«Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix30.03.2022
ölçüsü0,52 Mb.
#54471
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
qazdan-istifade-qerar-80

2.4. İstehlakçının hüquqları: 

2.4.1. bu Müqavilə ilə müəyyən edilmiş təzyiqdə, habelə dövlət standartlarına uyğun 

keyfiyyətdə fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsini Paylayıcıdan tələb etmək

2.4.2. Paylayıcı tərəfindən bu Müqavilənin, «Qazdan istifadə Qaydaları»nın tələblərinin 

pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək; 

2.4.3. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq 

qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin bərpa edilməsini 

Paylayıcıdan tələb etmək; 

2.4.4. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış 

keçirmək üçün Paylayıcıdan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və 

Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən tapşırıq 

sənədinin surətini tələb etmək

2.4.5. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini 

Paylayıcıdan tələb etmək; 

2.4.6. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən 

edilmiş vəzifələrin lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini 

Paylayıcıdan tələb etmək; 

2.4.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən normativ hüquqi 

aktlarda nəzərdə tutulmuş hüquqları həyata keçirmək. 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin