9.3 Red Bull və onun filial şirkətləri sizin açıq razılığınız olmdan üçüncü tərəflərə sizin Şəxsi Məlumatlarınızı
ümumi qayda olaraq ötürməyəcək. Xüsusilə, Şəxsi Məlumatlar satılmayacaq, icarəyə verilməyəcək, onlarla
ticarət aparılmayacaq. Lakin, Red Bull-un Şəxsi Məlumatlarınızı Təşviq kampaniyası ilə əlaqədar olaraq xarici
məlumat emalçısına ötürməsi tələb olunduqda, Red Bull bu Şərtlər üzrə onların vəzifələrini icra etmələri
üçün zəruri olan qədər Şəxsi məlumatları ötürəcək. Belə hallarda, Red Bull partnyorlarımızın bütün Şəxsi
Məlumatları məxfi qaydada və bütün müvafiq məlumat qorunmasə ənzimləmələrinə riayət etməklə emal
etmələrini və Təşviq kampaniyası ilə əlaqədar xüsusi işlərinin yerinə yetirilməsindən dərhal sonra Şəxsi
Məlumatları silmələrini tələb və təmin edəcək. Zəhmət olmasa nəzərə alın ki, Red Bull-un bu öhdəliklə
əlaqədar tam nəzarət imkanı yoxdur və Red Bull partyonları tərəfindən qanunən icazə verilən həddə
mümkün pozuntuları üçün məsuliyyət daşımır.
9.4 Red Bull qlobal şəkildə fəaliyyət göstərdiyi üçün bu, o demək ola bilər ki, Red Bull sizin şəxsi
məlumatlarınızı bütün müvafiq məlumat qorunması tənzimləmələrinə müvafiq olaraq Azərbaycan
Respublikasından kənardakı ölkələrə göndərə bilər.
9.5 Şəxsi Məlumatlar yalnız bu Təşviq kampaniyası ilə əlaqədar məqsədlər üçün istifadə ediləcək və yalnız
Red Bull, filial şirkətlər və onun mandatlı məlumat emalçıları tərəfindən Təşviq kampaniyası ilə əlaqədar
toplandığı original və ya birbaşa əlaqəli məqsədlər üçün lazım olan müddət qədər saxlanılacaq. Bu,
hədiyyələri paylamaq və ya vergi ilə və ya digər hüquqi məsələlərlə bağlı sorğuları yerinə yetirmək üçün
Təşviq kampaniyasının yekunlaşmasından sonrakı dövrü əhatə edə bilər.
9.6 Red Bull, onun filial şirkətləri və mandatlı məlumat emalçıları sizin Şəxsi Məlumatlarınızı emal edəcək və
Şəxsi Məlumatları qorumaq üçün müvafiq təhlükəsizlik tədbirlərini görəcəklər.
9.7 Red Bull yaşı 18-dən az olan şəxslərdən bilərəkdən məlumat toplamır.
9.8 Qaliblərdən təşviq kampaniyası tədbirində iştirak etmək istənilə bilər və Red Bull Qaliblərin adlarını,
ünvanlarını, şəkillərini və audio və/və ya görüntülü qeydlərini istənilən reklamda istifadə etmək hüququnu
özündə saxlayır. Qaliblərdən başqa rasional təşviq kampaniyası tədbirlərində iştirak etmək tələb edilə bilər.
9.9 Daxil edilən Şəxsi Məlumatlar hər zaman düzgün olacaq. Siz hədiyyə qazandığınızda Red Bull –un sizə
məlumat verə bilməsi üçün məlumatlarınızı yeniləməlisiniz. Red Bull sizin şəxsi məlumatlarınızın düzgün
olmadığını bildikdə onların istifadə olunmamasını təmin edəcək.
9.10 Red Bull və onun podratçıları sizinlə Təşviq kampaniyası ilə əlaqədar olaraq email, telefon və ya başqa
şəkildə əlaq saxlaya bilərlər. Telefon və email ilə əlaqə marketinq məqsədləri üçün razılıq tələb edəcək.
9.11 İstənilən vaxt sizin belə Şəxsi Məlumatlara düzəliş etmək və/və ya onu qismən və ya tamamilə silməyi
tələb etmək imkanınız var. Bu halda, Red Bull belə məlumatların mümükün qədər tez silinməsini təmin
edəcək.
9.12 İstənilən vaxt bizim saxladığımız Şəxsi Məlumatlar haqda məlumat almaq üçün sorğu vermək
hüququnuz var.
9.13 Siz məxfiliklə bağlı suallarınız üçün Red Bull ilə əlaqə saxlaya bilərsiz: info@az.redbull.com.
9.14 Bu Təşviq kampaniyası ilə əlaqədar İnstagram/Facebook və ya heç bir sosial media təminatçısı ilə
əməkdaşlıq edilmir. Facebook/Instagram tərəfindən məlumatların istifadəsi ilə bağlı suallar üçün zəhmət
olmasa buraya müraciət edin: facebook.com/ instagram.com/twitter.com.
10. ÖHDƏLİK VƏ ZƏMANƏT
10.1 Red Bull və Promoter a)həyata və /və ya sağlamlığa zərər vurulması ilə nəticələnən rasional zədələnmə
üçün məcburi qanuna görə məsuliyyət daşıyır; (b) qəsdən edildikdə; c) Namizəd müvafiq istehlakçıların
qorunması qanununa görə istehlakçı olduqda böyük səhlənkarlıq halında; və/və ya (d) Red Bull və Promoter
məhsul məsuliyyəti (əgər varsa) üzrə məcburi tənzimləmələrin tələblərini pozduqda.
10.2 Yuxarıda qeyd olunanları məhdudlaşdırmadan, Red Bull və Promoter yalnız maddi müqavilə
öhdəliklərini pozduğu halda səhlənkarlıq üçün cavabdehdir. Belə hallarda öhdəlik rasional olaraq öncədən
görülə bilən zədələnmələrə məhdudlaşdırılacaq; digər hallarda Red Bull və Promoter səhlənkarlıq üçün
məsuliyyət daşımayacaq.
10.3 Red Bull Group və Promoter gəlir itkisi, mənfəət itkisi, xoş niyyət itkisi, məlumat itkisi, imkan itkisi
(birbaşa və ya dolayı yolla) və sizin Təşviq kampaniyasında iştirakınızla əlaqədar yaranan və ya sizin
tərəfinizdən yaşanan istənilən birbaşa və ya dolayı itkilər və zədələnmələrə görə sizi məsuliyyətdən azad
edir.
10.4 Heç bir halda Red Bull və ya Promoter birbaşa və ya dolayı yolla onların rasional nəzarətindən kənarda
baş verən tətillər, işi dayandırma, qəzalar və ya Allahın işləri, pozuntular, ləvazimatların, əlaqənin və ya
kompüter xidmətlərinin (aparat təminatı və proqram təminatı) itkisi və ya xarab olması daxil olmaqla, lakin
bununla məhdudlaşmamaqla, kimi qüvvələrin səbəb olduğu bu Şərtlər üzrə öhdəliklərinin icrasının yerinə
yetirilə bilməməsi və gecikməsi üçün məsuliyyət daşımayacaq.
10.5 Təşviq kampaniyasına qanunla icazə verilən ən yüksək həddə qədər heç bir qanun, şərtlər, zəmanətlər
və ya digər şərtlər tətbiq edilmir.
10.6 Bu Şərtlər Azərbaycan qanununu rəhbər tutur və istənilən mübahisə Azərbaycan məhkəmələrinin
müstəsna yurisdiksiyasında həll olunacaq.