Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə65/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   61   62   63   64   65   66   67   68   ...   71
kitab20111201122645312

QARABAĞ ƏHVALATI 

 

(1324-cü ilin səfər ayı—1906-cı ilin mart ayı) 

 

Ermənilərin Qarabağda törətdikləri cinayətlər və qırğınlar haqqında hər gün 

rus  dövlət  orqanlarına  xəbər  çatdırılsa  da,  heç  bir  tədbir  görmürdülər.  Nəhayət, 

Qarabağa  bir  neçə  yüz  silahlı  kazak  göndərildi.  Əvvəlcə  Ağdama  gələn  bu  silahlı 

kazaklar ermənilərin fitvası ilə burada müsəlmanlara qarşı ədalətsiz hərəkətlərə yol 

verdiklərinə  görə,  böyük  qarışıqlıq  əmələ  gəldi.  Kazakların  silahsız  əhaliyə  qarşı 

açdıqları atəş nəticəsində üç nəfər adam qətlə yetirildi. Həkim Mirzə Məhəmmədin 

oğlu Mirzə Mehdini də  məscidin qabağında dəstamaz aldığı  yerdə güllə ilə vurub 

öldürdülər. 

Ağdam  əhalisi  hadisə  ilə  əlaqədar  yuxarı  dövlət  orqanlarına  şikayət 

etdikdən  sonra  hərbi  qubernatoru  oraya  göndərdilər.  Qubernatorun  Ağdama 

gəldidiyini  bilən  kimi  camaat  meydana  toplaşdı.  Qubernator  camaata  müraciət 

edərək dedi ki, ey müsəlmanlar, bizim padşahımız sizdən çox razıdır. Siz padşahın 

sağ gözü, kazaklar isə sol gözləridir. Kazakların bu xətalarını bağışlayın. Qarışıqlıq 

düşdüyündən səhv ediblər. 

Hərbi  qubernator  müsəlmanlara  təskinlik  verdikdən  sonra  Ağdama  gəlmiş 

kazakların  bir  neçə  dəstəsini  ermənilərə  qulaqburması  vermək  üçün  Tağ,  Tuğ, 

Güney və Quzey Çartaz kəndlərinə göndərdi. Kazaklar bu dörd kəndi tüfəng və top 

atəşinə  tutdular  və  bir  çox  evlərə  od  vurub—yandırdılar.  Ermənilərin  övrət-uşağı 

ağlaya-ağlaya, 

çığıra-çığıra 

kazaklara 

yalvarırdılar. 

Kazaklar 

onların 

yalvarmalarına baxmayaraq, evlərə girib,  əllərinə keçən pulu, qızılı,  gümüşü, daş-

qaşı və başqa zinət şeylərini qarət edir, qadınların və qızların üstündə olan zinətləri 

qoparıb  aparırdılar.  Evlərdə  olan  sandıqları  sındırıb  içində  olan  təzə  və  köhnə 

palazların  hamısını  götürüb  aparırdılar.  Bir  para  şeyləri  isə  çıxarıb  bir-birinin 

üstünə  yığaraq  od  vururdular.  Gözəl  erməni  qız  və  qadınlarını  zorlayaraq 

ismətlərinə  təcavüz  edirdilər.  Bu  əhvalat  haqqında  Qalaya  xəbər  çatdıqdan  sonra 

ermənilər  pul  toplayıb  dövlətin  böyüklərinə  teleqraf  vuraraq  kazakların  yaramaz 

işlərindən şikayət etdilər. 

ƏLAVƏ:  Kazaklar  yuxarıda  göstərilən  erməni  kəndlərini  dağıdarkən  bir 

evdən xeyli gümüş pul tapılmışdı. Onlar bu pulların bir hissəsini divana vermiş, bir 

hissəsini isə camaata satmışdılar. Camaat elə bilmişdi ki, rus puludur. Amma sonra 

məlum  oldu  ki,  həmin  gümüş  pullar  Yaponiyada  hazırlanıbmış.  Həmin  pullardan 

biri də mənim (M. M. Nəvvab) əlimə düşmüşdü. 

 

 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin