14. Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində
imtahan verəcəkləri xarici dil kimi ingilis dilini seçməlidirlər.
Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” ixtisasına 23 yaşına çatmamış kişi cinsli abituriyentlər,
“Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisasına isə 23 yaşına çatmamış həm kişi, həm də qadın cinsli abi-
turiyentlər ərizə verə bilərlər.
Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisasları
üzrə təhsil almaq istəyən abituriyentlər 2-ci bənddə göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq
etdikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu Tibb-sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş
ekspert komissiyasında peşə seçimi nəzərə alınmaqla xüsusi tibbi müayinədən və “Psixofizioloji peşə seçimi” xüsusi
qabiliyyət müsabiqəsindən keçməli, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə normativləri yerinə
yetirməlidirlər.
Dostları ilə paylaş: |