5
Əsas hissə
I. Fonetikaya giriş
Fənnin mövzusu, məqsəd və vəzifələri, əlqədar olduğu elm sahələri.
Fonetikanın növlər: ümumi və xüsusi fonetika; təsviri və tarixi fonetika;
təcrübi (eksperimental) fonetika; fizioloji fonetika; müqayisəli fonetika.
Fənnin əhəmiyyəti: dil anlayışı, ofroepiya və orfoqrafiya məsələləri və s.
Fonetik transkripsiya. Səsin akustik və fiziki xususiyyətləri
. Fonetik
quruluş dilin tarixi inkişafının məhsulu kimi. Azərbaycan dilinin ümumi
fonetik xüsusiyyətləri (ahəng qanununun mövcudluğu, iki saitin yanaşı
gəlməməsi, [k'] samitinin rus dili, uzun saitlərin ərəb dili vasitəsilə daxil
olması, j samitinin milli olmaması və s. Alınma sözlərin fonetik cəhətdən
dilimizin fonetik xüsusiyyətlərinə uyğunlaşması. Fonem və onun əsas
əlamətləri (dilin müstəqil bir həlqəsi olması, söz daxilində m məna fərqi
yarada bilən ən kiçik dil vahidi kimi, fonemin hər bir dilin məxsusi
əlamətlərinə görə müəyyənləşməsi, bir fonemin bir, iki, hətta üç səsdən
ibarət ola bilməsi, fonemlər silsiləsinin qarşılıqlı cütlükdən ibarət olması
və s.) fonem variantları. Fonemi müəyyənləşdirmək yolları.
Ədəbiyyat
1. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı – Maarif, 1984, 392
səh.
2. Əbdüləzəl D. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya,
orfoqrafiya. Bakı – “Şərq-Qərb”, 2007, 256 səh.
6
3. Yusifov M. Azərbaycan dili fonetikasının əsasları. Bakı – “Elm və
Təhsil”, 2012, 320 səh.
Dostları ilə paylaş: