22
Neon (Ne)
1,818×10
-3
1,3×10
-3
Helium (He)
4,6x10
-4
7,2x10
-5
Metan (CH
4
)
1,7x10
-4
8,4x10
-5
Kripiton(Kr)
1,14x10
-4
3x10
-4
Hidrogen
5x10
-5
8x10
-5
Su (H2O
5x10
-5
8x10
-5
Ksenon
8,6x10
-6
4x10
-5
Ozon
3x10
-7
...3x10
-6
5x10
-7
...5x10
-6
Cədvəl2.1-də göstərilən qaz tərkibi təxminən 20...25km yüksəkliyə qədər
saxlanılır.
Atmosferin kütləsi 1mln.dəfə litosferin,250 dəfə isə hidrosferin kütləsindən az-
dır.Atmosfer kütləsinin 50%-i onun yer səthindən 5km yüksəkdə olan qatında,
75%-i 10km-lik və 90%-i 16km-lik qatlarında cəmlənmişdir.
Temperatur dəyişməsinin xarakterinə görə atmosfer bir neçə hissəyə -
troposfer,stratosfer,mezosfer və ekzosferə-bölünür.Bu sferalar bir-birindən keçid
qatları ilə ayrılır ki,onlar da özündən əvvəl gələn sferanın adına uyğun pauzalar
adlanır(tropo-,strato-,mezo-və termopauza) (Şəkil2.3)
Troposfer-atmosfer kütləsininn 80%-dən çoxunun və atmosferdə olan su buxa-
rının 90%-ə qədərinin cəmləşdiyi aşağı qatdır.Troposferin yuxarı sərhəddi ekvator-
da 17km,qütblərdə 8-10km,mülayim en dairələrində isə 10-12km yüksəkliyə çatır.
Troposferin yuxarı sərhəddi temperatur dəyişməsindən asılı olaraq qişda
Yer səthi-
nə yaxınlaşır,yayda isə uzaqlaşır.Troposfer əsasən Günəşin qızdırdığı Yer
səthin-
dən əks olunan şüalanma hesabına isinir.Ona görə də,yer
səthindən yüksəklik art-
dıqca troposferin temperaturu orta hesabla 0,6
0
S/100m şaquli qradiyentlə aşağı
düşür.Troposfer üçün daim havanın qarışması,hərəkətliliyi(turbulentlik, konveksi-
ya) səciyyəvidir.Buludlar və yağıntılar, siklonlar və antisiklonlar
burada əmələ gə-
lir.
Tropopauza troposferin stratosferə keçid layıdır. Ekvatordan qütblərə doğru
getdikcə tropopauza enməyə başlayır.Tropopauzanın temperaturu və hündürlüyü
coğrafi enlikdən çox asılıdır.
Stratosfer havanın əhəmiyyətli dərəcədə boşalması,su buxarının yoxluğu,
ozonun (maksimal qatılığı 20...25km yüksəklikdə olan ozon qatı) mövcudluğu ilə
səciyyələnir.
Stratosfer hava kütləsinin 5%-ni özündə cəmləşdirməklə,50...
60km yüksəkliyə qə-
dər uzanır.
Stratosferin aşağı sərhəddində ekvator üzərində havanın temperaturu -55
0
S,
qütblərin üzərində isə bir qədər yüksək olur.Yüksəklik artıqca stratosferin tempera-
23
turu yüksəlir və stratopauzada 0
0
S-dən +10
0
S-yə çatır.Ekvator
və qütblərdə tempe-
ratur fərqli olduğu üçün stratosferdə havanın yerdəyişməsi baş verir.
Mezosfer 60...80km yüksəklikdə yerləşir.Bu qat havanın daha da boşalması və
yüksəklikdən asılı olaraq temperaturun kəskin dəyişməsi ilə səciyyələnir.Belə
ki,mezosferin aşağı sərhəddində temperatur 0
0
S,yuxarı sərhəddində isə -75
0
S-dir.
Burada hava axınının sürətinin çox böyük (50km/saat-dan bir neçə yüz km/saata
qədər) olması müşahidə olunur.
Mezopauza mezosferdən termosferə keçid qatıdır.
Termosferin aşağı sərhəddi yer səthindən 100km yüksəklikdən başlayır və yuxa-
rı sərhəddi 1000km yüksəkliyə qədər uzanır.Termosferin yuxarı sərhəddinə doğru
temperatur artır və 100km yüksəklikdə 0
0
S-dən keçərək 150km-də 200...240
0
S,
200km-də 500
0
S, 600km-də 1500
0
S-yə çatır.
Termosferdə qazlar kəskin ionlaşdığı üçün onu ionosfer də adlandırırlar.İonlaş-
ma elektrik keçiriciliyinə səbəb olduğuna görə termosferdə güclü elektrik cərəyanı
axını baş verir.Günəşin təsirindən termosferdə qütb parıltısı yaranır ki,buna da sə-
bəb ionlaşmış qazların korpuskulyar günəş radiasiyası ilə bombarduman olunması-
dır.
Ekzosfer Yer atmosferinin xarici qatı olmaqla,eyni zamanda səpələnmə qatı da
adlandırılır.Ekzosfer 2000-3000km yüksəkliyə qədər uzanır.Burada qazların sürət-
inin böhran həddinə(11,2km/san.)çatması onların planetlərarası fəzada səpələnmə-
sinə səbəb olur.Bu isə ilk növbədə hidrogenə aiddir ki,onun da miqdarı ekzosferdə
daha yüksəkdir.Yerin cazibə qüvvəsini dəf edən hidrogen Yerin “tacı”-nı əmələ gə-
tirir və 2000km yüksəkliyə qədər davam edir.
Atmosfer özünəməxsus fiziki,fizioloji və digər xassələrə malikdir(Cədvəl 2.2).
Atmosferin fiziki xassələri Cədvəl2.2
Dostları ilə paylaş: