Qeyd: Orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə “subbakalavr” peşə-ixtisas
dərəcəsi almış şəxslərin (subbakalavrların) ərizə qəbulu ilə bağlı ətraflı məlumat 17-ci səhifədə təqdim olunmuşdur.
Ərizə qəbulu ilə bağlı xüsusi hallar
11. Qəbul imtahanının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğuna görə 2021-ci ildə qəbul imtahanının I
mərhələsində iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman həmin
abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. Həmin
abituriyent cari ildə ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupu ixtisasları üzrə müsabiqədə iştirak etmək
istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və bu zaman həmin abituriyent üçün ərizənin
Dostları ilə paylaş: |