yenə  bu  işin  qarşısını  ala  bilmədilər.  Haq  tələb  edən, 

həqiqət  axtaran  və  ürəkləri  təmiz  olan  insanlar  dəstə-dəstə  hər  yandan  Qurana  pənah 

gətirir, ona bel bağlayırdılar. Onlar bu səmavi mənbədən lazımınca bəhrələnir, mənəvi qida 

alırdılar. Düşmənlər isə əlacsız qalıb geri çəkilməyə məcbur olurdular.

Hal-hazırda yenə Quran bütün müxalifləri mübarizə meydanına dəvət edir. Ey alimlər, 

ey filosoflar, ey şair və yazıçılar! Əgər bu ayələrin Allah tərəfindən olmasına şəkk edib, onun 

bəşər kəlamı olduğunu zənn edirsinizsə, siz də onun kimi bir surə gətirin.

Bilirik ki, İslam düşmənləri, xüsusilə, İslamı hər şeyi əhatə edən və özlərinin ən başlıca 

rəqibi hesab edən məsihi (xristian) keşişləri hər il müqəddəs və əziz  İslam  dininin ziddinə 

təbliğat aparmaq üçün külli miqdarda pul sərf edirlər. Onlar humanitar yardım bəhanəsi ilə 

müsəlman  ölkələrinə  gəlib  İslamın  ziddinə  təbliğat  aparır,  fəaliyyət  göstərirlər.  Nə  üçün 

onlar (ərəbdilli xristian alimlər) Quran ayələri kimi ayələr, surələr yazıb özlərinə üstünlük 

qazandırmırlar? Əgər bu iş baş tutası olsaydı, nəyin bahasına olursa olsun, yəqin ki, ona da 

əl atardılar.

Onların  bu  acizliyinin  özü  Quranın  möcüzə  olduğuna  və  Allah  tərəfindən  nazil 

olunduğuna açıq-aşkar və qaneedici bir sübutdur.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin