Nəcəfli Tofiq Hümbət oğlu


§2. Ağqoyunlu dövlətinin siyasi tarixi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix28.04.2022
ölçüsü1,05 Mb.
#56541
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
kitab20100622050512539 (1)

§2. Ağqoyunlu dövlətinin siyasi tarixi 

 

Ağqoyunlu dövlətinin siyasi tarixi İ.H. Uzunçarşılının, M.X.Yınançın və F.Sümerin əsərlərində xüsusi 



tədqiqat mövzusu kimi araşdırılmışdır. Z.V.Toğanın, Ə.Şərif bəyin, F.Kırzıoğlunun, Y.Öztunanın və K.Gürünün 

əsərlərində  də  ağqoyunlularla bağlı olan mühüm mə'lumatlar öz əksini tapmışdır. Ağqoyunluların mənşəyi, 

Ağqoyunlu-Qaraqoyunlu və Ağqoyunlu-Osmanlı münasibətlərini ayrıca araşdırdığımız üçün burada, Ağqoyunlu 

dövlətinin yaranması, onun daxili siyasəti, Ağqoyunlu-Teymuri münasibətləri və dövlətin süqutu məsələlərinin 

Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini müəyyənləşdirməyə çalışacağıq. 

Türk tarixçilərinin  əsərlərində  ağqoyunluların Azərbaycanda siyasi hakimiyyətə sahib olana qədərki 

dövrdə-Şərqi Anadoluda mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin yaranması və Qara Osmanın rəhbərliyi 

altında XV əsrin  əvvəllərində bu dövlətin keçdiyi inkişaf yolu geniş  şəkildə  tədqiq olunmuşdur. 1435-ci ildə 

Qara Osmanın ölümündən sonra Ağqoyunlu taxt-tacı  uğrunda onun varisləri arasında uzunmüddətli mübarizə 

başladı  və o, 1453-cü ildə Uzun Həsənin qələbəsi ilə başa çatdı. Uzun Həsənin Ağqoyunlu bəyliyində 

hakimiyyətə    keçməsinin ilkin mərhələsində feodal çəkişmələrinin arası  kəsilmədi, lakin Ağqoyunlu feodal 

əyanları Uzun Həsənin böyük nüfuzu ilə hesablaşmalı oldu

60



Uzun Həsənin daxili çəkişmələrə son qoymağa çalışaraq mərkəzi Diyarbəkr  şəhəri olan Ağqoyunlu 



bəyliyini daha da möhkəmləndirmək və bu dövlətin  ərazisini Azərbaycanın mərkəzi  ərazüərinin hesabına 

genişləndirmək, Azərbaycanın 

[66-67]

 cənub torpaqlarında dövlət hakimiyyətini ələ keçirmək məqsədilə orada 

hökmranlıq edən qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, öz əyanlarına 

böyük imtiyazlar və və'dlər verməklə onlan ətrafinda sıx surətdə birləşdirməyə nail oldu. 

Uzun Həsən 1457-ci ilin iyununda Diyarkəbr yaxınlığında Rüstəm bəyin rəhbərliyi altında Qaraqoyunlu 

ordusunu ağır məğlubiyyətə  uğratdı. F.Sümerin qeyd etdiyi kimi, bu qələbə Uzun Həsənin mövqeyini 

möhkəmləndirmiş və ona böyük hökmdarlarla eyni cərgədə durmaqa imkan vermişdi

61

. XV əsrin 60-cı illərinin 



ortalarında İspirdən Urfaya, Şərqi Qarahisardan Sirtə qədər uzanan bölgələr Uzun Həsənin hakimiyyəti altında 

idi


62

Qaraqoyunlu əyanlan arasındakı arası kəsilməyən çəkişmələr və bu mübarizənin Qaraqoyunlu dövlətinə 



olan ağır tə'siri, Qaraqoyunlu dövləti daxilində  tədricən kəskinləşən ziddiyyətlər Uzun Həsən üçün fəaliyyət 

meydanı açdı və qaraqoyunlulara qarşı döyüşlərdə onun qələbə çalmasını asanlaşdırdı. Ağqoyunluların dövlət 

hüdudlarının getdikcə genişlənməsini görən Cahanşah rəqibə qarşı  həlledici döyüşə can atdı. 1467-ci ilin 11 

noyabr gecəsi cüz'i qüvvə ilə  Çəpəkcur yaxınlığında Səncəq adlı yerdə gecələyən Cahanşah Uzun Həsənin 6 

minlik qoşununun hücumuna mə'ruz qalmış, qaraqoyunlular məğlub olmuş  və Cahanşah öldürülmüşdü. Bu 

məğhıbyyətdən sonra Cahanşahın oğlu Həsənəli Qaraqoyunlu ordusunu öz ətrafında birləşdirməyə nail olmuş, 

lakin 1468-ci ilin avqustunda Mərənd yaxınlığında Ağqoyunlularla döyüşdə  məğlubiyyətə  uğramışdı

63



Beləliklə, 1468-ci ildə Qaraqoyunlu dövləti süqut etdi və  mərkəzi Təbriz  şəhəri olan Ağqoyunlu dövləti 

yarandı


64

. F.Sümerin fikrincə, Ağqoyunlu dövlətinin sərhədləri qərbdə Sivasa bağlı müasir Su şəhərindən 

Kirmanın Narmasir şəhərinə qədər uzanırdı

65

. F.Kırzıoğlu belə hesab edir ki, Ağqoyunlu dövlətinin sərhədləri 



qərbdə  Fərat çayı sahillərinə,  Şərqdə Herata, şimalda Qafqaz dağlarına, cənubda Bəsrə körfəzinə  qədər 

uzanmışdı

66

.

  [67-68]



  M.X.Yınanç qeyd edir ki, Ağqoyunlu dövlətinin ərazisi səltənətin mərkəzi əyaləti olan 

Azərbaycan ilə, mərkəzi Amid olan Diyarbəkri (yə'ni, bütün Şərqi Anadolu), mərkəzi Bağdad olan Ərəb İraqını, 

Mərkəzi  Şiraz olan Fars əyaləti ilə,  İsfahan, Kirman, Qəzvin və Arran əyalətlərinə ayrılmışdır

67

. Ağqoyunlu 



dövləti öz daxili quruluşu baxımından Qaraqoyunlu dövlətindən  əsaslı  şəkildə  fərqlənmirdi. Uzun Həsənin 

hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbaycanın Kür çayına qədərki bütün cənub torpaqları, 

Ermənistan, Kürdüstan, Diyarbəkr,  İran  İraqı,  Ərəb  İraqı, Fars və Xorasan sərhədlərinə  qədər olan torpaqlar 

daxil idi

68



Ağqoyunluların Azərbaycanda və  şimal-qərbi  İranda hakimiyyəti  ələ alması Teymuri hökmdarı  Əbu 



Səidi narahat etməyə başladı. Teymurilər, Ağqoyunlu dövlətinin genişlənməsinə imkan verməmək məqsədilə 

Uzun Həsənin Azərbaycandakı hakimiyyətinin ilk günlərindən onun əleyhinə mübarizəyə girişdilər. Türk 

tarixçilərinin  əsərlərində  Ağqoyunlu-Teymuri münasibətləri haqqında müəyyən fıkirlər irəli sürülmüşdür. 

Ağqoyunlu-Teymuri münasibətləri Teymurun XIV əsrin sonunda Azərbaycana yürüşü zamanı Ağqoyunlu Qara 

Osmanın onun himayəsinə sığınması ilə təşəkkül tapmışdı. Teymurun ölümündən sonra da Ağqoyunlu-Teymuri 

münasibətləri dostluq məcrasında inkişaf etmişdi. F.Sümerin və  İ.Akanın  əsərlərində  Şahruxun Azərbaycana 

yürüşləri zamanı Qara Osmanın ona hərbi yardım etdiyi ətraflı surətdə işıqlandırılmışdır

69

. Azərbaycan-Teymuri 



münasibətləri XV əsrin 50-ci illərinin sonunadək dostluq şəraitində davam etmişdi. 1458-ci ilin iyunuda 

Cahanşahın Xorasanı  ələ keçirməsi və Teymuri hökmdarı  Əbu Səidlə sülh müqaviləsi bağlaması  Ağqoyunlu-

Teymuri münasibətlərinə öz tə'sirini göstərmişdi. Ağqoyunlular  şərqdə  ən güclü müttəfıqlərini itirdilər. 

Cahanşahın ölümündən sonra Teymuri sultanı Əbu Səid Cahan şahın oğlanlarını müdafıə etmək bəhanəsilə öz 

qüvvələrini Azərbaycana yeritdi.

 [68-69]


 Türk tarixçiləri Teymuri hökmdarının Azərbaycana vürüşünün 

səbəblərini geniş şəkildə izah etmirlər. F.Sümer sultan Əbu Səidin Azərbaycana Cahanşahın oğlu Həsənəlinin 




 

29

də'vəti ilə gəldiyini qeyd edir.



70

 İsmayıl Aka göstərir ki, Teymuri hökmdarı Azərbaycanda yaranmış vəziyyətdən 

ıstifadə etməyə çalışırdı

71



Sultan Əbu Səidin Azərbaycana hücumunun səbəbi onun Qərbi İranı və Azərbaycanın cənub hissələrini 

öz dövlətinin tərkibənə daxil etmək, tabeliyində olan vilayətlərin sayını daha da artırmaq istəyi idi

72

. Uzun 


Həsən sultan Əbu Səidin xeyli qüvvə ilə hərbi yürüş təşkil etdiyini eşidərək teymurilərlə toqquşmaq fıkrindən 

çəkindi. O, məsələni münaqişəsiz həll etmək üçün diplomatik işlərdə  şöhrət qazanmış anası Saray Xatunun 

başçıhğı ilə Xorasanın Kalbun adlanan yerində qərarlaşmış sultan Əbu Səidin yanına qiymətli hədiyyələrlə bir 

hey'ət göndərdi və sülh təklif etdi

73

. Ağqoyunlu elçiləri Teymur zamanından aralarındakı dostluğu xatırladaraq, 



yenə dostluq əlaqələrinin qalmasını arzu etdiklərini bildirmişdilər

74

. Sultan Əbu Səid Uzun Həsənə tac, qızıl 



kəmərlə  qılınc göndərdi, lakin hərbi yürüşü dayandırmadı

75

. A.Bakıxonov yazır ki, mahir dilomat qadının 



sə'yləri Əbu Səidi öz cəhdlərindən çəkindirə bilmədi

76

. Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani öz əsərində Uzun 



Həsənin  Sultan Əbu Səidin yanına göndərdiyi elçilər arasında Saray Xatunun deyil, Murad bəyin, qazi 

Əlaəddin  Əlinin və Rüstəm Mehmandarın ayrı-ayn vaxtlarda göndərildiyini göstərir

77

. Çünki Əbu Səid 



qonşuluğunda yaranmış, tədricən qüvvətlənməkdə olan Ağqoyunlu dövlətindən ehtiyat edirdi. Azərbaycanın 

içərilərinə doğru irəliləyən sultan Əbu Səid 1468 - ci ilin 10 oktyabrında Miyanə yaxınlığından Uzun Həsənə 

göndərdiyi məktubunda yazırdı : «Teymur bütün ölkələri zəbt edib böldüyü zaman Təbriz taxtını böyük babam 

Miranşah Mirzəyə vermişdi. Tanrının yardımına sığmaraq... Azərbaycan vilayətini zəbt edib, babamın yurdunu 

əvvəlki üsul ilə taxt etmək üçün gəlmişəm... Teymur baban Osman beyə Diyarbəkr vilayətin  

[69-70] 


vermişse..., mən sənə Tanrının köməkliyilə Misir, Rum (Anadolu) vilayətlərini alıb verərəm».

78

 Sultan Əbu 



Səidin bu məktubundan aydın olur ki, o, Azərbaycana yürüş etməklə onu zəbt etmək və Uzun Həsənə Anadolu 

torpaqlarını ve'd etməklə ağqoyunluları Azərbaycandan uzaqlaşdırmaq istəmişdi. 

Sultan Əbu Səid 1468-ci ilin sonunda havaların soyuduğunu nəzərə alaraq Qarabağda qışlamağı qərara 

aldı. Lakin Uzun Həsən buna imkan vermədi. Teymuri hökmdarlarının Şirvanşax Fərrux Yasarın yardımından 

istifadə etmək cəhdləri özünü doğrultmadı. Cığatay ordusuna taxıl göndərməsinə baxmayaraq Fərrux Yasarın 

yardımından istifadə etmək cəhdləri özünü doğrultmadı. Cığatay ordusuna taxıl göndərməsinə baxmayaraq 

Fəıxux Yasar sonralar fıkrini dəyişmiş , Uzun Hesənə elçi yollayıb onunla ittifaqa girmişdi.

79

  İ.P.Petruşevski 



mənbələrin mə'lumatına əsasən yazır ki, Uzun Həsən o zaman Şirvanşahın yanına elçi göndərmiş, ona kömək 

edəcəyi təqdirdə  Şirvana sülh və  təhlükəsizlik və'di vermişdi

80

.  Əbu Bəkr Tehrani qeyd edir ki, Uzun Həsən 



vaxtilə Cahanşah Mirzənin mülazimlərindən olmuş  Əmir  Əbdülhəqqi  Şirvanşah  Əmir Fərrux Yasarın yanına 

elçi göndərdi və  məhəbbətini bildirib xoş sözlərlə onu ümidvar etdi

81

. Həsən bəy Rumlu qeyd edir ki, əgər 



sultan Əbu Səidlə Fərrux Yəsar arasındakı ixtilaf yaranmasaydı, Uzun Həsən qalib gələ bilməzdi

82

. 1469-cu ilin 



əvvəllərində Uzun Həsən Əbu Səidi məğlub etmiş və sultan Əbu Səid əsir alınaraq öldürülmüşdü. 

Uzun Həsən Teymuri taxtına öz müttəfiqi olan Yadigar Məhəmmədi  əyləşdirmiş, lakin 1470-ci ildə 

Hüseyn Bayqara onu hakimiyyətdən uzaqlaşdırmış və hakimiyyəti öz əlinə almışdı. İsmayıl Aka qeyd edir ki, 

Uzun Həsən qərbdə başqa məsələlərlə  məşğul olduğuna görə,  şərqdə öz müttəfiqinə yardım göstərə 

bilməmişdi

83

. M.X.Yınançın fikrincə, Uzun Həsən 1471-ci ildə sultan Hüseyn Bayqara ilə sülh bağlamış  və 



şərqdə müharbə aparmaqdan əl çəkərək əsas diqqətini qərbə yönəltmişdi

84

. Türk  tarixçilərinin  əsərlərində 



[70-

71]  


Uzun Həsənin ölümündən sonra Ağqoyunlu-Teymuri münasibətlərində baş vermiş dəyişikliyə dair heç bir 

mə'lumat verilmir.  İlk mənbələrin mə'lumatından aydın olur ki, Ağqoyunlu-Teymuri münasibətləri XV əsrin 

80-cı illərində dostluq məcrasında inkişaf etmişdi. Fəzlullah ibn Ruzbihan Xunəci 1487-ci ildə Teymuri 

hökmdarı Hüseyn Bayqaranın Nizaməddin Aşik Mehəmməd Arğun adlı elçisinin Sultan Yaqubun yanına xüsusi 

hədiyyələrlə  gəldiyi haqda məlumat verir. Sultan Hüseyn Bayqarının məktubunda hər iki dövlət arasmdakı 

qədim dostluq münasibətlərindən bəhs edilmişdi

85



Mənbələrdə sultan Hüseyn Bayqara tərəfindən Kamaləddin Hüseynin sultan Yaqubun yanına elçi 



göndərildiyi haqda da mə'lumat verilir

86

. Fəzlullah ibn Ruzbihan Xunəci 1489-cu ilin fevral ayında sultan 



Hüseyn Bayqaranın iki ölkə arasındakı dostluq əlaqələrini bərpa etmək məqsədilə göndərdiyi elçinin sultan 

Yaqub tərəfındən qəbul edildiyi barədə  mə'lumat verir

87

. Mənbə  məlumatlarına görə, XV əsrin sonunda 



Ağqoyunlu-Teymuri münasibətləri dostluq şəraitində inkişaf etmişdir. 

Türk tarixçiləri Ağqoyunlu dövlətində daxili vəziyyətlə bağlı olaraq müəyyən fıkirlər söyləmişlər. Uzun 

Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhərlilər və kəndlilər üzərinə qoyulmuş vergi və mükəlləfıyyətlər çox 

ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı.

88 

Bu, nəinki geniş xalq kütlələrinin 



vəziyyətini ağırlaşdırırdı, hətta  ölkənin  mədaxilinin  azalmasına  səbəb   olur,   onun iqtisadi əsasını zəiflədirdi. 

Uzun Həsən mükəlləfıyyət və vergilərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi 

toplayan mə'murların xəyanətlərinə son qoymaq məqsədüə vergi işlərini nizama salan «Qanunnamə» tərtib 

etdirdi


89

. F.Sümer bu fikirləri müdafıyə edərək yazır ki, Uzun Həsənin  «Qanunnamə»si  kəndlilərdən,   

sənətkarlardan  və tacirlərdən alınan vergiləri qaydaya salmağı nəzərdə tutmuşdu. O, hətta bütün hərbi vergiləri 

ləvğ etməyə çalışmış, lakin mülki və hərbi idarəçilərin e'tirazları  ilə  qarşılaşmışdı.

90. 

[71-72]


 

Şərəfxan Bidlisi yazır ki, Uzun Həsən «rəiyyət vergisi almaq üçün İran, Fars və Azərbaycan 

padşahlarının indi də (XVI əsrdə-T.N.)»  əməl etdikləri qanun vermişdi»

91

. Uzun Həsənin «Qanunnamə»si 




 

30

osmanlılar tərəfindən bir müddət, səfəvilər tərəfındən isə uzun zaman ərzində istifadə edilmişdir



92

. F.Sümer bu 

sənədi Ağqoyunlu dövlətinin İslam aləminin maliyyə tarixinə mühüm bir töhfə kimi qiymətləndirir.

93

 



Uzun Həsənin  əsaslı  tədbirlərinə baxmayaraq, arzuolunan səviyyədə  mərkəzi hakimiyyəti yarada 

bilməmiş, Sultan Yaqubun (1478-1490) ölümündən sonra Ağqoyunlu dövlətində daxili mübarizə 

şiddətlənmişdi. M.X. Yınanç Sultan Yaqubun olümündən sonra Ağqoyunlu dövlətində güclənən daxili 

çəkişmələrin, Sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətində baş verən hadisələrə  bənzədiyini 

göstərir.

94

 F.Sümerin fıkrincə, səltənəti  ələ keçirmək üçün başlanmış üsyanlar, Ağqoyunlu dövlətini fəlakətə 



doğru aparırdı. İ.P.Petruşevski qeyd edir ki, Uzun Həsənin vəfatından sonra Ağqoyunlu dövlətinin daxili zəifliyi 

üzə  çıxdı, Bayanduri sülaləsinin müxtəlif  şahzadələrini səltənət taxtına çıxarmaq və onların adından dövləti 

idarə etmək üçün tayfa əmirləri arasında mübarizə başladı

95

. M.X. Yınanç rəqiblər arasında davam edən 



mübarizəni səciyyələndirərək belə bir nəticəyə  gəlir ki, daxili müharibələr ölkəni viran qoymuş,  şəhərlər və 

kəndlər dağılmış  və  hər tərəfdə qorxunc bir səfalət başlamışdı. Daxili müharibələr nəticəsinsində bir-birinə 

düşmən olan əmirlər öz tayfaları ilə əvvəldən hakim olduqları məmləkətlərə müstəqil şəkildə hakim olmuşlar

96



Osmanlı sultanı II Bəyazidin yardımı ilə 1497-ci ilin mayında Ağqoyunlu taxtını  ələ keçirmiş Gödək 

Əhməd bə'zi islahatlar keçirdi, lakin onun bu tədbirləri Ağqoyunlu  əmirlərinin güclü etirazı ilə qarşılaşdı

97



F.Sümerin fikrincə sultan Əhməd Ağqoyunlu dövlətində sabitlik və sakitlik yaratmaq üçün son ümid idi



98

. 1497-


ci ilin 13 dekabrında Gödək  Əhmədin öldürülməsindən sonra hakimiyyət uğrunda mübarizə  daha da 

kəskinləşdi.  Bu mərhələni  Ağqoyunlu  

[72-73]

 dövlətində hökmranlıq etmək uğrunda varislərin qızğın 

mübarizəsi dövrü kimi qiymətləndirmək olar. M.X.Yınanç qeyd edir ki, Sultan Əhmədin ölümündən sonra 

Ağqoyunlu dövlətində tamamilə  hərc-mərclik başlamışdı. F.Sümer belə  qənaətə  gəlir ki, Sultan Əhmədin 

ölümündən sonra dövlət sür'ətlə dağılmağa doğru getmişdir

99

. Hakimiyyət uğrunda  Əlvəndlə Murad arasında 



gedən mübarizə 1500-ci ildə  Əbhər yaxınlığında Baba Xeyrullah adlı  dərvişin vasitəçiliyi sayəsində 

dayandırılmış, bağlanmış müqaviləyə əsasən Ağqoyunlu dövləti Qızıl-üzən çayı sərhəd olmaqla onlar arasında 

bölünmüşdü. Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru olan torpaqları Əlvəndin, bütün İraq, Fars və 

Kirman məmləkətləri Muradın hakimiyyəti altına keçmişdi

100

. F.Sümerin fıkrincə, səltənət uğrunda gedən 



mübarizənin başlıca səbəbi, hökmdarların kiçik yaşda olması, ədalətsizlik və hakimiyyətə olan qızğm hərislik 

olmuşdur


101

XV  əsrin sonunda Ağqoyunlu dövlətində hakimyyət uğrunda davam etmiş qanlı döyüşlər, daxilən 



möhkəm olmayan, siyasi cəhətdən parçalanmış dovlətin süqutunu obyektiv zərurətə çevirmişdi. MX.Yınanç 

göstərir ki, Ağqoyunlu dövlətində  səltənət vərasəti işinin bir qanuna və ya ən'ənəyə bağlanmaması, mərkəzi 

hakimiyyətin zəifliyi, dövlətin hər tərəfində  şahzadələrin və  xənədana mənsub  əmirlərin müstəqilliyinin 

tanınması, səltənəti  ələ keçiriməyə çalışan  şahzadələrlə, bir-birinə düşmən kəsilən və ayn-ayrı  şahzadənin 

tərəfındə duran əmirlərin apardığı mübarizə dövlətin süqutuna səbəb olmuşdur

102


M.X.Yınançın bu fikrini N.Cağatay da müdafıə edir

103

.  İ.H.Uzunçarşılı da belə hesab edir ki, Sultan 



Yaqubdan sonra uşaqların kiçik yaşda olması, ailə üzvləri arasında hakimiyyəti bir əldə toplamağa layiq olan 

hökmdarların çıxarılmaması  və daxili müharibələr Ağqoyunlu dövlətini sarsıtmış  və dövlətin süqutuna səbəb 

olmuşdur

104


, F.Sümer bu haqda yazır: «Tariximizdə  səltənət varasəti işinin möhkəm bir qaydaya bağlanması 

dövlətin başına qüdrətli şəxsiyyətlərin keçməsinə imkan 

[73-74]

 versə də, taxt-tac qovğaları türk dövlətlərinin 

inkişafının qarşısını alır, başlıcası isə onların zəifiəməsində  və süqutunda əsas amil olurdu. Məhz dövlətinin 

yıxılmasında da bu xüsusi amil olmuşdur»

105



Beləliklə, daxilən böhran keçirən Ağqoyunlu dövləti 1501-ci ildə  Şah  İsmayıl Səfəvinin zərbələri 



altında dağılmış və onun yerində Azərbaycan Səfəvilər gövləti yaranmışdı. 

 

 




 

31


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin