Filologiya (alman dili və ədəbiy-
yatı)
Tərcümə (alman dili)
Xarici dil müəllimliyi
(fransız dili)
Dil və ədəbiyyat müəllimliyi
(fransız dili və ədəbiyyatı
müəllimliyi)
Regionşünaslıq (Fransa üzrə)
Filologiya (fransız dili və
ədəbiyyatı)
Tərcümə (fransız dili)
fransız və ya
ingilis dili
Regionşünaslıq (ərəb ölkələri üzrə)
Tərcümə (ərəb dili)
ərəb və ya
ingilis dili
Xarici dil müəllimliyi (rus dili)
Filologiya (rus dili və ədəbiyyatı)
Regionşünaslıq (Rusiya üzrə)
rus və ya ingilis
dili
digər ixtisaslar
ingilis dili
19. Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasını qəbul imtahanında
xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər.
İmtahanların keçirilməsi
1. Hər bir imtahanın yeri və vaxtı barədə məlumat imtahandan azı 5 gün əvvəl DİM-in saytında təqdim
olunur.
Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən
abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas
seçiminə buraxılmır.
Qəbul imtahanının birinci mərhələsinin 2 və 3 aprel 2022-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə
imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) DİM-in
internet saytının “Təqvim” bölməsində qeyd olunan tarixlərdə keçirilməsi nəzərdə tutulur. Abituriyentlər hər iki
cəhddə iştirak edə bilərlər. Hər iki cəhddə iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu
üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər.
V ixtisas qrupu üzrə müsabiqə qəbul imtahanının birinci mərhələsinin və qabiliyyət imtahanının
nəticələrinə əsasən aparılır. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas
qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər qəbul imtahanının birinci mərhələsi
üzrə imtahan vermirlər və müsabiqədə cari ilin buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.
Dostları ilə paylaş: