Щязряти Айятуллащцл-Цзма



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə79/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

1.Fəsahət və bəlağət

Bilirik ki, hər bir söz iki hissədən ibarətdir: kəlmə və məna.

Əgər  kəlmələr  gözəl,  layiqli,  bir-birinə  uyğun  və  nöqsansız  olsa,  eləcə  də  cümlə 

birləşmələri, məna və məqsəd könül iətəyən kimi cazibəli olsa, o kəlam fəsih və bəliğ kəlam 

adlanar.

Quran bu iki xüsusiyyəti (fəsahət, bəlağət) özündə son dərəcə yüksək səviyyədə ehtiva 

edir. Belə ki, indiyədək heç kim onun şirinliyi, cazibədarlığı kimi şirin və çox cazibəli ayələr 

gətirə bilməyib.

Müşriklərin  arasından  seçilmiş  olan  Vəlid  ibn  Muğəyrə  kimi  şəxs  Quran  ayələrini 

eşitdikdən  sonra  heyrətə  gəlib  fikrə  qərq  oldu.  Bir  müddət  fikirləşdikdən  sonra  Quranla 

mübarizə  etmək  məqsədi  ilə  müşriklərə  «deyin,  Quran  sehr,  Məhəmməd  isə  sehrbazdır» 

deyə əmr etdi.

Onlar  bu  adı  peyğəmbərə  dəfələrlə  vermişdilər.  Onlar  bu  yolla  Quranın  adına  xələl 

gətirmək istəyirdilər. Əslində isə bu Quranın əzəmətini daha da ucaltdı. Çünki bu, (Quranı 

sehr  adlandırmaq)  Quranın  fövqəladə  nüfuzlu  olduğuna  bir  etiraf  idi.  Quranı  sadə  yolla 

tanımaq  qeyri  mümkündür.  Buna  görə  də,  onu  cazibəli  və  tanınmamış  bir  qüvvə  hesab 

etməliyik.  Müşriklər  həqiqəti  və  Quranı  möcüzə  olaraq  qəbul  etmək  əvəzinə,  haqsızlığa  əl 

ataraq onu sehr adlandırdılar.

İslam tarixində inadkar şəxslərin peyğəmbərin hüzuruna gəlib bir neçə Quran ayəsini 

dinləməklə  birdən-birə  İslam  nurunun  qəlblərində  parladığı  dəfələrlə  görülmüşdür.  Bu, 

Quranın cazibəsinin, fəsahət və bəlağətinin möcüzə olduğunu göstərir.

Uzağa getməyək, hal-hazırda ərəb ədəbiyyatı ilə tanışlığı olan insanlar Quranı nə qədər 

oxuyub təkrar edirlərsə, heç yorulmur, Qurandan doymurlar. Əksinə, daha çox ləzzət alırlar.

Quran  ifadələri  həddən  artıq  dəqiq,  mətin  şəkildə,  eyni  zamanda  açıq-aşkar,  yeri 

gəldikdə isə, qəti surətdə bəyan edilmişdir.

Yeri  gəlmişkən,  xatırlatmalıyıq  ki,  ərəblər  o  zamanlarda  ədəbiyyat  sahəsində  çox 

irəliləmişdilər. Cahiliyyət dövrünün bəzi şerləri hal-hazırda da ərəb ədəbiyyatının ən gözəl 

şerlərindən hesab edilir.




46

Hər il Hicaz ədəbiyyatçılarından bir dəstəsi Məkkə şəhərində yerləşən Əkkaz bazarına 

yığışıb  öz  şerlərini  təqdim  edirdilər.  Onların  ən  yaxşısı  «ilin  şeri»  adına  layiq  görülərək 

yazılıb  Kəbənin  divarlarından  asılırdı.  Həzrət  Məhəmməd(s)  peyğəmbərliyə  yetişdiyi 

dövrdə artıq «Yeddi müəlləqat» adlı möhtəşəm poeziya nümunələri hərəsi bir dəfə ilin şeri 

adına  layiq  görülüb  Kəbənin  divarından  asılmışdı.  Quran  nazil  olduqdan  sonra  onların 

fəsahət  və  bəlağəti  nüfuzdan  elə  düşdü  ki,  onları  bir-birinin  ardınca  oradan  götürməli 

oldular.


Quran  təfsirçiləri  müxtəlif  ayələrin  əsasında  Quranın  incəliklərini  bacardıqları  qədər 

qələmə  almışlar.  Siz  bu  təfsirçilərə  müraciət  etməklə,  yuxarıda  deyilən  məsələ  ilə  daha 

ətraflı tanış ola bilərsiniz.

Quranla tanışlıq göstərir ki, peyğəmbərin Quran barədə buyurduğu aşağıdakı hədis heç 

də  təsadüfi  və  mübaliğə  dərəcəsində  deyildir.  Peyğəmbər  buyurmuşdur:  «Quranın  zahiri 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin