Torpağin strukturu


Torpağın  hava  rejimi  və  onun  tənzimlənməsi-



Yüklə 243,09 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix25.04.2022
ölçüsü243,09 Kb.
#56318
1   2   3   4   5   6   7
9.torpagin hava ve istilik rejimleri

Torpağın  hava  rejimi  və  onun  tənzimlənməsi-Havanın  torpağa  daxil  olması,  onun 

profilboyu hərəkəti, torpağın bərk, maye və canlı fazaları ilə qarşılıqlı təsirindən tərkibinin 

fiziki vəziyyətinin dəyişməsi, həmçinin torpaq havasının atmosferlə qaz mübadiləsi ilə  

bağlı  bütün  hadisələrin  məcmusu  torpağın  hava  rejimi  adlanır.  Torpağın  hava  rejimi 

sutkalıq,  mövsümi,  illik  və  çoxillik  dəyişkənliyə  məruzdur  və  torpağın  xassələrindən 

(fiziki,  kimyəvi,  fiziki-kimyəvi,  bioloji),  hava  şəraitindən,  bitkinin  xarakterindən, 

aqrotexnikadan asılıdır. Əlverişli hava rejimi əlverişli quruluşa malik və  daxil olmuş su 

və havanı özündən  tez keçirən və təzədən paylayan strukturlu torpaqlarda müşahidə edilir.  

Bir  çox  torpaqların,  xüsusən  də  daimi  və  müvəqqəti  izafi  nəmlənməyə  məruz  qalmış 

torpaqların hava rejiminin yaxşılaşdırılmasına ehtiyac var.  

Torpaqların  hava  rejiminin  tənzimlənməsi  aqrotexniki  və  meliorativ  tədbirlər 

vasitəsilə  həyata  keçirilir.  Bataqlaşmış  torpaqlarda  aqrotexniki  tədbirlər  onların  köklü 

meliorasiyasından  –  qurutmadan  sonra  tətbiq  edilə  bilər.  Torpaqların  aerasiyasının 

yaxşılaşdırılmasının zəruriliyi  əsas hava rejimi göstəriciləri – torpaq havasının miqdarının 

və  ehtiyatının,  hava  keçiriciliyinin,  qazların  diffuziyasının  sürətinin,  torpağın 

tənəffüsünün, torpaq havasının tərkibinin öyrənilməsi əsasında müəyyən edilir. Bütün bu 

göstəricilər bir-biri ilə çox sıx  əlaqədardır. Lakin hər biri ayrılıqda aerasiya  şəraitini tam 



 

11 


səciyyələndirmir.  Hazırda  qeyd  edilən  parametrlər  əsasında  hava  rejiminin  vəziyyətinin 

qiymətləndirilməsi  konkret  torpaqların  xassələrini  və  müxtəlif  bitkilərin  aerasiyaya  olan 

tələbini  nəzərə  almaqla  dəqiqləşmələrin  aparılmasını  tələb  edir.  Yüngül  torpaqlarda 

(qumlu  və  qumsal),  həmçinin  aqronomik  baxımdan  əlverişli  struktura  malik  gillicəli  və 

gilli  torpaqlarda  havanın  miqdarı  üst  horizontlarda  bitkinin  vegetasiya  müddəti  ərzində 

kifayət  qədər  yüksək  səviyyədə  (torpağın  həcminin  20-25%-i  qədər)  qalır.  Ağır 

qranulometrik  tərkibə  malik  struktursuz  torpaqlarda  torpaq  havasının  miqdarı  torpağın 

sıxlığından  və  nəmliyindən  asılıdır.  Bu  cür  torpaqlarda  hətta  optimal  nəmlik  şəraitində 

bitkilər  oksigenin  azlığından  və  karbonun  çoxluğundan  əziyyət  çəkə  bilər.  Ən  az  su 

tutumuna  bərabər  nəmlik  şəraitində  havanın  qeyd  edilən  torpaqlarda  miqdarı  kritik 

ölçüdən aşağı düşür (torpağın həcmindən 15% az).  

