İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə52/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   48   49   50   51   52   53   54   55   ...   109
umumi ekologiya

    Qida zənciri.Biosenoza daxil olan canlı orqanizmlər maddə və enerjinin assim-
liyasiya  xüsusiyyətlərinə  görə  eyni  deyil.Bitkilərdən  fərqli  olaraq  heyvanlar  foto-
sintez reaksiyasına qabil deyillər və günəş enerjisini fotosintetiklərin yaratdığı üzvi 
maddələr vasitəsilə istifadə edirlər.Beləliklə,biogeosenozda maddə və ona ekviva-
lent olan enerjinin ardıcıl olaraq bir orqanizmdən digər orqanizmə ötürülmə zənciri 
əmələ  gəlir  ki,buna  da  trofik  (yun.”trofe”-qidalanıram)  zəncir  və  ya  qida  zənciri 
deyilir.     
Qida zənciri bir-biri ilə qida-istehlakçı əlaqələri ilə bağlı olan bitki,heyvan,göbələk 
və mikroorqanizmlər silsiləsidir. 


57 
 
    Qeyri-üzvi maddədən ilkin üzvi maddə yaradan və öz orqanizmlərini heç bir va-
sitəçi olmadan quran orqanizmlərə (əsasən bitkilərə) avtotroflar və ya produsentlər 
deyilir.Mineral komponentlərdən üzvi maddə sintez edə bilməyən və öz orqanizm-
lərini qurmaq üçün produsentlərin yaratdığı üzvi maddədən istifadə etməyə məcbur 
olan orqanizmlərə heteretroflar (başqaları ilə qidalanan) və ya konsumentlər (lat-
”konsumo”-istehlak edirəm) deyilir.Beləliklə,produsentlər və onlarla qidalanan 
konsumentlər trofik zəncirin ilk iki həlqəsini təşkil edirlər.Lakin,bütün orqanizmlər 
öz fizioloji təlabatını ödəmək üçün qidasında təkcə bitkilərdən deyil,eyni zamanda 
digər heyvanların orqanizmindən (ətindən) də istifadə edə bilər.Belə olduqda,bu 
heyvanlar ikinci qəbildən olan konsumentlər sayılırlar.Qida zənciri bununla bitmə-
yə də bilər,ikinci sıra konsumentlər özləri də üçüncü qəbildən ilan konsumentlərin 
qida mənbəyinə çevrilə bilər və s.                                       
    Qida zəncirləri nisbətən sadə və qısa (məs.ot-həşarat-qurbağa-ilan-yırtıcı quş) 
ola bilər.  Qida zəncirində hər bir həlqədəki orqanizm özündən əvvəlki orqanizmi 
yeyir (qidalanır) və beləliklə də təbiətdə maddələr dövranının əsasını təşkil edən 
enerji və maddənin zəncirvari ötürülməsi baş verir. Bir həlqədən digərinə 
ötürülərkən enerjinin əsas hissəsi (80...90%) istilik şəklində səpələnir.Məhz, bu 
səbəbdən də qida zəncirində həlqələrin sayı məhduddur və adətən 4...5-dən çox 
olmur. 
Müxtəlif  trofik zəncirlər öz aralarında ümumi həlqələrlə bağlıdır və trofik şəbəkə 
adlanan çox mürəkkəb sistem təşkil edirlər. 
    Qidalanma  prosesində  bütün  trofik  səviyyələrdə  “tullantılar”  əmələ  gəlir.Yaşıl 
bitkilər  hər  il  qismən  və  ya  tamamilə  yarpaqlarını  tökürlər.Orqanizmlərin  bir  his-
səsi  bu  və  ya  digər  səbəblərdən  məhv  olur.Sonra  isə  yaranmış  üzvi  maddə  hissə-
hissə  və  ya  bütövlükdə  yenisi  ilə  əvəz  olunur.Bu  əvəzləmə  trofik  zəncirin  xüsusi 
həlqəsi-redusentlərin (lat.”reduksio”-qaytarma) fəaliyyəti nəticəsində baş verir.Re-
dusentlər (bakteriyalar,göbələklər,xırda onurğasızlar və s.) öz həyat fəaliyyəti pro-
seslərində bütün trofik səviyyələrin produsent və konsumentlərinin üzvi qalıqlarını 
mineral maddəyə qədər parçalayır. 
    Məsələn,torpağa  daxil  olan  bitki  qaliqlarının  parçalanma  məhsulu  45%  oksi-
gen,42%  hidrogen,  6,5%  azot  və  1,5%  kül  elementləri  adlanan  kalsium,sili-
sium,kalium və fosfordan ibarətdir. 
    Məlumdur  ki,bütün  üzvi  maddələr  müəyyən  enerji  miqdarına  ekvivalentdir.De-
məli,biogeosenozda  trofik  zəncir  eyni  zamanda  energetik  zəncirdir.Yəni,Günəş 
enerjisinin  produsentlərdən  digər  həlqələrə  ardıcıl  və  nizamlı  şəkildə  ötürülməsi-
dir.Maddənin  ekvivalent  olduğu  enerjini  üzvi  maddənin  kimyəvi  rabitələrini  qır-
maqla çıxarmaq olar.Bunun üçün də müəyyən enerji sərf etmək lazımdır.Akademik 
S.S.Şvarts biogeosenozu “maddə və enerjini transformasiya edən maşın” adlandır-
mışdır.Aydındır ki,enerji iş görmək qabiliyyəti kimi müəyyən olunur və Coullarla 


58 
 
(C) və ya kiloCoullarla (kC) ölçülür.1q quru üzvi maddə 18,7kC enerjiyə,zülal və 
yağlarla zəngin bitki toxumlarının 1q quru maddəsi  20,0kC,onurğalı heyvanların 
1q quru maddəsi (əti) 23,5kC enerjiyə ekvivalentdir. 
    Konsumentlər  produsentlərin  üzvi  maddəsi  ilə  qidalanaraq  onlardan  enerji  alır 
ki,bu  da  onların  öz  üzvi  maddələrini  yaratmasına,tənəffüsünə,istilik  mübadiləsi-
nə,hərəkətə və s. sərf olunur.     
    Beləliklə,ekosistemdə daimi enerji axını və onun bir qida səviyyəsindən digərinə 
ötürülməsi prosesi baş verir.Termodinamikanın ikinci qanununa görə,bu proses hər 
sonrakı hılqədə enerjinin səpələnməsi ilə,yəni,enerji itkisi və entropiyanın artması 
ilə müşayət olunur.Aydındır ki,bu itkilər fasiləsiz olaraq Günəşdən daxil olan ener-
ji hesabına kompensasiya olunur. 
    Ekosistemdə daim üzvi maddə yaranır və sərf olunur.Bu isə hər bir ekosistemin 
müəyyən  məhsuldarlığa  malik  olması  deməkdir.Bu  zaman  məhsuldarlıq 
dedikdə,biokütlənin yaranma sürəti,yəni vahid zaman kəsiyində yaranan maddənin 
kütləsi nəzərdə tutulur. 
    Ekosistemin  əsas  və  ya  ilkin  məhsuldarlığı  Günəşin  şüa  enerjisinin  produsent-
lər,yəni yaşıl bitkilər tərəfindən fotosintez prosesində mənimsənilməsinin sürəti ilə 
müəyyən  olunur.Məsələn,1ha  meşə  sahəsinin  yaşıl  bitkiləri  il  ərzində  fotosintez 
prosesində 10t üzvi maddə yaratmışdırsa,bu ümumi məhsuldarlıq adlanır.Lakin,öz 
həyat fəaliyyəti prosesi zamanı bitkilər yaranmış üzvi maddənin bir hissəsini özlə-
rinin tənəffüsünə sərf edirlər və buna görə də vahid zamanda vahid səthə yığılmış 
üzvi maddə (biokütlə) yaradılan üzvi maddədən az olur.Tənəffüsə sərf olunmuş üz-
vi maddə ilə yaradılan üzvi maddənin fərqinə ekosistemin faktiki və ya xalis məh-
suldarlığı  deyilir.Konsumentlər  isə  xalis  ilkin  məhsuldarlıq  hesabına  üzvi  maddə 
yaradır  və  özləri    qeyri-üzvi  maddədən  üzvi  maddə  sintez  edə  bilmədikləri  üçün 
onların məhsuldarlığı ikinci məhsuldarlıq adlanır. 
    Hesablamalara  görə,1ha  meşə  sahəsi  ildə  orta  hesabla  2,1x10
9
  Günəş  enerjisi 
qəbul  edir.Lakin,il  ərzində  yaranmış  bitki  maddəsini  yandırsaq,cəmi  1,1x10
6
  kC 
enerji alınır ki,bu da 0,5% təşkil edir.Bu isə fotosintetiklərin ilkin məhsuldarlığının 
0,5%-i  keçmədiyini  göstərir.İkinci  məhsuldarlıq  daha  az  olur.Trofik  zəncirin  bir 
həlqəsindən  digərinə  keçdikcə  90...99%  enerji  itirilir.Məsələn,gün  ərzində  1m
2
 
səthdəki  bitkilər  84kC  enerjiyə  ekvivalent  maddə  yaratmışlarsa,birinci 
konsumentlərin  məhsuldarlığı  8,4kC,ikinci  konsumentlərin  məhsuldarlığı  isə 
0,8kC-dan  az  olur.Hesablanmışdır  ki,1kq  mal  ətinin  yaranması  üçün  70...90kq 
yaşıl ot tələb olunur. 
    Ekosistemin  cari  və  ümumi  məhsuldarlığını  da  fərqləndirmək  lazımdır.Eko-
sistemin  bütün  mövcudluğu  dövründəki  məhsuldarlığı  ümumi  məhsuldarlıq-
dır.Ekosistemin bir ildəki məhsuldarlığı isə cari məhsuldarlıq adlanır.Ekosistemin 


59 
 
məhsuldarlığı  bir  sıra  amillərdən,ilk  növbədə  isə  iqlim  amillərindən  (tempera-
tur,nəmlik və s.) asılıdır (Cədvəl 6.1). 
 
Yerüstü ekosistemlərin ilkin illik məhsuldarlığı                          Cədvəl6.1. 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin