2. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet
vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) internet saytının ekabinet.dim.gov.az
səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in mü-
vafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını
doldurur və təsdiq edirlər (etdirirlər). III ixtisas qrupunu seçən abituriyentlər elektron ərizəni doldurarkən, öz
istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan dil-tarix (DT) və tarix-
coğrafiya (TC) altqruplarından birini, yaxud hər ikisini seçməlidirlər.
Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi
kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki
hesablarından çıxılır (bax: səh. 18, “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə
Dostları ilə paylaş: |