DöVLƏT İmtahan məRKƏZİ 2022/2023-cü TƏDRİS İLİ ÜÇÜn azərbaycan respublikasinin ali TƏHSİl müƏSSİSƏLƏRİNİn bakalavriat səVİYYƏSİNƏ



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix09.04.2022
ölçüsü0,87 Mb.
#55018
1   ...   39   40   41   42   43   44   45   46   47
Elan ali 2022 (2)

 

6. Beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil 

müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər:  



-  Beynəlxalq Bakalavriat Diplom Proqramı  

(IB Diploma Programme);  

-   Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);  

-   Yüksək yerləşdirmə (Advanced Placement).   

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına yalnız “Azərbaycan Respublikasının ali təhsil 

müəssisələrinə  tələbə  qəbulu  Qaydaları”na  əsasən  Azərbaycan  dili  (dövlət  dili  kimi)  fənnindən  imtahan  verərək 

“məqbul” qiymət alan abituriyentlər malikdirlər. 

Ali  təhsil  müəssisələrinə  müsabiqədənkənar  qəbul  olmaq  istəyən  yuxarıda  qeyd  olunan  təhsil  proqramları  üzrə 

təhsil  almış  abituriyentlər  DİM  tərəfindən  elan  olunacaq  müddətdə  aşağıdakı  sənədləri  Dövlət  İmtahan  Mərkəzinə 



(Ünvan:  Nəsimi  rayonu,  Akademik  Həsən  Əliyev  küçəsi,  299)  və  ya  onun  regional  bölmələrindən  birinə  təqdim 

etməlidirlər: 



-   Ümumi qaydada və müddətdə təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” nin surəti

-   Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini, həmçinin həmin sənədin notarial qaydada 

təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini. 

                                                           

8

   Hazırlıq qruplarının buraxılış imtahanının nəticəsinə qoyulan tələblər Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaqdır. 




 

 

Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun 



üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin 

hesabı  vasitəsilə  müvafiq  bölməyə  DİM-in  institusional  kodunu  daxil  etməklə  nəticələrinin  DİM-ə  göndərilməsini 

təmin edirlər.  

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent DİM tərəfindən 

elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədiyi ixtisasın 

kodunu yazılı şəkildə bildirməlidir. Abituriyentlər yalnız yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil aldıqları 

dildə tədris olunan ixtisasları seçə bilərlər.  

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları 

üzrə aşağıda təqdim olunmuşdur: 

  Beynəlxalq Bakalavriat Diplom Proqramı; 

 

Ödənişli əsaslarla qəbul üçün - 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə - 30



 

Dövlət sifarişi əsasında qəbul üçün - 35 

  Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); 

 



Ödənişli əsaslarla qəbul üçün - C 

 



Dövlət sifarişi əsasında qəbul üçün - B 

  Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). 

 

Ödənişli əsaslarla qəbul üçün - 3 



 

Dövlət sifarişi əsasında qəbul üçün - 4 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin