Sərbəst torpaq havasının tərkibi-Sərbəst torpaq havası atmosferlə daim əlaqədə
olsa da, bir sıra xüsusiyyətləri ilə səciyyələnir. Atmosfer havasının tərkibi sabitdir və onun
əsas komponentlərinin miqdarı az dəyişir. Atmosfer havasında azot (N
2
) - 78,08%,
oksigen (O
2
) – 20,95%, arqon (Ar) – 0,93%, karbon qazı (CO
2
) – 0,03 təşkil edir. Torpaq
havası dinamikliyi ilə fərqlənir. Torpaq havasında ən dinamik komponentlər O
2
və CO
2
qazlarıdır. Onların torpaqlarda miqdarı oksigendən istifadənin və karbonun
mənimsənilməsinin intensivliyindən, həmçinin torpaqla atmosfer havası arasında qaz
mübadiləsinin sürətindən asılıdır. Torpaq havasında CO
2
miqdarı atmosfer havasından on
və ya yüz dəfə çox ola bilər, oksigenin konsentrasiyası isə əksinə 20,9%-dən 15-10%-ə və
daha aşağı düşə bilər.
Əlverişli fiziki xassələrə malik yaxşı aerasiya olunan əkinaltı torpaqlarda torpaq
havasında CO
2
–un miqdarı bitkinin vegetasiyası müddətində 1-2%-dən çox, oksigenin
miqdarı isə 18%-dən az olmur. Ağır qranulometrik tərkibə malik əkinaltı torpaqlarda
nəmlənmənin təsiri ilə CO
2
–un miqdarı 4-6%-ə qədər arta, O
2
-in miqdarı isə 15-17% və
daha aşağı göstəriciyə kimi azala bilər. Bataqlaşmış torpaqlarda CO
2
daha yüksək, O
2
daha az müşahidə edilir.
Torpaq havasında azot atmosfer havasından demək olar ki, fərqlənmir. Azotun
miqdarında bəzi dəyişikliklər kök bakteriyalarının fəaliyyəti, denitrifikasiya prosesləri ilə
əlaqədar baş verir. Torpaq havasında denitrifikasiyanın başqa səciyyəvi məhsulu – iki
valentli azot oksidi (N
2
O) də vardır. Ədəbiyyat mənbələrinə əsasən torpaq havasında az
miqdarda da (1·10-9·1·10-12 %) olsa daim müxtəlif təbiətli uçucu üzvi birləşmələr (etilen,
metan və s.) olur. Torpağın aerasiyasının korlanması səbəbindən torpaq havasında bitkinin
kökləri üçün toksiki səviyyəni (0,001 %) keçən etilenin konsentrasiyası yaranır.
Bataqlaşmış və bataqlı torpaqlarda ammonyak, hidrogen və metan nəzərə çarpacaq
dərəcədə çox olur. Torpaq havası tərkibinə və mütəhərrikliyinə görə yekcins deyildir. Bu
da torpaqdakı məsamələrin müxtəlif ölçülərə malik olması ilə əlaqədardır. Bir qədər iri
məsamələrdə hava daha mütəhərrik, oksigenlə daha zəngin, karbonun miqdarı isə bir
qədər azdır.
Torpaqda sərbəst oksigenin olmaması bitkinin məhv olması ilə nəticələnir. Bitkilər
üçün optimal şərait oksigenin torpaq havasında miqdarının 20 % olmasıdır. Oksigenin
bitkinin məhsuldarlığına dolayısı ilə təsiri onun torpağa olan təsiri vasitəsilə özünü
9
göstərir. Oksigenin torpaqda çatışmaması anaerob proseslərin inkişafına və bitkilər üçün
toksik olan birləşmələrin yaranmasına gətirib çıxarır ki, bu da əlverişli qida maddələrinin
miqdarının azalmasına, torpağın fiziki xassələrinin pisləşməsinə, bütövlükdə münbitliyin
və bitkilərin məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Torpağın oksigenlə yaxşı təmin
olunduğu şəraitdə aerob proseslər inkişaf edir və başqa amillərlə birgə bitkinin böyüməsi
və məhsuldarlığı üçün əlverişli mühit yaranır. Optimal temperatur və nəmlik şəraitində
torpağın humus horizontlarında üzvi maddələrin miqdarından və tərkibindən asılı olaraq
aerob proseslər torpaq havasında oksigenin miqdarı 2,5-5% -dən çox olduğu zaman
başlayır. Bu göstəricidən az olduqda anaerob proseslər üstünlük təşkil edir. Bioloji
proseslərin çox zəiflədiyi aşağı temperatur (0-4
0
C) və aşağı nəmlikdə (bitkinin soluxma
nəmliyinə yaxın nəmlikdə) aerob proseslərin inkişafı oksigenin miqdarı hətta 0,5%
olarkən də mümkündür.
Karbon qazı (CO
2
) torpaqda bioloji proseslər nəticəsində yaranır. O, torpaq
havasına qismən qrunt suyundan, torpağın bərk və maye fazasından desorbsiya prosesi
nəticəsində daxil olur. Karbon qazının müyyən miqdarı torpaq məhlulu buxarlanarkən
bikarbonatların karbonatlara çevrilməsi və turşuların torpaq karbonatlarına təsiri, həmçinin
üzvi maddələrin kimyəvi oksidləşməsi nəticəsində yaranır. Karbon qazının torpaq
havasında yüksək konsentrasiyası (2-3%-dən çox) bitkinin inkişafını ləngidir. Karbon
qazının torpaqdan atmosferin yerə yaxın qatına daxil olması torpağın tənəffüsü adlanır.
Torpaqdan daxil olan CO
0
fotosintez prosesində bitki tərəfindən mənimsənilir. Torpağın
tənəffüsünün intensivliyi onun xassələrindən, hidrotermik şəraitdən, bitkinin
xüsusiyyətindən, aqrotexniki tədbirlərdən asılıdır. Torpağın karbon qazını ayırması prosesi
mədəniləşmiş torpaqlarda güclənir. Buna səbəb bu torpaqlarda bioloji proseslərin
fəallaşması və aerasiya şəraitinin yaxşılaşmasıdır. Beləliklə, tənəffüsün intensivliyi –
torpaqda qaz mübadiləsinin və bioloji proseslərin fəallığının əhəmiyyətli göstəricisidir.
Ədəbiyyat məlumatlarına görə tundra –qleyli torpaqlar ildə 0,3 t/ha, iynəyarpaq meşələrin
podzollu torpaqları 3,5-30 t/ha, qonur və boz meşə torpaqları 20-60 t/ha, bozqır zonasının
qaratorpaqları 40-70 t/ha CO
2
ifraz edir.
Dostları ilə paylaş: |