Mir Möhsün NƏvvab


    QAÇAQ ƏSGƏR XANIN ƏHVALATI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə67/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   63   64   65   66   67   68   69   70   71
kitab20111201122645312

 


77 

 

QAÇAQ ƏSGƏR XANIN ƏHVALATI 



 

1324-cü  ilin  rəbiüs-sani  ayında  (may  1906)  dövlətin  icazəsi  ilə  köçəri 

tərəkəmə  müsəlman  tayfaları  çox  rahatlıqla  öz  mal-qoyunları  ilə  birlikdə  gəlib 

Qalanın ətrafındakı boş yerlərdə dayandılar. Bir gecə-gündüz istirahət etdikdən və 

lazımi  ərzaqları  aldıqdan  sonra  Qalada  erməni  məhəlləsindən  yuxarıdakı  qapıdan 

çıxıb, hər kəs öz yaylaqlarında olan yerlərinə getdilər. Beləliklə, tərəkəmə tayfaları 

bir-birinin  ardınca  əmin-amanlıqla  gəlib-gedirdilər.  Ermənilərdən  də  bunlara 

toxunmağa heç kəs cürət etmirdi. Tərəkəmə tayfalarının gəlib-getdiyi bir neçə gün 

ərzində çoxlu şənliklər və alış-veriş oldu. 

Bir gün müsəlmanlar doqquz kəl arabası dolu ərzağı Qalaya gətirib sahibinə 

verdikdən  sonra  geri  qayıdarkən  Ballıca  kəndi  yaxınlığında  yolla  gedərkən  30-40 

nəfər  erməni  qulduru  qəflətən  arabaların  üzərinə  hücum  edərək  arabaçıları  əsir 

aldılar,  arabalardan  isə  kəlləri  açıb  qabaqlarına  qatıb  apardılar.  Ermənilər  hücum 

edərkən  arabaçılardan  iki  nəfəri  isə  girov  götürdülər.  Silah  gəzdirmək  qadağan 

olunduğuna  görə,  müsəlmanların  heç  birində  müdafiə  olunmaq  üçün  tüfəng  və 

tapança yox idi. Qalaya xəbər çatdıqdan sonra iş bilənlər teleqram vuraraq əhvalatı 

böyüklərə xəbər verdilər. 

Ermənilər  tutduqları  doqquz  nəfər  müsəlmanı  əzab-əziyyətlə  kəndlərinə 

gətirərək  orada  öldürmək  istəyəndə  camaat  mane  oldu.  Sonra  həmin  quldurlar 

tutduqları doqquz nəfəri meşəyə gətirərək zülm və əzabla öldürdülər. 

Qaladan  bir  neçə  nəfər  erməni  və  müsəlman  tutulmuş  doqquz  nəfəri  azad 

etmək üçün həmin kəndə getdilər. Yerli ermənilər bəhanə ilə guya gedib bir qədər 

axtardıqdan  sonra  gəlib  qalalılara  bildirdilər  ki,  onlar  öldürülüblər.  Bu  əhvalat 

hamıya  böyük  təsir  etdi.  Xüsusən  çöllərdə  dolanan  qaçaqlar  bu  əhvalatdan  çox 

qəzəbləndilər.  Qaçaq  dəstələrindən  birinin  başçısı  Əsgər  xan  öz  yoldaşlarına 

bildirdi ki, bu günahsız adamların qanına əvəz almasam, namərdəm. Müsəlmanlar 

dövlətin  nəzərində  müqəssir  olmasın  deyə  belə  əməllərə  yol  vermirdik.  İndi  ki 

onlar müqəssirdirlər, onların əvəzini çıxmalıyıq. 

Əsgər xanın dəstəsi atlanaraq, Yevlax yoluna gəldilər. Uzaqdan gördülər ki, 

bir  neçə  dilican  arabası  gedir.  Onlar  dilican  arabalarına  yaxınlaşaraq  dayanmasını 

əmr etdilər. Qorxudan o dəqiqə arabaları dayandırdılar. Arabaları mühasirəyə alıb 

yoxlayarkən  gördülər  ki,  orada  bir  qız,  üç  gənc  gəlin,  bir  qoca  övrət,  10  nəfər 

erməni, bir rus və bir neçə müsəlman vardır. 

Müsəlmanlara toxunuayıb, rusdan sual etdilər: 

— Bəlkə, sən də ermənisən? 

Müsəlmanlar şəhadət verdilər ki, bu, polyak tayfasındandır. Müsəlmanlarla 

Qalada müştərək davacat dükanı açır. İndi həmin dükan üçün davacat aparır. Əsgər 

xan  polyakdan  üzrxahlıq  edib,  o  biri  arabalarda  əyləşmiş  erməniləri  və  övrətləri 

əşyaları  ilə  birlikdə  arabadan  düşürüb  öz  mənzillərinə  gətirdilər.  Ermənilər  və 

övrətlər qorxudan əsirdilər. 




78 

 

Qaçaq Əsgər xan üzünü ermənilərə tutaraq dedi: 



—  Sizin  ermənilərin  namərdliklə  tutub  başına-gözünə  vura-vura  olmazın 

işgəncəsi və zülmü ilə apardığı doqquz nəfər müsəlman da sizin kimi canlı, ev və 

külfət  sahibi  idi.  Məgər  sizin  içinizdə  Allahdan  qorxan  və  insaflı  bir  adam 

yoxdurmu  ki,  bundan  sonra  belə  əzazilliyə,  rəzilliyə,  cinayətə,  nahaq  qanların 

tökülməsinə bais olmağı və xalqın rahatlığını əlindən almağı sizin quldur, binamus 

və namərd qımdatlara nəsihət etsin? İndi siz əyləşin, yeyib-için və rahatlanın. Əgər 

ermənilərin  apardıqları  9  nəfər  müsəlman  salamatdırsa,  siz  də  sağ  və  salamat  öz 

əşyalarınızla çıxıb evlərinizə gedəcəksiniz. Yox əgər onlar öldürülmüş olsalar, siz 

də onların dalınca gedəcəksiniz. 

Nəhayət, bir neçə gündən sonra məlum oldu ki, ermənilərin apardığı 9 nəfər 

öldürülüb.  Qaçaqlar  da  10  nəfər  ermənini  öldürüb  dəfn  etdilər.  Övrətləri  isə 

saxladılar. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin