- Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 3 və yazılı
şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq;
- Qapalı tipli 16 tapşırıq;
- Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq: qapalı tipli 4 və yazılı şəkildə cavablandırılması tələb
olunan açıq tipli 4 tapşırıq.
Azərbaycan (rus) dili
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq):
qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 tapşırıq.
Riyaziyyat
- Qapalı tipli 13 tapşırıq;
- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq;
- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq.
Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal
olmaqla, cəmi 300 baldır. İmtahan üzrə balların hesablanma (ümumi və fənlər üzrə) qaydası 22-ci səhifədə təqdim
olunub. İmtahanın müddəti 3 saatdır.
Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticəsi 2 il qüvvədə olur. Abituriyent
müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari və növbəti tədris illərində ali təhsil
müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV
ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün müvafiq illərdə qəbul imtahanının ikinci mərhələsində iştirakı
zəruridir. Beləliklə, 2021-ci ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent öz
istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak
etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas
götürülür. İmtahanda iştirak etdiyi halda isə müsabiqəyə hansı imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi
zamanı özü müəyyən edir. 2021-ci ildəki qəbul imtahanının I mərhələsinin (buraxılış imtahanının) nəticəsinə əsasən
cari ildə ali təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak etmək istəyənlər elanın “Ərizə qəbulu” bölməsinin
2-ci bəndində göstərilən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməlidirlər (etdirməlidirlər).
XQTİ-lərin müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin
imtahan verdiyi il qüvvədə olduğu üçün, XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq
qabiliyyət imtahanlarında iştirak etməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsində (I-IV ixtisas qrupları, o cümlədən III ixtisas qrupunun DT və TC
altqrupları üzrə) abituriyentlər ixtisas qrupları və altqrupları üzrə 3 fəndən imtahan verirlər. Hər bir fəndən 30 tapşırıq
(ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-
i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır.
Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən
qiymətləndirilən situasiya, mətn və mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya,
biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə
mənbə əsasında hazırlanır. İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri aşağıdakılardır:
Dostları ilə paylaş: