9. RƏQƏM OSSİLOQRAFLARI
Rəqəm ossiloqraflarında tədqiq olunan analoq siqnal giriş blokunda analoq-rəqəm
çeviricisinin köməyilə rəqəm formasına çevrilir və diskret yaddaşda saxlanılır.Yaddaşda
saxlanılan siqnal elektron-şüa borusunun ekranında,müstəvi matrisli ekranda və digər üsullarla əks
etdirilə bilər.
Rəqəm ossiloqrafı eyni zamanda ekranda siqnalı müşahidə etməyə,həm də onun bir sıra
parametrlərinin ədədi qiymətlərini yüksək dəqiqliklə almağa imkan verir.Bundan başqa rəqəm
ossiloqraflarında informasiyanı çap etmək, şəbəkəyə ötürmək və digər funksional imkanlar
nəzərdə tutulmuşdur. Rəqəm ossloqraflarının mikroprosessorlarla əlaqələndirilməsi siqnalın
gərginliyinin orta kvadratik qiymətini təyin etməyə və hətta ekranda bir çox siqnallar üçün Furye
çevirməsini əks etdirməyə və hesablamağa imkan verir.
Rəqəm ossiloqraflarının ekranında təsvirlərin optimal ölçüləri avtomatik olaraq
qoyulur.Belə ossiloqrafların struktur sxeminə əsasən aşağıdakılar daxildir: giriş siqnalının atten-
yuatoru; şaquli və üfüqi meyletmə gücləndiriciləri; amplituda və zaman intervalları ölçənləri;
siqnal və ölçmə qurğularının interfeysləri; mikroprosessorlu kontroller; açılış generatoru;
sinxronlaşdırma sxemi və elektron-şüa borusu.
Tipik müasir rəqəm ossiloqrafının texniki xarakteristikaları belədir:
- buraxma zolağı 0....100 Mhs;
- ekranın ölçüsü 80x100 mm;
- rəqəm ölçmələrinin xətası 1...3%.
Rəqəm ossiloqrafının funksional imkanları: təsvirlərin ölçülərinin avtomatik qoyuluşu;
avtomatik sinxronlaşdırma; siqnalların maksimum və minimum amplitudalarının, impulsların
periodunun,müddətinin,fasiləsinin,qalxma və enmə cəbhələrinin avtomatik ölçülməsi, ümumi
təyinatlı kanala giriş və s. Bundan əlavə rəqəm ossiloqrafları ölçmə prosesini tam avtomatlaşdır-
mağa, iş rejiminin məsafədən idarə olunmasına, informasiyanın riyazi və məntiqi emal edilməsinə
də inkan verirlər.
Rəqəm ossiloqrafının sadələşdirilmiş struktur sxemi 9.1. şəklində göstərilmişdir.
Dostları ilə paylaş: |