13. Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan
verəcəkləri xarici dil kimi ingilis dilini seçməlidirlər.
Dövlət Gömrük Komitəsinin Akademiyasının tədrisi ingilis dilində olan “İnformasiya texnologiyaları” və
“Beynəlxalq ticarət və logistika” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin
məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 50-dən az olmayan abituriyentlər buraxılır.
Dostları ilə paylaş: |