Torpağın  hava  rejiminə  struktursuz  torpaqlarda  yaranan    torpaq  qaysağı  daha  çox 

ziyan  gətirir.  Torpaq  qaysağı  yüksək  sıxlığa  və  aşağı  məsaməliyə  malikdir.  Torpaq 

qaysağı artıq 17% nəmlikdə normal aerasiyanın gedişini pozur. Qaz mübadiləsinin həyata 

keçirilməsində  aerasiya  məsamələrinin    əhəmiyyəti  torpaqların  xassələrinin  və 

temperaturun dəyişməsindən asılı olaraq dəyişir. Məsələn, tərkibində karbon qazının 2-3 

%-dən  çox  olmadığı  və  oksigenin  konsentrasiyasının  18-19%  -dən  aşağı  düşmədiyi  

əlverişli  torpaq  havası  gillicəli  çimli-podzollu  torpaqlarda  torpaq  həcminin  20%-dən, 

torpaq  temperaturu  15

0

C-dən  çox  olduğu  şəraitdə  yaranır.  Torpağın  strukturunu 



yaxşılaşdıran,  məsamələrin    ümumi  həcmini  və  aerasiya  məsamələrini  artıran  becərmə 

qaydaları  qaz  mübadiləsinin  intensivliyini  gücləndirir,  karbon  qazının  konsentrasiyasını 

azaldır və torpaqda oksigenin miqdarını artırır. Ona görə də torpağın mədəniləşdirilməsinə 

yönəlmiş bütün tədbirlər sustemi onun hava rejimini də yaxşılaşdırır.  

Torpaqdan hava və ayrı-ayrı qazların keçmə sürəti məsamələrin ümümi həcmindən 

və onların ölçülərindən asılıdır. Əgər torpaqda kapilyar məsamələr  üstünlük təşkil edirsə, 

hava keçiricilik güclü nəmlənmədən sonra praktiki olaraq kəsilir.  

Gilli  və  gillicəli  torpaqların  hava  keçiriciliyi  ilk  növbədə  qeyri-kapilyar 

məsamələrin  zəruri  həcmini  təmin  edən  torpaqdakı  iri  (0,5-1  mm)  suyadavamlı 

aqreqatların  miqdarından  asılıdır.  Torpaq  tənəffüsünün  intensivliyi  –  torpağın  hava 

rejiminin  səciyyəvi  göstəricisidir.  Torpaq  tənəffüsünün  parametrləri  torpağın 

xassələrindən,  hidrotermik  rejimindən,  bitki  örtüyünün  xarakterindən  asılı  olaraq  böyük 

ölçülərdə ( 1m

2

-də 0,5 -10 kq və daha çox) dəyişir. Karbonun torpaqda daha fəal  şəkildə 



ayrılması    əlverişli  temperatur  və  nəmlik  şəraitində  köklərin  və  vegetativ  orqanların 

intensiv  böyümə  dövründə  baş  verir.  Torpaq  havasının  tərkibinə  görə  torpağın  aerasiya 

şəraitinin  qiymətləndirilməsindən  də  geniş  istifadə  edilir.  Torpaq  havasında  karbonun 

konsentrasiyası  2-3%-dən  çox,  oksigenin  miqdarı  18-19%-dən  az  olduğu  hallarda  əksər 

kənd təsərrüfatı  bitkilərinin  məhsuldarlığı  aşağı  düşür.  Aerasiya    şəraitinin  tələbinə  görə 

kənd təsərrüfatı bitkilərini aşağıdakı sıra üzrə düzmək mümkündür: kartof  > qarğıdalı >  

buğda  >  çoxillik  otlar.  Bitki  üçün    əlverişsiz  aerasiya  dövrünün  uzunluğunun  böyük  

əhəmiyyəti  vardır.  Ona  görə  də    torpaq  havasının  tərkibinin  dinamikası  haqqında 

məlumatın olması vacibdir.  

 

 



Yüklə 243,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin